Axtarış

The search found 105830 results in 0.066 seconds.

Search results

  1. ​Rusiya MN-dən Tramp-Putin görüşü ilə bağlı bəyanat

    Vladimir Putinlə Donald Trampın Helsinkidə qlobal təhlükəsizliklə bağlı razılığa gəldiyi anlaşmanı həyata keçirməyə hazırıq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.
    O bildirib ki, təmsil etdiyi qurum bu məqsədlə ABŞ-ın qərargah rəhbərləri və digər rəsmi şəxslərlə müzakirələr aparmağa hazırdır.
    Qeyd edək ki, dünən Trampla Putin arasında tarixi görüş baş tutub.
     

    Muxalifet3 - 17-07-2018

  2. SON DƏQİQƏ: ​İran hücuma keçdi - BU ÖLKƏ BOMBARDMAN EDİLİR

    İran Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbilin sərhədindəki dağlıq bölgələri top atəşi ilə vurub.

    Muxalifet.az xəbər verir ki, Ərbilin Sidekan bölgəsinin rəhbəri İlhan Çələbi İranın İraqın 8 kəndinin yerləşdiyi sərhəd bölgəsini top atəşinə tutduğunu açıqlayıb.

    İran müxalif İran-Kürdüstan Demokratik Partiyasına (İ-KDP) bağlı qüvvələrin Ərbilin dağlıq bölgəsində düşərgə saldığını hesab etdiyi üçün bu bölgəni bombalayıb.

    Çələbi bildirib ki, top atəşi açılandan sonra 3 kəndi boşaldıblar.
     

    Muxalifet3 - 17-07-2018

  3. ​Ölkəyə içki və siqaret gətirənlərin nəzərinə - Yeni qayda

    Fiziki şəxslərin fərdi istehlak məqsədilə gömrük vergi və rüsumları ödəmədən ölkə ərazisinə gətirdiyi alkoqollu içki və siqaretin miqdarı azaldılıb.
    Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, bu barədə Milli Məclis Vergi Məcəlləsində dəyişiklik edilməsinə dair qərar qəbul edib və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2018-ci il 29 iyun tarixli 1194-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

    Muxalifet3 - 17-07-2018

  4. ​İspaniya sahillərində miqrant qayığı yoxa çıxdı

    İspaniya sahillərində içərisində 7 miqrantın olduğu qayıq itib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Sərhədləri aşaraq” ictimai təşkilatının rəhbəri Yelena Maleno “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, qayıq Cəbəllütariq boğazında yoxa çıxıb. Miqrantların mobil telefonları cavab vermir və qohumları onları itkin düşmüş hesab edir.
    İspaniyanın dənizdə xilasetmə xidmətinə ictimai təşkilatlardan miqrant aparan qayıqlar barədə məlumatlar tez-tez daxil olur. Xidmətin əməkdaşları təkcə çərşənbə axşamı İspaniya sahillərində 200-dən çox insanı xilas ediblər.

    Muxalifet3 - 17-07-2018

  5. İŞİD-çilər kütləvi şəkildə başlarından güllələndi

    Suriyanın İdlib şəhərində Nüsrə Cəbhəsinin başçılıq etdiyi Heyəti Təhrir Şam təşkilatı sağ ələ keçirdikləri İŞİD-çiləri kütləvi şəkildə başlarından güllələyərək öldürüb.
    Muxalifet.az xəbər verir ki, bu şəkildə 8 terrorçunun məhv edildiyi bildirilib.
    Öldürülənlərin İŞİD-in idarəedici heyətindən olduğu deyilir.
    Qeyd edək ki, qruplaşmalara arasında mütəmadi olaraq silahlı atışmalar baş verir.
     

    Muxalifet3 - 17-07-2018

  6. ​Dənizdə batmış gəncin cəsədini kim çıxarıb? - FHN açıqladı

    Bu gün bəzi media orqanlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşının dənizdə batan gənci xilas etməməsi ilə bağlı yazı dərc olunub. Məlumata görə, söhbət bu il iyulun 13-də axşam saatlarında Bilgəh ərazisində dənizdə batmış 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlundan gedir. Onun dostu Nadir Hüseynov iddia edib ki, ərazidə olan xilasedici dostunun köməyinə çatmayıb.

    Muxalifet3 - 17-07-2018

  7. ​Sabah bu ərazilərdə qaz olmayacaq

    Sabah Xətai rayonunun əksər ərazilərində qaz olmayacaq.
    “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, iyulun 18-də tarixdə saat 09:00-dan Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayevo, M.Hadi, İ.Zülfüqarov, Sadıqcan, X.Məmmədov küçələrinin, Əhmədli kəndi və ətraf ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

    Muxalifet3 - 17-07-2018

  8. ​Tramp-Putin görüşünə çəkilən xərc açıqlandı - Yeniləndi

    Finlandiya hökuməti Rusiya və ABŞ prezidentlərinin Helsinkidə görüşünə təxminən 10 milyon avro xərc çəkib.
    Bunu Yuxa Sipilya “Karjalainen” qəzetinə müsahibəsində deyib.
     

    Muxalifet3 - 17-07-2018

  9. ​105 dövlət əmlakı özəlləşdirilir - Vaxt açıqlandı

    Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
    Komitədən verilən məlumata görə, Tovuzda yerləşən dövlət əmlakı rəqabətli mühit yaradıb. Belə ki, Sabir küçəsində yerləşən, ümumi faydalı sahəsi 103 kv.m olan obyektə 2 sifariş qəbul olunmuşdu. İştirakçılar arasındakı rəqabət ilkin hərrac qiyməti 10 min manat təyin olunan obyektin 12 min manata satışını mümkün edib.

    Muxalifet3 - 17-07-2018

  10. Biz heç vaxt yol verə bilmərik ki... - Aynur Camalqızı

    İyulun 3-də və 10-da Gəncədə baş verən təxribat hadisələri birmənalı olaraq Azərbaycan dövlətçiliyinə, sabitliyə və inkişafa qarşı törədilmiş cinayətdir. Görünür, ölkəmizin uğurlu və milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu yürütməsi, eləcə də daxili müstəvidə sabitliyin təmini, insan hüquq və azadlıqlarının qorunması yönündə atılan addımlar, iqtisadi islahatlar bir sıra xarici antimilli dairələri yenidən narahat edir və onlar bu cür cəhdlərlə ara qarışdırmaq istəyirlər.

    Muxalifet3 - 17-07-2018

  11. Fransa Qətərlə birgə təlimdə: İran və Səudiyyə narahatdır...

    Fransa Qətərlə birlikdə bu ölkənin ərazi sularında hərbi təlimlər keçirib.
    Muxalifet.az xəbər verir ki, təlimlərin 4 gün davam etdiyi bildirilib.
    Təlimlər zamanı müdafiə, hava hücumu, basqın, yoxlama, hərəkət halındakı gəminin müdafiəsi, helikopterlə eniş kimi bir çox mürəkkəb manevrlər həyata keçirilib.
    Təlimdə Qətər Əmirliyi Hərbi Dəniz Donanması, Özəl Donanma qüvvələri, Hərbi Hava Qüvvələri və Fransa Hərbi Dəniz Qüvvələri iştirak edib.
     

    Muxalifet3 - 17-07-2018

  12. Türkiyə bunu edərsə ABŞ "vuracaq" - TƏHDİT

    Rusiyadan S-400-lərin satın alınması Türkiyə üçün ciddi nəticələrə gətirib, çıxaracaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin Siyasi və Hərbi işlər üzrə katibi Tina Kaidanou deyib.
    O bildirib ki, Ankara Rusiyanın müdafiə sistemlərinin alınması məsələsində daha da irəli gedərsə, sanksiyalara sadəcə başlanğıc olacaq:
    “Bu sistemlərin Rusiyadan alınmasına görə narahatıq. Dostlarımız və müttəfiqlərimiz bunun ciddi iş olduğunu anlamalıdır. Alış-veriş edərkən, bu məqamı nəzərdə saxlamalıdırlar”.
     

    Muxalifet3 - 17-07-2018

  13. ​Şimal-Cənub Dəhlizinin qərargahı Bakıya köçürülə bilər

    Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin hazırda İranda yerləşən mənzil-qərargahı Azərbaycana köçürülə bilər.
    Bu barədə TREND -ə açıqlamasında TRACECA nəqliyyat sahəsi üzrə əməkdaşlıq proqramının milli katibi Akif Mustafayev deyib.
    A.Mustafayev qeyd edib ki, ABŞ sanksiyaları İranın dəmir yolu infrastrukturunun inkişafı üçün böyük maneə törədir:

    Muxalifet3 - 17-07-2018

  14. ​Respublikaçılardan Trampa sərt tənqid: Putinlə görüşdə...

    ABŞ Respublikaçılar Partiyasının nüfuzlu nümayəndələri Prezident Trampın Prezident Putin ilə görüşü zamanı Birləşmiş Ştatların və ABŞ xüsusi xidmətlərinin ünvanına Tramp tərəfindən deyilmiş sözlərdən narazı olduqlarını bildiriblər.

    Muxalifet3 - 17-07-2018

  15. ​İtaliya prezidenti Azərbaycana gəldi

    İtaliya prezidenti Sercio Matarella Azərbaycana gəlib.
    Muxalifet.az-ın məlumatına görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəxri qonağı Azərbaycanın yüksək vəzifəli şəxslər, İtaliyanın Azərbaycandakı Səfirliyinin əməkdaşları qarşılayıb.
    İkigünlük səfəri zamanı S. Matarella Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və Azərbaycan - İtaliya biznes forumunda iştirak edəcək. Bundan başqa S. Matarella ADA Universitetində də tələbələr qarşısında çıxış edəcək.
     

    Muxalifet3 - 17-07-2018

  16. ​Sürücülərə ŞAD XƏBƏR: Bu cərimələr ödənməyəcək

    "Bir gün ərzində protokol sistemə vurulmasa, yararsız hesab ediləcək"
    Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
    Milli Məclisin sonuncu plenar iclasında yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə maraqlı dəyişikliklər edildi. Dəyişikliklərə əsasən, sürücülər barəsində tərtib edilən elektron protokol dövriyyədən çıxarılaraq elektron qərarla əvəzləndi.

    Muxalifet3 - 17-07-2018

  17. ​BMT İranın iddiasını qəbul etdi

    BMT Beynəlxalq Məhkəməsi İranın ABŞ-a qarşı iddiasını qəbul edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
    Rəsmi Tehranın mövqeyinə görə, ABŞ sanksiyalar tətbiq etməklə dostluq, iqtisadi əlaqələr və konsulluq hüquqları üzrə ikitərəfli sazişin müddəalarını pozub.
    Qeyd edək ki, bu il mayın 8-də Donald Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib.

    Muxalifet3 - 17-07-2018

  18. ​İncədən iddialı paylaşım: Kılıçdaroğlu gedir?

    Daha uzun vədəli marafona hazırlanmaq zamandır. Zəfər hazırlanır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) prezidentliyə namizəd olmuş Məhərrəm İncə Tvitter səhifəsində yazıb.
    Qeyd edək ki, hazırda partiya daxilində strukturlaşma ilə bağlı müəyyən dəyişikliklər və imzatoplama kampaniyası aparılır.
    İncənin CHP lideri olacağı ilə bağlı söyləntilər dolaşmaqdadır.
     

    Muxalifet3 - 17-07-2018

  19. ​Fətullah Gülən öldü? - İqamətgahda sıxlıq...

    FETÖ şəbəkəsinin lideri Fətullah Gülənin ABŞ-ın Pensilvaniya ştatındakı iqamətgahında hərəkətlilik yaşandığı barədə məlumatlar yayılıb.
    Muxalifet.az “Yeniakit.com.tr”yə istinadən xəbər verir ki, ərazidə insan sıxlığının müşahidə olunması Gülənin ölə biləcəyi ehtimalını istisna etmir.
    Məlumata görə, iqamətgahın geniş həyətinə jurnalistlər buraxılmır.
    Qeyd edək ki, F.Gülənin xəstə olduğu barədə informasiyalar yayılsa da, hələlik bununla bağlı rəsmi açıqlama verilməmişdi.
     

    Muxalifet3 - 17-07-2018

  20. ​"Qarabağ"ın potensial rəqibi müəyyənləşdi

    "Qarabağ" klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.
    Muxalifet.az-ın məlumatına görə, Albaniya "Kukesi"si Maltanın "Valletta" klubunu iki oyunun nəticəsinə əsasən üstələyərək, növbəti mərhələyə yüksəlib.
    "Qarabağ" Sloveniya "Olimpiya"sını keçəcəyi təqdirdə Çempionlar Liqasının II təsnifat mərhələsində məhz Albaniyanın "Kukesi" klubu ilə qarşılaşacaq.

    Muxalifet3 - 17-07-2018

Pages