Axtarış

The search found 105828 results in 0.091 seconds.

Search results

  1. Əli Abbasovun qohumuna hökm oxundu

    Güclü təsir edən dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımov, Xatirə İmaməliyeva və Aidə Cəfərovanın məhkəmə prosesi başa çatıb.

    Muxalifət.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Natiq Qasımov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet2 - 13-07-2018

  2. Adnan Oktarın villasındakı 10 mikrodalğalı sobanın sirri

    Adnan Oktarın villasında müxtəlif yerlərdə qoyulmuş 10 ədəd mikrodalğalı soba olduğu müəyyən olunub. Oktar və təşkilat üzvlərinin bu sobaları mümkün bir əməliyyatda hard diskləri və telefonları yandırmaq üçün nəzərdə tutulduğu qeyd olunub. Adnan Oktar və qrupuna qarşı istintaqa hər gün yeni heyrətamiz təfərrüatlar ortaya çıxır. “Habertürk”-ün yazarı Nagehan Alçı, "A-dan Z-yə Adnan Oktar Əməliyyatı" başlıqlı yazısında bəzi gerçəkləri anladıb. ÜZƏRİNƏ QEYD OLUNAN HEÇ BİR ŞEY YOXDUR Adnan Oktar üçün "Adına qeyd olunan heç bir şey yoxdur.

    Muxalifet3 - 13-07-2018

  3. Türk ordusuna hücum: 1 şəhid, 1 yaralı

    Türkiyənin Diyarbəkir bölgəsinin Silvan mahalında türk əsgərləri ilə PKK terrorçuları arasında baş verən şiddətli atışma zamanı 1 təhlükəsizlik qoruyucusu şəhid olub.

    Muxalifət.az xəbər verir ki, bu barədə Diyarbəkir Valiliyi informasiya yayıb.

    Məlumata görə, gecə saat 02:45 radələrində baş vermiş qarşıdurma zamanı 2 təhlükəsizlik qoruyucusu yaralanıb. Dərhal xəstəxanaya çatdırılan hərbçilərdən birini xilas etmək mümkün olmayıb.

    Muxalifet2 - 13-07-2018

  4. Diktatorlara Suriya dərsi, yaxud, Əsədin “Pirr qələbəsi”... – Şərh

    Suriyadakı rejimin başçısı Bəşər Əsəd ölkəsində gedən müharibəni udsa, bu, məğlubiyyətə bərabər “Pirr qələbəsi” olacaq.

    Muxalifət.az-ın xəbrinə görə, bunu teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

    Politoloq onun dağılmış bir ölkənin başçısı olduğunu deyib:

    Muxalifet2 - 13-07-2018

  5. Keşişdən rəzil davranış: 7 UŞAĞA CİNSİ TƏCAVÜZ

    Çilidə uşaqlara cinsi istismar ittihamı iddiasıyla haqqında cinayət işi açılan bir keşiş saxlanılıb.
     
    Prokuror Emiliano Ariasın göstərişi ilə nəzarətə alınan 56 yaşındakı keşiş Oskar Munyoz Toledo, 7 uşağa cinsi təcavüz etməklə günahlandırılır.
    Daha əvvəl Santyaqonun arxiyepiskopu olan Toledonun bu gün məhkəmə qarşısına çıxarılması gözlənilir.
    Eyni ittihamla 14 keşiş haqqındakı istintaq davam edir.
    Mart ayında başlayan istintaq çərçivəsində ilk dəfə bir keşiş saxlanılıb.

    Muxalifet3 - 13-07-2018

  6. Rusiyada neft şirkətində partlayış olub-5 nəfər yaralanıb

    Rusiyanın Xantı-Mansiy Muxtar Dairəsində “Surqutneftqaz” şirkətinin müəssisələrindən birində baş verən partlayış nəticəsində 5 nəfər xəsarət alıb.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu Regional Fövqəladə Hallar Xidmətdən bildiriblər.

    Yaralılardan ikisi ağır, üçü isə orta-ağır dərəcədə xəsarət alıb. Hadisə yerində komissiya işləyir. Partlayışı səbəbi araşdırlır.

    “Surqutneftqazın mətbuat xidməti hadisənin şərh etməyib.

    Muxalifet2 - 13-07-2018

  7. Pakistan qaynayır: Nəvaz Şərif geri döndü…

    Pakistanın keçmiş baş naziri Nəvaz Şərif Londondan Pakistanın Lahor şəhərinə dönüb.

    Muxalifət.az xəbər verir ki, o, qızı Məryəm ilə birgə Pakistana qayıdıb.

    N.Şərif Londondan ayrılmazdan öncə jurnalistlərə verdiyi açıqlamada Pakistanda həbs olunması təhdidinin onu fikrindən daşındırmayacağını bildirib. Eks-nazir ona qarşı irəli sürülən bütün ittihamların siyasi məqsədli olduğunu açıqlayıb.

    Muxalifet2 - 13-07-2018

  8. Qardaşının başına bellə vurub xəstəxanalıq etdi - ABŞERONDA OLAY

    Abşeron rayonunda dava zamanı bir nəfər xəsarət alıb.

    Muxalifət.az report-a istinadən xəbər verir ki, hadisə Mazasır qəsəbəsində baş verib. Belə ki, 1974-cü il təvəllüdlü Hümbətov Rövşən İmran oğlu qardaşı Ruslan Hümbətovla yaşadığı evdə mübahisə edib. Mübahisə hər iki tərəfin bir-biri ilə əlbəyaxa davası ilə nəticələnib. Dava zamanı R.Hümbətov qardaşının başına bel ilə zərbə vurub. Nəticədə Ruslan Hümbətov açıq kəllə-beyin travması alıb. Yaralı 1 saylı Kliniki Tİbbi Mərkəzə yerləşdirilib.

    Muxalifet2 - 13-07-2018

  9. İran Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürmək istəyir –Nazirlikdə görüş

    İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşeminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Muxalifet2 - 13-07-2018

  10. Adnan Oktarın “kediciyindən” bomba iddia - "ACUN İLICALI KEÇMİŞ MÜRİD OLARAQ..."

    Adnan Oktarın cinayətkar əməlləri ilə bağlı önəmli açıqlamalar verən keçmiş Ükedicik” Ceyran Özgül, sosial media hesabından Acun İlıcalı haqqında bomba bir tweet atıb. Özgül, məşhur proqram aparıcısı, şoumen Acun İlıcalının Oktarın müridi olduğunu açıqlayıb.
     

    Muxalifet3 - 13-07-2018

  11. ​FIDE-nin prezidenti vəzifəsindən kənarlaşdırıldı

    Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Etika Komitəsi qurumun prezidenti Kirsan İlümjinovu vəzifəsindən kənarlaşdırıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə FIDE-nin Etika Komissiyası yekdilliklə qərar qəbul edib. İlümjinov Etika Kodeksini pozmaqda günahlandırılır. 56 yaşlı funksionerin səlahiyyətləri bu gündən 18 ay müddətinə müvəqqəti dondurulub. Dərhal kənarlaşdırılma 6 ay - 12 yanvar 2019-cu ilədək qüvvədə olacaq. Qalan 12 aylıq diskvalifikasiya isə 2 ildən sonra tətbiq olunacaq. 

    Muxalifet - 13-07-2018

  12. Qəbələyə istirahətə gedən gənclər qəzaya düşdü: 6 yaralı

    Qəbələ rayonunda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Ötən gecə saat 23:30 radələrində Qəbələ şəhərinin mərkəzində “Merсedes” markalı minik və “İveco” markalı yük avtomobili toqquşub.

    Muxalifet2 - 13-07-2018

  13. Gədəbəydə bədbəxt hadisə: Tövlədə yanan şəxs öldü

    Gədəbəy rayon sakini yanaraq ölüb.

    APA-nın məlumatına görə, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb. Kənd sakini Nazim Vəli oğlu İsgənbdərova məxsus tövlədə yanğın olub. Nəticədə N. İsgəndərov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onu xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 13-07-2018

  14. NATO SAMMİTİNDƏ BİABIR OLDU - Avropa Komissiyasının sədri içkili vəziyyətdə... - VİDEO

    Avropa Komissiyasının sədri Jan Klod Yunker biabır olub

    Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Avropa Komissiyasının sədri Jan Klod Yunker Brüsseldə keçirilən NATO sammitində qədərindən artıq içdiyi üçün ayaq üstə durmağa çətinlik çəkib. Finlandiya və Ukrayna prezidentləri onun qoluna girərək ayaqüstə dura bilməsinə kömək ediblər.

    Muxalifet2 - 13-07-2018

  15. Nazir Mikayıl Cabbarov:“Vergi yükünün azaldılması nəzərdən keçirilir”

    Vergilər Nazirliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK-Azərbaycan) birgə təşkilatçılığı ilə qurumun üzvləri və sahibkarlarla görüş keçirilib. 

    “Report”un Nazirliyə istinadən verdiyi xəbərə görə, “AHK-İmpuls” tədbirində vergilər naziri Mikayıl Cabbarov, Vergilər Nazirliyinin digər vəzifəli şəxsləri, AHK Azərbaycan rəhbərliyi və təşkilata üzv şirkətlər iştirak edib.

    Muxalifet2 - 13-07-2018

  16. Elşad Miri: Məni Adnan Oktara bağlayan səbəb...

    Mənim Adnan Oktarla heç bir əlaqəm yoxdur. Sadəcə olaraq, vaxtilə onun kitablarını tərcümə etmişəm, sənədli filmlərini hazırlamışam. Bütün bunları həmin şəxsin özü ilə görüşmədən etmişəm. Tərcümə etdiyim kitablar isə vaxtilə dövlət komitəsindən icazə alınaraq çap olunub və satışa çıxarılmışdı.

    Muxalifet2 - 13-07-2018

  17. ​Pakistanda mitinq meydanında partlayış oldu - 4 nəfər ölüb, çox sayda yaralı var

    Pakistanda seçki qabağı mitinq keçirilən ərazidə törədilən partlayış nəticəsində 4 nəfər ölüb, azı 31 nəfər yaralanıb.
    Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən Heybər-Paxtunxva əyalətinin Bannu şəhərində baş verib.
    Partlayış “Müttəhid Məclis-e-Amal” Alyansının lideri Ahram Xan Durraninin tərəfdarlarının mitinq keçirdiyi ərazidə olub. O, iyulun 25-də keçiriləcək parlament seçkilərində namizəd olaraq, iştirak edir.
    Hadisə yerinə 40-dan çox poliz əməkdaşı cəlb edilib.

    Muxalifet - 13-07-2018

  18. Türkiyə tarixində ən böyük hərbi satışı etdi

    Pakistan və Türkiyə arasında 30 ədəd T129 ATAK helikopterinin satışı ilə bağlı müqavilə imzalanıb.

    Muxalifət.az xəbər verir ki, bu barədə “Hürriyyət” yazıb.

    Müqavilənin imzalanması ilə Türkiyə tarixində ən böyük müdafiə sənayesi ixracı həyata keçirilib.

    Muxalifet2 - 13-07-2018

  19. Bir neçə istirahət mərkəzinin rəhbərləri məsuliyyətə cəlb olundu

    Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

    Muxalifet2 - 13-07-2018

  20. Zirəddin Rzayev oliqarxın məşhur sevgilisinin sirli ölümünün üstünü açdı

    Məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Andrey Malaxovun “Birbaşa efir” (“Прямой эфир”) verilişinin qonağı olarkən rusiyalı oliqarxın sevgilisi, “Dom-2” realiti şousunun sabiq iştirakçısı Anastasiya Tarasyukun ölüm səbəbini açıqlayıb.

    Muxalifet2 - 13-07-2018

Pages