Axtarış

The search found 105828 results in 0.068 seconds.

Search results

  1. Rusiyanın iki "AN-24" təyyarəsi Suriyadan qayıtdı

    Rusiyanın Suriyadakı hərbi bazasından iki hərbi-nəqliyyat aviasiyasının “An-124 Ruslan” təyyarəsi qayıdıb.
    Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
    Bildirilib ki, onları Novosibrsk vilayətindəki bazaya iki “Mi-8AMTŞ” helikopteri gətirib. 

    Muxalifet - 16-07-2018

  2. ​Lavrov-Pompeo görüşü də başladı

    Helsinkidə Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Mayk Pompeo arasında görüş başlayıb.
    Muxalifet.az xəbər verir ki, görüş Tramp-Putin görüşüylə paralel keçirilir.
    Qeyd edək ki, bu, tərəflər arasında ilk şəxsi görüşdür. Tərəflər arasında indiyə qədər yalnız telefon danışıqları olub.

    Muxalifet - 16-07-2018

  3. ​Bakıda qanunsuz inşa edilən 16 mərtəbəli binanın tikintisi dayandırıldı

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 4-cü mikrorayon sakinləri tərəfindən 12 iyul 2018-ci il tarixində daxil olmuş müraciətə əsasən Komitənin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirilib, Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında “Fidan” Mənzil-Tikinti Kooperativi tərəfindən tikintiyə icazə sənədi olmadan 16 mərtəbəli binanın tikintisinə hazırlıq işlərinə başlaması müəyyən edilib.

    Muxalifet - 16-07-2018

  4. Ərdoğan, zirvə görüşü öncəsi Trampla telefon danışığı aparıb

    Türkiyə prezidenti Ərdoğan və ABŞ prezidenti Tramp, Münbiç və terrorçuların ekstradisiyası ilə bağlı bu gün əhəmiyyətli bir telefon danışığı aparıb.
     
    Telefon danışığında, Brüsseldəki NATO Sammitində müzakirə olunan məsələlərin təqibinin əhəmiyyətinə toxunan iki lider, Suriyadakı hadisələr haqqında da fikir mübadiləsi aparıb.
    Ərdoğan, Tramp ilə Rusiya prezidenti Vladimir Putinin bu gün Helsinkidə keçirəcəkləri görüşlə bağlı da uğurlar diləyib.

    Muxalifet3 - 16-07-2018

  5. ​AQTA monitorinqlərini davam etdirir

    Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında monitorinqləri davam etdirir. Monitorinqlər çərçivəsində iyul ayının 14-də Bakı və Sumqayıt şəhərlərində yerləşən yarmarkalara baxış keçirilib, satışa çıxarılan məhsulların mənşə sənədləri yoxlanılıb, eyni zamanda laborator müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülüb.

    Muxalifet - 16-07-2018

  6. ​“Eyrbas” Asiyanı fəth edir: 29 milyardlıq layihə

    “Eyrbas” şirkəti Malaziyanın “Eyr Asiya Qrup” şirkəti ilə 23 milyardlıq müqavilə imzalaya bilər.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Blomberq” agentliyi məlumat yayıb. Agentlik tərəflər arasında razılaşmanın yekun mərhələdə olduğunu bildirib. Müqavilə imzalanacağı təqdirdə “Eyr Asiya”nın “Eyrbas”dan 100 ədəd A321neo və 34 ədəd A330neo təyyarəsi alması nəzərdə tutulub.

    Muxalifet - 16-07-2018

  7. "Terrora çağırış edənlərə qarşı cinayət işi açılmalıdır" - ​Sahib Məmmədov

    Muxalifet.az Teleqraf.com-a istinadən hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədovla müsabiqəni təqdim edir:
    - Gəncədə icra başçısına qarşı sui-qəsd cəhdi, ardınca iki polis zabitinin ölümü ilə nəticələnən aksiyalar oldu. Artıq sözügedən olaydan bir neçə gün keçir, bu müddət ərzində müşahidələrinizə əsasən, necə hesab edirsiniz, bu hadisələr niyə baş verdi?

    Muxalifet - 16-07-2018

  8. Oqtay Şirəliyevin “Pirr qələbəsi” - Rüşvət Azərbaycan səhiyyəsinin devizinə çevrilib

    Son illərdə Azərbaycanda sağalmayan xəstəliyə çevrilən səhiyyə sisteminin problemləri haqqında çox danışılmasına, müzakirələr aparılmasına baxmayaraq relsdən çıxmış qatarı heç cürə xəttə qaytarmaq mümkün olmur. Sirr deyil ki, rüşvətxorluq və total korrupsiya bu sistemi çökdürüb. Dövlətin yetərincə diqqət və qayğısına rəğmən Azərbaycan səhiyyəsi qonşu dövlətlərin səhiyyəsinə nisbətdə gülünc durumdadır. Xəstəyə potensial qazanc mənbəyi kimi yanaşılan, insan talelərinin heçə sayıldığı bu sistemdə hər şey əlahəzrət pulun iradəsinə tabe edilib.

    Muxalifet - 16-07-2018

  9. ​“İran ABŞ-dan başqa hər kəslə münasibətləri gücləndirməlidir” - Xamenei

    İran ABŞ-dan başqa bütün dünya ilə əlaqələrini inkişaf etdirməyə hazırdır.
    Muxalifet.az xəbər verir ki, bu bəyanatla İran Ali Dini lideri Əli Xamenei çıxış edib.
    “ABŞ istisna olmaqla İran Qərbdə və Şərqdə olan bütün ölkələrlə münasibətlərini genişləndirməli və inkişaf etdirməlidir. Hökumət xarici siyasətdə dinamiklik göstərməlidir” – deyə o bildirib.

    Muxalifet - 16-07-2018

  10. Gəncə hadisələrinin arxasındakı qaranlıq güc – SENSASİON TƏHLİL

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd hadisəsinin üzərindən yarım aya yaxın vaxt keçib. Lakin hələ də məlum olayla bağlı bir çox qaranlıq məqamlar mövcuddur. Doğrudur, rəsmi qurumlar hadisənin başvermə səbəbi və bu işdə maraqlı olan qüvvələr haqda müəyyən açıqlamalar veriblər. Buna rəğmən, bəzən hətta rəsmi şəxslərin belə, həmin informasiyaları təkzib edən açqıalamalarla çıxış etməsi, cəmiyyətdə ciddi şübhələrə yol açıb.

    Muxalifet4 - 16-07-2018

  11. ​Eldar Əzizov Bakı meriyasına gətirildi - Təyinat

    Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yeni vəzifə verilib.
    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub. Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E. Əzizov həm də şəhər meri səlahiyyətini icra edəcək.
    Qeyd edək ki, E. Əzizov bundan əvvəl Gəncə, Sumqayıt şəhərlərinin icra başçısı vəzifəsində çalışıb.
    Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov isə baş nazirin müqvini təyin olunduğu üçün bir neçə aydır şəhər rəhbəri vəzifəsi boş qalıb.

    Muxalifet - 16-07-2018

  12. ​PKK/YPG İLƏ ƏSƏD RAZILAŞDI

    Muxalifet.az xəbər verir ki, PKK/YPG terror təşkilatı ilə Bəşər Əsədin rəhbərlik elədiyi Suriya hökuməti arasında razılaşma baş tutub – tərəflər hökumətin terrorçuların işğalı altında olan iki böyük su anbarından istifadə eləməsinə icazə verilməsi məsələsində razılıq əldə eləyiblər. Rakkadan olan etibarlı mənbələrin verdiyi xəbərə görə, bu razılaşma bir aylıq danışıqların nəticəsidir. Tabka Suriyanın ən böyük su anbarıdır, Tişrin su anbarı da Fərat çayının üzərində yerləşir.

    Muxalifet - 16-07-2018

  13. ​Abituriyentlərə "Qarabağ"ın oyununa pulsuz bilet paylanacaq

    "Qarabağ" futbol klubu abituriyentləri Çempionlar Liqasının oyununa dəvət edir. İyulun 18-də 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edəcək abituriyenlər imtahana buraxılış və şəxsiyyət vəsiqəsi ilə iyulun 16-sı saat 17:00-dan etibarən Gənclik Mall-da yerləşən “iticket” kassalarına yaxınlaşaraq “Qarabağ” - “Olimpiya” matçına pulsuz bilet əldə edə bilərlər. Ağdam təmsilçisi bununla abituriyentlərin stadionda "Qarabağ"a dəstək verərək imtahan stressini atmağına şərait yaradır.

    Muxalifet - 16-07-2018

  14. ​Fransa Rusiyadakı ticarət nümayəndəliyini bağladı

    Fransa Rusiyadakı ticarət nümayəndəliyini bağlayıb.
    Muxalifet.az TASS-a istinadən xəbər verir ki, Frransanın Rusiyadakı səfirliyi məlumatı təsdiqləyib.
    Bildirilib ki, buna səbəb olaraq, iş şəraitinin pisləşməsi göstərilib. 

    Muxalifet - 16-07-2018

  15. ​Keçmiş məhkum olan ər arvadını bıçaqladı - Qadının GÖRÜNTÜLƏRİ - VİDEO

    Ər arvadını məişət zəmnində çıxan mübahisə zamanı bıçaqlayıb.
    Muxalifet.az xəbər verir ki, Tovuz rayonunda iyulun 15-də Avaztəpə kənd sakini, 60 yaşlı Lətifə İsmayılova bədənin müxtəlif nahiyələrinin bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb.
    Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının həyat yoldaşı, 65 yaşlı Mahir Əliyev tərəfindən bıçaqlandığı məlum olub və o saxlanılıb. Məlumata görə, M. Əliyev əvvəllər adam öldürməyə görə məhkumluk həyatı yaşayıb.

    Muxalifet - 16-07-2018

  16. "OPEC dağılmaq təhlükəsi ilə üz-üzə qala bilər" - İranlı nazir

    İranın neft naziri Bijan Namdar Zanqane bəyan edib ki, Next İxrac Edən Ölkələri Bilrliyinin (OPEC) üzvləri öhdəliklərini yerinə yetirməsə, təşkilatın effektivliyi aşağı düşə, 60 illik tarixə malim qurum dağılmaq təhlükəsi ilə üz-üzə qala bilər. 
    Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir. 
    Nazir onu da deyib ki, ötən ay bəzi üzv ölkələr OPEC+ razılaşma çərçivəsində müəyyən olunmuş kvotadan çox neft hasil ediblər.

    Muxalifet - 16-07-2018

  17. ​Dolların sabaha olan məzənnəsi

    Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 17-nə USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
    AMB-dən Muxalifet.az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

    Muxalifet - 16-07-2018

  18. ​Rumıniyanın hərbi təyyarəsi qəzaya düşdü

    Rumıniyanın İAR-99 oim hərbi təyyarəsi qəzaya düşüb.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, təyyarə Rumıniyanın şərqindəki Bakeu vilayətində qəzaya düşüb.
    Qəza zamanı təyyarənin pilotları katapult edərək, canlarını qurtara biliblər. Hazırda onların axtarışları davam etdirirlir.
    Qeyd edək ki, İAR99 oim Rumıniya ordusu tərəfindən təlim məqsədiylə istifadə edilir.

    Muxalifet - 16-07-2018

  19. ​Əmircanda qadın sürücü piyadanı vuraraq öldürüb

    Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
    DİN-dən verilən məlumata görə, iyulun 14-də saat 16 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində Bakı şəhər sakini Turan Məmmədova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Gülnarə Hüseynovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

    Muxalifet - 16-07-2018

  20. ​Türkiyə "Patriot" sistemləri almaq üçün ABŞ-la danışıqlar aparır

    Türkiyə ABŞ-dan “Patriot” zenit-raket kompleksləri satın almaq üçün danışıqlar aparır.
    APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.  
    Dövlət Departamentinin siyasi və hərbi əlaqələrə məsul olan nümayəndəsi Tina Kaydanou Türkiyənin Rusiyadan almaq istədiyi S-400 zenit-raket komplekslərinə alternativ olaraq “Patriot” sistemlərinin satışı üçün Ankara ilə müzakirə aparıldığını açıqlayıb

    Muxalifet - 16-07-2018

Pages