Axtarış

The search found 105835 results in 0.283 seconds.

Search results

  1. ​İlham Əliyev Makronla görüşdü - Yeniləndi

    İyulun 20-də Parisdə, Yelisey Sarayında Fransa Respublikasının Prezidenti Emmanuel Makronun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.
    Muxalifet.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Yelisey Sarayına gəlib.
    Sarayın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
    Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
    Dövlət başçıları birgə foto çəkdirdilər.

    Muxalifet3 - 20-07-2018

  2. ​ABŞ Türkiyəni sıxışdırır: Bakı hədəfdə...

    Amerikalı rahibi Andryü Brunsonun işi ilə bağlı Vaşinqton Ankaraya iqtisadi sanksiyalar tətbiq edə bilməz.
    Muxalifet.az xəbər verir ki, bu sözləri türkiyəli jurnalist Ceyhun Bozqurd sputnikin Türkiyə bölməsinə açıqlamasında deyib.
    “Əgər Vaşinqton sanksiya tətbiq etməyi düşünərsə Türkiyə müttəfiq deyil, düşmən ölkə olaraq qəbul ediləcək. Çünki ABŞ hər zaman düşmən ölkələrə sanksiya tətbiq edib. Misal olaraq İran, Venesuela...”, - deyə jurnalist bildirib.

    Muxalifet3 - 20-07-2018

  3. Bakıda intihar edən qızın görüntüləri yayıldı - Video

    Xəbər verdiyimiz kimi, iyulun 17-i səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, “Şərur” MTK-ya məxsus binada intihar hadisəsi baş verib.
    Muxalifet.az xəbər verir ki, 5-ci Yasamal, ev 1-də yaşayan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Ə.Əhmədov küçəsindəki 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb. Hadisədən sonra intiharla bağlı müxtəlif fərziyələr irəli sürüldü. Buna əsas səbəb isə, intihar edən qızın yarıçılpaq olması idi.

    Muxalifet3 - 20-07-2018

  4. ​700 bal toplayanlar kimdir? - Adlar açıqlandı

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə - 700 bal toplamış şagirdlərinin adlarını açıqlayıb.
    İdarədən verilən məlumata görə, bunlar I ixtisas qrupu üzrə 297 nömrəli tam orta məktəbin şagirdi Anar Abıyev, 109 nömrəli tam orta məktəbin şagirdi Azər Zeynallı, 169 nömrəli tam orta məktəbin şagirdi Aslan Aşirov, 58 nömrəli tam orta məktəbin şagirdi Sona Mehdizadədir.

    Muxalifet3 - 20-07-2018

  5. Avropa geri çəkilmir: Trampın narazılığı...

    ABŞ Prezidenti Donald Tramp Avropa Birliyi ilə əlaqələri yeniləmək istəyir.
    Muxalifet.az xəbər verir ki, bunu Avropa Birliyinin ABŞ-dakı səfiri Devid O Sallivan deyib.
    “Hazırki adminitrasiyasının mövqeyindən belə aydın olur ki, prezident mövcud müqavilələrdən məmnun deyil. İstər ticarət, istər müdafiə... O, yenilənmə istəyir. Biz bu mövzuda danışıqlara hazır olmalıyıq. Bu, sadə danışıq olmayacaq. Bizim də maraq və mövqeyimiz var. Bunları müdafiə etmək lazımdır”, - deyə diplomat bildirib.
     

    Muxalifet3 - 20-07-2018

  6. ​Dövlətçilik tariximiz min ildən çoxdur - Əli Həsənov

    Son beş ildə 400-dən artıq jurnalist mənzillə təmin olunub.
    Muxalifet.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Milli Mətbuatının 143-cü ildönümü münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
    O bildirib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd edilir:

    Muxalifet3 - 20-07-2018

  7. ​İlham Əliyevin Fransaya səfəri başa çatdı

    Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə səfəri iyulun 20-də başa çatıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin saytı məlumat yayıb.
     

    Muxalifet3 - 20-07-2018

  8. Paşinyandan QARABAĞ ÇIXIŞI: “Azərbaycan xalqını güzəştə hazırlayın, sonra...”

    Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Levon Ter-Petrosyanla görüşünü və “Qarabağın statusuna əvəz olaraq ərazilərin qaytarılması” düsturu haqqında danışıb. Muxalifet.az xəbər verir ki, Paşinyan Azərbaycanın güzəştə getməli olduğunu iddia edib. “Biz nə üçün Ermənistanın güzəştə getməli olduğunu müzakirə edirik? Niyə yalnız biz özümüzdən danışırıq. Biz Azərbaycanın güzəştə hazır olduğu mesajını alan kimi, güzəştin mahiyyətini müzakirə edəcəyik və xalqı buna hazırlayacağıq”, - deyə o bildirib.

    Muxalifet3 - 20-07-2018

  9. ​Ərdoğandan Kipr açıqlaması: Yalnız Türkiyə...

    Yalnız Türkiyə Kiprin türk xalqının qeyri-müəyyən durumdan zərər görməsinə icazə verməyəcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
    Dövlət başçısı Kipr məsələsinin ədalətli həlli üçün daim çalışdıqlarını bildirib:
    “Təəssüf ki, Kiprin yunan tərəfinin qeyri-adekvat mövqeyi səbəbindən problem həllini tapmamış olaraq qalır. Misal üçün, ötən il Kipr konfransında nəticə əldə edə bilmədik”.
     

    Muxalifet3 - 20-07-2018

  10. ​Suriya bu torpaqları İsraildən alacaq - General

    Suriya ordusu cənub sərhədlərini 2011-ci ildəki vəziyyətə gətirdikdən sonra Qolan təpələrinin geri verilməsi ilə bağlı İsraillə danışıqlara başlaya bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri suriyalı general Əli Maksud deyib.
    O bildirib ki, hazırda Suriyanın cənubunda üstünlük İsraildə deyil, Dəməşqin əlindədir:
    “Suriyanın cənubunda bufer zona yaratmaq cəhdləri boşa çıxdıqdan sonra İsrail Dəməşqə təzyiqlər edir. İndi Suriyanın öz məqsədlərini həyata keçirmək üçün uyğun zaman başladı. Suriya bütün torpaqlarını geri istəyir”.
     

    Muxalifet3 - 20-07-2018

  11. ​İsrail yenə Qəzzada qan tökdü: 4 ölü

    İsrailin növbəti dəfə Qəzza zolağına təyyarə və tanklarla təşkil etdiyi hücumda ən azı 4 fələstinli öldürülüb.
    Muxalifet.az xəbər verir ki, öldürülənlərdən 3-nün HƏMAS üzvü olduğu deyilir.
    “Qəzza zolağında nümayişlər zamanı əsgərlərimizə atəş açıldı. Buna cavab olaraq İsrail qırıcıları və tankları hərbi hədəfləri vurdu”, - deyə məlumatda bildirilib.
    Məlumata görə, 8 hərbi nöqtə vurulub.
     

    Muxalifet3 - 20-07-2018

  12. ​Olimpiya stadionu qırmızı rəngə boyandı

    Xüsusi Olimpiya (Special Olympics) Hərəkatının yaradılmasının 50 illik yubileyi münasibətilə iyulun 20-də saat 21:30-da Bakı Olimpiya Stadionu qırmızı rəngə boyanıb. Azərbaycan Xüsusi Olimpiya Hərəkatının “İnklüzivlik üçün binaların işıqlandırılması” təşəbbüsündə fəal iştirak edir. Əlamətdar gün münasibətilə Azərbaycan ilə yanaşı, dünyanın müxtəlif ölkələrində simvolik memarlıq abidələri qlobal birliyin rəmzi kimi qırmızı rəngə boyanıb.

    Muxalifet3 - 20-07-2018

  13. ​Yelisey Sarayından Qarabağla bağlı bəyanat

    Fransa region xalqlarının marağı daxilində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstək göstərməkdə davam edəcək.
    Muxalifet.az-ın məlumatına görə, bu barədə Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün yekunlarına dair Yelisey Sarayının yaydığı kommunikedə qeyd edilir.
    Bəyanatda bildirilir: "Fransa Prezidenti vurğuladı ki, uzunmüddətli əsasda və regionun bütün xalqlarının marağı daxilində bu münaqişənin tək variant olan danışıqlar yolu ilə həllinin tapılmasında səylərini davam etdirəcək".

    Muxalifet3 - 20-07-2018

  14. ​Trampla Putinin növbəti görüş vaxtı açıqlandı

    Ümid edirəm ki, ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin Vaşinqtonda payızda görüşəcəklər.
    Muxalifet.az xəbərv verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
    “Mən şadam ki, olduqca mühüm ölkələrin liderləri görüşləri davam etdirir. Əgər bu görüş Vaşinqtonda baş tutacaqsa, bu yaxşılığa doğrudur. Danışıqlar olduqca vacibdir”, - deyə o bildirib.
    Qeyd edək ki, bir neçə gün öncə Trampla Putin Helsinkidə bir araya gəlmişdilər.
     

    Muxalifet3 - 20-07-2018

  15. ​Adnan Oktar Dəmirdaşın yanına gedir - Qərar

    Bir müddət əvvəl saxlanılan və hazırda Silivri cəzaçəkmə müəssisəsində olan Adnan Oktarın Ədirnədə F tipli qapalı həbsxanasına köçürüləcəyi bildirilib.
    Muxalifet.az xəbər verir ki, onun tək nəfərlik kamerada saxlanılacağı deyilib.
    Sözügedən həbsxanada HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirdaş da cəza çəkir.
    Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində A.Oktarla yanaşı 168 nəfər də yaxalanıb.
     

    Muxalifet3 - 20-07-2018

  16. ​Bakının bu ərazilərində işıqlar söndü

    Şəhərin Nizami və Xətai rayonlarının bəzi ərazilərində işıqlar sönüb.
    "Azərişıq"ın mətbuat xidmətindən məlumat veriblər ki, buna səbəb Mərdəkandakı DRES -də baş verən nasazlıqdır.
    Rəsmilər bildirir ki, ən qısa zamanda problem həllini tapacaq.

    Muxalifet3 - 20-07-2018

  17. ​Rusiya sınaqdan keçirdi: Saniyədə 4 km...

    Modernizə edilmiş yeni havadan müdafiə raketi uğurla sınaqdan keçirilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi qəzeti “Krasnaya Zvezda”-nın məlumatında deyilir.
    Qazaxıstanın “Sarı Şaqan” poliqonunda havaya qalxan raketin saniyədə təxminən 4 km sürətlə hərəkət etdiyi bildirilib.
    Raket şərti hədəfi uğurla məhv edib.
     

    Muxalifet3 - 20-07-2018

  18. ​XƏBƏRDARLIQ: Bu sürücülər 50 manat cərimə ediləcək

    Avqustun 1-dən etibarən xarici dövlətlərin baza modeli əsasında istehsal edilmiş və texniki baxışdan keçməyən avtomobillərin sürücülərinin cərimələnməsinə başlanılacaq.
    Muxalifet.az-ın məlumatına görə, vaxtın azlığına baxmayaraq Zabratda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin texniki müayinə mərkəzinə müraciət edən sürücülərin sayı çox azdır.

    Muxalifet3 - 20-07-2018

  19. ​Sərnişinin mədəsində “qızıl mədəni” aşkarlandı

    Daşkənd hava limanında saxlanılan sərnişinin mədəsində 100 qram qızıl aşkarlanıb.
    Məlumatı Özbəkistanın Gömrük Komitəsi yayıb.
    “Şəxsi baxış və tibbi prosedurların həyata keçirilməsi nəticəsində sərnişinin kürə formasında, ümumi çəkisi 100 qram təşkil edən 7 qızıl külçəni udduğu müəyyənləşib”, - məlumatda deyilir.
    “Yaşıl dəhliz”dən keçən Özbəkistan vətəndaşı Hindistana yollanırmış. Lakin onun davranışı gömrük əməkdaşlarında şübhə doğurub.
    Hazırda faktla bağlı istintaq hərəkətləri davam etdirilir.

    Muxalifet - 21-07-2018

  20. ​Rus bloger Bakı ilə bağlı videoçarx hazırladı - Video

    Tanınmış rusiyalı dizayner, naşir və videobloger Leonid BalanyovAzərbaycana səfərindən sonra hazırladığı və Yutub-da öz kanalında yerləşdirdiyi 15 dəqiqəlik reportajda ölkəmizə səyahəti zamanı aldığı təəssüratları paylaşıb.
    L.Balanyov ölkəmizə Novruz bayramı günlərində azərbaycanlı abunəçilərinin dəvəti ilə gəlib.
    Oxu.az xəbər verir ki, Rusiyalı bloger ailəsi ilə birlikdə ziyarət etdiyi Heydər Əliyev Mərkəzi, İşərişəhər, Azərbaycan Xalça Muzeyi, Dağüstü park və Abşeronun maraqlı yerlərindən hazırladığı reportajı abunəçilərinə təqdim edib.

    Muxalifet - 21-07-2018

Pages