Axtarış
The search found 105830 results in 0.105 seconds.
Search results
Ukrayna Krımla Rusiyanı birləşdirən körpünü partlatmaq istəyib... - İddia
Ukraynaya məxsus Su-25 təyyarəsinin Azov dənizi sahilində olduqca alçaq hündürlükdə uçması yaxınlıqda olan sakinləri qorxudub.
Axar.az xəbər verir ki, bu barədə “Nyusfeed.ru” saytı məlumat yayıb. Ukrayna Hərbi Hava Qüvvələrinin adı açıqlanmayan nümayəndəsi qırıcının təlim keçdiyini və şərti qayığın tutulması vəzifəsini yerinə yetirdiyini bildirib.
Lakin bir sıra rusiyalı hərbi ekspert iddia edib ki, Ukrayna HHQ-yə məxsus qırıcı Krımla Rusiyanı birləşdirən yeganə körpünü partlatmaq istəyib.Muxalifet - 20-07-2018
Türkiyə millisinin üzvü avtomobil qəzasına düşdü - Foto
“Osmalıspor”un və Türkiyə milli komandasının üzvü Serdar Gürler bahalı avtomobili ilə qəzaya düşüb.
Teleqraf.com “Hürriyet”ə istinadla xəbər verir ki, qəza Anadolu magistralının Düzcə hissəsində baş verib. Lamborghini markalı avtomobili ilə yol kənarındakı səddə çırpılan Serdar qəzanı xəsarətsiz ötüşdürüb. Onun yanındakı Anıl Karaer yüngül xəsarət alıb.
Fakla bağlı araşdırma aparılır.Muxalifet - 20-07-2018
Bakıda avtobus yük maşınına çırpıldı: 10-dan çox yaralı var
Bakı şəhərinin Qaradağ rayonunda ağır yol qəzası baş verib. Muxalifet.az xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində "QazEL" markalı, 10 JJ 753 dövlət qeydiyyat nişanlı mikroavtobus "ZİL" markalı yük maşınına çırpılıb. Nəticədə mikroavtobusda olan 13 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb. Yaralıların əksəriyyəti qadınlardır.
Faktla bağlı araşdırmalara başlanılıb.Muxalifet - 20-07-2018
Prezident Bakının mövqeyini bir daha bəyan etdi: Artıq güzəşt limiti bitib
Vaşinqtonun Azərbaycan və Ermənistan arasında vasitəçilik üçün hərəkətə keçəcəyi barədə iddialar da birmənalı qəbul olunmur; Elçin Mirzəbəyli: “Cənubi Qafqazda Azərbaycanla Ermənistanın vahid koalisiyada birləşə biləcəyinin fantastik ehtimalı belə yoxdur”
Muxalifet - 20-07-2018
Dünyanı şoka salan hesabat: Müasir köləlik indeksi
Dünya miqyasında 40 milyon 300 min müasir kölə var və bunlardan 400 mindən çoxu ABŞ-da yaşayır.Muxalifet
Muxlifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Azad Yürüş Fondunun (Walk Free Foundation) hesabatında deyilib.
Fondun beynəlxalq köləlik indeksinin təyin edildiyi hesabatında müasir qulların inkişaf etmiş dövlətlərdə daha çox yaşadığı qeyd olunub. Hesabatda “müasir köləlik” anlayışı insan alveri, məcburi əmək, borc əsarəti, zorla evləndirmə, cinsi istismar, uşaqların satılması və istismarı kimi təyin edilib.Muxalifet - 20-07-2018
Ermənilər atəşkəsi 86 dəfə pozdu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 86 dəfə pozub.
Muxalifet - 20-07-2018
Bakıda “ZİL” “QAZel”ə çırpıldı, Çoxsayda yaralılar var
İyulun 19-da saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi “ZİL” və Vəli Cavadovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.
DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, hadisə nəticəsində V.Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.Muxalifet - 20-07-2018
Türk qırıcıları havaya qalxdı: Şimali İraqda əməliyyat
Türkiyə aviasiyası Şimali İraqda təyin olunmuş hədəfləri məhv edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə TSQ-nin Baş Qərargahından informasiya yayılıb.
Məlumata görə, Türkiyə qırıcıları İraqın şimalındakı Avaşin, Basyan, Zap və Hakurk bölgələrinə aviasiya zərbələri endirib. Hava əməliyyatı nəticəsində separatçı terror qruplaşmasına məxsus sığınacaq, döyüş mövqeyi, sursat anbarı kimi istifadə olunan hədəflər məhv edilib.Muxalifet - 20-07-2018
FUTBOLUMUZDA NƏ BAŞ VERİR? - Oliqarxlar klubların pullarını azaldıblar
Azərbaycan klublarının hamısı ilk turda Avropa Liqasını tərk etdi
Muxalifet - 20-07-2018
Hacıqabulda kişidən qadına qarşı amansızlıq – Cinayət
Hacıqabul rayonunda bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, rayonunun Atbulaq kəndi ərazisində kənd sakini Fuad Şahsuvarov münaqişə zəminində qohumu Ülviyyə Rəhimovanı bıçaqlayıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməyə cəhddə şübhəli bilinən Fuad Şahsuvarov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.Muxalifet - 20-07-2018
Çeçenistan FMX-nın sabiq rəisinin qızı İstanbulda saxlanıldı - ŞOK SƏBƏB
Türkiyədə İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 5 nəfər saxlanılıb.
Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, saxlanılanlar arasında Çeçenistan Federal Miqrasiya Xidmətinin sabiq rəhbəri Asu Dudurkayevin qızı da var.
Bildirilir ki, İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər iyulun 4-də İstanbulda saxlanılıblar.
Qeyd olunur ki, 2013-ci ilin noyabrında Çeçenistanın başçısı Ramzan Kadırov Dudurkayevi məhz onun qızının Suriyada terrorçularla əlaqədə olması səbəbindən vəzifəsindən azad etmişdi.Muxalifet - 20-07-2018
Bakıda 3 yaşlı uşaq FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - VALİDEYİN DİQQƏTSİZLİYİ
Bakıda 3 yaşlı uşaq 6-cı mərtəbədən düşərək ölüb.
Muxalifet - 20-07-2018
Ceyms Mattis-dən ABŞ Konqresinə gizli məktub...F-35 təyyarələrini Türkiyə
Muxalifet.az xəbər verir ki, ABŞ müdafiə naziri Ceyms Mattis ABŞ Konqresinə ünvanladığı gizli məktubda, F-35 təyyarələrinin Türkiyəyə təslim edilməsini əngəlləmək səylərinə qarşı olduğunu bildirib. “Blumberq”in yazdığına görə, Mattis F-35 təyyarələrinin Türkiyəyə təslim edilməsinin dayandırılmasının beynəlxalq tədarük zəncirinin pozulmasına səbəb ola biləcəyini irəli sürüb. Mattisin qanunverici orqana ünvanladığı məktubda Türkiyənin F-35 təyyarələrinin satıldığı 8 əsas əsas ölkədən biri olduğunu xatırlatdığı yazılır.
Muxalifet - 20-07-2018
Məşhur şirkət 116 milyon dollarlıq brend geyimlərini yandırdı – İLGİNC SƏBƏB
İngiltərənin məşhur "Burberry" geyim şirkəti satılmayan məhzulları endirimlə təklif etməmək üçün 37, 8 milyon dollarlıq brend məhsullarını yandırıb.
Muxalifet.az lent.az-a istinadən xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb. Nəşrin yazdığına görə, şirkət bu addımı “bahalı məhsulların ucuz insanlara satılmaması üçün” edib.Brend şirkətin bu qədər məhsulu külə döndərməsi İngiltərədə sosial medianı bir-birinə vurub. İnsanlar şirkətə qarşı hiddətini ən vulqar formalarda ifadə ediblər.Muxalifet - 20-07-2018
Yaponiyada daşqınlar: ölənlərin sayı 225-ə çatdı
Yaponiyanın cənub-qərb və mərkəzi rayonlarında daşqınlar nəticəsində ölənlərin sayı 225 nəfərə çatıb, 14 nəfər isə itkin düşmüş sayılır.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, təxliyə məntəqələrində hələ də 4,5 min insan qalır.
Məlumata görə, təbii fəlakət 36 prefekturaya ümumilikdə 697 milyon dollara yaxın zərər vurub.
Qeyd edək ki, iyulun ilk həftəsi Yaponiyanın cənub-qərb və mərkəzi hissəsində güclü leysan yağışları yağıb. Yağışlar torpaq sürüşmələrinə və daşqınlara səbəb olub. Bəzi çaylarda suyun səviyyəsi qalxaraq xeyli ərazini su altında qoyub.Muxalifet - 20-07-2018
Xorvatiyanın baş məşqçisindən xanım prezidentə ŞOK SÖZLƏR: "Cinayətkarlığa qarışmış insanlar bizi idarə edir"
Rusiyada keçirilən dünya çempionatında finala çıxaraq özündən söz etdirən Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç ölkə siyasətçilərinə məktub yazıb.
Muxalifet.az fanat.az-a istinadən xəbər verir ki, çalışdırıcı ad çəkmədən mundialdakı bütün oyunlarını izləyən, dünya çempionatı boyunca sosial medianın əsas müzakirə mövzularından birinə çevirilən Xorvatiyanın xanım prezidenti Kolinda Qraber Kitaroviçi hədəfə alıb.Muxalifet - 20-07-2018
Каково это — путешествовать по России?
Aygün Bəylərin anası vəfat edib
Əməkdar artist Aygün Bəylərin anası vəfat edib.
Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə sənətçinin meneceri Sultan Mustafayev sosial şəbəkədə məlumat verib. O, müğənninin anasının uzun müddət xəstəlikdən əziyyət çəkdiyini və dünən vəfat etdiyini bildirib.
Allah rəhmət eləsin!Muxalifet - 20-07-2018
ABŞ casusları İrəvanı mühasirəyə aldı: şok plan və düşmənə BÖYÜK TƏLƏ - ADLAR/FOTOFAKT
Bir neçə ay öncəyə qədər rusların Cənubi Qafqazda forpostu olan Ermənistan “rəngli inqilab” nəticəsində siyasi oriyentasiyasını dəyişdi. Yeni baş nazir Nikol Paşinyan Moskvaya xoş gəlmək üçün nə qədər ruspərəst açıqlamalar versə də, Kreml də daxil olmaqla hər kəs bunun qeyri-səmimi olduğunu və İrəvanın artıq Vaşinqtonun nəzarətində olan bir ölkəyə çevrildiyini yaxşı anlayır. Ermənistandakı inqilabın sosial vəziyyətdən qaynaqlandığı məlumdur, lakin o da məlumdur ki, bir ölkədə inqilabın yetişməsi hələ onun baş verməsi demək deyil.
Muxalifet4 - 20-07-2018
116 milyon dollarlıq brend geyimlər yandırıldı - İLGİNC SƏBƏB
İngiltərənin məşhur "Burberry" geyim şirkəti satılmayan məhzulları endirimlə təklif etməmək üçün 37, 8 milyon dollarlıq brend məhsullarını yandırıb.
Muxalifət.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb. Nəşrin yazdığına görə, şirkət bu addımı “bahalı məhsulların ucuz insanlara satılmaması üçün” edib.Brend şirkətin bu qədər məhsulu külə döndərməsi İngiltərədə sosial medianı bir-birinə vurub. İnsanlar şirkətə qarşı hiddətini ən vulqar formalarda ifadə ediblər.Muxalifet4 - 20-07-2018