Axtarış
The search found 105830 results in 0.123 seconds.
Search results
Tramp Putinlə görüşdə heç kimə məhəl qoymayıb
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Helsinkidə keçirilən görüşdə daha sərt mövqe nümayiş etdirməsi ilə bağlı administrasiya əməkdaşlarının tövsiyələrinə məhəl qoymayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazıb.
Nəşrə danışan mənbənin sözlərinə görə, zirvə ərəfəsində administrasiya əməkdaşları Trampa Putinlə danışıqlarda daha sərt mövqe nümayiş etdirə bilməsi üçün 100 səhifəlik informasiya materialı təqdim ediblər, lakin Tramp onların bir çoxuna məhəl qoymayıb.Muxalifet - 17-07-2018
Nardaranda əməliyyat keçirildi: Silahlı şəxs tutuldu
Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Cahangir Hüseynov həbs edilib.
Onun idarə etdiyi “VAZ-2107” markalı avtomobildən bir ədəd xəncər götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.Muxalifet - 17-07-2018
Kasparov Trampı Putinin iti adlandırdı
Məşhur şahmatçı Harri Kasparov, “Trampın Helsinkidə "zavallı görünüşü" "Putinin fino iti" olduğunu sübut edir” deyib. Harri Kasparov, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin Helsinkidəki görüş və mətbuat konfransından sonra, Trampın açıqlamalarını "cəfəngiyyat" adlandırıb. "AMERİKAN MƏNAFEYİNİ SATIR" Kasparov, Trampı Helsinkidə Rus həmkarı ilə təkbətək görüşündə bəzi gizli anlaşmalarla Amerikanın maraqlarını satmaqla ittiham edib.
Muxalifet3 - 17-07-2018
Sosial şəbəkələrdə əylənmək əvəzinə bunu edin – Millət vəkili
Masallı kəndlərində tariximizin, mədəniyyətimzin və Qarabağ həqiqətlərinin yayılmasında gənclərin rolu adlı tədbir və ziyalılarla gənclərin görüşləri keçirilib.
Muxalifet.az axar.aza istinadən xəbər verir ki, tədbirdə təşkilatın rəhbəri Arzu Bağırova, millət vəkili Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, İLESAM-ın Azərbaycan təmsilçisi, Yazıçılar Birliyinin üzvü, şair Xəyal Rza və digərləri iştirak edib.Muxalifet - 17-07-2018
Rusiya hərbçilərini Ermənistana göndərir
Rusiya Silahlı Qüvvələrinin nümayəndələri 17-19 iyul tarixlərində Ermənistanda səfərdə olacaqlar.
Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik İrəvana gələcək hərbçilərin Rusiya Baş Qərargahının Hərbi Topoqrafiya İdarəsindən olduğunu bildirib.Muxalifet - 17-07-2018
Allahşükür Paşazadə Gəncəyə getdi –Səbəb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün səhər saatlarında Gəncə şəhərinə gedib.
Modern.az-ın məlumatına görə, şeyxi QMİ-nin nümayəndə heyəti müşayiət edir.
Allahşükür Paşazadənin Gəncədə törədilmiş iğtişaşlar, icra başçısı Elmar Vəliyevə və iki polis zabitinə qarşı sui-qəsd hadisələrilə bağlı şəhər ictimaiyyəti, dindarlarla görüşəcəyi bildirilir. Görüşlərdə şeyxin ictimaiyyəti, din adamlarını İslam adından sui-istifadə hallarına qarşı birliyə çağıracağı gözlənilir.Muxalifet - 17-07-2018
"Maksimov getsə də, yaxşı nəticə qazanmaq olar" - Cavadov
“Yuri Maksimovun gedəcəyi barədə söz-söhbət var idi. Komandadan ayrıldığını isə məşqdən öncə bildik. Bu, onunla rəhbərliyin verdiyi qərardır. Heç kim bir yerdə daimi deyil. Futbol həyatı belədir”.
Muxalifet - 17-07-2018
Trampın taleyi həll oluna bilər - Politoloq
Tələbə vizası ilə bir müddətdir ABŞ-da olan xanım Butinanın indi həbs olunması ABŞ dövlət aparatının Trampın Rusiya ilə yaxınlaşma siyasətini qəbul etmədiyinə və bunu baltalamağa çalışdığına dair növbəti nümunə sayıla bilər.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Vaşinqtonda Rusiyaya casusluq ittihamı ilə Mariya Butina adlı Rusiya vətəndaşının həbs olunmasına münasibət bildirən politoloq Şahin Cəfərli deyib. O bildirib ki, liderlərin görüşündən öncə də Rusiya hərbi kəşfiyyatının 12 zabitinə qarşı rəsmi ittiham irəli sürülmüşdü:Muxalifet - 17-07-2018
Azərbaycana spirtli içki və siqaret idxalına tətbiq olunan vergi güzəşti azaldılacaq –Detallar
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
Yeni qanuna əsasən, Azərbaycana spirtli içki və siqaret idxalı zamanı tətbiq edilən vergi güzəştinin həcmi azaldılacaq.
Bununla da ölkəyə idxal zamanı aksiz vergisindən azad olunan spirtli içkinin həcmi 2 dəfə, siqaretin həcmi isə 3 dəfə azaldılır.
Vergi Məcəlləsinin 188-ci (Azadolmalar) maddəsinin birinci bəndinə edilən dəyişikliyə əsasən, fiziki şəxslər fərdi istehlak üçün 1,5 litr alkoqollu içkini, 200 ədəd siqareti ölkəyə gətirərkən heç bir rüsum ödəməyəcəklər.Muxalifet - 17-07-2018
Xəzər sammitinin tarixi və yeri açıqlandı
Beş Xəzəryanı dövlətin sammiti avqustun 12-də Aktauda keçiriləcək.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov bildirib.
Onun sözlərinə görə, bütün dövlətlər diplomatik kanallar vasitəsilə artıq V Xəzər sammitindəki iştirakını təsdiqləyib.
Qeyd edək ki, bu sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir.Muxalifet - 17-07-2018
ŞOK: FHN ƏMƏKDAŞI DƏNİZDƏ BATAN GƏNCİ XİLAS ETMƏDİ - "Dedi ki, bizim iş vaxtımız qurtarıb...”
Nazirlik əməkdaşının biganəliyi gəncin ölümünə səbəb olub İyulun 12-də axşam saat 8 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsinin ərazisində dənizdə boğulub ölən 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq, sudan çıxarılıb, valideynlərinə təhvil verildiyi idda edilsə də, əlsində deyilən olayın tamamilə fərqli olduğu iddia edilir.
Muxalifet - 17-07-2018
İranlı Generaldan ŞOK açıqlama - Yaxın Şərqi ABŞ qarışdırır
ABŞ çalışır ki, Yaxın Şərqdəki təhlükəsizliyi dağıtsın.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib.
Onun sözlərinə görə, ABŞ Yaxın Şərqdəki təhlükəli vəziyyət yaradan dövlətlər siyahısına rəhbərlik edir.
Qeyd edək ki, bundan öncə ABŞ İrana qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb. Rəsmi Vaşinqton noyabra qədər İranın neft ixracını sıfıra endirmək istədiyini bildirib.Muxalifet - 17-07-2018
“Gəncə hadisələrinin dinlə əlaqəsi yoxdur” – ZƏRDÜŞT ƏLİZADƏ
“Zalımlar həmişə məzlumların haqq olduğunu etiraf etmir, həmişə onları terrorçu, qisasçı, cinayətkar elan edirlər”
Muxalifet4 - 17-07-2018
"Sınıq Körpü"də sıxlığın səbəbi açıqlandı
Ötən gün sosial şəbəkələrdə Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunun sərnişin xəttində sərhədkeçmə prosesi zamanı müşahidə olunan sıxlığı əks etdirən video-təsvirlər yayımlanıb.
Muxalifet - 17-07-2018
Müasir dövrün ən zəngin insanı – Yeni rekord
“Amazon”un rəhbəri Cef Bezosun sərvəti rekord həddə - 150 milyard dollara çatıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Blomberq” agentliyi məlumat yayıb. Agentlik Bezosun müasir insanlıq tarixinin ən zəngin insanı olduğunu bildirib.
Onun sərvəti təkcə bir il ərzində 52 milyard dollar artıb.
Qeyd edək ki, müasir tarixdə ən zəngin insan kimi Bil Qeyts qeydə alınıb. Qeytsin sərvəti 1999-cu ildə rekord həddə 114 milyard dollara çatıb. Bu göstərici indiyə yalnız Bezos tərəfindən üstələnib. Hazırda Qeytsin sərvəti 105 milyard dollardır.Muxalifet - 17-07-2018
“Elmar Vəliyevin sağlıq durumu getdikcə yaxşılaşır” –Türker Kılıçın köməkçisi danışdı
“Elmar Vəliyevin sağlıq durumu getdikcə yaxşılaşır. Ümid edirik ki, xəstənin vəziyyəti yaxın vaxtlarda, getdikcə daha da yaxşı olacaq”.
Bunu Modern.az-a açıqlamasında Elmar Vəliyevi əməliyyat edən Türkiyədəki Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıçın köməkçisi Gülşah Öztürk deyib.Muxalifet - 17-07-2018
Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində növbəti BİABIRÇILIQ - HƏKİM 500 MANAT RÜŞVƏTƏ GÖRƏ, XƏSTƏNİ EVƏ BURAXMIR
Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində həkim özbaşınalığı səbəbindən yaranan biabırçılqlar bitib-tükənmir. Belə ki, redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, sözügedən xəstəxananın damar cərrahı Zöhrab Cəfərov hər hansı bir əməliyyat aparmadan, sadəcə resept yazaraq müalicə etdiyi Qazax rayon Daş Salahlı kənd sakini Nəsibə Vəliyevadan 500 manat rüşvət tələb edir. Xəbərdə o da iddia olunur ki, damar troplaşmasından əziyyət çəkən N.Vəliyeva adəçəkilən xəstəxanaya təyinatla gəlib:
Muxalifet - 17-07-2018
İsrail Suriyanın Hələb vilayətinə raket zərbələri endirdi
İsrail ordusu Suriyanın Hələb vilayətinə raket zərbələri endirib.
Muxalifet.az xarici KİV-ə istinadla xəbər verir ki, hücum nəticəsində Bəşər Əsəd ordusunun Neyrəb hava limanı yaxınlığındakı hərbi bazası dağılıb.
Suriya Müdafiə Nazirliyi yayılmış məlumatları təsdiq edib.
Hücum nəticəsində ölən və yaralananlar olmasa da, baza tamamilə məhv edilib.Muxalifet - 17-07-2018
Cavid Qurbanovun səlahiyyəti azaldıldı - NAZİRLƏR KABİNETİNDƏN QƏRAR
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) səlahiyyətlərindən biri ləğv edilib.
Bu, Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”ında etdiyi dəyişiklikdə əksini tapıb.Muxalifet - 17-07-2018
Suriya kürdlərinə Şimali İraq modeli - TÜRKİYƏ RAZI OLACAQMI?
ABŞ-ın siyasi kuluarlarında deyilənlərə görə, Tramp Putinlə zirvə görüşündə Şimali Suriya məsələsini, təhlükəsiz sahələrin yaradılması təklifi ilə əlaqələndirərək təqdim edib.
Suriyanın cənubunda yaradılan və İsraili qane edən bu təklif Rusiyaya təqdim edildiyi kimi, bu ideyanın şimalda da Türkiyənin fəal iştirakı olmadan yaradılması mümkün deyil.
MƏSƏLƏ KÜRDLƏRƏ GƏLDİ
Bu məsələləri danışarkən iki lider qaçılmaz olaraq Suriya Kürdləri məsələsinə də toxunub.Muxalifet3 - 17-07-2018