Axtarış
The search found 105828 results in 0.11 seconds.
Search results
Özcan Dəniz atasının yasında küsülü olduğu məşhurla barışdı - FOTO
Məşhur müğənni, aktyor və rejissor Özcan Dənizin atası Sadiq Dəniz dünən vəfat edib. Zekeriyaköy məscidində cənazə namazı qılındıqdan sonra S.Dəniz Kilyos qəbiristanlığında torpağa tapşırılıb. Cənazədə iştirak edənlər arasında Özcan Dənizin köhnə dostu Mahsun Kırmızıgül də olub. Uzun zamandır Özcan Dənizlə küsülü olduğu deyilən Mahsun Kırmızıgül həmkarını acı günündə tək qoymayıb. Özcan Dəniz məsciddə atasının tabutunun yanına gələrək bir müddət tabuta sarılaraq ağlayıb. Feyza Aktan həyat yoldaşının çiyninə söykənərək ona təsəlli verməyə çalışıb.
Muxalifet - 16-07-2018
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Helsinkidə keçirilən təkbətək görüş başa çatıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş 2 saat 10 dəqiqə davam edib.
Bundan sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar davam etdirilib.Muxalifet - 16-07-2018
İran ABŞ-ı məhkəməyə verir - SANKSİYALARA GÖRƏ
Rəsmi Tehran BMT-nin Beynəlxalq Məhkəməsinə birtərəfli sanksiyaların tətbiqinə görə ABŞ-dan şikayət edəcək.
Muxalifet.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.
O bildirib ki, İran ABŞ-ın qanunsuz, təkrarlanan birtərəfli sanksiyalarına görə cavab verməyini istəyir./trend/Muxalifet - 16-07-2018
Dünya çempionatını 3 milyona yaxın azarkeş stadiondan izləyib
Rusiyada keçirilən futbol üzrə dünya çempionatını 3 milyona yaxın azarkeş stadiondan izləyib.
Muxalifet.az "report"a istinadən məlumat verir ki, mundial üçün, ümumilikdə, 2 milyon 889 min 351 bilet satılıb. Əcnəbilərdən ən çox bileti ABŞ vətəndaşları alıb - 88 min 825. Braziliyalılar 72 min 512 biletlə ikinci, kolumbiyalılar isə 65 min 234 biletlə üçüncü yerdə qərarlaşıb.Muxalifet - 16-07-2018
Avropa Şurasının baş katibi:“Tramp və Putin arasında görüş yaxşı faktdır”
Avropa Şurasının baş katibi Turbyörn Yaqland ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüşü “yaxşı” fakt adlandırıb. O, bu barədə “Twitter” səhifəsində yazıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Turbyörn Yaqland öz qeydində iki ölkənin rəhbərlərinin görüşünün keçirilməsi haqqında nikbin fikir söyləməklə yanaşı, Finlandiya hökumətini və Prezident Sauli Niinistönü təbrik də edib.
Xatırladaq ki, Helsinkidə Donald Tramp və Vladimir Putinin ilk tamformatlı görüşü keçirilir.Muxalifet - 16-07-2018
Ermənistanda Köçəryan və tör-töküntüsü təqib olunur - cinayətlərə görə cavab vermək zamanı çatıb
Köhnə rejimin biznesmenləri isə ölkədən qaçır
Muxalifet - 16-07-2018
Tramp-Putin görüşündən ilk açıqlama gəldi
Finlandiyanın paytaxtı Helsinkidə bu gün bir araya gələn ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında ikitərəfli görüş iki saatdan artıq çəkib.
Görüşdən sonra qısa bir açıqlama edən ABŞ prezidenti Donald Tramp, "Putin ilə üz-üzə görüş yaxşı bir başlanğıcdır" açıqlaması edib.
İki liderin qısa bir müddət ərzində birgə mətbuat konfransı keçirməsi gözlənilir.Muxalifet3 - 16-07-2018
Qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı
Azərbaycan prezidenti İlham Əliyev ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.
Muxalifet.az-ın məlumatına görə, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb.Muxalifet - 16-07-2018
Harun Yəhya ayamalı Adnan Oktar kimdir - mason, cinsi pozğun, İsrail agenti, yoxsa...? - ARAŞDIRMA
Ağrılı dərəcədə “Yaqub şahidləri”ni, yaxud incilçiləri xatırladan “Təkamül nəzəriyyəsinin iflası” kimi rəngbərəng bulvar nəşrinin müəllifi Harun Yəhya hamımıza tanışdır. Türkiyəli kələkbaz, son dərəcə qəribə və müəmmalı şəxsiyyət Adnan Oktar bu ayama altında gizlənir. Rusiyada çoxlarının kitab rəfində Harun Yəhyanın kitabları var, amma az-az adam Adnan Oktarın şəxsiyyətilə tanışdır. Bu adamın tarixçəsi bizim sırtıq zəmanəmiz üçün dedikcə səciyyəvidir.
Muxalifet - 16-07-2018
Rusiyada “quş qripi” aşkarlandı
Rusiyanın iri hind quşu fabrikində ilkin götürülən nümunələrdə "quş qripi" virusu aşkarlanıb. Bu barədə Rostov vilayətinin kənd təsərrüfatı və ərzaq naziri Konstantin Raçalovski deyib.
Nazirin sözlərinə görə, Oktyabr rayonunun 24 quş yetişdirmə müəssisəsində aparılan yoxlamalar zamanı 2 müəssisədə fakt aşkarlanıb.
O bildirib: "Ümumiyyətlə, quşlar sağlamdır. Lakin bir neçəsində nəticələr müsbət olub. Çox güman ki, onlarda yoluxma son qasırğa zamanı baş verib. Həmin vaxt güclü külək vəhşi quşlar tərəfindən yaxın ərazilərdə tərk edilmiş hissəcikləri havaya qaldırıb".Muxalifet - 16-07-2018
Məşhur azərbaycanlını kobra sancdı: Misirə aparıldı
Məşhur azərbaycanlı illüziyaçı Arif Qafuri tamaşalarının birində nümayiş etdirdiyi kobranın hücumuna məruz qalıb.
Muxalifet.az xəbər verir ki, o, Türkiyədə ilkin müdaxilənin ardından xüsusi təyyarə ilə Misirə göndərilib.
Köməkçisi Yana Vinter sehrbazın vəziyyətinin qənaətbəxş olduğunu, antizəhər vurulduqdan sonra isə daha da yaxşılaşacağını bildirib.
Arif Qafuri 18 dekabr 1989-cu ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. 18 yaşında İstanbul Texniki Universitetinə daxil olub, daha sonra isə Yaxın Şərq Texniki Universitetində təhsilini davam etdirib.Muxalifet3 - 16-07-2018
Trampdan Putinlə görüş barədə ilk açıqlama
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Helsinkidə təkbətək görüşlə bağlı açıqlama verib.
Muxalifet.az xəbər verir ki, Donald Tramp bu fikri danışıqların yekununu şərh etmək barədə jurnalistlərin müraciətinə cavab olaraq söyləyib.
"Düşünürəm ki, bu, hamı üçün çox yaxşı başlanğıcdır", - deyə Tramp bildirib.
Muxalifet3 - 16-07-2018
ABŞ ordusunu geri çəkəcəkmi? - Suriya oyunu
İran bölgədə təhdid yaratmağa davam etdiyi müddətdə ABŞ əsgərləri Suriyada qalacaq.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.
"İŞİD-in regional xilafəti və İran təhdidi Yaxın Şərqdə davam etdiyi müddətdə Suriyada qalacağıq. Suriya məsələsi də Helsinki sammitində müzakirə mövzularından biri oldu", - Bolton qeyd edib.
Muxalifet3 - 16-07-2018
Paris metrosu stansiyalarının adları dəyişdirildi - Səbəb
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında Fransa yığmasının qələbə qazanması şərəfinə Paris metrosunun bir neçə stansiyasının adları dəyişdirilib.
Muxalifet.az xəbər verir ki, Paris metrosunun altı stansiyasının adlarına dəyişiklik edilib. Yeni adlar yığmanın futbolçularının, baş məşqçisinin adlarını və ya bilavasitə mundialda qələbəni köhnə adlara qoşmaqla söz oyunu yolu ilə tərtib edilib.Muxalifet3 - 16-07-2018
Əliyevin tapşırığı ilə kollegiya iclası keçirildi - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.
Muxalifet3 - 16-07-2018
Azərbaycan ət idxalını 7%-dən çox azaldıb
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 32 mln. 366,35 min dollar dəyərində 21 969,94 ton ət idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 6 ayı müqayisədə 1 707,31 ton və ya 7,21% azdır. Məbləğ baxımından isə illik nisbətdə 3 mln. 148,72 min dollar və ya 8,87% azdır.
Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 35 mln. 515,07 min dollar dəyərində 23 677,25 ton ət idxal edilib.Muxalifet3 - 16-07-2018
Paşinyan Azərbaycanı TƏHDİD ETDİ: “Məhvinizə az qalır...”
Lazım gəlsə, bütün dünya erməniləri Azərbaycana cavab zərbəsi endirmək üçün güclərini əsirgəməyəcək. Məhvinizə az qalır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan“Facebook” istifadəçilərinin suallarını cavablandırarkən deyib.
O bildirib ki, son vaxtlar atəşkəs rejiminin pozulması nadir hallarda olsa da, bölgədəki hərbi-siyasi vəziyyət gərgin olaraq qalır.
“İstənilən vaxt erməni tərəfi cavab zərbəsi endirməyə hazır olmalıdır”, - baş nazir qeyd edib.
Muxalifet3 - 16-07-2018
Ən sürətli soyğun — 10 saniyədə 27 min dollar
ABŞ-ın Kaliforniya ştatında bir qrup oğru “Apple” mağazasını soyub.
Muxalifet.az xəbər verir ki, 4 nəfərlik qrup 10 saniyə ərzində 8 kompüter oğurlayaraq aradan çıxıb. Kompüterlərin ümumi dəyəri 27 min dollardır.
Mağaza müştərilərlə dolu olan anda 4 maskalı şəxs hücum edib. Üzlərini maska ilə örtən hücumçular 10 saniyə ərzində 8 kompüteri götürərək qaçıb. Qapıda müştəri onların qarşısını almağa çalışsa da, onu itələyərək qapıdan çıxan hücumçular yoxa çıxıblar.
Hazırda polis oğruları müəyyənləşdirməyə çalışır.
Muxalifet3 - 16-07-2018
SON DƏQİQƏ: Elmar Vəliyevə sui-qəsdi islamçı-şiə radikallar törədiblər – RƏSMİ VERSİYA
Muxalifet.az Turan analitik xidmətinə istinadən xəbər verir ki, Gəncə icra hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin rəsmi versiyası formalaşdırılıb - sui-qəsdi islamçı-şiə radikallar törədiblər.
Bu versiya Gəncə sakini Yunis Səfərovu iyulun 3-də Vəliyevi öldürmək cəhdinə vadar edən səbəblər və motivlər haqqında ictimai və rəsmi müzakirələrdən 3 gün sonra formalaşdırılıb.Muxalifet3 - 16-07-2018
Azərbaycanda yeni agentlik yaradılıb
Prezident İlham Əliyev yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında fərman imzalayıb.
Muxalifet.az xəbər verir ki, fərmana əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılıb.Muxalifet3 - 16-07-2018