Axtarış

The search found 105828 results in 0.066 seconds.

Search results

  1. Trampdan NATO Sammitində damğa vuran sözlər

    Brüsseldəki NATO Sammiti ABŞ mətbuatında müzakirə edilməyə davam edir. CBS telekanalında proqrama qatılan Amerikalı jurnalist İan Bremmer, Trampın zirvəyə damğasını vuran anlarını ictimaiyyəti ilə bölüşüb. NATO liderlərinin müdafiə büdcəsində artıma getməməsinə görə, Trampın çox qəzəbli olduğunu bildirən Bremmer, "Trump toplantıda liderlərdən daha çox xərc üçün öhdəlik ala bilmədi. Bir çoxu parlamentdən icazə almalıyıq, davam edən bir prosesimiz var, sizə daha çox xərcləyəcəyimizi söyləyə bilmərik, deyirdi.

    Muxalifet3 - 17-07-2018

  2. ​“Əsəd uddu” – Amerikalı diplomatdan ilginc İDDİA

    ABŞ Dövlət Departamentinin keçmiş ofis rəhbəri Lorens Vilkerson Suriyada gedən müharibədə rejim başçısı Bəşər Əsədin qalib gəldiyini deyib.
    Muxalifet.az xəbər verir ki, amerikalı diplomat İsrail və ABŞ-ın da bununla məcburi olaraq razılaşdıqlarını iddia edib.
    “ABŞ və İsraildən fərqli olaraq, Səudiyyə Ərəbistanı hansı addımı atmaq barədə qeyri-müəyyənlik içindədir. Əsəd qalib gəlib və o, hakimiyyətdə qalacaq. Bundan sonra Rusiyanın hansı addım atacağı da maraqlıdır, bu barədə Putinlə danışacam”, - deyə Vilkerson qeyd edib.

    Muxalifet - 17-07-2018

  3. ​Hərbi xərcləri ən yüksək olan 15 ölkə

    Dünya hər keçən gün daha təhlükəli olur. Bunun ən böyük səbəblərindən biri dünya ölkələrinin silahlanmaya böyük pullar ayırması və hərbi büdcələri getdikcə artırmalarıdır.
    Publika.az xarici mediaya istinadən ötən il hərbi xərcləri ən yüksək olan 15 ölkəni təqdim edir.

    Muxalifet - 17-07-2018

  4. Terror təşkilatının Tel Abyaddakı bayrağı çıxarıldı, yerinə də..

    Suriyanın Tel Abyad şəhərində asılan PYD/YPG bayraqları, daha kiçikləri ilə əvəzlənib.
     
    Suriyada terror təşkilatı PKK/YPG-nin nəzarətində olan Tel Abyadın yüksək yerlərində daha öncə ABŞ bayraqları asılmışdı.
    Bir müddət sonra ABŞ bayraqları çıxarılıb, yerinə PYD/YPG bayraqları asıldı. Bugünkü müşahidələr isə göstərir ki, artıq terror təşkilatı öz bayraqlarını da çıxarıb, daha kiçik miqyaslı vımpellərlə əvəzləyib.
    Müxalifət.az

    Muxalifet3 - 17-07-2018

  5. ​Azərbaycanda dəhşət: Bacı qardaşını bıçaqlayaraq öldürdü

    Gədəbəy rayonunda 17 yaşlı oğlan bacısı tərəfindən bıçaqlanaraq öldürülüb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində baş verib.
    Kənd sakini, 2001-ci il təvəllüdlü Alıyev Samir Sübhan oğlu boğazından bıçaqlanaraq ölüb. Yaxınları 17 yaşlı oğlanın bədbəxt hadisə zamanı öldüyünü bildirib.

    Muxalifet - 17-07-2018

  6. Atəşkəs 103 dəfə pozulub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 103 dəfə pozub.
    Bu barədə Muxalifet.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet - 17-07-2018

  7. Adnan Oktarın ədliyyədəki köstəbəyi də yaxalandı

    Adnan Oktarın cinayət təşkilatının ədliyyədəki köstəbəkləri müəyyən edilərək yaxalanıb. Təşkilatla əlaqəli İstanbulda vəzifəli bir əmlak idarəsinin rəisi də saxlanılıb. Oktar təşkilatına qarşı əməliyyatda Mehmet Alp Ünlü yaxalanıb.
     

    Muxalifet3 - 17-07-2018

  8. ​Səbaildə Eldar Əzizovu o əvəz edir

    Xəbər verdiyimiz kimi, Bakının Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova dünən yeni vəzifə verilib. Prezidentin sərəncamı ilə o, Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 
    Digər sərəncamla Eldar Əzizov Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini təyin olunub. 
    Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E.Əzizov birinci müavin kimi həm də şəhər meri səlahiyyətini icra edəcək.
    Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov bu ilin aprelində Baş nazirin müavini vəzifəsinə aparılıb.

    Muxalifet - 17-07-2018

  9. Rusiya NATO-nun genişlənməsinə mənfi münasibət bəsləyir - ​Putin

    Rusiya NATO-nun genişlənməsinə mənfi münasibət bəsləyir.
    Muxalifet.az xəbər verir ki, bunu “Foks Nyus” televiziyasına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib.
    “NATO-nun genişlənməsi bizim üçün mənfi haldır. Alyansın infrastrukturunun sərhədlərimizə yaxınlaşması bizə təhdiddir. Moskva buna fövqəladə şəkildə mənfi reaksiya verə bilər” – deyə o bildirib.

    Muxalifet - 17-07-2018

  10. ​Gülben Ergenə DAHA BİR ŞOK

    Gülben Ergenin sevgilisi və “İdeal” tikinti şirkətinin sahibi Burak Törer müğənniyə xəyanət edib. Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İdeal” tikinti şirkətinin sahibi Burak Törer 2009-ci ildən bəri işçilərin əmək haqlarını ödəmədiyi üçün məhkəməyə verilib. İddialara görə, 9 il əvvəl yaşanan maddi problemlərdən dolayı bəzi işçilərinə maaş ödəməyən Törer borclarının bir hissəsini əvəzsiz çeklərlə ödəyib. Bu məsələ ilə bağlı hazırda araşdırma davam edir. Digər tərəfdən, iş adamı ulduz sevgilisinə xəyanət etməkdə ittiham olunur.

    Muxalifet - 17-07-2018

  11. Aleksandr Duqin FETÖ-nin iç üzünü açdı

    Rus strateqi və siyasətşünas professor Aleksandr Dugin, 15 iyul dövlət çevrilişinə cəhd hadisəsi ilə bağlı açıqlama verib.
     
    Beynəlxalq Çevrilişlə Mübarizə və 15 iyul Simpoziumunun “Avrasiya Münasibətləri Fonunda 15 iyul” toplantısında Aleksandr Dugin, FETÖ-nun 15 iyul dövlət çevrilişi cəhdinin uğurlu olduğu təqdirdə Türkiyənin İraq və Suriyadakı kimi, bir daxili müharibəyə sürüklənmiş olacağını söyləyib.
     
    ƏRDOĞAN İDARƏ OLUNMAQ İSTƏMƏYƏNDƏ, DÜYMƏYƏ BASDILAR
     

    Muxalifet3 - 17-07-2018

  12. ​Yevlax sakini intihar edib

    Yevaxda 36 yaşlı kişi özünü öldürüb.
    "Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Aran qəsəbəsində baş verib.
    Belə ki, 1982-ci il təvəllüdlü qəsəbə sakini İsmayılov Samir Mərkəz oğlu yaşadığı həyətdə özünü asaraq intihar edib.
    İntiharın səbəbləri hələ ki, məlum deyil.

    Muxalifet - 17-07-2018

  13. İsveçdən Trampa sərt təpki

    ABŞ prezidenti Donald Trampın, Rusiya prezidenti Vladimir Putinlə Finlandiyanın paytaxtı Helsinkidə gerçəkləşdirdiyi görüşdən sonra keçirilən birgə mətbuat konfransında verdiyi açıqlamalar, İsveçin xarici işlər naziri Margot Wallström və keçmiş nazir Karl Bild tərəfindən sərt tənqid edilib.
     
    İsveç dövlət televiziyası SVT-də çıxış edən İsveç xarici işlər naziri Wallström, “Amerika tərəfi Rusiyanın Krımın qeyri-qanuni ilhaqı haqqında heç bir şey demədi” deyə, Trampı tənqid edib.

    Muxalifet3 - 17-07-2018

  14. ​SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yollarda diqqətli olun

    Bakıdan Rusiya və Gürcüstana gedən yollarda təmir aparılır.
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  Muxalifet.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-132 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-120 km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

    Muxalifet - 17-07-2018

  15. ​Braziliyalı futbolçunun anası oğurlanıb

    Ukraynanın "Şaxtyor" (Donetsk) komandasının futbolçusu Taysonun anası Rozangela Barsellos Freda Braziliyada oğurlanıb. 
    "Report"un correio24horas.com.br-ə istinadən verdiyi məlumata görə, oğru qadını evinin yanında maşında gözləyib. Rozangela çölə çıxdıqda, həmin şəxs gül buketi ilə onun dalınca düşüb. Sonra o, qadını tutaraq, maşının baqajına salıb və aradan çıxıb. 
    Hüquq-mühafizə orqanları qadını həmin axşam qonşu yaşayış məntəqəsində tapıblar. Cinayətin bütün iştirakçıları saxlanılıb. Onların sayı və adları açıqlanmır. 

    Muxalifet - 17-07-2018

  16. ​“Biz ermənilərə pul veririk deyə…” – Pyotr Svitalski Ermənistanı ələ saldı

    Ermənistan cəmiyyəti daxilində bu ölkənin ənənəvi müttəfiqlərinə qarşı etibar azalıb.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı – Ermənistan delaqasiyasının rəhbəri Pyotr Svitalski deyib.
    Avropalı diplomat qeyd edib ki, Ermənistan əhalisinin 70 faizi Avropa İttifaqına etibar edir:
    “Sevindiri haldır ki, Ermənistan üzünü Avropa İttifaqına çevirib və Avrasiya İttifaqına güvən azalıb. Çünki ermənilər Avropa İttifaqının onların ölkəsinə maliyyə yardımı ayırmasından məmnundurlar”.

    Muxalifet - 17-07-2018

  17. ​YOL POLİSİ QARABAĞ ƏLİLİNİN OĞLUNU DÖYÜB?- Anası şikayət etdi

    “Mənim həyat yoldaşım bu torpaq uğurunda öz sağlamlığından ona görə keçmədi ki, Rəşadət kimilər onun oğlunu döysünlər…”
    Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev Qarabağ əlilinin oğlunu döyüb. Muxalifet.az bildirir ki, bu barədə “AzPolitika.info”ya mərhum əlilin həyat yoldaşı Elza Qılıncxanova məlumat verib.

    Muxalifet - 17-07-2018

  18. ​Şəkidə ev yanıb

    Şəkidə fərdi yaşayış evində yanğın olub.
    APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər saat 9 radələrində rayonun Bideyiz kəndində, kənd sakini Namizəd Camal oğlu Mustafayevə məxsus, ümumi sahəsi 105 kv/m olan  yaşayış evində yanğın baş verib.
    Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin 80 kv/m-lik sahəsi və 30 kv/m-lik sahəsi olan otaq ev əşyaları ilə birlikdə yanıb.
    Evin qalan hissəsi yanğından mühafisə edilib.

    Muxalifet - 17-07-2018

  19. “Zerkalnı” avtomobil nömrələri hərraca çıxarılacaq

    Yaxın gələcəkdə avtomobillər üçün bəzi dövlət qeydiyyat nişanları (nömrələri) artıq hərrac yolu ilə satılacaq.
    Muxalifet.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, 001, 100, 111 rəqəmləri olan nömrələr üçün hərf və rəqəm kombinasiyasından asılı olaraq, 500-2500 manat arasında xüsusi rüsum nəzərdə tutulub.

    Muxalifet - 17-07-2018

  20. ​Atılmış bazada təzə tanklar tapdılar - Video

    Ukraynada atılmış hərbi bazada döyüşə hazır tanklar aşkarlanıb.
    Muxalifet.az teleqraf.com istinadən xəbər verir ki, bununla bağlı “Youtube” sosial mediasında video yayımlanıb.
    Kadrların müəllifi atılmış hərbi bazanı bunker tapmaq ümidi ilə araşdırdıqlarını və burada 300-ə yaxın sovet dövründən qalma tank tapdıqlarını bildiriblər. Görüntülərdə onlarla tam yeni “T-64” tankının olduğu görünür. Həmin döyüş maşınlarının üzərində möhürlərin olması diqqət çəkib.

    Muxalifet - 17-07-2018

Pages