Axtarış
The search found 105830 results in 0.141 seconds.
Search results
"Zirə" Türkiyəyə 21 futbolçu ilə yollanacaq
“Zirə” futbol klubu iyulun 19-da təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Bolu bölgəsinə yollanacaq.
Klubdan “Report”a verilən məlumata görə, baş məşqçi Ayxan Abbasov səfərə 21 futbolçu aparacaq. Onlardan ikisi – Tapdıq Əhmədov və Əmrah Bayramov əvəzedici heyətin üzvləridir. Qəsəbə təmsilçisi hazırlıq dönəmində 4 yoxlama oyunu keçirəcək.Muxalifet - 18-07-2018
HELSİNKİ ZİRVƏSİ SURİYA MÜNAQİŞƏSİNİN HƏLLİNƏ NƏ TÖHFƏ VERDİ? - TƏHLİL
Maksim Suçkov
“Əl-Monitor”
Helsinkidə ABŞ prezidenti Donald Tramp və rusiyalı vəzifədaşı Vladimir Putin arasında keçirilən zirvə bu yay ən çox gözlənilən siyasi hadisəsi idi. ABŞ-Rusiya münasibətilərində yeni bir səhifə açılsa da, 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə əlaqədar olaraq Trampa qarşı daxili müxalifətin təzyiqi artıb. Putin və Tramp iki saat davam edən təkbətək görüşdə bu məsələyə aslan payı ayırıb.Muxalifet - 18-07-2018
Nazirliyin şöbə müdiri Zərdabda onlarla ailənin torpağını ələ keçirib – PREZİDENTƏ VƏ İNAM KƏRİMOVA MÜRACİƏT
Zərdab rayonu Dəliquşçu kənd sakinləri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəlliflər Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirləri Eldəniz Həsənov və əmisi oğlu Vüsal Həsənovdan şikayətçidir: “Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirləri Eldəniz Həsənovun onun əmisi oğlu Vüsal Həsənovun qanunsuz əməlləri barədə biz mətbuat vasitəsi ilə cənab prezident İlham Əliyevə və kənd təsərrüfatı naziri cənab İnam Kərimova müraciət edib, çox-çox xahiş edirik ki, bu korrupsioner qohumların cinayət əməllərini araşdırıb, onların barəsində ciddi tədbirlər görəsiniz.
Muxalifet4 - 18-07-2018
Bakıda sərnişin avtobusu səfirliyə məxsus avtomobillə toqquşub
Bakıda sərnişin avtobusu səfirliyə məxsus avtomobillə toqquşub.
Muxalifet.az-ın xəbərinə görə, Nəsimi rayonu ərazisində İlqar Hüseynovun idarə etdiyi 52 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus İraq səfirliyinə məxsus “Jeep”lə toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.Muxalifet - 18-07-2018
“Ayə, demədim çəkmə? Nə çəkirsən?” - Reyd zamanı GƏRGİN ANLAR - VİDEO
Şamaxıda səhər saatlarından gecəyədək rayonun dövlət yol polis bölməsinin əməkdaşları yol hərəkəti qaydalarına əməl etməyən, eyni zamanda cərimələrini ödəməyən sürücülərə qarşı reyd keçirib.
Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, reydlər əsasən rayonun mərkəz və şəhərdaxili küçələrini əhatə edib. Reyd zamanı bir sıra qanun pozuntularına rast gəlinib.Muxalifet - 18-07-2018
Taylandda mağaradan xilas edilən uşaqlar xəstəxanadan evə buraxıldılar
Taylandda su basan mağaradan xilas edilən uşaq futbol komandasının on iki üzvü və onların məşqçisi xəstəxanadan evə buraxılıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, xilas olunmuş 13 nəfər dövlət kanalı ilə canlı yayımlanacaq mətbuat konfransında iştirak edəcək.
Xatırladaq ki, uşaq futbol komandasının üzvlərini və onların məşqçilərini su altında qalan Khao-Luanq mağarasından iyunun 10-da xilas ediblər. Onlar mağarada olarkən yağan güclü leysan yağışları girişi su altında qoyub və komanda üzvləri iki həftə ərzində mağaradan çıxa bilməyiblər.Muxalifet - 18-07-2018
Adnan Oktarın villasının görüntüləri yayıldı - Video
Adnan Oktarın Qəndilli bölgəsində yerləşən villasında çəkilən görüntülər yayılıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Dəmirörən” xəbər agentliyi informasiya paylaşıb.
Videoda Oktarın villasında polislərin axtarış aparması və mütəşəkkil cinayətkar dəstə liderinin bahalı avtomobilləri əksini tapıb.Muxalifet - 18-07-2018
Putin Paşinyanı Rusiyaya çağırdı - Moskvadan TƏLƏB
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Ermənistanın “Qraparak” qəzeti yazıb.
Məlumata görə, Paşinyan 26-27 iyulda Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin hökumətlərarası şurasının Sankt-Peterburqda keçiriləcək iclasına qatılacaq.
“İclasda Ermənistanı Nikol Paşinyan təmsil edəcək. Əvvəlcə baş nazirin müavini Ara Mirzoyanın gedəcəyi nəzərdə tutulsa da, əldə etdiyimiz məlumata görə, Rusiya Paşinyanın gəlməsini tələb edib”, - deyə qəzet yazıb.Muxalifet - 18-07-2018
İran uran ehtiyatını iki dəfə artırdı
İranın uran ehtiyatı 900 tonu keçib.
Muxalifet.az xəbər verir ki, bunu İRİB televiziyasına müsahibəsində İran Baş nazirinin müavini Əli Əkbər Salehi deyib.
“Nüvə razılaşması imzalananda bizim uran ehtiyatımız 550 ton idi. Sonradan 400 ton uran idxal etməyi bacarmışıq. Bu 400 tonla uran ehtiyatımız təxminən 900-950 tona çatıb”, – deyə o bildirib.Muxalifet - 18-07-2018
Qazaxda tutulan erməni xüsusi təyinatlısının fotoları - ERMƏNİSTANDA DƏLİNİN ƏLİNƏ NİYƏ AVTOMAT VERİRLƏR?
Sosial şəbəkələrdə ötən bazar günü Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində tutulan erməni diversantının hərbi geyimdə və əli silahlı fotoları yayılıb.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu fotolar Ermənistan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin bəyanatlarını tamamilə alt-üst edir.Muxalifet - 18-07-2018
Lukaşenko Kiyevin axtardığı admirala sığınacaq verdi
Belarus Ukraynanın keçmiş müdafiə naziri Mixail Yejelə siyasi sığınacaq verib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı yayıb. Yejelin ailəsi ilə birgə ötən ilin mayından Minskdə yaşadığı bildirilib.
Qeyd edək ki, Ukrayna Hərbi Prokurorluğu 2016-cı ildə Yejelə qarşı cinayət işi qaldırıb. O, iki özəl müəssisəyə iki ədəd Tu-95MC strateji bombardmançısını qeyri-qanuni yolla satmaqda ittiham olunub.Muxalifet - 18-07-2018
İranda sosial şəbəkələrin 46 istifadəçisi tutulub
İranın cənubunda yerləşən Bəndə Abbas şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində sosial şəbəkələrin 46 istifadəçisi tutulub.
“Report” “araznews”a istinadən xəbər verir ki, tutulanlardan 8-i qadındır.
Bildirlib ki, onlar İran qaydalarına uyğun olmayan fotolarını paylaşdıqları üçün saxlanılıblar.
Tutulanların çoxunun fotoqraf, gözəllik salonu və şadlıq evlərində işlədikləri məlum olub. Məsələ ilə bağlı polisdən bildirilib: “Onlar mütəşşəkkil şəkildə İslam Respublikası mədəniyyətinə zərər vermək niyyəti ilə bu aksiyanı keçiriblər”.Muxalifet - 18-07-2018
"Google"a görünməmiş cəza - 4,34 MİLYARD AVRO!
Avropa Komissiyası ABŞ-ın “Google” şirkətini rekord məbləğdə cərimələmək qərarına gəlib. Muxalifet.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının rəqabət üzrə komissarı Marqret Vestager açıqlayıb. O bildirib ki, şirkət Aİ-nin antiinhisar qanunvericiliyini pozduğu üçün 4,34 milyard avro məbləğində cərimə ödəməlidir. M.
Muxalifet - 18-07-2018
RUSİYA: "KİNJAL" "İSKƏNDƏR"DƏN DƏ ÜSTÜNDÜR
Muxalifet.az xəbər verir ki, Rusiyanın dövlət müdafiə sənayesi komleksindən olan bir mənbə “Ria-novosti”yə müsahibəsində deyib: “Kinjal” hipersonik raketi, operativ-taktiki “İskəndər” operativ-taktiki kompleksləri ilə müqayisədə üç dəfə uzaqda yerləşən hədəfləri vura bilir.
MiQ-31K qırıcılarına əlavə edilən bu raketlər 1,5 min km uzaqlıqdakı hədəfləri vura bilir. “İnkəndər-M” kompleksləri isə 500 km məsafədəki hədəflərin dəf edilməsi üçün nəzərdə tutulub.Muxalifet - 18-07-2018
Qanunsuz heyvan kəsiminə görə reydlər başladı
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətini dayandırmaq üçün Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlərə başlayıb.
Muxalifet - 18-07-2018
Çavuşoğlu və Pompeo arasında telefon müzakirəsi
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Mayk Pompeo ilə telefon danışığı aparıb.
Muxalifet.az publika.aza istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Lakin məlumatda telefon danışığının detalları açıqlanmır.Muxalifet - 18-07-2018
Rusiyalı ''gizli agent'' məhkəmə qarşısına çıxarılıb
ABŞ-da xarici dövlətin qanunsuz agenti kimi fəaliyyət göstərməkdə ittiham edilən rusiyalı qadın çərşənbə günü zəmanətə buraxılması ilə bağlı məhkəmə qarşısına çıxarılıb. Prokurorlar Mariya Butinanın ölkəni tərk etmək riski olduğu üçün onun zəmanətə buraxılmasına icazə verməyib.
29 yaşlı silah hüququ müdafiəçisi və Milli Silah Assosiasiyası ilə sıx əlaqələri olan Mariya Butina çərşənbə axşamı ABŞ baş prokuroruna məlumat vermədən ölkədə xarici agent kimi fəaliyyət göstərməkdə təqsirləndirilib.Muxalifet - 18-07-2018
“Xəzər Lənkəran” klubunun stadionu sıradan çıxdı
“Xəzər Lənkəran” klubuna məxsus Lənkəran şəhər stadionunun qazonu sıradan çıxıb.
Muxalifet.az xəbər verir ki, stadionda hər üç qazon bərbad hala düşüb.
Lənkəranda yerləşən yarımstansiyada təmir işləri aparan şirkətin təhlükəsizlik qaydalarına riayət etməməsi buna səbəb olub.
Təmir zamanı “Xəzər Lənkəran” stadionuna gedən özəl xətt zədələnib və üç gün ərzində işıqsız qalan stadionda suvarılma prosesi tamamən dayanıb.Muxalifet - 18-07-2018
Husilərdən Səudiyyəyə ballistik – Zərbə
Yəməndəki husilər Səudiyyə Ərəbistanının mülki vətəndaşların yaşadığı Nəcran şəhərinə ballistik raketlə hücum edib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb. Koalisiya qüvvələrinə məxsus hava müdafiə sistemləri raketi havada ikən zərərsizləşdirib. Hücum zamanı heç bir itki olmayıb.
Hadisə ilə əlaqədar husilər hər hansı açıqlama verməyib.Muxalifet - 18-07-2018
Növbəti miqrant FACİƏSİ: 19 ölü, 30 itkin
150 suriyalı miqrantı daşıyan qayıq Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Karpaz yarımadasındakı Yeni Erenköy qəsəbəsinin sahilinə yaxın ərazidə batıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Türkiyə və ŞKTC xilasediciləri 103 nəfəri xilas edib, 19 miqrantın isə cəsədi tapılıb. Hazırda 30 nəfər axtarılır.
Məlumata görə, qayıq sahildən 16-17 dəniz mili məsafəsində batıb.Muxalifet - 18-07-2018