Axtarış

The search found 105828 results in 0.114 seconds.

Search results

  1. Arif Alışanova sui-qəsd ittihamı - Prokuror təqsirləndirilən şəxslərə 57 il cəza istədi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Muxalifət.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

    Muxalifet2 - 10-07-2018

  2. Dünyanın izlədiyi əməliyyat xoşbəxt sonla bitdi

    Tailanddakı bir mağarada sıxışıb qalan 12-si tələbə, biri məşqçi olmaqla, 13 nəfərlik qrupun hamısının azad edildiyi açıqlanıb.
     
    Tailandda bir mağarada sıxışıb qalan 12 uşaq və məşqçilərini xilas etmə əməliyyatının üçüncü günündə xoş xəbər gəlib. Qeyd edildiyi kimi, ilk iki gündə 8 uşaq xilas edilmişdi. Mağarada yerdə qalan 4 uşaq və məşqçi də bu gün azad edilib. Mağarada son olaraq qalan məşqçi də bayıra çıxarılaraq əməliyyat sona çatdırılıb.
     
    NƏLƏR BAŞ VERMİŞDİ
     

    Muxalifet3 - 10-07-2018

  3. AB: Efirdə dalaşan şoumen “aşıq”lar... – Video

    Aşıq Namiq və Fəzail Miskinli Aşıqlar Birliyinin üzvü deyil.

    Bu sözləri Kult.az-a açıqlamasında ATV-də yayımlanan “10-dan sonra” proqramının qonaqları olan Aşıq Namiq Fərhadoğlu ilə Fəzail Miskinlinin əlbəyaxa davasına münasibət bildirən Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı deyib. M.Qasımlı buna görə onların hərəkətlərinə qiymət verməyəcəyini deyib.

    Birliyin katibi Musa Nəbioğlu isə belə görüntüləri yayımladığı üçün telekanala irad tutub:

    Muxalifet2 - 10-07-2018

  4. Ölkəni işıqsız qoyan Etibar Pirverdiyev haqda SENSASİN FAKTLAR - Milyardları necə talan edib?

    Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

    Muxalifet4 - 10-07-2018

  5. TÜRKİYƏ MÜDAFİƏ SƏNAYESİNİN ƏN BÖYÜK İXRACI:dörd hərbi gəmi yeni müqavilələr üçün qapıları açır

    Bu yaxınlarda Türkiyə Pakistanı dörd hərbi gəmi ilə təchiz etmə tenderinin qalibi olub. Müdafiə naziri Nurəddin Canikli iyulun 5-də verdiyi açıqlamada müqavilənin Türkiyənin müdafiə sənayesinin tarixində ən böyük ixrac razılaşması olduğunu söyləyib.

    Canikli bildirib ki, Türkiyə və Pakistan iki korveti İstanbul tərsanəsində, digər ikisinin isə Karaçi şəhərində inşa ediləcək.

    Müzakirələr altı ay davam etmiş dörd gəmi – (uzunluğu 99.5 metr) “Ada” tipli korvetlər “MILGEM (National Ship)” layihəsi çərçivəsində müxtəlif missiyalar üçün nəzərdə tutulur.

    Muxalifet2 - 10-07-2018

  6. Azərbaycan və Türkiyə prezidentlərinin geniş tərkibdə görüşü oldu

    İyulun 10-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə işçi nahar çərçivəsində geniş tərkibdə görüşü olub.

    Muxalifet2 - 10-07-2018

  7. Bakıda təcili yardım qəzaya düşdü: həkim və tibb bacısı…

    Bakıda “Təcili yardım” maşını qəzaya düşüb.

    Report-un xəbərinə görə, Nərimanov rayonunda 8 saylı Təcili Tibbi Yardım Stansiyasına məxsus “Mersedes” markalı “Təcili yardım” maşını ilə “Daevoo” markalı avtomobil toqquşub. Nəticədə “Təcili yardım” maşınında olan həkim Fidan Rəcəbova və tibb bacısı Gülnarə Hüseynova, həmçinin “Daevoo”nun sərnişini BƏƏ vətəndaşı 1950-ci il təvəllüdlü Bosaid Salima xəsarət alaraq xəstəxanaya yerləşdırılıblər.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 10-07-2018

  8. “Bu hücumların arxasında Rusiya dayanır” - Müdafiə naziri

    İngiltərənin müdafiə naziri Gevin Villiamson Rusiyanı İngiltərə vətəndaşlarını zəhərləməkdə ittiham edib.

    Muxalifət.az xəbər verir ki, müdafiə naziri bu bəyanatını daha iki nəfərin zəhərlənməsi ilə əlaqədar verib.

    “Həqiqət budur k, Böyük Britaniya ərazilərində baş verən hücumların arxasından Rusiya çıxır. Və bu hücumlar bir ingilis vətəndaşının ölümü ilə nəticələnir. Dünya ictimaiyyəti bu hücumu sona qədər qınamalıdır”, - İngiltərə müdafiə naziri bildirib.

    Muxalifet2 - 10-07-2018

  9. Muxtar Babayev böyük islahata başladı:nazir 45 müəssisəni ləğv etdi + SİYAHI

    Ekologiya və Təbii Sərvətlər Nazirİ Muxtar Babayev nazirliyin tabeçiliyində olan 45 dövlət müəssisəni ləğv edib.

    Muxalifət.az unikal.org-a istinadən bildirir ki, nazirin müvafiq əmri ilə Meşə Muhafizəsi və Bərpası Müəssisələri ləğv edilib.

    Muxtar Babayevin digər əmri ilə, ləğv edilən müəssisələrin yerində 15 regional İdarə yaradılıb.

    Hazırda İdarələrin təşkili üzrə işlər aparılır.

    Muxalifet2 - 10-07-2018

  10. Madurodan Türkiyə ilə bağlı “qızıl” AÇIQLAMASI

    Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğanın andiçmə mərasiminə gedərkən Ərdoğanı çoxqütblü dünyanın liderlərindən biri adlandıran, ona olan rəğbətindən danışaraq, bu anları kamera ilə qeyd edib sosial şəbəkədə paylaşan Venesuela prezidenti Nikolas Maduro ölkəsinə dönər-dönməz Türkiyə ilə bağlı çağırışlar edib. Maduronun Türkiyə mesajları:

    - Türkiyə ilə qızıl məsələsində nələr edə biləcəyimizi müzakirə eləməliyik,

    Muxalifet2 - 10-07-2018

  11. İranlı tələbəni boğub, öldürənlər daha sonra Kürdəmirə gediblər: "Dedi ki, ərinin qulağını kəsərik..."

    Novxanıda iranlı iş adamının oğlunu öldürməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi keçirilib. Onlar evə qarət məqsədi ilə girsələr də evdən heç nə apara bilməyiblər. Həmin şəxslərin Kürdəmirdə də evə basqın etdiyi məlum olub.

    Musavat.com xəbər verir ki, bu cinayət işi üzrə məhkəməyə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılır.

    Muxalifet2 - 10-07-2018

  12. Millimizin üzvü müqavilə bağladığı klubdan qaçıb - TƏFƏRRÜAT

    "Qəbələ"dən ayrılaraq Yunanıstanın "Panionios" klubu ilə müqavilə imzalayan millimizin üzvü Araz Abdullayev yeni komandasından ayrılıb.

    Muxalifət.az xəbər verir ki, 26 yaşlı futbolçu Bakıya qayıdıb.

    Buna səbəb olaraq isə şəxsi problemlərini əsas gətirib. Onun yeni komandasının düşərgəsinə qayıdıb-qayıtmayacağı sual altındadır. Çünki Araz instaqram hesabından "Panionios"lə bağlı paylaşdığı fotosunu da silib.

    Muxalifet2 - 10-07-2018

  13. “QHT-lər haqqında” qanun dəyişdi –Prezident hökumətə tapşırıq verdi

    Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1183-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

    Muxalifet2 - 10-07-2018

  14. ​“Putin mənim rəqibimdir" - Tramp

    “Rusiya prezidenti Vladimir Putin mənim rəqibimdir”.
    Muxalifet.az “Russian today”a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp CNN müxbirinin sualını cavablandırarkən deyib.
    Jurnalistin “siz Putini özünüzə dost, ya düşmən bilirsiniz” sualına cavabında Donald Tramp deyib: “Rusiya prezidenti Vladimir Putin mənim rəqibimdir".
    Qeyd edək ki, iyulun 16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşü planlaşdırılıb.

    Muxalifet - 10-07-2018

  15. ​Fondun pullarını qumara qoyan rəhbər istefa verdi –Ara Vardanyan 2 ildə 130 milyonun axırına çıxıb

    “Hayastan” Ümumermənistan fondunun icraçı direktoru Ara Vardanian vəzifəsindən istefa verib. O, həmin postda qalmasının fondun imicinə ziyan vurduğunu, bu durumun özü üçün qəbuledilməz olduğunu bildirib.
    Strateq.az “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, Vardanyan bəyanatında deyir:

    Muxalifet - 10-07-2018

  16. “FETÖ ilə mübarizəyə görə Azərbaycana təşəkkür edirəm” - Ərdoğan

    “Azərbaycan prezidentinə FETÖ-yə qarşı mübarizə ilə bağlı təşəkkür edirəm”.
    APA-nın məlumatına  görə, bu sözləri Azərbaycanda səfərdə olan  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. 

    Muxalifet - 10-07-2018

  17. ​İRANDAN NÖVBƏTİ HÖRMÜZ BOĞAZI TƏHDİDİ

    Muxalifet.az xəbər verir ki, İran parlementi sədrinin müqavini Əli Mutahhari ABŞ-ın İranın neft ticarətini əngəlləyəcəyi, sanksiyalar tətbiq edəcəyi təqdirdə strateji mövqedə yerləşən Hörmüz boğazını bağlayacaqlarını bildirib.

    Muxalifet - 10-07-2018

  18. ​MTRŞ ATV telekanalına xəbərdarlıq etdi

    Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

    Muxalifet - 10-07-2018

  19. VİDADİ ZEYNALOV AZADLIĞA ÇIXDI

    Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxıb.
    Muxalifet.az xəbər verir ki, bu haqda məlumatı Bizimyol.info yayıb. Vidadi Zeynalovun yaxınları bildirib ki, onun cəzaçəkmə müaəssisəsinin yerləşdiyi ərazi üzrə məhkəməyə müraciət etməklə vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb.

    Muxalifet - 10-07-2018

  20. “İsraillə sərhəddə İslam ordusu quracağıq”

    İran İnqilab Mühafizəçilərinin yüksək rütbəli komandirlərindən Hüseyn Selami, Qolan Təpələrinin yaxınlığında bir İslam ordusu quracaqlarını söyləyib.
     
    İran İnqilab Mühafizəçilərinin yüksək rütbəli komandirlərindən Hüseyn Selami, Tehran və Təl-Əviv arasında artan gərginlik haqqında danışıb.
    Selami, işğal altındakı Qolan Təpələrinin yaxınlığında "İsraili bitirəcək bir İslam ordusu" yaradacağını açıqlayıb.

    Muxalifet3 - 10-07-2018

Pages