Axtarış

The search found 105828 results in 0.121 seconds.

Search results

  1. Nazirdən Gəncə olayları ilə bağlı tapşırıq

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
    Müdafiə Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirləri ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

    Muxalifet - 14-07-2018

  2. Bəzi rayonlarda şimşək çaxacaq, yağış yağacaq

    Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 15-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.
    Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-27, gündüz 32-36, Bakıda gecə 25-27, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.
    Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

    Muxalifet - 14-07-2018

  3. "Azərbaycanın FETÖ ilə mübarizəsi bizi çox qürurlandırdı" - Mehmet Akarca

    “Azərbaycanın FETÖ ilə mübarizəsi bizi çox qürurlandırdı”.
    APA-nın məlumatına görə, bunu İstanbulda 15 iyul dövlət çevrilişinə cəhd hadisələrinin ikinci ildönümünə həsr edilən brifinqdə Türkiyə prezidentinin baş sözçüsü, Türkiyə Baş Nazirliyinin Mətbuat və İnformasiya Baş İdarəsinin müdiri Mehmet Akarca deyib.

    Muxalifet - 14-07-2018

  4. ​FİFA İngiltərə və Xorvatiyanı cərimələdi

    FİFA İntizam Komitəsi DÇ-2018-in oyunları zamanı media marketinq qaydalarını pozduğuna görə Xorvatiya və İsveç milliləri ilə bağlı qərar qəbul edib.
    Muxalifet.az xəbər verir ki, İsveç Futbol Federasiyası 50 min isveçrə frankı məbləğində cərimələnib. Buna səbəb milli komandanın futbolçusunun 1/4 finalda İngiltərəyə 0:2 hesabı ilə məğlub olduqları oyunda ticarət markası göstərməsidir.

    Muxalifet - 14-07-2018

  5. İCRA BAŞÇISINA SUİ-QƏSDLƏ BAĞLI YENİ HƏBSLƏR - 2 baş redaktora cinayət işi açıldı + FOTOLAR

    Gəncədə Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısı həbs edilib. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.
    İnformasiyaya əsasən, həbs olunan əslən Ermənistan SSR-dən olan 1966-cı il təvəllüdülü Akif Əliyevdir.
    Xatırladaq ki, iyulun 3-də saat 20:30-da Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında icra başçısı Elmar Vəliyevə silahlı hücum edilib. İcra başçısına silahlı hücum edən 1983 təvəllüdlü Yunis Səfərov hadisə yerində olan polis əməkdaşları tərəfindən dərhal saxlanılıb və tərksilah edilib.

    Muxalifet - 14-07-2018

  6. ​Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi bazar günü çimərliyə getmək istəyənlərə xəbərdarlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, iyul ayının 15-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək və külək arabir güclənəcək. Abşeron çimərliklərində suyun temperaturuna gəlincə, iyulun 15-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

    Muxalifet - 14-07-2018

  7. ​Yollarda təmir vaxtı dəyişir

    “Bundan sonra yollarda hərəkətin məhdudlaşdırılmasına səbəb olacaq təmir işləri gecə saatlarında aparılacaq”.
    Bu barədə Muxalifet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
    Onun sözlərinə görə, təmir işlərinin əsasən gecə saat 23:00-dan səhər saatlarınadək aparılması nəzərdə tutulub.

    Muxalifet - 14-07-2018

  8. ​ABŞ dünya nizamını dəyişdirməyə çalışır - Sergey Lavrov

    ABŞ bir sıra beynəlxalq təşkilatdan çıxmaqla, dünya nizamını yenidən formalaşdırmağa cəhd edir.
    Muxalifet.az xəbər verir ki, bunu RT-yə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
    “ABŞ birtərəfli qaydada raketdən müdafiə sistemlərinin məhdudlaşdırılması barədə razılaşmadan çıxdı. ABŞ əksər beynəlxalq razılaşmalardan çıxdı. Bu, dünya nizamının dəyişmək cəhdidir”, – deyə o bildirib.

    Muxalifet - 14-07-2018

  9. ​Bərdədə evi yandırılan şəxs: "Qəsdən yandırılıb"

    Bərdə rayonunda yaşayış evi yanıb.
    “Report”un Qarabağ bürosunun məlumatına görə, yanğın hadisəsi Güloğlular kəndində qeydə alınıb.
    Kənd sakini Abdullajimov Zöhrab Miryusif oğluna məxsus fərdi yaşayış evi yanıb.
    Hadisə zamanı ev sahibləri mənzildə olmayıb. Qəfildən başlayan və qısa müddətdə güclənən alov evi tamamilə əhatəsinə alıb. Bir mərtəbədən ibarət olan 4 otaqlı ev əşyaları ilə birlikdə yanaraq kül olub. Qonşular köməyə gəlsə də, yanğın güclü olduğundan alovu söndürmək mümkün olmayıb.

    Muxalifet - 14-07-2018

  10. ​Prezident sarayının yaxınlığında atışma və partlayış olub

    Somalinin paytaxtı Moqadişoda prezident sarayının yaxınlığında atışma ilə müşaiyət edilən iki partlayış olub.
    Muxalifet.az TASSa istinadən xəbər verir ki, bu məlumatı “Associated Press” yayıb.
    Partlayış nəticəsində ehtimal olunan dağıntı və ya qurbanların olması barədə məlumat verilməyib. 

    Muxalifet - 14-07-2018

  11. ​Türk ordusundan PKK-ya növbəti zərbə

    İraqın şimalında 6 PKK terrorçusu neytrallaşdırılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
    Terrorçuların Zap və Qara rayonlarında terror nöqtələrinə endirilən aviazərbələr nəticəsində məhv edildiyi bildirilib.

    Muxalifet - 14-07-2018

  12. ​Arman Melikyan Ermənistanın işğalçı olduğunu etiraf etdi:"Məqsəd Artsax ermənilərinin təhlükəsizliyini təmin etməkdir" - MÜSAHİBƏ

    Qondarma “Dağlıq Qarabağ Respublikası”nın sabiq Xarici İşlər naziri Arman Melikyan Ermənistandakı “1in.am” saytına müsahibəsi zamanı Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması faktını, dolayısı ilə, təsdiqləyib.

    Muxalifet - 14-07-2018

  13. Dənizdə batan kişinin meyiti tapıldı

    Bakıda dənizdə batan 31 yaşlı kişinin meyiti tapılıb.
    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, iyulun 13-də Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Məmmədov Ruslan Namiq oğlunun axtarışları başa çatıb. R.Məmmədovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet - 14-07-2018

  14. ​Rusiyasız mümkün deyil – Şövkət Əziz

    Təhlükəsizlik sferasında nizamı Rusiyasız təmin etmək mümkün deyil.
    Muxalifet.az xəbər verir ki, bunu 7-ci Qlobal Sülh Forumunda çıxışı zamanı Pakistanın keçmiş baş naziri Şövkət Əziz deyib.
    “Rusiya çox illər sərf edib ki, hərbi imkanlarını və digər ölkələrlə tərəfdaşlıq əlaqələrini gücləndirə bilsin. Sizin nə fikirləşməyinizdən asılı olmayaraq, Rusiya kimi vacib oyunçu olmadan təhlükəsizlik sferasında nizamın təminatını düşünmək çox çətindir”, – deyə o bildirib.

    Muxalifet - 14-07-2018

  15. Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət etdi - Yeni heyvan kəsimi məntəqələrinin yaradılması üçün

    Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yeni heyvan kəsimi məntəqələrinin yaradılması üçün sahibkarlara müraciət edib.
    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Muxalifet.az-a bildirilib ki, AQTA qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması prosesində iştirakına yüksək qiymət verir.

    Muxalifet - 14-07-2018

  16. Bakı meri vəzifəsi uğrunda savaş – YENİ İDDİALILAR KİMLƏRDİR...

    Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) rəhbəri vəzifəsi uğrunda hakimiyyət daxilindəki qruplar arasında cidd savaş gedir. Muxalifet.az etibarlı mənbəyə istinadən xəbər verir ki, son günlərə qədər bu posta iddialılardan biri kimi Gəncənin icra başçısı Elmar Vəliyevin adı çəkilirdisə, məlum olaylardan sonra yeni namizədlər ortaya çıxıb. İddia olunur ki, yeni iddiaçılardan biri “Bakı Ağ şəhər” layihəsinin və “Bakond” şirkətinin baş direktoru Ruslan Sadıxovdur. Ruslan Sadıxov Qeyd edək ki, R.Sadıxov Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini Rövşən Sadıxovun qardaşıdır.

    Muxalifet4 - 14-07-2018

  17. ​Yeni uçan avtomobil sınaqdan keçirildi - Video

    Kanadanın “Opener” şirkəti “BləkFlay” markalı uçan avtomobili sınaqdan keçirib.
    Muxalifet.az xəbər verir ki, sınaqdan keçirilən aparatın hündürlüyü 1,5, uzunluğu isə 4 metrdir. Yeni yaradılan avtomobil boyu 2 metrdən hündür, çəkisi 114 kiloqramdan artıq olmayan şəxslər üçün nəzərdə tutulub. Avtomobil yalnız bir nəfərlikdir.
    “BləkFlay”ın elektrikli mühərriklə çalışdığı vurğulanıb. Enerji topladıqdan sonra 40 kilometr məsafə qət edə bilən uçan maşın 62 kilometr/saat sürət yığa bilir.
    Avtomobilin yaradıcıları bildirib ki, onun qiyməti adi maşınların qiymətinə olacaq.

    Muxalifet - 14-07-2018

  18. ​Qubada ölümlə nəticələnən ağır yol qəzası

    Qubada ölümlə nəticələn ağır yol-nəqliyyat hadisə baş verib.
    Muxalifet.az-ın DİN-in saytına istinadən məlumatına görə, iyulun 13-də saat 7 radələrində Quba rayonunun Zərdabi kəndi ərazisində Vüqar Talıbov idarə etdiyi şəxsi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə hadisə yerində ölmüşdür.
    Quba RPŞ tərəfindən araşdırma aparılır.

    Muxalifet - 14-07-2018

  19. Avropada PKK-ya zərbə!

    PKK-nın Skandinaviya ölkələri üzrə məsul şəxsi olan və qırmızı bülletenlə axtarılan C.D, Danimarkada yaxalanıb. Tuncəlinin Ulukala kəndində 1994-də 7 mülki şəxsin öldürüldüyü hadisəsinin günahkarlarından olan, qırmızı bülletenlə axtarılan DHKP/C mənsubu terrorçu S.G isə İspaniyada yaxalanıb.
    Müxalifət.az

    Muxalifet3 - 14-07-2018

  20. ABŞ-Rusiya arasındakı 2 səhifəlik gizli mətndə nələr var?

    ABŞ prezidenti Tramp, Rusiya prezidenti Putin ilə iyulun 16-da təkbətək görüşəcək.
     
    Görüş ərəfəsində Moskvadan Vaşinqtona 2 səhifəlik bir sənəd çatdırılıb.
    2 səhifəlik bu mətnin həlledici görüşdə əsas müzakirə olunacaq məsələləri məzmunu təxminən bəllidir.
    Sənəddə qeyd olunanlar əsasən aşağıdakılardan ibarətdir:
    1- Amerikanın Suriyadakı prioritet hədəfi İran təsirini azaltmaq və bunu müəyyən zaman kəsimində tamamilə təmizləməkdən ibarətdir. İran təsirini azaltma məsələsində Rusiyanın fəal yardımı tələb olunur.

    Muxalifet3 - 14-07-2018

Pages