Axtarış

The search found 105828 results in 0.102 seconds.

Search results

  1. Əfsanəvi komandirin çevriliş qəhrəmanına vəfası

    Türkiyə ordusunun keçmiş xüsusi təyinatlı qüvvələr komandanı Zəkai Ağsaqqallının 15 iyul çevriliş gecəsinin qəhrəmanlarından hesab olunan şəhid Ömər Xalisdəmirin xatirəsinə göstərdiyi ehtiram Türkiyə mətbuatında gündəmə çevrilib.

    Muxalifət.az xəbər verir ki, çevriliş gecəsi və “Fərat qalxanı” əməliyyatı zamanı göstərdiyi igidliyə görə “Əfsanəvi komandir” adlandırılan Ağsaqqallının tez-tez şəhid Ömər Xalisdəmirin qəbrini ziyarət etməsi mətbuat orqanlarında “böyük vəfa nümunəsi” kimi təqdim edilib.

    Muxalifet2 - 12-07-2018

  2. “Yeddi möcüzə”dən birində namaz qadağası – İlginc qərar

    “Dünyanın yeddi möcüzəsi”ndən biri kimi tanınan Tac Mahal kompleksinə daxil olan məsciddə cümə namazı qılmaq qadağan edilib.

    Muxalifət.az xəbər verir ki, Hindistanın Aqra şəhərində yerləşən məscidlə bağlı qərar yalnız şəhər xaricindən gələnlərə şamil edilib.

    Qərar Hindistanın Ali Məhkəməsi tərəfindən verilib.

    Məhkəmənin qərarında bildirilir:

    “Tac Mahal dünyanın yeddi möcüzəsindən biridir və bunu qorumaq lazımdır. Aqrada çoxlu məscid var. Namaz qılmaq istəyənlər bu məscidlərdə qıla bilərlər”.

    Muxalifet2 - 12-07-2018

  3. Ermənistanın keçmiş müdafiə naziri villasını sökdürür - MARAQLI SƏBƏB

    Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Yerevanın Vaaqni məhəlləsindəki malikanəsini sökdürür.

    Bunu "Jamanak” qəzeti yazıb.

    Məlumata görə, 3 mərtəbəli villanın uçurdulmasına səbəb S.Ohanyanın qanunsuz varlanmasını təsdiqləyən dəlil-sübutları məhv etməkdir: "Çünki adi vətəndaşlar və hüquq-mühafizə orqanları dövlət məmuru olmuş Seyran Ohanyandan bu malikanənin tikilməsinə sərf olunan pulun mənbəyini soruşacaq. Axı nazir maaşı ilə belə böyük malikanə tikmək mümükün deyil.

    Muxalifet2 - 12-07-2018

  4. KOSOVO “XRİSTİAN KLUBU”NA DAXİL EDİLƏCƏKMİ? –Kiçik Balkan ölkəsi müsəlman mənşəyini itirməyə belə hazırdır - TƏHLİL

    ABŞ-ın sabiq prezidentlərinə Karaçi və ya Qahirə küçələrində nadir hallarda ehtiram göstərilir. Müsəlman dünyasının ucqarı sayılan Kosovoda – kiçik Balkan bölgəsində isə bu, çox qabarıqdır.

    Paytaxt Priştinadakı köhnə meydanda arkanzaslı Bill Klintonun 3,5 metrlik heykəli ucalır. Başqa bir abidə Corc Buş küçəsinin tinində yerləşir.

    NATO-nun hərbi əməliyyatlarından 19 il və serblərin törətdiyi qırğınlardan 10 il sonra belə Kosovoda zolaqlı amerikan bayraqları dalğalanır.

    Muxalifet2 - 12-07-2018

  5. Almaniya Puçdemonu İspaniyaya verir

    Almaniyanın Şlezviq Qolşteyn məhkəməsi Kataloniyanın eks-lideri Karlos Puçdemonu İspaniyaya verməyə razılaşıb.

    Muxalifət.az  xəbər verir ki, məhkəmə Puçdemonun dövlət vəsaitlərinin mənimsənilməsində iştirak etdiyini də təsdiqləyib.

    Buna baxmayaraq, məhkəmə Puçdemonu qiyam təşkilində ittiham etməkdən imtina edib.

    Beləliklə, İspaniyaya təhvil veriləcək Puçdemonun bu maddə ilə ittiham olunması mümkün olmayacaq.

    Muxalifet2 - 12-07-2018

  6. Putindən Tehrana çox böyük dəstək:"Rusiya İranın neft-qaz sektoruna 50 milyard dollar investisiya yatıracaq"

    Rusiya İranın neft-qaz sektoruna 50 milyard ABŞ dolların məbləğdə investisiya yatırmağa hazırdır.

    “RİA Novosti” xəbər verir ki, bu barədə İranın ali liderinin müşaviri Əli Əkbər Velayəti Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra bildirib.

    Muxalifet2 - 12-07-2018

  7. Bakıda daha bir yolda nəqliyyatın hərəkəti dəyişdirilir

    Heydər Əliyev və Babək prospektlərinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yerləşən yol ötürücü qovşağın altında, daha dəqiq Fəzail Bayramov küçəsində yol hərəkətinin təşkili dəyişdirilir.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

    Muxalifet2 - 12-07-2018

  8. Türkiyədə spiker seçilir - Səsvermə başladı

    Türkiyədə parlament sədrinin seçilməsi üçün səsvermə başlayıb.

    Muxalifət.az xəbər verir ki, səsvermənin ilk mərhələsinin 2 saat davam etməsi gözlənilir. 600 millət vəkilinin olduğu TBMM-də ilk mərhələdə 401 səs toplamağa nail olan namizəd sədr seçiləcək.

    TBMM sədrinin seçilməsi üçün keçirilən səsvermədə AKP və MHP keçmiş baş nazir Binəli Yıldırımı, CHP İstanbul millət vəkili Ərdoğan Toprağı, HDP Siirt millət vəkili Maral Danış Beşdaşı, İYİ Partiyası isə İstanbul millət vəkili Xeyrəddin Nuhoğlunu namizəd qismində göstərib.

    Muxalifet2 - 12-07-2018

  9. İsrail “Patriot” raket sistemləri ilə Əsədin 3 hərbi bazasını vurdu:"Ümid edirik ki, bundan sonra diqqətli olacaqlar"

    İsrail ordusu bu gün Bəşər Əsəd ordusunun Hadar və Çuba rayonlarında yerləşən 3 hərbi bazasına raket zərbələri endirib.

    Muxalifət.az strateq.az-a istinadən xəbər verir ki, İsrail tərəfi bu addımı Əsəd ordusuna məxsus Pilotsuz Uçan Aparatının (PUA) sərhəd rejimini pozması ilə əlaqələndirb.

    İsrail Müdafiə Nazirliyi bildirilib ki, Suriyadakı həmin hərbi bazalar “Patriot” raket sistemləri ilə vurulub: “Ümid edirik ki, Əsəd rejimi bundan sonra daha diqqətli davranacaq”.

    Muxalifet2 - 12-07-2018

  10. "Qarabağ" - "Olimpiya" oyununa hakim təyinatları açıqlandı

    "Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasında Sloveniya "Olimpiya"sı ilə keçirəcəyi I təsnifat mərhələsinin cavab görüşünə bütün təyinatlar açıqlanıb.

    Muxalifət.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunu İsraildən olan hakimlər briqadası idarə edəcək.

    Baş hakim: Erez Papir

    Baş hakimin köməkçiləri: David Elias Bitton, Eliyahu Kasapu

    Dördüncü hakim: David Fuxman

    UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)

    Hakim-inspektor: Sokol Yareçi (Albaniya)

    Muxalifet2 - 12-07-2018

  11. Bu ölkə Xameneinin müşavirini Rusiyadan tələb etdi

    Rusiya hökumətinə müraciət edərək, İran Ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin saxlanılaraq, Buenos-Ayresə təhvil verilməsini istəyib.

    Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Argentinanın “Clarin” qəzeti yayıb.

    Qeyd edək ki, Vilayəti Argentina tərəfindən 1994-cü ildə Buenos-Ayresdəki yəhudi mədəniyyət mərkəzinə hücumun təşkilatçılarından biri kimi tanınır. Belə ki, məhz o dövrdə İran xarici işlər naziri vəzifəsini tutan Vilayəti terrorçulara teraktı həyata keçirmək üçün ilham verib.

    Muxalifet2 - 12-07-2018

  12. Azərbaycanın iki naziri Pompeo və ABŞ müdafiə naziri ilə görüşdü –FOTO

    Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov ABŞ-ın dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattislə görüşüblər.

    Görüş Brüsseldə baş tutub/Azərtac.

    Muxalifet2 - 12-07-2018

  13. Bakıda və Sumqayıtda işıqlar yenə söndü -son dəqiqə

    Musavat.com xəbər verir ki, bu dəqiqələrdə Bakıda və ölkənin müxtəlif bölgələrində işıqlar qəflətən sönüb. Az sonra bu barədə rəsmi məlumat yayılacaq.

    Muxalifet2 - 12-07-2018

  14. Abşeronda yaşıllıq ərazidə YANĞIN BAŞLADI

    Bakı-Quba magistral yolunun 20-ci km-də yaşıllıq ərazi yanır.

    Yolun Abşeron rayonu ərazisindən keçən hissəsində hektarlarla ərazidə güclü yanğın başlayıb.

    Hadisə yerinə çoxsaylı yanğın söndürən avtomobilləri cəlb olunub. Ərazidə güclü alov müşahidə olunur.

    Hazirda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

    Muxalifet2 - 12-07-2018

  15. Umayra Tağıyeva: "Xəzər dənizini çirkləndirənlərə qarşı ən sərt sanksiyalar tətbiq olunacaq"

    "Cəmiyyəti narahat edən Xəzər dənizinin ekoloji vəziyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçün həlli vacib olan məsələdir. Ona görə də nazirlik təşkilatlara, sahibkarlara, hüquqi və fiziki şəxslərə xəbərdarlıq edir ki, ən qısa müddət ərzində öz fəaliyyətlərini ətraf mühitin mühafizəsi sahəsində tətbiq olunan qanunvericiliyə uyğun şəkildə təşkil etsinlər".

    Bunu "Report"a açıqlamasında nazirliyin ­Ekol­oji maarifləndirmə və­ ictimaiyyətlə əlaqəl­ər şöbəsinin icti­mai­ təşkilatlarla iş, ek­oloji maarifləndirmə ­və elm sektorunun müd­iri Umayra Tağıyeva deyib.

    Muxalifet2 - 12-07-2018

  16. Güc strukturlarının rəhbərləri Gəncədə - Tədbir

    Baş prokuror Zakir Qaralov, daxili işlər naziri general-polkovnik Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev bu gün Gəncə şəhərinə gedib.

    “Report”un Qərb bürosunun xəbərinə görə, onlar Gəncə şəhərində şəhid olan Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun yas mərasimində iştirak edib, şəhid olan polis zabitlərinin ailə üzvlərinə, yaxınlarına başsağlığı veriblər.

    Muxalifet2 - 12-07-2018

  17. Bakının bəzi ərazilərində işıqforlar işləmir - RƏSMİ

    Hazırda paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində yaranan problemlə əlaqədar işıqforlar işləmir.

    Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

    Onun sözlərinə görə, bununla əlaqədar yol polisi küçələrdə hərəkəti tənzimləyir:

    Muxalifet2 - 12-07-2018

  18. Bakıda işıqlar söndü: metroda vəziyyət necədir? - Təcili

    Bənovşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarına 16:10-dan girş bağlanıb.

    Bu sözləri Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bakının bir çox ərazisinə elektrik enrrjisinin verilməsinin dayandırılmasının metropolitenin işinə təsiri haqda danışarkən bildirib.

    Onun sözlərinə görə, metroya gələn elektrik xəttində gərginlik bir müddət kəsilib:

    "Saat 16:30-da yüksək gərginlik verildiyindən hərəkət bərpa olunub".

    Muxalifet2 - 12-07-2018

  19. ​Həmsədrlərdən nazirlərin görüşü ilə bağlı BƏYANAT

    ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarovvə Zöhrab Mnatsakanyanla Brüsseldə keçirdikləri görüşə dair bəyanat yayıblar.
    APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, bəyanatda Brüssel görüşünün Azərbaycan və Ermənistanda keçirilmiş seçkilərdən sonra ilk yüksək səviyyəli görüş olduğu qeyd edilib.

    Muxalifet - 12-07-2018

  20. ​Dollar neçəyə olacaq? –Mərkəzi Bankın sabahkı rəsmi məzənnəsini

    Azərbaycan Mərkəzi Bankı dolların sabah üçün rəsmi məzənnəsini açıqlayıb.
    Muxalifet.az Mərkəzi Banka istinadən xəbər verir ki, iyulun 13-ü üçün dolların rəsmi kursu 1,7000 manat müəyyən edilib.
    Qeyd edək ki, bu gün dolların rəsmi kursu 1,7000 manata bərabər olub.

    Muxalifet - 12-07-2018

Pages