Axtarış

The search found 105828 results in 0.072 seconds.

Search results

  1. Ərdoğan Yıldırıma medal təqdim etdi

    Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilmiş Binəli Yıldırım Dövlət Şərəf Medalı ilə təltif olunub. Medalı B.Yıldırıma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

    Tükiyə Prezidenti onun Baş nazir işlədiyi dövrdə olduğu kimi, Türkiyə Böyük Millət Məclisinin sədri olduğu müddətdə də dövlətçilik naminə fəaliyyətini davam etdirəcəyinə əmin olduğunu vurğulayıb.

    Qeyd edək ki, medal B.Yıldırıma təqdim edilərkən o, göz yaşlarına hakim kəsilə bilməyib.

    Muxalifet2 - 13-07-2018

  2. İran Rusiyada şərtlərini açıqladı: SURİYADAN ÇƏKİLMƏYƏCƏYİK, LAKİN..

    Rusiyaya səfər edən İranın dini lideri Xamneyinin köməkçisi, Suriyadakı daxili müharibədə Moskva ilə birlikdə Əsəd rejimini qorumağa davam edəcəklərini, ABŞ və İsrailin tələblərinə tabe olmayacaqlarını söyləyib. ABŞ prezidenti Tramp isə, NATO sammitindən sonra Vaşinqton və Tehran arasındakı gərginliyin artacağını açıqlayıb.
     
    Rusiyada açıqlama verən İranın dini lideri Ayətullah Əli Xamneyinin müavini Əli Əkbər Vilayəti, Suriyada hərbi güc olaraq qalacaqlarını açıqlayıb.

    Muxalifet3 - 13-07-2018

  3. Adnan Oktarın villasından çıxan bu ƏŞYA HAMINI ŞOKA SALDI - Ağlasığmaz FAKTLAR

    Özünü din xadimi kimi təqdim edən, 20-yə yaxın cinayətdə ittiham edilən və 2 gün öncə həbs edilən Adnan Oktarın malikanəsindən qəribə əşyalar tapılıb.

    Muxalifət.az xəbər verir ki, istintaq əməliyyatları zamanı villadan onlarla mikrodalğalı soba çıxıb.

    “Hürriyət” qəzetinin müxbiri Nagihan Alçının verdiyi məlumata görə, evin müxtəlif bölgələrinə yerləşdirilən mikrodalğalı sobalar ehtimal olunan hər hansı basqın zamanı cinayət dəlilərinin olduğu yaddaş disklərini və telefonları əritmək məqsədilə istifadə ediləcəkmiş.

    Muxalifet2 - 13-07-2018

  4. Şirvan tarixinə dair Azərbaycan dilində yazılmış əsərin əlyazması tapılıb

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Etnoqrafiya və Arxeologiya İnstitutunun kitabxanasından Dağıstan və Şirvan tarixinə dair Azərbaycan dilində yazılmış “Kitabi-nəsəbnameyi-ümərayi-Qaytaq” əsərinin əlyazmasının surətini əldə edib.

    Muxalifet2 - 13-07-2018

  5. Erməniləri götürüb rədd etmək... – Jirinovski

    Hesab edirəm ki, böhranlı vəziyyətlərdə hər hansı görüş vacibdir. Baxın, bu yaxınlarda Putin və Tramp görüşəcəklər. Rusiya ilə ABŞ arasında da münasibətlər çox mürəkkəbdir. Trampı onun administrasiyasından çoxları bu görüşdə iştirak etmək fikrindən daşındırmağa çalışır. Lakin o, görüşü istəyir, çünki başa düşür ki, danışıqlarsız münasibətləri düzəltmək mümkün deyil. Qarabağda da vəziyyət bu cürdür.

    Muxalifet2 - 13-07-2018

  6. Dini liderin yarım milyonunu oğurlayanla bağlı – Yeni xəbər

    “Dağ yəhudiləri” dini icmasının evindən quldurluqla külli miqdarda pulu ələ keçirməkdə təqsirli bilinənlərdən biri Xalid Seyidovun kasasiya şikayətinə baxılıb.

     Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

    Qərara görə, Xalid Seyidovun kasasiya şikayəti qismən təmin edilib.

    Onun cəzası 4 ildən 3 il 9 aya endirilib.

    Muxalifet2 - 13-07-2018

  7. Bir nəfər dənizdə batdı - DSX axtarışda

    Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

    Muxalifət.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Muxalifet2 - 13-07-2018

  8. Aydın Hüseynov: "NATO ilə əməkdaşlıq regionda sülhün bərqərar olmasına gətirib çıxarır”

    “Prezident İlham Əliyevin NATO-nun zirvə toplantısında iştirakı onun düzgün siyasətinin göstəricisidir. Bu göstərir ki, Azərbaycanın dövlətçiliyi demokratik prinsiplərə söykənir və dünya dövlətləri arasında xüsusi çəkisi var”.

    Bu sözləri  millət vəkili Aydın Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO-nun sammitində iştirakını şərh edərkən deyib.

    Muxalifet2 - 13-07-2018

  9. Azərbaycanda boşanmalar daha çox hansı yaş qrupuna təsadüf edir? –Statistika Komitəsi açıqladı

    Azərbaycanda boşanan cütlüklərin yaş qrupu açıqlanıb.

    Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, boşanmalar kişilər arasında daha çox 30-34 yaş qrupları arasında olub.

    Bu yaş qrupunda olan kişilərin 1197 nəfəri boşanıb. Məlumatda qeyd edilib ki, 25-29 yaş arası boşanan qadınların sayı isə 1299 nəfər təşkil edib. 

    Qeyd edək ki, 2018-ci ilin dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri 4868 boşanma halları qeydə alınıb.

    Muxalifet2 - 13-07-2018

  10. Türkiyə ən çətin və ağır günlərini yaşadı – Səfir

    2016-cı ildə iyulun 15-də Türkiyə ən çətin və ağır günlərini yaşadı. FETÖ-çu xainlər hərbi geyimdə dövlət çevrilişinə cəhd göstərdi. Dövlətin varlığına qarşı təhdidin qarşısı xalqın dövlətlə əl-ələ verməsi nəticəsində alındı.

    Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral keçirdiyi mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, Türkiyə xalqı terror təşkilatının layiqli cavabını verib:

    Muxalifet2 - 13-07-2018

  11. Ermənistan təxribata hazırlaşır – Hərbi ekspert

    Ermənistan tərəfindən Azərbaycanın mövqelərinin müşahidə edilməsinin artması halları ermənilərin ön xətdə yerləşən hərbi hissələrinin bezikmiş şəxsi heyətinə “qorxma-qorxma” demək məqsədi daşıyır.

    Muxalifət.az-ın xəbrinə görə, bunu teleqraf.com-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.

    Ekspertin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin son uğurlu əməliyyatları düşmən ordusunun psixologi durumuna ağır zərbə vurub:

    Muxalifet2 - 13-07-2018

  12. İRAN “VİLAYƏTİ PUTİN”DƏN GETDİKCƏ DAHA ÇOX ASILI OLMAĞA BAŞLAYIR –Tehran üzünü tam şəkildə Şərqə tutur - TƏHLİL

    Ali dini lider Ayətullah Əli Xamnəinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti prezident Vladimir Putin ilə görüşmək üçün Rusiyaya son səfərini və müzakirə mövzularını İran televiziyasına müsahibəsində açıqlayıb. Vilayətinin sözlərinə görə, “aydın, konstruktiv və dostluq” şəraitində keçən iki saatlıq görüşdə hər iki ölkəyə aid bir sıra, o cümlədən enerji və regional məsələlər müzakirə olunub.

    Muxalifet2 - 13-07-2018

  13. NATO və AB-nin Bakıya dəstəyi: Nikolun əli havada qaldı

    Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri çox uğurlu keçdi.

    Bu sözləri  Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərinin yekunlarını şərh edən millət vəkili Rasim Musabəyov deyib.

    Muxalifet2 - 13-07-2018

  14. Prezidentdən Gəncədə şəhid olan polislərlə bağlı SƏRƏNCAM

    Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Muxalifət.az-ın  məlumatına görə, 2018-ci il iyulun 10-da Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı cəsarət və polis andına sonadək sadiqlik nümayiş etdirərək qəhrəmancasına həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər:

    Muxalifet2 - 13-07-2018

  15. Bakının məşhur restoranında dava düşdü – “Ərəbə görə mənə yer vermədilər”

    Məlum məsələdir ki, son bir neçə ildə onlarla restoran “ərəbləşdi”, məhz ərəb musiqisi, mətbəxi ilə ölkəmizə turist kimi gələn ərəblərə xidmət göstərməyə başladılar.

    İndi isə mərkəzdə yerləşən bəzi iaşə obyektləri yerli müştərilərə xidmət göstərmək istəmir.

    Minval.info redaksiyasına müraciət edən Fərəc Eyvazov da bir restoranda məhz azərbaycanlı olduğu üçün özünə yer tapa bilmədiyini bildirib.

    Fərəcin sözlərinə görə, 11 iyul günü İngiltərə-Xorvatiya matçını izləmək üçün Nizami küçəsində yerləşən “Kolorit” kafesinə üz tutub.

    Muxalifet2 - 13-07-2018

  16. Qarsdan Naxçıvana dəmir yolu çəkiləcək

    Qarsdan Naxçıvana dəmir yolu çəkilməsi istiqamətində hazırlıqlar gedir.

    Muxalifət.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün keçirdiyi mətbuat konfransında deyib.

    "Bakı-Tbilisi-Qars dəmir yolunun Qarsdan Naxçıvana uzadılması ilə bağlı düşüncələr yeni deyil. Lakin bunu reallaşdırmaq üçün fürsət olmayıb. Hesab edirəm ki, növbəsi çatdıqca bütün bu kimi planlar reallaşdırılacaq. Hazırda Qarsdan Naxçıvana dəmir yolu çəkilməsi istiqamətində hazırlıqların getdiyi barədə məlumatlıyam", -deyə səfir qeyd edib.

    Muxalifet2 - 13-07-2018

  17. Gəncə olayından bir gün əvvəl qatil nələr edib?

    Faktlar təsdiq edir ki, Gəncə hadisələri qabaqcadan planlaşdırılıb və bilavasitə xaricdən idarə edilib.

    Muxalifet2 - 13-07-2018

  18. Daha iki marşrut xətti üzrə “BakuBus” işləyəcək

    20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlı iyunun 5-də elan edilən müsabiqəyə yekun vurulub.

    Muxalifet2 - 13-07-2018

  19. Ermənistanda yenidən etirazlar başladı

    Ermənistanda bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edən etirazçılar onun rəhbəri olduğu Eçmiədzin kilsəsində yenidən aksiya keçiriblər.

    Bu barədə kilsənin mətbuat katibi Vaqram Məlikyan "Facebook" səhifəsində bildirib.

    "Bu gün səhər tanınmış hərəkatın ("Yeni Ermənistan, yeni katolikos" hərəkatı) üzvləri təxribatçı davranışları və Katolikosun və digər ruhanilərin ünvanına təhqiredici ifadələrilə bütün ermənilərin mənəvi mərkəzində sakitliyi və ibadət atmosferini pozmağa cəhd ediblər", - deyə Məlikyan yazıb.

    Muxalifet2 - 13-07-2018

  20. Oğuzdakı ağır yol qəzasının görüntüləri yayıldı - Video

    Oğuzda ağır yol qəzası baş verib.

    Axar.az xəbər verir ki, 30 yaşlı Sabir Umarlı “Volksvagen Touarek” markalı avtomobili ilə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 122-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirib, nəticədə maşını yolun kənarındakı ağaca vurub.

    Muxalifet2 - 13-07-2018

Pages