Axtarış

The search found 105828 results in 0.133 seconds.

Search results

  1. Ərdoğan çevriliş cəhdi haqda: “Türkiyə üçün faydalı oldu”

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "15 iyul" dövlət çevrilişinə cəhdin "Demokratiya və Milli Birlik Günü" kimi qeyd edilməsinin ikinci ilinə aid açıqlamalar verib.
    Türkiyə mediası xəbər verir ki, prezident 15 iyul hadisələrini milli iradə və demokratiyanın qələbəsi kimi gördüyünü və ölkənin dörd bir yanında yaşayan türkləri bu qələbə münasibətilə təbrik etdiyini deyib:

    Muxalifet2 - 15-07-2018

  2. BAKIDA YOL BELƏ ÇÖKDÜ – Tikinti səbəbindən… - FOTO

    Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb.
     
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi məlumata görə, çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib.
     

    Muxalifet2 - 15-07-2018

  3. Elektrik enerjisindəki faislələrə görə AZƏRBAYCANLILAR AYAĞA QALXDI

    Cənubi Azərbaycanın şəhər və kəndlərində elektrik enerjisinin verilişində yaranan fasilələr əhali arasında ciddi narahatlığa səbəb olub. Etiraz edən vətəndaşlar küçələrə axışıb.
    Söhbət Güney Azərbaycanın Ərdəbil şəhərinin Boran kəndindən gedir. Son günlərdə elektrik enerjisinin, içməli suyun verilişində yaranan problemlər səbəbindən əhalinin yaşayış səviyyəsi aşağı düşüb. İnsanlar evlərində qidaların xarab olduğunu, müəssisələrin normal fəaliyyət göstərmədiyini deyərək etiraz ediblər.

    Muxalifet2 - 15-07-2018

  4. Ronaldo "Napoli"yə keçmək istəyirmiş…

    İtaliyanın "Yuventus" klubunun yeni transferi olan Kriştianu Ronaldo Turin komandasından əvvəl "Napoli"yə keçməyi planlaşdırıb.
    Bunu jurnalist Karlo Alvinoya istinadən "Football Italia" yazıb.
    Bildirilir ki, portuqaliyalı hücumçu əvvəlcə Neapol klubuna keçmək fikrində olub, lakin komanda rəhbərliyi yüksək maliyyə xərcləri səbəbindən bu transferi həyata keçirməkdən imtina edib.
    "Napoli"nin baş məşqçisi Karlo Ançelottidir. Ronaldo 2013-2015-ci illərdə "Real"da onun rəhbərliyi altında çıxış edib.

    Muxalifet2 - 15-07-2018

  5. “Atalarının gül balaları” Bakıda tuneli bağlayıb... şampan içdilər - VİDEO

    Sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində gur hərəkətin olduğu tuneli bağlayaraq, bir dəstə gəncin dəlisov əyləncəsini əks etdirən video yayımlanıb.
     
    Çox bahalı avtomobillərdən düşmüş gənclər, toy karvanı ilə tuneldəki yolu kəsərək, rəqs ediblər və birbaşa yolun ortasında atəşfəşanlıq təşkil ediblər.
     
    Yolda nəhəng tıxac yaransa da, gənclər şənliklərini davam etdiriblər və faktiki olaraq, prospektdə hərəkəti iflic halına salıblar. Kadrlarda tunelin girişində gözləmək məcburiyyətində qalmış onlarla avtomobil görünür.
     

    Muxalifet2 - 15-07-2018

  6. İNTİHAR, YOXSA… - Yaşlı kişi xəstəxananın pəncərəsindən düşdü

    Sumqayıt şəhərində yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
     
    1963-cü il təvəllüdlü Ədalət Həbibov ehtiyatsızlıq nəticəsində müalicə aldığı Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinin ikinci mərtəbəsindən yıxılaraq ağır kəllə-beyin travması alıb.
     

    Muxalifet2 - 15-07-2018

  7. ​Ərdoğan açıqladı: FETÖ-nun arxasınca gələnlər bitməz...

    FETÖ-nun arxasınca gələnlər bitməz.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan uğursuz 15 iyul qiyamının ildönümü ilə bağlı təşkil edilən tədbirdə deyib.
    Dövlət başçısı bildirib ki, 15 iyul gecəsi xalq bu şəbəkəsinin daha bir güclü kartını əlindən aldı:
    “Onların girdiyi hücrələri söküb, atacağıq. Dayanmaq yoxdur. Şəhidlərimizin, qazilərimizin hesabına qazanılmış bu zəfəri masada təhlükəyə atmaq yoxdur. Hər şəhid ailəsi, hər qazi mənim qardaşımdır”.
     

    Muxalifet3 - 15-07-2018

  8. ​SON DƏQİQƏ: NATO Türkiyəni hədələdi: “Türkiyə bilsin ki,..”

    Türkiyə S-400 alarsa, Rusiya F-35-lərin işləmə mexanizmini öyrənə bilər.
     
    Muxalifet.az xəbər verir ki, bu sözləri NATO-nun Avropa Müttəfiq Hərbi Hava Qüvvələri komandanı Tod Volters deyib.
    O bildirib ki, alyans hələ ki, Türkiyə ilə güclü bağların qorunmasına yönəlib:
    “Türkiyənin S-400 alması NATO-nun mənafeyinə xidmət etmir”.
     

    Muxalifet3 - 15-07-2018

  9. ​Sumqayıtda əməliyyat: 18 radikal şəxs saxlanıldı

    Bu gün Sumqayıt şəhərində hüquq-mühafizə orqanları qətiyyəti və peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanılıb.
    Hüquq mühafizə orqanlarından daxil olan məlumata görə, əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlayırmışlar.

    Muxalifet3 - 15-07-2018

  10. ​Azərbaycanlını ailəsindən 300 milyon alıb, azad etdilər

    Azərbaycanlı milli-mədəni fəal Səhənd Məalı ailəsinin girov qoyduğu mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
    Muxalifet.az xəbər verir ki, fəal 9 gün saxlandıqdan 300 milyon riallıq mülki vəsiqə qarşılığında azad edilib.
    Sarab Məhkəməsi ETTELAAT-ın tapşırığına görə fəalın azadlığa buraxılması üçün təyin olunan mülki vəsiqəni qəbul etməkdən imtina etsə də, sonda geri addım atıb.

    Muxalifet3 - 15-07-2018

  11. ​DÇ-nin bağlanış mərasimi keçirildi - Foto

    Fransa və Xorvatiya yığmaları arasındakı final matçından əvvəl futbol üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib.
    Muxalifet.az xəbər verir ki, "Lujniki" stadionunda geniş tamaşaçı izdihamı önündə mundialın rəsmi mahnısı olan "Live İt Up" səsləndirilib.
    Mərasimdə bir sıra tanınmışlarla yanaşı, əfsanəvi braziliyalı futbolçu Ronaldinyo da iştirak edib
    Dünya Kubokunu stadiona top-model Natalya Vodyanova və Almaniya yığmasının keçmiş kapitanı Filip Lam gətirib.
     

    Muxalifet3 - 15-07-2018

  12. ​DİN: "Aslanlar" Böyükkişiyevi buna görə məhv etdi

    İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.

    Muxalifet3 - 15-07-2018

  13. ​Tramp Helsinkini bir-birinə vurdu - Aksiya

    Finlandiyanın paytaxtı Helsinki şəhərində eyni vaxtda 2 aksiya keçirilir.
    Muxalifet.az xəbər verir ki, aksiyaların biri Trampın gəlişinə dəstək, digəri isə etiraz nümayiş etdirmək məqsədilə daşıyır.
    İnsan hüquqları müdafiəçiləri, LGBT tərəfdarları, Ukrayna və Azad Suriya ordusunu dəstəkləyənlər Müqəddəs Nikolay meydanı istiqamətində yürüş keçiriblər. Aksiya iştirakçılarının sayı 2500-dən artıq olub. Onlar Putin və Trampdan insan hüquqlarını qorumalarını və müharibələrə son qoymalarını istəyiblər.

    Muxalifet3 - 15-07-2018

  14. ​Tramp Kim Çeni təriflədi: Böyük şəxsiyyətdir

    ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnin çox ağıllı və şən bir insan olduğu bildirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Deili Meil” yazıb.
    Tramp eyni zamanda Kim Çen İnin böyük bir şəxsiyyət və çox yaxşı müzakirəçi olduğunu qeyd edib. Onun sözlərinə görə, görüş zamanı Kim Çen İnlə münasibətlər yoluna qoyulub və son 10 ay ərzində Şimali Koreyada heç bir nüvə sınağı keçirilməyib.
     

    Muxalifet3 - 15-07-2018

  15. ​Şok: Ermənistan ordusu qarışdı: Azərbaycan hərəkətə keçdi – ƏSİR VAR

    Bu gün səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
    Muxalifet.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.

    Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır. Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.
     

    Muxalifet3 - 15-07-2018

  16. ​Putin "Lujniki"də: Qalibi təltif edəcək

    Rusiya Prezidenti Vladimir Putin hazırda Fransa-Xorvatiya arasında final oyunun keçirildiyi “Lujniki” stadionuna gəlib.
    Muxalifet.az xəbər verir ki, dövlət başçısının qalib komandanı təltif edəcəyi bildirilib.
     

    Muxalifet3 - 15-07-2018

  17. ​Bakıda çökmüş yolun altında gizli tunel aşkarlandı - Foto

    Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı təqribən yol səthindən 5-6 metr dərinlikdə tunel tipli boşluq aşkarlanıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Feysbuk səhifəsində məlumat paylaşıb.

    Muxalifet3 - 15-07-2018

  18. ​Şimali Koreyadan qaçan qadınlar: Mənim xalqımın beynini yuyurlar

    Yaponiyada Şimali Koreyadan üzən balıqçı qayıqlarını “kabus gəmiləri” adlandırırlar. 
    2017-ci ildə Yaponiyanın qərb sahillərinə üzən bu cür qayıqların sayı 104 olub. Yaponiya sahil təhlükəsizliyi xidmətinin məlumatına əsasən, son iki ildə bu rəqəm 66 olmuşdu. Bir çox hallarda bu qayıqlarda Şimali Koreyadan qaçmağa çalışan şəxslərin cəsədləri aşkar edilir. 
    Analitiklər bildirirlər ki, bu cür qayıqların artmasına səbəb son illər Şimali Koreyaya qarşı sərt sanksiyaların tətbiqi nəticəsində bu ölkədə ərzaq çatışmazlığı olub. 

    Muxalifet3 - 15-07-2018

  19. Çökmüş yola görə iki marşrutun istiqaməti dəyişdirilib

    Bakının Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində yolun bir hissəsinin çökməsi ilə əlaqədar olaraq iki marşrutun istiqaməti dəyişdirilib.
    Muxalifet.az-ın xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
    “Cəlil Məmmədquluzadə küçəsinin müəyyən hissəsinin çökməsi ilə əlaqədar olaraq 52 və 33 nömrəli müntəzəm marşrutların hərəkət istiqamətləri Səməd Vurğun və Abbasqulu ağa Bakıxanov küçələrindən təşkil edilib”, – deyə məlumatda qeyd olunub.
     

    Muxalifet3 - 15-07-2018

  20. Qazaxda bayrağımız bu halda - Foto

    Qazax rayonunun mərkəzində dirəkdə dalğalanan zədələnmiş bayrağın fotosu yayılıb.
    Muxalifet.az xəbər verir ki, fotonu əməkdar jurnalist, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Feysbuk səhifəsində paylaşıb.
    Bayrağın tamamilə parçalanmış halda olduğu aydın görünür.
    Həmin fotonu təqdim edirik:
     

    Muxalifet3 - 15-07-2018

Pages