Axtarış

The search found 105828 results in 0.081 seconds.

Search results

  1. ​Şeyx Gəncə hadisələrindən danışdı

    Terrorun İslam dinində heç bir yeri yoxdur. İsada da, Musada da, Məhəmməd peyğəmbər səllalahu aleyhi və səlləmin gətirdiyi Quranda da bir insanı qətl etmək, müqəddəsliyə əl uzatmaq Allaha qarşı üsyandır. O adam kafirdir.
    Teleqraf.com-un məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Gəncə hadisələri barədə danışarkən deyib.
    QMİ sədri qeyd edib ki, cəmiyyətdə dini ayrı-seçkilik müzakirə mövzusu ola bilməz:

    Muxalifet - 14-07-2018

  2. ​Kiyevdə azərbaycanlı həbs olundu - ADAM OĞURLUĞU İTTİHAMI

    Ukrayna paytaxtı Kiyevdə Azərbaycan vətəndaşı insan oğurluğunda ittiham edilərək həbs edilib.
    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, Kiyevin Solomensk rayonu polisi 1983-cü il təvəllüdlü Haqverdiyev Xəyyam Xəlil oğlunu insan oğurluğu ittihamı ilə saxlayıb.
    Rayon məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Saxlanılan şəxs ittihamla razılaşmayıb, hüquqi yardıma ehtiyacı olduğunu bildirib.

    Muxalifet - 14-07-2018

  3. Şotlandiya mətbuatından Donald Trampı təhqir edən ifadələr

    Şotlandiyanın milli qəzeti “The Scotsman”, İngiltərəyə səfər edən ABŞ prezidenti Donald Tramp haqqında şok ifadələr işlədib. Qəzet Trampı "iyrənc biri" deyə, adlandırıb.
     
    Şotlandiyada “The Scotsman” qəzeti, İngiltərəyə səfər edən Donald Tramp haqqında "Qorxunc bir insan və iyrənc biri" başlığı ilə təhqiredici yazı dərc edib. Yazıda Trampın miqrantlar haqqındakı sözləri, qadınlara qarşı cinsi təcavüz iddialarına qədər bir çox ifadələri tənqid edilib.

    Muxalifet3 - 14-07-2018

  4. Bakı metrosunda əlbəyaxa dava - Qızın qısa geyiminə görə - VİDEO

    Bakı metrosunda növbəti dəfə qalmaqal yaşanıb.

    Muxalifet.az minval.info-ya istinadən xəbər verir ki, bu dəfə də davaya səbəb geyim olub. Belə ki, qatara daxil olan qadını qısa geyindiyi üçün tənqid edib. Başqasının geyiminə nəzarət etməli olduğunu düşünən "əxlaq polisi" tənqidini vətən xainliyinə, Qarabağa qədər aparıb. Gülünc hala düşən şəxsin dediyi sözlər sonda başına bəla olub.

    Belə ki, o, daha sonra başqa bir vətəndaşın etirazı ilə qarşılaşıb. Vəziyyət o həddə çatıb ki, oğlanlar əlbəyaxa olublar.

    Muxalifet4 - 14-07-2018

  5. OPEK Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını artırıb

    2018-ci ildə Azərbaycanda orta neft hasilatı sutkada 0,79 milyon barel təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə OPEK-in aylıq hesabatında qeyd olunub.
    Hesabatda bildirilir: “2018-ci ildə gözələnilir ki, ölkədə neft istehsalı həcmi sutkada 0,01 milyon barel azalaraq 0,79 milyon barel təşkil edəcək”.
    Qeyd edək ki, OPEK-in iyun hesabatında Azərbaycanda 2018-ci il üzrə neft hasilatı sutkada 0,78 milyon barel proqnozlaşdırılmışdı.

    Muxalifet - 14-07-2018

  6. Müsəlman qadınların namusuna toxunmağa başladılar – QALMAQAL GÖRÜNTÜ

    Ölkədə yaşayanları üsyana tətikləyən və hər mənada təqib edərək insanları yaşamağa imkan verməyən Çin, sonda Müsəlman qadınların namusuna da əl uzatmağa başlayıb.
     
    İngiltərə mərkəzli “Documenting Oppression Against Muslimsin” (DOAM) sosial media hesabından bölüşdüyü görüntülərə görə, Çin polisi Şərqi Türküstandan olan qadınların ətəklərini kəsir.

    Muxalifet3 - 14-07-2018

  7. ​Paşinyan Brüsseldən əliboş qayıtdı!

    Ən diqqətçəkən məsələ Paşinyanın Brüsseldən əliboş qayıtmasıdır.
    Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Paşinyan bu sammitdən özü üçün ciddi dərs aldı:

    Muxalifet - 14-07-2018

  8. ​Qvardiola İngiltərədə Kataloniya restoranı açdı

    İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola restoran açıb.
    Muxalifet.az məlumatına görə, Mançesterdəki "Tast Cuina Catalana" adlı iaşə müəssisəsinin müştəriləri Kataloniya mətbəxinin təamlarını dadacaqlar. Üçmərtəbəli restoranda bar və açıq mətbəx fəaliyyət göstərir. Orada Kataloniyanın firma yeməkləri təqdim olunacaq.

    Muxalifet - 14-07-2018

  9. ​Tarkan ata oldu - FOTO

    Türkiyəli məşhur müğənni Tarkan ata olub.
    Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni sevincini sosial şəbəkə hesabında paylaşıb.
    “Qızımız Liya dünyaya gəldi. Günəş kimi doğuldu. Kəlimələrlə ifadə edə bilməyəcəyimiz çox gözəl duyğular”-deyə müğənni bildirib.
    Müğənninin qızı Almaniyada dünyaya gəlib.
    Qeyd edək ki, Tarkan 2016-cı ildə Pınar Diləklə ailə qurub. Müğənni ata olacağı xəbərini də elə sosial şəbəkədə video ilə açıqlamışdı.

    Muxalifet - 14-07-2018

  10. ABŞ və Rusiyanın “Suriya” anlaşmasının detalları mətbuata sızdı

    ABŞ mətbuatı, Finlandiyanın paytaxtı Helsinkidə bazar ertəsi günü görüşəcək ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Suriya mövzusundakı razılaşmasının detallarını yazıb. Həmin razılaşmaya görə, Rusiya Suriyadakı İran qüvvələrinin çəkilməsi qarşılığında ABŞ-dan öz qüvvələrini Suriyadan çəkmə sözü alacaq.
     

    Muxalifet3 - 14-07-2018

  11. ​Azərbaycan Tibb Universitetinin kafedra müdiri vəfat edib

    Azərbaycan Tibb Universitetinin (ATU) kafedra müdiri vəfat edib.
    "Report"un məlumatına görə, ATU-nun Azərbaycan dili kafedrasının müdiri, dosent Miriyev Akif Fərman oğlu dünyasını dəyişib.
    Qeyd edək ki, A.Miriyev İmişlidə anadan olub. O, 1977-ci ildən ATU-da işləyib, 1977-1994-cü illərdə universitetdə müəllim, 1994-2008-ci illərdə dosent, 2008-ci ildən isə Azərbaycan dili kafedrasının müdiri vəzifəsini icra edib. 

    Muxalifet - 14-07-2018

  12. Erməni biznesmenlər ölkədən qaçır

    Erməni biznesmenlər ölkədən qaçmağa başlayıb.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, “Jamanak” qəzeti Ermənistanı tərk etmək istəyən növbəti şəxsin sabiq deputat Aşot Arsenyan olduğunu yazıb.
    “Arsenyan “Cermuk Qrup”un rəhbəridir. O, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin son addımlarından narahatdır və buna görə də şirkətini Rusiya banklarından birinə satıb, ölkəni tərk etmək istəyir”.
    Qeyd edək ki, Arsenyan Respublikaçılar Partiyasından bir neçə həftə öncə istefa verib.

    Muxalifet - 14-07-2018

  13. ​İkinci “Ərəb Baharı” başladı? – Nümayişlər paytaxta keçdi

    İraqın cənubunda başlayan və paytaxt Bağdada da keçən nümayişlər səbəbiylə ölkədə vəziyyət getdikcə pisləşir.
    Publika.az xarici mediaya istinadən xəbər verir ki, hökumət etiraz aksiyalarının daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün internetə girişi məhsuslaşdırıb.
    Ölkədəki vəziyyəti müzakirə etmçək üçün İraq Milli Təhlükəsizlik Şurası baş nazir Heydər Əl-İbadinin başçılığı ilə təcili toplanıb.

    Muxalifet - 14-07-2018

  14. ​"Çelsi" klubunun yeni baş məşqçisi

    İngiltərənin "Çelsi" futbol komandasına yeni baş məşqçi təyin olunub. 
    Muxalifet.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifə Mauritsio Sarriyə həvalə olunub.
    İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 59 yaşlı baş məşqçi həmyerlisi Antonio Konteni əvəzləyib. 

    Muxalifet - 14-07-2018

  15. ​Rusiya üçtərəfli enerji körpüsünün yaradılmasını istəyir –Vilayəti Moskva səfərində müzakirə olunan məsələləri açıqladı

    “Rusiya İran və Azərbaycanı birləşdirəcək elektrik enerji mübadiləsi körpüsünün yaradılmasını istəyir”.
    APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti Rusiya səfərinin yekunlarına dair Tehranda keçirdiyi brifinqdə deyib.

    Muxalifet - 14-07-2018

  16. ŞOK: SOCAR əməkdaşları tərəfindən evi sökülən qadın ÖZÜNÜ YANDIRDI

    Dünən SOCAR əməkdaşlarının növbəti özbaşınalığı böyük faciəyə səbəb olacaqmış. Muxalifet.az xəbər verir ki, bu haqda Hurriyyet.org-a məlumat verən mənbənin sözlərinə görə, Balaxanıda SOCAR əməkdaşları tərəfindən evinin sökülməsinə cəhd edilən qadın üzərinə benzin tökərək, özünü yandırıb. Məlumata əsasən, qadın bundan öncə evinin qanunusuz olaraq sökülməsinə etiraz edib. O bildirib ki, evinin yerləşdiyi torpaq sahəsi İcra Hakimiyyəti tərəfindən ayrılıb və tikintiyə də qanun çərçivəsində razılıq verilib. Hətta bununla bağlı sənədləri də SOCAR əməkdaşlarına təqdim edib.

    Muxalifet4 - 14-07-2018

  17. Gürcüstanda türkiyəli biznesmeni intim video ilə şantaj edən Azərbaycan vətəndaşı saxlanıldı

    Gürcüstanda türkiyəli iş adamını intim həyatı ilə bağlı şantaj edən Azərbaycan vətəndaşı saxlanılıb.
    APA-nın yerli bürosunun Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, saxlanılan 1979-cu il təvəllüdlü S. Z. adlı qadının müvəqqəti olaraq Marneulidə yaşadığı və fahişəliklə məşğul olduğu müəyyən olunub.
    Azərbaycan vətəndaşı sıx münasibət qurduğu türkiyəli biznesmendən şantaj yolu ilə 300 lari məbləğində pul tələb edib. O, iş adamını intim həyatı ilə bağlı videonu sosial şəbəkələrdə yayacağı ilə bağlı hədələyib.

    Muxalifet - 14-07-2018

  18. ​Bakıda cindar Hüseyn və anası saxlanıldı - Deputatlardan pul alıb, “cinlərə qonaqlıq verirmiş”

    Falçı Hüseyn Əlizadə və anası Lalə İbrahimova külli miqdarda dələduzluq ittihamı ilə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.

    Muxalifet - 14-07-2018

  19. ​Adnan Oktar ilk ifadəsini verdi: “DƏLİ DEYİLƏM” - AZƏRBAYCANDA ŞİRKƏTLƏRİ VARMIŞ

    Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyədə həbs edilən saxta “din xadimi” Adnan Oktar ilk ifadəsində dəli olmadığını, 60 ədədə yaxın sağlamlıq kağızı olduğunu bildirib. Dünən onun Çengelköy məntəqəsində yerləşən villasında qazıntı işləri aparılıb, polis tərəfindən 200 milyon lirə məbləğində pulu axtarılıb. Cinayətkar şəbəkənin şantaj və təhdid yolu ilə ayda 10 milyon dollara yaxın pul topladığı bəlli olub.

    Muxalifet - 14-07-2018

  20. PKK Qəndildən Sincara daşınır: ABŞ-ın HİMAYƏSİNDƏ YENİ TERROR YUVASI

    Türkiyənin uğurlu əməliyyatlarından sonra PKK, Qəndil düşərgəsini Sincara daşıyır. Sincardakı yeni təşkilatlanmanın başına gətirilən Sözdar Avesta, ABŞ-lı komandirlərlə görüşüb, yeni düşərgələrin infrastruktur işlərini planlaşdırıb.
     

    Muxalifet3 - 14-07-2018

Pages