Axtarış

The search found 105828 results in 0.064 seconds.

Search results

  1. ABŞ 12 rusiyalı casusu təqsirli bilib

    Federal jüri cümə günü Rusiyanın 12 hərbi kəşfiyyat rəsmisini 2016-cı il prezident seçkiləri zamanı ABŞ Demokratlar Partiyasının kompüterlərinə daxil olmaqla təqsirli bilib. Rusiyalılara qarşı bu ittihamlar Moskvanın ABŞ seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror tərəfindən irəli sürülüb
    .
    Təqsirli bilinən əməliyyatçıların Hillari Klintonun seçki kampaniyasının könüllüləri və işçilərinin email hesablarına daxil olduqları və həmin yazışmaların ictimaiyyətə açıqladıqları bildirilir.

    Muxalifet3 - 14-07-2018

  2. TƏZYİQLƏRƏ SON QOYULSUN! - Müsavat tələb edir

    “Müsavat Partiyası hesab edir ki, hakimiyyətin Bastainfo.com saytına və Müsavat Partiyasının funksionerlərinə qarşı həyata keçirdiyi qanunsuz təzyiqlər Konstitusiya ilə hüququn aliliyinin bəyan edildiyi cəmiyyətdə yolverilməz olmaqla bərabər, həm də cəmiyyətdə olan gərginliyi daha da artiirilmasına gətirib çıxarır.

    Muxalifet3 - 14-07-2018

  3. Gəncə hadisəsi Müdafiə Nazirliyini də hərəkət keçirdi

    “Müdafiə naziri Zakir Həsənov Gəncə şəhərində törədilən təxribat nəzərə alınmaqla hərbi hissələrdə mühafizənin gücləndirilməsinin, gündəlik xidməti fəaliyyətin yüksək səviyyədə təşkilinin, xüsusilə də ön xətt bölmələrində sayıqlığın daha da artırılmasının vacibliyini qeyd edib”.
     
    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    Muxalifet3 - 14-07-2018

  4. Tramp 12 Rus casusu haqda danışdı

    ABŞ prezidenti Donald Tramp, Federal juri üzvlərindən 12 Rus casusu ilə bağlı yönəltdiyi ittihamların sələfi Barak Obamanın rəhbərliyi zamanı olmuş hadisələrlə bağlı olduğunu bildirərək Obamanın bunlar qarşısında niyə bir şey etmədiyini soruşub.
     

    Muxalifet3 - 14-07-2018

  5. ​Nazir: Ciddi qanunsuzluqlar aşkarlanıb

    Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) verilmiş tapşırıqların icrası sahəsində görüləcək işlərə dair müşavirə keçirilib.

    Muxalifet3 - 14-07-2018

  6. ​Usubov Gəncə hadisələri ilə bağlı rəisləri topladı - Yeniləndi

    Daxili İşlər Nazirliyində 2018-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

    Muxalifet3 - 14-07-2018

  7. ​“O adam kafirdir” - Allahşükür Paşazadə Gəncə hadisələrindən danışdı

    "Terrorun İslam dinində heç bir yeri yoxdur. İsada da, Musada da, Məhəmməd peyğəmbər səllalahu aleyhi və səlləmin gətirdiyi Quranda da bir insanı qətl etmək, müqəddəsliyə əl uzatmaq Allaha qarşı üsyandır. O adam kafirdir”.
    Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə Gəncə hadisələri barədə danışarkən deyib.
    QMİ sədri qeyd edib ki, cəmiyyətdə dini ayrı-seçkilik müzakirə mövzusu ola bilməz:

    Muxalifet3 - 14-07-2018

  8. ​İtaliya prezidenti Bakıya gəlir

    İtaliya Prezidenti Sergio Mattarella Azərbaycana dövlət səfəri edəcək.
    Muxalifet.az-ın məlumatına görə, S.Mattarella iyulun 17-də axşam Gürcüstana səfərindən sonra Bakıya gələcək.
    Səfərin məqsədi İtaliya və Azərbaycan arasında iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirməkdir.
    Səfər çərçivəsində iyulun 18-də S.Mattarellanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Sergio Mattarella ADA Universitetində mühazirə ilə çıxış edəcək, iyulun 19-da isə İtaliya-Azərbaycan biznes forumunda iştirak edəcək.
    Səfər iyulun 19-da başa çatacaq.
     

    Muxalifet3 - 14-07-2018

  9. ​İsrail ordusu Xan-Yunisi vurdu

    İsrail ordusu Qəzzanın şərqindəki Xan-Yunis şəhərinə tankla atəş açıb.
    Muxalifet.az xəbər verir ki, hadisə şahidləri tankın evlərdən birini hədəf aldığını söyləyib. Hücum nəticəsində ölən və yaralananların olub-olmaması barədə hələlik heç bir məlumat yoxdur.
    İsrail rəhbərliyi hücumla bağlı hər hansı bir açıqlama verməyib.
     

    Muxalifet3 - 14-07-2018

  10. ​İran bu ölkəyə uçuşları dayandırdı

    İran İraqın Nəcəf hava limanına uçuşları təhlükəsizlik səbəbi ilə dayandırıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı sputnik yayıb. Məlumata görə, İranın "Aviasiya" təşkilatının sözçüsü Rıza Cəfərzadə hazırda Nəcəf hava limanına təhlükəsiz uçuş həyata keçirilməsinin mümkün olmadığını bildirərək, problem aradan qaldırıldığı zaman uçuşların yenidən bərpa ediləcəyini söyləyib.
    Tehranın beynəlxalq İmam Humeyni hava limanının rəsmisi Əli Rüstəmi isə Nəcəfə hərəkət etməsi nəzərdə tutulan bəzi sərnişin təyyarələrinin Bağdad istiqamətində yönləndirildiyini bildirib.

    Muxalifet3 - 14-07-2018

  11. ​Putin: Vəziyyət çox gərgindir - Foto

    Rusiya Prezidenti Vladimir Putin Fələstin Prezidenti Mahmud Abbası Kremldə qəbul edib.
    Muxalifet.az xəbər verir ki, tərəflər iki ölkə arasındakı münasibətləri, Fələstin və ətraf ərazilərdə baş verən hadisələri, eləcə də regional məsələləri müzakirə ediblər:
    Putin görüşdən əvvəl regionda vəziyyətin çox gərgin olduğunu söyləyib:
    “Həm ikili münasibətlər, həm də bölgədəki vəziyyəti müzakirə etmək fürsətimiz olacaq. Bölgədəki digər ölkələrin liderləri və qonşularımızla olan əlaqələrimizlə bağlı sizə məlumat verməkdən məmnun olacağam”.

    Muxalifet3 - 14-07-2018

  12. ​ “Kim deyir Elmar Vəliyev İsraildədir? Olsaydı mən bilərdim...” – Yevda Abramovdan ŞOK AÇIQLAMA

    "Elmar Vəliyev İsraildə olsaydı, bəlkə də birinci eşidənlərdən biri mən olardım. Amma mənə nə ailə üzvlərim, nə uşaqlarım, nə də dostlarım bu barədə nəsə deyiblər".
    Bu sözləri deputat, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yevda Abramov musavat.com-a geniş müsahibəsində Gəncə şəhər İH başçısı E.Vəliyevin İsrailə aparılması haqda yayılan məlumatı şərh edərkən deyib.

    Muxalifet3 - 14-07-2018

  13. Çin hökumətindən mediaya - ABŞ qadağası

    Çin hökuməti ABŞ-la aralarındakı ticarət müharibəsi barədə məlumat yayan media orqanlarına diqqətli olmaları barədə növbəti dəfə xəbərdarlıq edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə ”Cənubi Çin Səhər qəzeti” məlumat yayıb.
    Qəzet rəhbərliyə yaxın media qurumlarına vəziyyətlə bağlı informasiya yaymağa icazə verildiyini bildirib.
    Çin hökumətinin xalqın iqtisadi vəziyyətdən dolayı panikaya qapılmaması üçün belə addım atdığı bildirilir.

    Muxalifet3 - 14-07-2018

  14. ​"Neftçi"nin azarkeşləri macarlarla dalaşdılar - Qisas vədi

    "Neftçi" və macar "Uypeşt”i arasında Avropa Liqasının 1-ci təsnifat mərhələsinin matçından əvvəl komandaların azarkeşləri arasında dava olub.
    Muxalifet.az bildirir ki, sosial şəbəkələrdə hadisənin videosu yayılıb. İnsident Mərdəkandakı restoranlardan birində, oyunun keçirildiyi "Dalğa Arena" stadionu yaxınlığında baş verib.
    “Neftçi”nin Forza fanhərəkatının nümayəndələri stadiona qədər təntənəli yürüş təşkil ediblər. Yolda onlar restorandan çıxan macarlara rast gəliblər. Şifahi söz atışması davaya keçib.

    Muxalifet3 - 14-07-2018

  15. ​Türkiyə İraqdakı vətəndaşlarına xəbərdarlıq etdi

    Türkiyə Xarici İşlər Nazirliyi İraqdakı aksiyalar səbəbi ilə orada yaşayan vətəndaşlarına xəbərdarlıq edib.
    Muxalifet.az xəbər verir ki, Türkiyə hökuməti İraqda yaşayan vətəndaşlarına aksiyanın keçirildiyi ərazilərdən uzaq durmalarını bildirilib.
    Nazirlik ehtiyac olduğu halda, Türkiyənin Bağdaddakı səfirliyinə müraciət edilməsinin lazım olduğunu bildirərək, səfirlik və nazirlik tərəfindən edilən xəbərdarlıqları izləməsini tövsiyə edib.
    Qeyd edək ki, artıq bir necə gündür İraqda işsizliyə və elektrik kəsintisinə görə aksiayalar başlayıb
     

    Muxalifet3 - 14-07-2018

  16. ​Soylu: Anons bitdi, əsl film indi başlayır

    Anons bitdi, əsl film indi başlayır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Daxili İşlər Naziri Süleyman Soylu Tvitter hesabında qeyd edib.
    Tunceli-Ərzincan yolunda yerləşən Sargir təpədə aparılan araşdırma ilə bağlı fotolar paylaşan Süleyman Soylu təpədə qəhrəmanlarla bir arada olduğunu bildirib.

     

    Muxalifet3 - 14-07-2018

  17. ​Ermənilərdən cəbhədə növbəti təxribat - Foto

    Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib.
    Muxalifet.az-ın xəbərinə görə, yanğın Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində müşahidə olunur. Erməni hərbiçilərinin Qərvənd kəndi ərazisində törətdiyi yanğın neytral ərazilərə yayılıb.
    Hazırda yanğın təmas xəttinə yaxın Mirəşelli, Çıraxlı, Əhmədağalı kəndlərindən aydın görünür.
     

    Muxalifet3 - 14-07-2018

  18. ​FETÖ-çular ən çox hansı ölkəyə üz tutur?

    Dünyada FETÖ-çuları ən çox qəbul edən ölkə ABŞ-dır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa söyləyib.
    “Çevrilişə cəhd etməyə çalışan bir terror təşkilatıdır. İki il davam edən istintaq nəticəsində Türkiyə bu cəhdin mahiyyətini daha yaxşı dərk edib. Türkiyənin tələbi ilə 16 ölkədə fəaliyyət göstərən FETÖ məktəbləri və qurumları fəaliyyətini dayandırıb.
    Ölkə xaricinə qaçan FETÖ üzvləri ən çox ABŞ, Almaniya və Yunanıstana üz tutub”.

    Muxalifet3 - 14-07-2018

  19. Zakir Həsənov Gəncədəki hərbi hissələrə ciddi tapşırıq verdi: Hazır olun - VİDEO

    Həmin video reportajı təqdim edirik:

    Muxalifet3 - 14-07-2018

  20. ​İsrail Qəzzada yaşayış binasını vurdu

    İsrail hərbi təyyarələri Qəzza şəhərindəki yaşayış binasını vurub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra məlumat verib.
    O, Kətibə bölgəsinə edilən hücum nəticəsində 2 fələstinli uşağın həlak olduğunu, 10 fələstinlinin isə yaralandığını deyib.
     

    Muxalifet3 - 14-07-2018

Pages