Axtarış
The search found 105835 results in 0.139 seconds.
Search results
Lavrov və Pompeo arasında AGENT SÖHBƏTİ
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında telefon danışığı olub.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, xarici siyasət idarələrinin başçıları Mariya Butinanın Rusiyanın xeyrinə casusluqda şübhəli bilinərək saxlanılmasını müzakirə ediblər.
Məlumata görə, Lavrov Rusiya vətəndaşının tezliklə azad edilməsini istəyib.Muxalifet3 - 21-07-2018
Goranboyda ilkə imza atan abituriyent danışdı
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında 700 bal, yəni maksimum nəticə göstərən abituriyentlərdən biri də Goranboy rayon Səfikürd kənd tam orta məktəbinin məzunu Kənan Məhəmmədlidir.
Muxalifet3 - 21-07-2018
Putinlə Makron danışdı: 44 tonluq yardım...
Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.
Məlumata görə, telefon danışığı zamanı bəzi regional və beynəlxalq məsələlər müzakirə olunub. Həmçinin Suriyaya humanitar yardım layihəsinin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.Muxalifet3 - 21-07-2018
Xamenei region dövlətlərini TƏHDİD ETDİ: İran etməyəcəksə HEÇ KİM ETMƏYƏCƏK
Əgər İranın neft ixracına maneələr olarsa, regionda heç bir ölkə neft ixrac edə bilməyəcək.
Muxalifet.az “khamenei.ir” saytına istinadla xəbər verir ki, bu barədə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei deyib.
O bildirib ki, ABŞ-ın İslami quruluşun özü ilə fundamental problemləri var. Afrika, Asiya və ya Latın Amerikasında bir çox ölkənin ABŞ-la münasibətləri var və onlar hələ də bir çox problemlər yaşayırlar.Muxalifet3 - 21-07-2018
Nazir geniş müşavirə keçirdi: Vacib tapşırıqlar verildi
Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazirliyin rəhbər heyətinin iştirakı, həmçinin videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik və birləşmə komandirlərinin cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Muxalifet3 - 21-07-2018
Türk ordusu 8 terrorçunu məhv etdi
Türkiyə Silahlı Qüvvələri terrora qarşı mübarizə əməliyyatları çərçivəsində 8 terrorçunu məhv edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı TSQ yayıb.
Məlumata görə, terrorçular Avaşin Basyan və Zap bölgələrində həyata keçirilən hava hücumları zamanı öldürülüb.
Muxalifet3 - 21-07-2018
"Qarabağla bağlı Fransanın mövqeyi ondan ibarətdir ki..."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasına səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin yeni inkişaf mərhələsinə daxil olmasını şərtləndirir. Həm siyasi dialoqun, həm ticari-iqtisadi münasibətlərin inkişafı, həm də humanitar sahədə əlaqələrin bundan sonrakı dinamikası üçün bu səfərin böyük əhəmiyyəti var.
Muxalifet.az xəbər verir ki, bu fikirləri azərtac -a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.Muxalifet3 - 21-07-2018
Nüvə fəlakətinin izləri aşkar edildi: Şərabda...
2011-ci ildə Yaponiyanın “Fukusima-1” atom elektrik stansiyasında (AES) baş vermiş nüvə fəlakətinin izləri yeddi il sonra ABŞ-ın Kaliforniya ştatında istehsal olunan şərab məhsullarında aşkar edilib.
Muxalifet3 - 21-07-2018
Satıcı xanıma söz atdı, dava düşdü: ölən var - Foto
Abşeronda su filtiri satan firma işçiləri ilə yerli sakinlər arasında kütləvi dava olub.
Muxalifet.az xəbər verir ki, report-un yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hökməli kəndi At yalı adlanan yaşayış massivində qeydə alınıb.
Gün boyu rayon ərazisində su filtiri satan gənclər At yalı yaşayış massivində tanımadıqları gənclərlə mübahisə ediblər. Buna səbəb isə həmin gənclərin firma işçilərinin yanlarında olan 3 xanıma söz atması olub.
Mübahisə sonradan əlbəyaxa davaya çevrilib.Muxalifet3 - 21-07-2018
Nazir jurnalistləri təbrik etdi: Böyük inkişaf...
Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkəmizin media təmsilçilərini təbrik edib.
Muxalifet3 - 21-07-2018
Sumqayıtda mağaza yanır - Foto
Sumqayıt şəhərində, Səməd Vurğun küçəsi yaxınlığında yerləşən və "Lәzgilәr" kimi tanınan marketdə yanğın başlayıb.
Muxalifet.az xəbər verir ki, hazırda sözügedən marketdə baş verən güclü yanğının söndürülməsi istiqamətində işlər aparılır. Əraziyə çoxsaylı yanğınsöndürәnlər cəlb olunub.
Muxalifet3 - 21-07-2018
Oğurluq edən yeniyetmələr saxlanılıb
Evlərdən oğurluq edən yeniyetmələr saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-nə keçən gecə Sulutəpə qəsəbəsindəki mənzillərin birindən 50 manat pul, 300 manat dəyərində qızıl əşyalar və planşet oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Kənan Tağıyev və iki yeniyetmə saxlanılıb.
Muxalifet3 - 21-07-2018
Ermənistanın müdafiə naziri ordunu Naxçıvanla sərhədə topladı
Ermənistanın müdafiə naziri David Tonoyan iyulun 21-də dövlət sərhədinin cənub-qərb hissəsində olub və hərbçilərin növbətçiliyini müşahidə edib. Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə özünün "Facebook" səhifəsində nazirliyin mətbuat katibi Artsrun Ovannisyan yazıb.
"Ermənistan Müdafiə Nazirliyinin başçısı yüksək rütbəli zabitlərlə ön xətt qoşunlarının yenidən silahlanması məsələlərini müzakirə edib.
Tonoyan həmçinin xidmətdə fərqlənmiş hərbçilərlə söhbət edib və onları mükafatlandırıb", - məlumatda deyilir.Muxalifet3 - 21-07-2018
Moldova prezidentindən Bakıya jest
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Moldovaya səfər edib.
Mərkəzdən bildiriblər ki, səfər çərçivəsində Moldova Prezidenti İqor Dodon qurumun baş katibi Rövşən Muradovu qəbul edib. Görüşdə mərkəzin fəaliyyəti, gələcək planları, Bakıda keçirilmiş VI Qlobal Forumla bağlı müzakirələr aparılıb. Mərkəzin Moldovada fəaliyyətinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflərə dair fikir mübadiləsi aparılıb.Muxalifet3 - 21-07-2018
Gürcüstanda müxalifətçi prezidentliyə namizəd oldu
Gürcüstanın əsas müxalifət partiyalarından olan “Avropa Gürcüstanı” partiyası David Bakradzenin prezidentliyə namizədliyini irəli sürüb.
Muxalifet.az xəbər verir ki, partiya fəallarının toplantısı keçirilib. Toplantıda bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirakla bağlı məsələ müzakirə olunub və D.Bakradzenin namizədliyi yekdilliklə təsdiq olunub.
Xatırladaq ki, David Bakradze 2008-2012-ci illərdə Gürcüstan parlamentinin sədri olub.
Muxalifet3 - 21-07-2018
Fransa mediası: Ağdam kabus şəhərə çevrilib - Foto
Fransanın www.ouest-france.fr portalında “30 minlik əhalisi olan Ağdam kabus şəhərə çevrilib” sərlövhəli məqalə dərc edilib.
Muxalifet.az xəbər verir ki, məqalədə UEFA Avropa Liqasında mübarizə aparan Ağdamın “Qarabağ” futbol klubu haqqında ətraflı məlumat verilib.Muxalifet3 - 21-07-2018
Rus hərbi bazasına hücum - PUA vuruldu
Suriyada Hmeymim aviabazasındakı havadan müdafiə sistemi naməlum pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məhv edilən PUA Suriya müxaliflərinə məxsus olub.
Muxalifet3 - 21-07-2018
Sosial şəbəkələrdə avtoxuliqanlıq təbliğ edilir - Video
Özünü "Ağdamlı Faiq" kimi təqdim edən şəxs saxta profil vasitəsi ilə Feysbuk-un canlı yayımında avtoxuliqanlıq edir.
Muxalifet.az-ın məlumatına görə, o, canlı yayım zamanı avtomobillərin intensiv hərəkət etdiyi yola çıxaraq təhlükəli manevrlər etməyə başlayır. Üstəlik, saatda 160 kilometrdən artıq sürətlə gedərkən, özünün də dediyi kimi ''bir əlində telefon, bir əlində sükan'' olur. O, bu hərəkətləri edə-edə izləyicilərinin suallarını da cavablandırır və özünə haqq qazandırmağa çalışır.Muxalifet3 - 21-07-2018
Etibar Hüseynov Mirşahinə səsləndi: “Tapdalayaram, milçək kimi” - FOTO
"Real Tv”nin sədri Mirşahin Ağayevlə sabiq millət vəkili Eibar Hüseynov arasında söz-söhbətlər səngimək bilmir. Muxalifet.az sfera.az xəbər verir ki, bu dəfə sabiq milət vəkili Mirşahin Ağayevin ünvanına sərt sözlər deyib. E.Hüseynovun şəxsi "Facebook" profilində paylaşdığı statusu olduğu kimi təqdim edirik: "Mirşahin inboxuma təhqir və söyüşlə zəngin mesaj yazdı. Sonra da tələsik blok eləyib cavab haqqımı tanımadı. Ona görə də məcburam ki, sabah Facebook vasitəsiylə ona təhqir və söyüşsüz cavab yazam. İnboksuma yazdığına görə mesajını etika xatirinə tam açıqlamıram.
Muxalifet3 - 21-07-2018
Bakıda dənizdə batan 4 nəfər xilas edilib
Muxalifet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan, Bilgəh, Qızılqum sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 4 nəfər xilas olunub.
Muxalifet3 - 21-07-2018