Axtarış

The search found 105835 results in 0.185 seconds.

Search results

  1. ​Yaponiyanın baş naziri üzünü ABŞ-a tutdu: “BÖYÜK ZƏRƏR VERƏCƏK!”

    Muxalifet.az xəbər verir ki, Yaponiyanın baş naziri Şinzo Abe ABŞ prezidenti Donald Trampın gömrük vergiləri ilə bağladığı ticarət müharibəsi barəsində deyib: “Məhdudlaşdırıcı tədbirlər təkcə ABŞ iqtisadiyyatına deyil, eyni zamanda dünya iqtisadiyyatına da böyük zərər verəcəkdir”.
    O, ABŞ-n avtomobil idxalına yüksək gömrük tariflərinin mənfi nəticələnəcəyindən bəhs edərkən deyib: “Yaponiyanın avtomobil və avtomobil ehtiyat hissələri sənayesi Amerikanın milli təhlükəsizliyini əsla təhdid eləməyib və eləməyəcək”.

    Muxalifet - 21-07-2018

  2. ​Rusiyanın məşhur ifaçısı həbs edilə bilər

    Rusiyanın məşhur ifaçıları Yeqor Krid və Timati 15 sutka həbs cəzasına məhkum edilə bilərlər.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin Moskva bölməsinin rəsmi nümayəndəsi Aleksandr Xaminski deyib. Onun sözlərinə görə, hər iki ifaçı Moskva küçələrindən birində iyun ayında təşkil etdikləri konsert ucbatından həbs edilə bilərlər.

    Muxalifet - 21-07-2018

  3. ​Yunanıstan axtarışda olan terrorçuya siyası sığınacaq verdi

    “Report”un “TRT Haber”ə istinadən xəbər verir ki, terrorçku TKP/ML-TIKKO (Türkiyə Kommunist Partiyası/Marksist-Leninist) üzvü olub. Qeyd edək ki, Yunanıstan may ayında İnterpolun qırmızı xətti ilə axtarışda olan terrorçunun siyasi sığınacaq verilməsi ilə bağlı müraciətə rədd cavab vermişdi.

    Muxalifet - 21-07-2018

  4. ​Türkiyənin "Beşiktaş" klubu qapıçısını satdı

    Türkiyənin "Beşiktaş" klubu qapıçsı Fabri ilə yollarını ayırıb. 
    Muxalifet.az-ın "TRT Spor"a istinadən yaydığı xəbərə görə, İstanbul klubu 31 yaşlı qapıçını İngiltərənin "Fulhem" klubuna satıb.
    Premyer Liqa təmsilçisinin ispaniyalı qolkiper üçün "Beşiktaş"a 7 milyon avro ödəyəcəyi bildirilir.
    Qeyd edək ki, Fabri 2016-cı ildən "Beşiktaş"da çıxış edirdi.

    Muxalifet - 21-07-2018

  5. ​Tiflis savaş anonsu verdi: Putini 2007-də dinləmədik…

    Rusiyanın Gürcüstan və Ukraynanın NATO-ya qəbulu ilə bağlı mövqeyi ciddidir və o, xüsusi diqqət tələb edir.
    MUxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.

    Muxalifet - 21-07-2018

  6. ​Ağdaşda soyğunçuluq edən iki nəfər tutuldu

    Ağdaş rayonunda oğurluq hadisəsi baş verib.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, Ağdaş rayon polis şöbəsinə müraciət edən İsmayıllı rayon sakini F.Mikayılov iyulun 3-də şəhər ərazisində içərisində pulu, qızıl əşyaları, mobil telefon, sürücülük vəsiqəsi və eynəyi olan çantasının açıq talama yolu ilə əlindən alındığını bildirib.
    ​Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

    Muxalifet - 21-07-2018

  7. ​Corc Buşun kardioloqu qətlə yetirilib

    ABŞ-ın Texas ştatında, Hyuston şəhərində keçmiş prezident Corc Buşun kardioloqu qətlə yetirilib.
    Trend-in məlumatına görə, hadisə Texas Tibb Mərkəzi yaxınlığında baş verib.
    Bildirilir ki, kardiloloq Mark Xausnext veloseped sürərkən atəşə tutulub. Hakim ona açılan 2 atəş nəticəsində yerindəcə dünyasının dəyişib.
    Qatil axtarışa verlib, araşdırmalar başlayıb.
    Qatilin təxminən 30 yaşlarında biri olduğu bildirilir.

    Muxalifet - 21-07-2018

  8. ​Putin rus səfirlərlə görüşdə - Xüsusi əmr

    Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyində ölkənin səfirləri ilə görüşüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
    Putin səfirlərə bundan sonrakı fəaliyyətlərindəki prioritetləri açıqlayıb.
    O, diplomatlarının fəaliyyətinin əsas oriyentirinin sürətli daxili inkişaf üçün əlverişli xarici şərait yaradılması olduğunu deyib. O həmçinin görüş zamanı Rusiya üçün vacib beynəlxalq məsələlərə də toxunub.

    Muxalifet - 21-07-2018

  9. ​Təhlükə Azərbaycana doğru irəliləyir – Dəhşətli bəla 4000 can aldı

    Bolqarıstanda yeni virus yayılmağa başlayıb.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, qısa vaxtda yoluxmaq xarakterinə malik olan virus Peste des Petits Ruminants (PPR) adlanır.
    Bolqarıstanın Türkiyə ilə sərhəd kəndində - Boyarovoda aşkar olunan PPR qısa vaxt ərzində heyvan sürüsünün 90%-ni məhv etmək gücündədir.
    Elm adamları məsələ ilə əlaqədar araşdırmalara başlayıb, kənd isə karantinə alınıb. Yetkililərə ərazidəki heyvanları öldürmək əmri verilib. Lakin bu, bölkə sakinlərinin etirazına səbəb olub. Sakinlər paytaxt Sofiyaya doğru yürüşə başlayıblar.

    Muxalifet - 21-07-2018

  10. ​AZƏRBAYDANDA AİLƏ DRAMI: İntihar edən abituriyentin anası özünü öldürdü

    Sumqayıt şəhərində orta yaşlı qadın intihar edib.
    Muxalifet.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhər ərazisində yerləşən 14 mərtəbəli yaşayış binasında baş verib.
    Belə ki, hələlik adı məlum olmayan orta yaşlı qadın binanın damına çıxaraq özünü yerə atıb. O, hadisə yerində dünyasını dəyişib.
    Qeyd edək edək ki, intihar edən qadın bir müddət əvvəl imtahanda bal toplaya bilməyərək özünü eyni yerdən atan gənc Pənah Quliyevin anasıdır. Hazırda həmin qadının kimliyi müəyyən edilir.
    Faktla bağlı araşdlrma aparılır

    Muxalifet - 21-07-2018

  11. ​Şəmkirdə avtomobillə vurulan piyada öldü

    Şəmkir rayonunda avtomobillə vurulan piyada xəstəxanada ölüb.
    APA-nın qərb bürosunun məlumatına görə, iyulun 19-da Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində “VAZ 2106” markalı avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Maliki Elxan bu gün xəstəxanada ölüb.
    Ağır bədən xəsarətləri alan E. Malikiyə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Muxalifet - 21-07-2018

  12. ​Müəllimlərin işə qəbulu üzrə növbəti imtahan- İyulun 23-də keçiriləcək

    İyulun 20-də ingilis və alman dilləri üzrə keçirilmiş test imtahanlarında 2918 nəfər iştirak edib.
    Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, namizədlər arasında ən yüksək nəticə olaraq ingilis dili üzrə 54, alman dili üzrə isə 56 bal qeydə alınıb.
    İyulun 23-də keçiriləcək riyaziyyat üzrə test imtahanlarında 3524 namizədin iştirakı nəzərdə tutulur.

    Muxalifet - 21-07-2018

  13. ​"Napoli" İnsinyeni icarəyə verdi

    “Napoli” üç futbolçusunu icarəyə verib.
    Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bunlar hücumçular Roberto İnsinye, Cennaro Tutino və yarımmüdafiəçi Zinədin Maşaşdır.
    İnsinye gələn mövsüm “Benevento”da, digər iki futbolçu isə “Karpi”də çıxış edəcək.

    Muxalifet - 21-07-2018

  14. ​Avropa demoqrafik böhrana keçir: əhali yox olur

    Avropa doğum səviyyəsinin aşağı düşdüyü və ölüm hallarının azaldığı eraya daxil olub.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu “Sputnik Moldova”ya müsahibəsində ekspert Olqa Qaqauz deyib.

    Muxalifet - 21-07-2018

  15. ​Türkiyə klubu İran yığmasının futbolçusunu heyətinə qatıb

    Türkiyənin "Trabzonspor" klubu İran milli komandasının futbolçusu Vahid Amirini heyətinə qatıb. 
    "Report" klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. "Trabzonspor" iranlı oyunçunu azad agent kimi transfer edib. 
    Qeyd edək ki, Vahid Amiri 2016-cı ildən İranın "Persepolis" klubunda çıxış edib. O, İran millisinin heyətində Rusiyada keçirilən dünya çempionatında da oynayıb. 

    Muxalifet - 21-07-2018

  16. ​PKK-a Sincar və Mosula girməyə hazırlaşır

    PKK terror təşkilatı İraq ordusunun İŞİD terror təşkilatını çıxardığı Mosul bölgəsinə girməyə hazırlaşır.
    Muxalifet.az xəbər verir ki, bu barədə Mosuldakı ərəb birliklərinin sözçüsü Məzahim Əhməd əl-Hüveyt məlumat yayıb.
    O, İraq ordusunun sərhəd xəttindən geri çəkilməsindən sonra PKK və ona bağlı qruplaşmaların Sincara üz tutmağa başladıqlarını bildirib.
    Əl-Hüveyt PKK-nın artıq Sincarda 3 sığınacaq qurduğunu da diqqətə çatdırıb:

    Muxalifet - 21-07-2018

  17. ​İranın daha bir şəhəri ayağa qalxdı – Gecə saatlarına qədər etiraz /Video

    İranın Şiraz şəhərində su və işıqların tez-tez kəsilməsindən təngə gələn əhali küçələrə axışıb. Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, onlar insanların isti hava şəraitində sudan və elektrikdən məhrum qalmasına və yerli məmurların səriştəsizliyinə qarşı etiraz aksiyası keçiriblər. Dünən axşam saatlarında Şirazda yolları bağlayan etirazçılar, avtomobillərin hərəkətinə mane olaraq, yerli məmurları şəhərdə yaranmış ağır vəziyyətə görə cavabdeh olmağa çağırıblar.

    Muxalifet - 21-07-2018

  18. ​“Hoca üçün qız gətiririk” – Adnan Oktarın gizli şifrələri çözüldü

    Bir neçə gün əvvəl həbs edilmiş din alimi Adnan Oktar və qruplaşmasının telefon danışıqlarında istifadə etdiyi şifrələr açılıb. Qrup üzvləri telefon danışıqlarında onlar üçün nəzərdə tutulmuş xüsusi sözlərdən istifadə ediblər.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, hüquq- mühafizə orqanları Adnan Oktar qrupunun şifrələrini deşifrə etmək üçün qrup üzvlərinin telefon zənglərini 8 ay dinləyib.
    Adnan Oktarın cinayət təşkilatının üzvləri əsasən? bu kəlimələrdən istifadə ediblər:

    Muxalifet - 21-07-2018

  19. ​Bakı metrosundan istifadə edənlərin sayı 118 milyondur?

    2018-ci ilin yanvar-iyun ayında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında artma müşahidə olunub.
    Dövlət Statistika Komitəsindən  bildirilib ki, metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 118,4 milyon nəfərə çatıb.
     

    Muxalifet3 - 21-07-2018

  20. ​SON DƏQİQƏ: İŞİD Azərbaycana gəlir? – TƏHLÜKƏ YAXINLAŞIR

    Əfqanıstanın şimalında İŞİD döyüşçülərinin olması Mərkəzi Asiya üçün ciddi təhlükə təşkil edir.
    Muxalifet.az xəbər verir ki, bu haqda Rusiyanın Əfqanıstandakı səfiri Aleksandr Mantıskiy “RİA-Novosti” agentliyinə bildirib.
    “Bu, çox ciddi problemdir, onu hesabdan silmək olmaz. Ən pisi odur ki, onlar hazırda Əfqanıstanın şimal rayonlarında, yəni, Mərkəzi Asiya respublikalarının sərhədlərə yaxın ərazilərdə cəmləşirlər”, - səfir deyib.

    Muxalifet3 - 21-07-2018

Pages