Axtarış
The search found 105828 results in 0.083 seconds.
Search results
İbrahimbəyli "Hüseyniyyun" dəstəsi yaradıb - Şok məlumat
Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovu hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriyaya göndərmiş Tohid İbrahimbəylinin bu istiqamətdə İranda dini təhsil alan azərbaycanlı tələbələrə xüsusi diqqət yetirdiyi məlum olub.
Muxalifet3 - 15-07-2018
Yüzminlərlə fransız Parisə axışdı
Hazrda Fransanın paytaxtı Parisdə yüzminlərlə şəxs mərkəzi meydana axışaraq milli komandanın məlum qələbəsini qeyd edir.
Muxalifet.az xəbər verir ki, həmin görüntüləri təqdim edir:
Muxalifet3 - 15-07-2018
Kabildə nazirlik binasına hücum: 6 ölü, 6 yaralı
Əfqanıstanın paytaxtı Kabildə İnkişaf Nazirliyinin binasının girişində terakt törədilib.
Muxalifet.az xəbər verir ki, kamikadzenin bombanı partlatması nəticəsində 6 nəfər həlak olub, daha 6-sı yaralanıb.
Hələ ki, heç bir qruplaşma teraktın məsuliyyətini üzərinə götürməyib.
Muxalifet3 - 15-07-2018
ABŞ-dan 15 iyul qiyamı ilə bağlı açıqlama
İki il öncə 15 iyulda mənfur uğursuz hərbi çevriliş cəhdində 250 nəfər öldü, minlərlə şəxs yaralandı.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert deyib.
O, ölənlərin ailələrinə başsağlığı, yaralananlara isə səbr diləyib.
Nauert bu olayın demokratiyaya hücum olduğunu və ölkəsinin daim Türkiyədəki demokratik təsisatların yanında olduğunu bəyan edib.
Muxalifet3 - 15-07-2018
İstanbulda onminlərlə insan yürüşə başladı
İstanbulda onminlərlə insan 15 iyul olaylarının 2-ci ildönümü ilə bağlı keçmiş Boğaziçi, indiki Şəhidlər körpüsünə doğru yürüşə başlayıb.
Muxalifet.az xəbər verir ki, bəzi vətəndaşlar Türkiyə bayrağı əks olunan geyimlərlə, bir qisim isə bayraqlarla yürüş edir.
Muxalifet3 - 15-07-2018
DÇ-nin qalibləri mükafatlandırıldı
Futbol üzrə Fransa və Xorvatiya yığmaları arasında keçirilmiş 2018-ci il dünya çempionatının final matçından sonra mükafatlandırma mərasimi keçirilib.
Əvvəlcə fərdi mükafatlar təqdim olunub. Fransa yığmasının hücumçusu Kilian Mbappe çempionatın ən gənc oyunçusu kimi təltif olunub. Xorvatiya yığmasının kapitanı Luka Modriç mundialın ən yaxşı futbolçusu üçün mükafata sahib çıxıb. Belçika yığmasının qolkiperi Tibo Kurtua çempionatın ən yaxşı qapıçısı sayılıb.Muxalifet3 - 15-07-2018
BƏƏ kralının ailəsini tənqid edən şeyxin oğlu Qətərdən sığınacaq aldı
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yeddi əmirliyindən biri olan Fuceyre şeyxi Şeyx Həməd bin Muhammed Əl Şərqinin oğlu Rəşid bin Həməd Əş Şərqi öldürülmə qorxusu ilə 16 may tarixindən Qətərdən sığınacaq alaraq gizlənir.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, təhlükədə olduğunu bildirilən Əş Şərqinin son zamanlar BƏƏ-nin Əbu-Dabi vəliəhdi Şahzadə Şeyx Muhammed bin Ziyad Əl Nahyanı sərt şəkildə tənqid edib.Muxalifet3 - 15-07-2018
ABŞ səmasında “Güləni geri qaytarın” tələbi - FOTO
İki il öncə Türkiyədə yaşanan “Darbe”dən sonra Pensilvaniyada yaşayan FETÖ lideri Fətullah Gülənin yaşadığı evin ətrafında helikopterlər uçub.
Muxalifet.az türk mətbuatına istinadən xəbər verir ki, buradakı qeyri-adilik isə helikopterin arxasına bağlanan banner və üzərindəki yazı olub.
Belə ki, bannerlərdə “Güləni geri qaytarın” sözləri yazılıb.
Qeyd edək ki, Gülenin Amerikanın Pensilvaniya bölgəsində mühafizə olunan evinin qarşısında etiraz mitinqlərinin keçirilməsi planlaşdırılır.
Muxalifet3 - 15-07-2018
O gecə qanı xarablarla... - Nazir açıqladı
O gecə pasportları bizimki ilə eyni olan, lakin fərqli məxluqlarla, qanı xarablarla mübarizə apardıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.
“Biz bu ölkənin övladları ilə atışmadıq. Biz bu vətənə bağlı əsgərlərlə, polislərlə mübarizə aparmadıq. Allaha həmd olsun ki, bir gecədə çör-çöpü söküb, atdıq. Ölkəmizi təmizlədik, yolumuza davam etdik”, - deyə nazir bildirib.
Muxalifet3 - 15-07-2018
Tramp Helsinkidə: Putinlə görüş...
ABŞ Prezidenti Donald Tramp Finlandiyanın paytaxtı Helsinkiyə gəlib.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Prezidentin təyyarəsinin yerli vaxtla 20:40-da hava limanına eniş etdiyi bildirilib.
Qeyd edək ki, sabah Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Muxalifet3 - 15-07-2018
Güclü yağış Qərb bölgəsində fəsadlar törətdi - Foto
Qərb bölgəsinə yağan yağış bir sıra fəsadlar yaradıb.
Muxalifet3 - 15-07-2018
Tramp bu dövlətləri ABŞ-a düşmən elan etdi
ABŞ prezidenti Tramp, başladığı ticarət müharibəsinsən sonra onlara qarşılıq verənləri düşmən elan etdi.
Çin ilə getdikcə böyüyən ticarət müharibəsinin ardınca Avropa və Kanadanın da ABŞ-a qarşılıq vermələri, Trampın onları düşman siyahısına salmasına səbəb olub.
ONLAR BİZİM DÜŞMƏNİMİZDİR
ABŞ prezidenti, CBS telekanalına müsahibə verib. Proqramda ona qlobal olaraq ABŞ-ın ən böyük düşməninin kim olduğu soruşulub.Muxalifet3 - 16-07-2018
Birləşmiş Ərəb Əmirinin oğlu Qatara sığındı
Birləşmiş Ərəb Əmirliklərindəki 7 əmirlikdən biri olan Fuceyre Əmirinin oğlu Raşid bin Həməd eş-Şarki öldürülmə qorxusuyla Qətərə sığınıb. Kral ailəsinə müqavimət göstərən və tənqid edən eş-Şarki hadisəsi 47 illik ölkə tarixində bir ilkdir.
Qətərli nümayəndələrə həyatının təhlükədə olduğunu bildirən 31 yaşlı Raşid bin Həməd eş-Şarkinin son dövrdə Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi Vəliəhd Şahzadəsi Şeyx Məhəmməd bin Zayid Al Nahyanı sərt dillə tənqid etdiyi bildirilir.Muxalifet3 - 16-07-2018
Tramp-Putin görüşünün bəzi detalları
ABŞ prezidenti Tramp ilə Rusiya prezidenti Putin arasında bu gün Finlandiyanın paytaxtı Helsinkidə tarixi zirvə görüşü baş tutacaq. Moskvadakı şərhçilər, görüşdə İran və Suriya məsələsinin gündəmin ən üst sıralarında yer alacağını dilə gətirir. ABŞ və İsrail İranın Suriyadakı varlığına son qoymasını istəyir, Rusiya isə bunun üçün formul axtarışındadır.
Muxalifet3 - 16-07-2018
ABŞ mətbuatında Fətullah Gülən xəbərdarlığı: ONU TÜRKİYƏYƏ VERİN
ABŞ-da 150-yə yaxın Türk-Amerika qeyri-hökumət təşkilatını birləşdirən Türk-Amerika İstiqamətləndirmə Komitəsi (TASC), “Vaşinqton Post” qəzetinə verdiyi tam səhifəlik yazıda qəzetin oxucularına FETÖ haqqında xəbərdarlıqlar edib və terrorçubaşı Gülənin qaytarılmasını istəyib.
TASC, 15 iyul dövlət çevrilişi cəhdinin 2-ci ildönümü səbəbiylə ABŞ-ın ən nüfuzlu qəzetlərindən biri olan “Vaşinqton Post” tam səhifə yazı dərc etdirərək FETÖ haqqında xəbərdarlıqlar edib.Muxalifet3 - 16-07-2018
Göygöldə avtomobil qəzası - xəsarət alanlar var
Göygöl şəhərində 2 avtomobilin toqquşması 2 nəfərin xəsarəti ilə nəticələnib.
Muxalifet.az Qərb bürosunun məlumatına görə, səhər saatlarında "VAZ-2106" markalı avtomobillə "VAZ-21099" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər, Ruslan Mehdiyev və Teymur Musayev xəsarət alıb. Hər iki şəxsin vəziyyətinin normal olduğu bildirilir.
Qəzanın baş vermə səbəbləri isə Dövlət Yol Polisinin əməkdaşları tərəfindən araşdırılır.Muxalifet - 16-07-2018
Türk ordusu PKK-nı vurdu, terrorçular hiyləyə əl atdı
Son günlər türk əsgərlərinin PKK-ya qarşı keçirdiyi uğurlu əməliyyatlar terror təşkilatını təşvişə salıb.
Muxalifet.az xəbər verir ki, uzun müddətdir axtarışda olan terrorçu liderlərin məhv edilməsi PKK rəhbərliyini və üzvlərini ciddi şəkildə narahat edib. Bunu terrorçuların öz aralarında baş tutan danışıqlarda da görmək olur.
Belə ki, terrorçulardan biri danışıqlar zamanı digərinə "yaralımız var, türk əsgəri hər yeri tutub, ölürük" deyib. Digər terrorçu da öz bölgələrində vəziyyətin buna bənzər olduğunu bildirib.Muxalifet - 16-07-2018
Britaniya şahzadələri Trampla görüşdən imtina etdilər
Şahzadə Çarlz və şahzadə Uilyam Böyük Britaniya Kraliçası II Elizabetlə ABŞ prezidenti Donald Trampın görüşünə qatılmaqdan imtina ediblər.
Muxalifet.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Times” qəzeti bildirib.
“Onlar (şahzadə Çarlz və şahzadə Uilyam) sadəcə, görüşdə olmaqdan imtina etdilər. Kraliçanın görüşdə tək olması son dərəcə qeyri-adi haldır. Onu adətən kimsə müşayiət edir”, - mənbələrdən biri deyib.Muxalifet - 16-07-2018
Ermənilər atəşkəsi 96 dəfə pozdu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 96 dəfə pozub.
Muxalifet - 16-07-2018
Çavuşoğlu açıqladı: FETÖ-çular tapılana kimi...
FETÖ-çu terrorçular ədalət qarşısına çıxarılana qədər onlara nə Türkiyədə, nə də dünyanın başqa bir yerində rahatlıq var.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Bu gün 15 iyul qiyamında yaralananları və şəhid olanları hörmət və ehtiramla anırıq”, - deyə XİN rəhbəri qiyama cəhdin ikinci ildönümündə bildirib.Muxalifet - 16-07-2018