Axtarış
The search found 105828 results in 0.066 seconds.
Search results
Moskvada partlayış: yaralılar var
Rusiyanın paytaxtı Moskvada kafelərin birində partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, partlayış nəticəsində 12 nəfər xəsarət alıb.
Hadisənin səbəbləri barədə məlumat verilməyib.
Muxalifet3 - 16-07-2018
Lavrov: İndi sizə hamısını danışacaqlar
Vladimir Putin və Donald Tramp arasında danışıqlar gözlənildiyindən də yaxşı keçdi.
Muxalifet.az xəbər verir ki, bu fikri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiya və ABŞ prezidentləri arasında danışıqların yekunları ilə bağlı söyləyib.
Danışıqların necə keçməsi barədə jurnalistlərin sualına Sergey Lavrov “İndi sizə hamısını danışacaqlar”, - deyə bildirib.
Jurnalistlər təkid edəndə isə Sergey Lavrov bir neçə il əvvəl Minsk danışıqlarında dediyi kimi, “Gözlənildiyindən də yaxşı keçdi” cavabını verib.
Muxalifet3 - 16-07-2018
Almaniyada yaşayan azərbaycanlılarla görüş... - Foto
Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropaya səfəri çərçivəsində Almaniyanın qərb bölgələrində yaşayan azərbaycanlılar və buradakı diaspor təşkilatlarının rəhbərləri, eləcə də ölkənin qərb bölgələrində təhsil alan azərbaycanlı gənclərlə görüşüb.
Muxalifet.az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.Muxalifet3 - 16-07-2018
Tramp: Putinlə razılıq əldə etdik, gələcəkdə...
Moskva və Vaşinqton arasında münasibətlər Helsinkidə keçirilmiş Rusiya-ABŞ sammitindən sonra kökündən dəyişdi.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqların yekunlarına həsr olunan birgə mətbuat konfransında deyib. O, Rusiya və ABŞ arasında dialoqun dünyanın maraqlarına cavab verdiyini söyləyib.Muxalifet3 - 16-07-2018
Rəsmi şəxslər düşmən qüvvələr axtarışında bir-biri ilə yarışırlar
Son günlər rəsmi KİV və hakimiyyətin nəzarəti altında olan informasiya resursları çoxsaylı "ekspertlərin" və "politoloqların" iyulun 3-də və 10-da Gəncədə baş vermiş hadisələrin səbəbləri haqqında kəşflərini bölüşdükləri tribunaya çevrilib.
Parlamentin deputatları, qəzet redaktorları və tənbəllik etməyən hər kəs, sən demə, Gəncədəki hadisələrin xarici düşmənlərin, ermənipərəst qüvvələrin və radikal müxalifətin işi olduğunu dəqiq bilirlərmiş.Muxalifet3 - 16-07-2018
Heç vaxt ABŞ-ın işlərinə qarışmadıq və... - Putin
Rusiya heç vaxt ABŞ-ın işlərinə qarışmayıb, qarışmayacaq.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Trampla keçirilən görüşdə bildirib.
Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı iddialara Putin belə cavab verib: "Bu barədə spesifik bir material varsa, bunları birlikdə araşdırmağa hazırıq".
Muxalifet3 - 16-07-2018
Bakı meriyasına gətirilən Əzizov kimdir?
Xəbər verdiyimiz kimi Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
Muxalifet.az xəbər verir ki, Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.Muxalifet3 - 16-07-2018
"Keşlə" başsız qaldı - Maksimov razılaşmadı
Ukraynalı məşqçi Yuri Maksimov “Keşlə”ni tərk edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Maksimov özü verib. Maksimov ona təklif olunan müqavilənin şərtləri ilə razılaşmadığı üçün bu addımı atıb.Muxalifet3 - 16-07-2018
Tramp Putinə rusiyalı idmançının maykasını verdi
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə ABŞ-ın “Vaşinqton Kapitals” komandasında çıxış edən rusiyalı xokkeyçi Aleksandr Oveçkinin maykasını, habelə xokkey şaybası hədiyyə edib.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, cari mövsümdə məhz bu klub Stenli kubokunu əldə edib.
Rusiya dövləti başçısının mətbuat katibi Dmitri Peskov məlumatında deyib: "Prezident Tramp Oveçkinin maykasını və şayba bağışlayıb".
Rusiya Prezidenti Vladimir Putin danışıqlarına yekunlarına dair birgə mətbuat konfransında Donald Trampa DÇ-2018-in rəsmi topunu bağışlayıb.Muxalifet3 - 16-07-2018
BMT-dən Putin və Trampın razılaşması ilə bağlı - Açıqlama
BMT nüvə silahsızlaşdırılması məqsədilə Rusiya və ABŞ liderləri arasında istənilən razılaşmanı alqışlayır.
Muxalifet.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farxan Xak jurnalistlərə məlumat verib. O bildirib ki, hazırda BMT katibliyi iki lider arasında razılaşmanı araşdırır.
“Sözsüz ki, biz bütün ölkələrin silahsızlaşdırılması üzrə məqsədlərimizə gətirib çıxara bilən istənilən əməkdaşlığı alqışlayardıq”, - deyə F.Xak vurğulayıb.Muxalifet3 - 16-07-2018
Din dövrü bitmək üzrədir, elm dövrü başlayır
İlk insanların təbiətə, xüsusən də ağlın gücüylə izah edə bilməyəcəkləri hadisələrə maraqları vardı. Bu sirrləri çözmək üçün geniş tanrılar və ilahələr sinfi yaratdılar. Onların köməyilə ildırım, zəlzələ, vulkan, quraqlıq, xəstəliklər və hətta sevgi kimi özəl anlayışların səbəbini açıqlayırdılar.
Muxalifet3 - 16-07-2018
Ermənistanda nazirlik binası uçdu: vəzifəli şəxs öldü
Ermənistan Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin binasında uçqun olub.
Muxalifet.az xəbər verir ki, yanğın texnikası və elektrotexnika ekspertizası şöbəsinin rəisi Araik Karapetyan dağıntılar altında qalıb. Onun hadisə yerində meyiti aşkar edilib.
Uçqunun səbəbləri hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Muxalifet3 - 16-07-2018
Rusiya ilə münasibətlərimiz ən pis vəziyyətdədir - Tramp
Münaqişəli məsələləri ətraflı danışdıq, səmərəli dialoqumuz baş tutdu.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Putinlə görüşündə problemlərin ancaq diplomatiya ilə həll edilə biləcəyini təsdiq etdiklərini bildirən Tramp ABŞ-Rusiya münasibətlərinin heç vaxt olmadığı qədər pis durumda olduğunu, amma sammitin vəziyyəti dəyişdiyini söyləyib.
Muxalifet3 - 16-07-2018
Ronaldo: Mən digərləri kimi deyiləm, fərqliyəm
Həm fiziki, həm də psixoloji cəhətdən tam hazıram. Burda olmaqdan məmnunam. Muxalifet.az-ın məlumatına görə, bunu “Yuventus”un yeni transferi Kristiano Ronaldo deyib. Turin klubunun “Real”dan aldığı portuqaliyalı superulduz bu gün tibbi müayinədən keçib və ictimaiyyətə təqdim olunub. Forvard “qoca sinyora”nın oyunçusu kimi ilk açıqlamasında İtaliyaya yeni titullar qazanmaq üçün yollandığını bildirib: “Çoxları düşünür ki, 33 yaşda karyeranın sonudu. Ancaq mən digərləri kimi deyiləm, fərqliyəm. “Yuventus”a yeni tarix yazmaq, titullar qazanmaq üçün gəlmişəm.
Muxalifet3 - 16-07-2018
Tramp Putinlə görüşdən sonra bu ölkə ilə danışıqlara başladı
Finlandiya Prezidenti Sauli Niinistö ABŞ Prezidenti Donald Trampla Avropanın təhlükəsizliyi və Baltik dənizi regionunda təlim məsələlərini müzakirə edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Helsinkidə Rusiya-ABŞ sammitinin yekunlarına həsr edilən mətbuat konfransında məlumat verib.
Finlandiya və ABŞ prezidentlərinin görüşü Myantyuniyemi iqamətgahında baş tutub.
Muxalifet3 - 16-07-2018
ABŞ-da rusiyalı qadın casus tutuldu
ABŞ-ın paytaxtı Vaşinqtonda Mariya Butina adlı rusiyalı casus saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-in Ədliyyə Nazirliyi məlumat yayıb.
Əlavə informasiya verilmir.
Muxalifet3 - 16-07-2018
Almaniya açıqladı: ABŞ-a güvənə bilmərik...
Ağ Evə artıq qeyd-şərtsiz güvənə bilmərik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Almaniya Xarici İşlər naziri Hayko Maas deyib.
“ABŞ-la müttəfiqliyi qorumaq üçün əlaqələrə yenidən baxacağıq”, - deyə nazir bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp çıxışında Avropa Birliyini “düşmən” adlandırmışdı.
Muxalifet3 - 16-07-2018
Tramp Amerikalıları qızdırdı: BU BİR XƏYANƏTDİR!
ABŞ prezidenti Donald Trampın, Amerika kəşfiyyatının, Rusiyanın ABŞ prezident seçkilərinə qarışdığı iddialarına inanmadığını söyləməsi Vaşinqtonda böyük narazılıqla qarşılanıb.
Muxalifet3 - 17-07-2018
“İranla nüvə sazişinin qorunması ABŞ-ı qane etmir” - Donald Tramp
İranla nüvə sazişinin qorunması Moskvanın marağındadır, lakin ABŞ-ı qane etmir.
Muxalifet.az apa-ya istinadən xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra “Fox News” telekanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, Vladimir Putin İrana dair sazişin qüvvədə qalmasını istəyir, çünki bu Rusiyanın marağındadır, onların İranla biznesi mövcuddur. Lakin bu bizi, eləcə də, bütün dünyanı qane etmir”, - deyə Yramp vuqğulayıb.Muxalifet - 17-07-2018
Sarkisyan insan oğurluğunda və işgəncə verməkdə ittiham olunur – ŞOK TƏFƏRRÜAT
Ermənistanın sabiq prezidenti Serj Sarkiyanın qardaşı oğlu Narek Sarkisyan adam oğurluğunda və insanlara işgəncə verməkdə ittiham olunur.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin məlumatında bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, hadisə 2017-ci ilin avqustunda baş verib. Paytaxt İrəvanda xarici turistlər üçün gecə klubunu açmaq istəyən 9 yaşlı kişi qurban olub.Muxalifet - 17-07-2018