Axtarış
The search found 105830 results in 0.141 seconds.
Search results
“Yunis Səfərov həqiqətən bizim üzvümüzdür, amma...” – İRANMEYLLİ DİNİ TƏŞKİLATIN RƏHBƏRİ DANIŞDI
Azərbaycan rəsmiləri Gəncə meri Elmar Vəliyevə qarşı sui-qəsd edən Yunis Səfərovun əvvəllər İranın Qum şəhərində və Suriyada təlim keçdiyini bəyan etmişdilər. Respublika Prokurorluğu, DİN və DTX tərəfindən yayılan həmin açıqlamalardan sonra gözlər Hüseynçilər təşkilatına yönəlmişdi. Hətta bəzi informasiya vasitələri sui-qəsdin arxasında duran şəxsin konkret adını belə açıqlamış, bunun Hüseynçilər təşkilatının sədri Tohid İbrahimbəyli ola biləcəyini bildirmişdilər.
Muxalifet4 - 19-07-2018
Tehrana daha bir zərbə: Yaponiya da İrandan imtina edir
Yaponiyanın neft şirkətləri İrandan neft idxalının dayandırılmasını nəzərdən keçirməyə başlayıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın “Nikkey” qəzeti yayıb. Artıq idxalın dayandırılmasıyla bağlı ABŞ-ın JXTG Holdinq, “İdemitsu Kosan” və digər neft şirkətlərinə xəbərdarlıq məktubu göndərdiyi də vurğulanır.
Bununla əlaqədar olaraq Yaponiyanın xarici işlər və iqtisadiyyat nazirlikləri ABŞ-la danışıqlara başlayıb.Muxalifet - 19-07-2018
Tramp bəyanatlarını “geri oxumağa” məcbur oldu – O, KƏŞFİYYAT RƏHBƏRİNİN QARŞISINDA GERİ ÇƏKİLİR
ABŞ prezidenti Doanld Tramp öz ölkəsinin kəşfiyyat rəhbərinin bəyanatlarına zidd gedərək, deyib ki, Rusiya daha ABŞ seçkilərinə müdaxilə etmir.
ABŞ milli kəşfiyyatının başçısı bildirmişdi ki, Rusiya 2018-ci ildə keçiriləcək Konqres seçkilərinə müdaxilə etməyə çalışır.
“Azadlıq.org” xəbər verir ki, Tramp iyulun 18-də keçirilən hökumət müşavirəsində bundan bir gün əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edən fikirlər səsləndirib.
Muxalifet4 - 19-07-2018
Milyonları talayan məmurlar azadlıqda - “RABİTƏ İŞİ”
Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Göyçay Telekommunikasiya Qovşağının müdiri İslam Əliyev və baş mühasibi Soltanəli Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.Muxalifet - 19-07-2018
Son 64 ilin ən güclü yağışı: 511 nəfər öldü
Hindistanda ötən aydan başlayaraq, davam edən musson yağışları sel və torpaq sürüşməsinə səbəb olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Hindistanın Mərkəzi Su Komissiyası (CWC) açıqlama yayıb.
İyunun 1-dən başlayan və ölkəni təsiri altına alan musson yağışları indiyə qədər 511 nəfərin ölümü, 176 nəfərin xəsarət alması ilə nəticələnib.
Təbii fəlakətin 55 min evə zərər vurduğu, 1 milyondan artıq heyvanı tələf etdiyi açıqlanıb.
Qeyd edək ki, bu, Hindistanda son 64 ilin ən şiddətli yağışı hesab olunur.Muxalifet - 19-07-2018
“Piyada səkiləri və dayanacaq yerləri zəbt edilib” – Vüsal Kərimli
“Piyada təhlükəsizliyi ilə bağlı vəziyyət qənaətbəxş deyil. Dövlət başçısının tapşırığına əsasən hazırda bu sahədə vəziyyətin müsbətə doğru dəyişdirilməsi üçün zəruri tədbirlər görülür”.
“APA-Economics”in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Paytaxt rayonlarının bir-bir təhlil edildiyini qeyd edən V.Kərimli piyada səkilərinin müxtəlif səbəblərdən zəbt edildiyini diqqətə çatdırıb.Muxalifet - 19-07-2018
Baykal Kılıçdaroğlu ilə İncə arasında seçim etdi... Bu tip qərarlar
CHP-nin keçmiş sədri Dəniz Baykal partiya daxilində baş verən münaqişələrə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, Baykal müxalif isimlərin qurultay qərarını düzgün hesab etmədiyini qeyd edib.
“CHP-nin yeniliyə ehtiyacı olduğu doğrudur. Ancaq bu tip imza toplayaraq qurultay keçirmək partiyaya zərər vurur, partiyanı geri aparır”, - Baykal bildirib.
Xatırladaq ki, Məhərrəm İncə seçkilərdən sonra partiya üzvlərinə müraciət edərək qurultay üçün imzatoplama kampaniyası başlatmışdı.Muxalifet - 19-07-2018
İran-Pakistan sərhədində atışma: bir hərbçi həlak oldu
İran-Pakistan dövət sərhədində iranlı sərhədçilərlə naməlum şəxslər arasında baş verən atışma nəticəsində bir hərbçi ölüb.
“Anadolu” xəbər verir ki, bu məlumatı İran Daxili İşlər Nazirliyi yayıb.
Bildirilib ki, hadisə İranın cənub-şərqində Zahidan şəhəri yaxınlığında baş verib.
İranın bu hissəsində bəluclar yaşayır. Onlar milli haqlarının təmin olunması uğrunda silahlı mübarizə aparır. Bundan başqa, İrana narkotik maddələrin də daha çox bu istiqamətdən gətirildiyi barədə məlumatlar yayılır.Muxalifet - 19-07-2018
İordaniya şahzadəsi Cocuq Mərcanlıda - Foto
İordaniya şahzadəsi Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
APA-nın xəbərinə görə, Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri, şahzadə Mirad bin Raad əl-Hüseyni Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA nümayəndələrinin müşayiəti ilə bu gün Cocuq Mərcanlıda olub. Onu Cəbrayıl və Füzuli rayon İH icra başçıları qarşılayıb.Muxalifet - 19-07-2018
Özünü 17-ci mərtəbədən atan qızın anası: “Gecə rəfiqəsinin evində qalıb…”
"Kaş qızım sağ olaydı, onu bütün səhvləri ilə qəbul edərdim"
Muxalifet4 - 19-07-2018
Nazpəri Dostəliyevanın elmi dərəcəsi SAXTA ÇIXDI - RƏSMİ AÇIQLAMA
Ali Attestasiya Komissiyası xalq artisti Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Komissiyanın aparat rəhbəri Arif Quliyev bildirib ki, yayılan fotoşəkillərdəki imza onun deyil: “Ali Attestasiya Komissiyası Nazpəri Dostəliyevaya elmi dərəcə verməyib. Ümumiyyətlə, elə şey olmayıb. Şəkildə göstərilən imza da mənim deyil, başqa adamın imzasıdır. Kimsə götürüb o imzanı ora vurub. Başdan-ayağa saxta bir şeydir”.Muxalifet4 - 19-07-2018
Türkiyədən ABŞ-a xəbərdarlıq
Rəsmi Ankara ABŞ nümayəndə heyəti ilə keçirilən görüş zamanı FETÖ-ya görə Vaşinqtondan gələn diplomatlara xəbərdarlıq edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN informasiya yayıb.
“Türkiyə və ABŞ arasında keçirilən toplantıda FETÖ barədə ABŞ-ın artıq ölkəmizi yola vermək siyasətindən əl çəkməsini vurğuladıq”, - XİN açıqlamasında bildirilib.Muxalifet - 19-07-2018
Erməni politoloq:“Fransa niyə Ermənistanı deyil, Azərbaycanı muttəfiq seçir?”
Artak Yegiazaryan
1-in am (Ermənistan), 18.07.2018Muxalifet - 19-07-2018
Sabahın hava proqnozu
İyulun 20-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.Muxalifet - 19-07-2018
Erməni müğənnini Bakıya gətirən JARA-dan - Açıqlama
JARA Beynəlxalq Musiqi Festivalında səhnəyə çıxan bütün müğənnilər ölkəyə icazə ilə daxil olur.
Bu barədə Kult.az-a festivalın məlumat xidmətindən bildirilib. Qeyd edilib ki, iştirakçılar hava limanından ölkə ərazisinə keçə bilirsə, həmin şəxslər icazələdir.Muxalifet - 19-07-2018
Messi onun komandaya gətirilməsini istəyir
“Barselona” klubunun hücumçusu Lionel Messi komandaya PSJ-nin müdafiəçisi Tomas Meunierin gətirilməsini istəyib.
Muxalifet.az “Diario Gol”a istinadən xəbər verir ki, Messi müdafiəçinin komandanın oyununu gücləndirə biləcəyinin söyləyib. Bununla yanaşı, Meunierin transferi Serxio Robertonun da öz mövqeyinə çəkilməsinə kömək edə bilər.
Dünya çempionatından əvvəl T. Meunier PSJ-də qalmaq istədiyini söyləyib.
Qeyd edək ki, yeni sezonda PSJ-yə Tomas Tüxel başçılıq edəcək.Muxalifet - 19-07-2018
İran dünyanın ən güclü dövlətləri siyahısına daxil edildi
ABŞ-da dərc olunan “US News and World Report” jurnalı maraqlı tədqiqat keçirərək iqtisadi, siyasi və hərbi baxımdan ən güclü dövlətlərin siyahısını tərtib edib və bu siyahıda İran 13-cü yeri tutub.
AzərTAc xəbər verir ki, Asiya və Avropa dövlətləri arasında İranın 13-cü olması onun uzun illər iqtisadi sanksiyalara məruz qalması ilə əlaqədardır. Sanksiyalar olmasaydı İran daha yüksək yerdə qərarlaşa bilərdi. Buna baxmayaraq, İranın 100 dövlət arasında 13-cü olması yüksək göstərici hesab olunur.Muxalifet - 19-07-2018
Ronaldo otel işçilərinə 20 min bəxşiş verdi
“Yuventus”un hücumçusu Kristiano Ronaldo Yunanıstanın “Kosta-Navarino” otelinin işçilərinə 17850 funt (təxminən 19.6 min avro) bəxşiş verib.Muxalifet.az xəbər verir ki, bu barədə “San” nəşri yazıb.Məlumata görə, Turin klubu ilə danışıqlar üçün Yunanıstana gələn futbolçu istirahət mərkəzindəki xidmətdən çox təəccüblənib. “Yuventus”un nümayəndələri otel rəhbərliyindən sözügedən məbləği bütün işçilər arasında bərabər bölüşdürməsini istəyib.Muxalifet - 19-07-2018
Azərbaycanlı qadınların da adı keçən Adnan Oktar dosyesi: təcavüzçü, İsrail agenti, ağır şizofreniya xəstəsi... – VİDEOLAR, FOTOLAR
“Hoca” bu dəfə də həbsdən qurtula biləcəkmi?
Muxalifet - 19-07-2018
Qarpızın baha olması ilə bağlı nazirlikdən – Şərh
Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, bazarda qarpızın qiymətinin bahalaşması ənənəvi problemlə bağlıdır - fermerlərimiz hələ də tələb-təklif qanunlarına uyğunlaşa bilmirlər.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov qarpızın qiymətinin baha olması haqqında ünvanlanan şikayətlərə cavab olaraq qeyd edib. O bildirib ki, bu prosesdən ən çox əziyyət çəkən fermerlərin özləridir:Muxalifet - 19-07-2018