Axtarış

The search found 105830 results in 0.067 seconds.

Search results

  1. ​Avropa İttifaqı İsrailə xəbərdarlıq etdi: “ÇOX CİDDİ NƏTİCƏLƏRİ OLA BİLƏR”

    Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Şərqi Qüdsdəki Ayrılıq Divarının İordan çayının qərb sahilində qalan hissəsindəki Xan Əl-Əhmar bədəvi yaşayış komplekslərini yıxmaq qərarının çox ciddi nəticələri olacağı barəsində xəbərdarlıq edib.

    Muxalifet - 18-07-2018

  2. ​ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 20 il ərzində 529 314 780 kvadratmetr (52 931 ha) ərazi təmizləyib.
    “Report”un xəbərinə görə, bu barədə ANAMA-nın hesabatında bildirilib.
    Hesabatda qeyd olunub ki, ərazilərdən 796 972 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

    Muxalifet - 18-07-2018

  3. ​Bakıda tuneli bağlayıb şampan partladan gənclər tutuldu - VİDEO

    Bir neçə gün əvvəl Bakının mərkəzi yollarından birindəki tuneldə toy karvanındakı avtomobillərdən düşən bir qrup gəncin hərəkəti saxlayaraq yolda şampan partlatması, rəqs edərək şadyanalıq etməsi ilə bağlı görüntülər yayılmışdı.
    Muxalifet.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkət qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına açıq hörmətsizlik göstərən gənclərin şəxsiyyəti müəyyənləşdirilib. Onlar saxlanılıb və barələrində inzibati-həbs qərarı çıxarılıb.

    Muxalifet4 - 18-07-2018

  4. Mariya Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə münasibət bildirdi

    Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüsseldə keçirilən son görüşünü şərh edib.

    Muxalifet - 18-07-2018

  5. ​İtaliya prezidenti Sumqayıtdakı zavoddan danışdı

    “SOCAR Polymer” çox əhəmiyyətli bir layihədir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Azərbaycanda rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella iyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılış mərasimində deyib.

    Muxalifet3 - 18-07-2018

  6. ​BMT-nin köç planıdan geri çəkilirik - XİN

    BMT-nin miqrasiya sahəsində qlobal miqyasda reallaşdırmağı hədəflədiyi proses Macarıstanın təhlükəsizlik maraqlarına ziddir.
    Muxalifet.az xəbər verir ki, bunu Macarıstan Xarici İşlər və Xarici Ticarət naziri Piter Siyarto bildirib.
    "Bizim üçün ən vacib məsələ Macarıstan və macarların təhlükəsizliyidir. Bu proqram ölkənin təhlükəsizlik maraqlarına ziddir. BMT-nin qlobal köç planı Avropanın təhlükəsizliyinə zərbədir", - Siyarto söyləyib.

    Muxalifet3 - 18-07-2018

  7. ​İlham Əliyev sərəncam imzaladı

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
    Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Muxalifet3 - 18-07-2018

  8. Üzeyirdən Qənirə Paşayevaya cavab - VİDEO

    Ötən gün “Onda başlayaq” proqramında millət vəkili Qənirə Paşayevanınmüğənni Üzeyir Mehdizadə haqda dediyi fikirlərə qarşı tərəfdən reaksiya gəlib.
    Muxalifet.az xəbər verir ki, müğənni “Instagram” hesabında video paylaşaraq konsertində olan anşlaqı nümayiş etdirib. O, ad çəkməsə də yazdığı sözlərlə Paşayevaya cavab verib:

    Muxalifet3 - 18-07-2018

  9. ​Ən çox qaz pulu ödəyən ölkə... - Nazir

    “Trans-Adriatik” (TAP) boru kəməri Avropa İttifaqı ölkələri arasında ən çox qaz idxal edən və istehlakçıları tərəfindən ən çox qaz pulu ödəyən ölkə kimi İtaliyanın mənbələri şaxələndirməsinə xidmət edəcək.

    Muxalifet3 - 18-07-2018

  10. ​Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 24 nəfər saxlanıldı

    Türkiyənin İstanbul şəhərində İŞİD əleyhinə əməliyyat keçirilib.
    Muxalifet.az xəbər verir ki, əməliyyat zamanı 24 nəfər saxlanılıb. Saxlanılanlardan 5-i xarici vətəndaşdır.
     

    Muxalifet3 - 18-07-2018

  11. ​Rövnəq Abdullayevdən Sumqayıtdakı zavod barədə: İlk dəfə...

    “SOCAR Polymer” zavodunun inşası ölkədə ilk dəfə layihə maliyyələşdirilməsi çərçivəsində həyata keçirilib.
    Muxalifet.az xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev iyulun 18-də Prezident İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılış mərasimində deyib.

    Muxalifet3 - 18-07-2018

  12. ​Qadının nəzakəti ona bir milyona başa gəldi

    Böyük Britaniyanın Ossett şəhərinin sakini Arron Uolşou “Lotto Millionaire Raffle” lotoreyasında uduşlu bileti onu növbədə özündən önə buraxan qadın sayəsində əldə edib.
    Muxalifet.az “Daily Mirror”a istinadla xəbər verir ki, britaniyalı kassaya bağlanmasına iki dəqiqə qalmış başqa bir qadınla yaxınlaşıb.
    Uolşounun tələsdiyini görən qadın, onu özündən önə buraxıb. Bir gün sonra isə britaniyalı bir milyon funt sterlinq udduğunu öyrənib.
    Uolşou uduşu sevgilisi ilə toy mərasiminə xərcləmək niyyətindədir. 

    Muxalifet3 - 18-07-2018

  13. ​Əfqanıstan Rusiyadan üzrxahlıq tələb etdi

    Əfqanıstan səfiri Rusiyadan 1979-cu ildə ölkəsinə ordu yeridilməsinə görə üzr istəməsini tələb edib.
    Muxalifet.az-ın verdiyi xəbərə görə, o, bu addımın iki ölkə arasındakı münasibətlərin “dərinləşməsinə və möhkəmlənməsinə xidmət edəcəyinə” əmindir.
    Əfqanıstanın Rusiyadakı səfiri Əbdül Qəyyum Kuçaq SSRİ-nin Əfqanıstanla münasibətlərdə 2 səhvə yol verdiyini bildirib. 
    Onun sözlərinə görə, birinci səhv 1978-ci ildə buraxılıb. O zaman SSRİ Əfqanıstanın “marionet” hökumətini tanıyıb.

    Muxalifet3 - 18-07-2018

  14. ​“Barselona”nın futbolçusu məscid tikdirəcək

    Dünya çempionatının qalibi olan Fransa millisinin üzvü Usman Dembele xoşməramlı hərəkəti ilə diqqət mərkəzinə düşüb.
    Muxalifet.az xəbər verir ki, əslən Mavritaniyadan olan gənc hücumçu çempionluğa görə aldığı mükafatla vətənində məscid tikdirəcək.
    Məscid Dembelenin doğulduğu Cakili şəhərində inşa ediləcək.
    Qeyd edək ki, Usman Dembelenin anası Mavritaniyadandır və Seneqal mənşəlidir. Atası isə Malidəndir. “Barselona”nın futbolçusunun özü isə Fransada doğulub.
     

    Muxalifet3 - 18-07-2018

  15. Tramp-Putin görüşündən sonra diqqət çəkən açıqlama

    ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin ilə apardığı danışığı tənqid edənləri Putin ilə yaxşı geçinməsini istəməyən "düşmənlər" kimi səciyyələndirib.
     
    Tramp, Twitter hesabında Finlandiyanın paytaxtı Helsinkidə keçirilən zirvə görüşünə dair, "Putin ilə çoxsaylı mühüm məsələni müzakirə etdik. Yaxşı başa düşürük ki, bu boks oyununu görmək istəyən bir çox düşmənin həqiqətən canını sıxdı" delə. Qeyd edib.
    ABŞ prezidenti, zirvə görüşünün böyük nəticələr doğuracağını da deyib.

    Muxalifet3 - 18-07-2018

  16. ​Rus hərbiçiləri Ermənistanı qarışdırdı - KÜÇƏLƏR PARTLADILIR

    Rus hərbçilərinin Panik kəndində sakinlərə yaşatdığı vahiməli anlar ermənilərdə kəskin etirazlar doğurub; “Rusiya hərbçiləri Ermənistanda özlərini heç evlərindəki kimi də hiss etmirlər, çünki...”
    Ermənistanın Gümrü şəhərində dislokasiya olunmuş 102-ci Rusiya hərbi bazasının bir qrup hərbçisinin – təqribən 30 nəfər - 17 iyulda yerli əhalini vahiməyə salması işğalçı ölkədə ciddi gərginliyə və anti-Rusiya əhvalının artmasına səbəb olub.

    Muxalifet3 - 18-07-2018

  17. ​Azərbaycanlı aktrisa vəfat etdi

    “Bozbash Pictures” serialındakı “Təzəgül” obrazı ilə önplana çıxan aktrisa Asya Abdullayeva vəfat edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə aparıcı İlkin Həsəni sosial media hesabında məlumat verib.
    O, mərhumun yaxınlarına başsağlığı diləyib.
    Qeyd edək ki, aktrisanın yas mərasimi İmişlidə keçiriləcək.
     

    Muxalifet3 - 18-07-2018

  18. Gürcüstan Putinin hədəsinə cavab verdi

    Gürcüstanın NATO-ya yaxınlaşmasının xoşagəlməz hadisələrə səbəb olacağını deyən Rusiya prezidenti Putinə cavab gecikməyib.
     
    Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze, Tiflis rəhbərliyinin yekun məqsədini açıqlayaraq ölkəsinin NATO üzvü olmaq istəyini söyləyib.
    Gürcüstan Parlamentinin sədri Kobaxidze, Putinin açıqlamasına dair "Bizim üçün xarici siyasətdə prioritet məsələlər, NATO və Avropa İttifaqı ilə inteqrasiyadır və bu istiqamətdə irəlilədiyimizi bilirsiniz " deyib.
     
    BU BİZİM HAQQIMIZDIR
     

    Muxalifet3 - 18-07-2018

  19. Hərbçilərimiz NATO-nun hərbi təlimlərində...

    Bu ilin 1-15 avqust tarixlərində Gürcüstanda NATO-nun “Etibarlı tərəfdaş 2018” çoxmillətli hərbi təlimləri keçiriləcək.
    Muxalifet.az xəbər verir ki, hərbi təlimlərdə 13 ölkə iştirak edəcək. İştirakçı ölkələr Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna, Azərbaycan və Ermənistandır.
    Vaziani hərbi və Norio təlim bazasında keçiriləcək hərbi təlimlərdə 3000 hərbçi, ABŞ hərbi aviasiyası və Almaniya hərbi texnikası da cəlb olunacaq.

    Muxalifet3 - 18-07-2018

  20. ​FETÖ-çuların şok səs yazısı ilə bağlı yeni məlumat - Video

    Türkiyədə FETÖ-çuların yayılan gizli səs yazısı ilə bağlı 221 şübhəlidən 132-si həbs edilib.
    Muxalifet.az xəbər verir ki, saxlanılanlar arasında hərbçilər də var.
    Qeyd edək ki, Türkiyədə 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı yeni səs qeydi yayılıb.
     

    Muxalifet3 - 18-07-2018

Pages