Axtarış
The search found 105835 results in 0.105 seconds.
Search results
NATO RUSİYAYA QARŞI ORDU QURUR - 39 batalyon, 30 hərbi hava eskadriliyası və 30 hərbi gəmi…
NATO müttəfiqləri Brüssel sammitində ittifaqın mümkün böhranlara çevik şəkildə cavab verməsini təmin edəcək NATO Hazırlıq Təşəbbüsünü imzalayıb.
Muxalifet4 - 21-07-2018
Bakıda əməliyyat: 9 nəfər həbs edildi
Daxili İşlər Nazirliyi bir neçə oğurluq hadisəsinin üstünün açılması barədə məlumat yayıb.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, iyulun 20-də saat 5 radələrində Xətai rayonunun M.Hadi küçəsində binaların birinin girişindən 2 ədəd velosipedi oğurlayaraq aradan çıxmağa cəhd edən şəxs ərazidə xidmət aparan 36-cı polis bölməsinin və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən yaxalanıb.
Araşdırmalarla onun Bakı şəhər sakini Vaqif Heydər olduğu müəyyən edilib.Muxalifet - 21-07-2018
Müəllim olmaq istəyənlərin DİQQƏTİNƏ - Növbəti imtahanın tarixi açıqlandı
İyulun 20-də ingilis və alman dilləri üzrə keçirilmiş test imtahanlarında 2918 nəfər iştirak edib.
Muxalifet.az bildirir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlər arasında ən yüksək nəticə olaraq ingilis dili üzrə 54, alman dili üzrə isə 56 bal qeydə alınıb.
İyulun 23-də keçiriləcək riyaziyyat üzrə test imtahanlarında 3524 namizədin iştirakı nəzərdə tutulur.Muxalifet - 21-07-2018
Türkiyə tramvay ixrac edəcək- Avropa ölkələrinə
Türkiyədə fəaliyyət göstərən “Durmazlar” şirkətində istehsal olunan tramvaylar Polşaya ixrac ediləcək.
“Panorama” markalı bu tramvaylar hazırda Türkiyənin Kocaeli və Samsun şəhərlərində sərnişinlərə xidmət göstərir. Polşa tərəfi idxal üçün müqavilə imzaladığı müasir standartlara cavab verən “Panorama”ları 2020-ci ildə Olsztyn şəhərində xəttə buraxmağı nəzərdə tutur. Bu tramvaylara digər Avropa ölkələrinin də müştəri olacağı proqnozlaşdırılır(azərtac).Muxalifet - 21-07-2018
“İran üçün minlərlə şəhid vermişik, amma…” – İranlı millət vəkili
Azərbaycan və digər dillərin İrandakı məktəblərdə tədris olunması fars dilinin tədrisinə mane olmur.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu İran parlamentinin Güney Azərbaycanın Urmiya şəhərindən olan millət vəkili Nadir Qazipur belə deyib.
O, İranın təhsil naziri Məhəmməd Bəthayinin məktəblərdə qeyri-fars dillərinin tədrisinin qadağan edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə etiraz edib:Muxalifet - 21-07-2018
Nazirlik çimərliklərə gedənlərə xəbərdarlıq etdi - HAVA PROQNOZU
İyulun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) APA-ya verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 23-25°, gündüz 27-32° isti, Bakıda gecə 23-25°, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.Muxalifet - 21-07-2018
Gəncə hadisələri ilə bağlı növbəti həbslər - 1 nəfər məhv edildi
İyulun 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar birgə həyata keçirilmiş intensiv və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində daha 8 nəfər tutularaq barələrində həbs qətimkan tədbiri seçilib.
Muxaifet.az-ın məlumatına görə, bu barədə Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilib.Muxalifet - 21-07-2018
Bakıda iş adamı ilə kütləvi davada iştirak edən mühafizəçi həbs olundu
Gecə klubunda baş verən dava zamanı tanımadığı şəxsi bıçaqlayan mühafizəçi hakim qarşısına çıxarılıb. Bıçaqlanan şəxs mühafizəçini bağışlayıb.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən "Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı Muraz Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.Muxalifet - 21-07-2018
Cəbhədən ACI XƏBƏR: ordumuz ŞƏHİD VERDİ
Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Alışov Səməd Anar oğlu şəhid olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.Muxalifet - 21-07-2018
Merkel Azərbaycana gəlir
Almaniya kansleri Angela Merkel avqustun ikinci yarısında İrəvana səfər edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” agentliyi məlumat yayıb. Agentlik kanslerin 23 avqustda Tiflisdə, 24-də isə İrəvanda olacağını bildirib. Avqustun 25-də kanslerin Bakıya səfəri planlaşdırılıb.Muxalifet - 21-07-2018
Məşhur aktrisadan Mustafa Ceceliyə SƏRT TƏPKİ: “Gördüyüm yerdə üzünə tüpürüb sillə vuracam”
"Mustafanı görsəm, bir kəlmə belə demərəm, üzünə tüpürərəm. Onsuz da boşanmısan. İstəyər qadınla, istəyər kişi ilə sevişər. Sənə nə?"
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Bodrumdakı evində media nümayəndələrin ilə evində görüşən əfsanəvi aktrisa Fatma Girik deyib. Aktrisa da Mustafa Cecelini eks həyat yoldaşının başqa qadınla intim görüntülərini yaymaqda ittiham edib:Muxalifet - 21-07-2018
Bakıda yeni marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başladı - FOTO
Yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - “Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi - “Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başlayıb.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, 7A və 7B xətləri üzrə sərnişindaşıma "BakuBus" MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsilə həyata keçirilir.
Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada BakıKart vasitəsilə olduğundan 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub.Muxalifet - 21-07-2018
Dağıstanda qəza: 10 azərbaycanlı yaralandı
Dağıstanda “Qafqaz” federal trasında böyük avtomobil qəzası baş verib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, qəzaya səbəb minik avtomobilinin “Qazel” markalı mikroavtobusla toqquşması olub. Nəticədə iki nəfər həlak 10 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
Rusiya Səhiyyə Nazirliyi “Qazel”də yaralanan şəxslərin hamısının Azərbaycan vətəndaşı olduğunu açıqlayıb.Muxalifet - 21-07-2018
Çin və BƏƏ atom texnologiyaları sahəsində əməkdaşlıq edəcək
Çin Xalq Respublikası (ÇXR) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hərbi qüvvələrin əməkdaşlığı mexanizminin yaradılması, həmçinin atom texnologiyaları sahəsində əməkdaşlığın möhkəmləndirilməsi niyyətindədir.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ÇXR-in Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.Muxalifet - 21-07-2018
Lənkəranda avtomobil körpüdən aşıb
Lənkəran rayonunda avtomobil körpüdən aşıb.
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Velədi kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Samir Habil oğlu Məmmədzadənin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşını "Lənkəran" çayı üzərindəki körpüdən aşırıb. Hadisə nəticəsində sürcü ağır bədən xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.Muxalifet - 21-07-2018
ERMƏNİSTAN KREMLDƏN UZAQLAŞIR – erməni hərbçilər NATO-nun Gürcüstandakı hərbi təlimlərində iştirak edəcək
Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, erməni hərbçiləti NATO-nun Gürcüstanda keçirilən çoxmillətli “Layiqli tərəfdaş-2018” adlı hərbi təlimlərində iştirak edəcəklər. Təlimlər avqustun 1-də başanıb 15-də sona çatacaqdır. Təlimlərdə həm NATO üzvü olan, həm də olmayan ölkələrdən – ABŞ, Böyük Britaniya, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və Azərbaycandan olan, ümumilikdə 3 min nəfərə yaxın hərbçi iştirak edəcək. Bu ildən Ermənistan da həmin təlimlərə qoşulur.
Muxalifet - 21-07-2018
Ukrayna imtina etdi: Donbas referendumu ölkəni parçalayacaq
Donbasda referendumun keçirilməsi həm siyasi, həm də hüquqi baxımdan mümkün deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər naziri Pavel Klimkin Feysbuk səhifəsində paylaşıb.
“Rusiyanın Ukraynanın federalizasiyası haqqında dediklərini xatırlayın və dərhal bu referendumun Donbasa aidiyyatı olmadığını anlayacaqsınız. Bu özü-özlüyündə Kremlin bizim ölkəni parçalamağa cəhd etməsi üçün həyata keçirdiyi məşqdir. Buna nail ola bilməyəcəklər” – deyə o bildirib.Muxalifet - 21-07-2018
PSJ klubu Fransa millisinin futbolçusunu heyətinə qatıb
Fransa yığmasının və İngiltərənin "Çelsi" klubunun futbolçusu N Qolo Kante Fransanın PSJ klubuna keçib.
"Report" "Le Parisien"ə istinadən xəbər verir ki, tərəflər 27 yaşlı yarımmüdafiəçinin keçidi barədə razılığa gəliblər. Paris təmsilçisi bu transferə görə "Çelsi"yə 110 milyon avro ödəyəcək.
Qeyd edək ki, 2016-cı ildən "Çelsi"də çıxış. O, Rusiyada keçirilən dünya çempionatının qalibi olub.Muxalifet - 21-07-2018
İrana hücum edildi – 10 hərbçi həlak oldu
İranın qərbində yerləşən Kürdüstan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-a yaraqlıların hücumu nəticəsində ən azı 10 hərbçi həlak olub.
Muxalifet.az xəbər verir ki, bu barədə SEPAH-ın açıqlamasında deyilir.
Bildirilir ki, hücum bu gecə SEPAH-ın Merivan şəhəri yaxınlığındakı quru qoşunlarının qarovul postuna edilib.
Qeyd olunur ki, SEPAH hücumçuların bir neçəsini zərərsizləşdirməyə nail olub.
Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.Muxalifet - 21-07-2018
Azərbaycanın şəhid olan əsgəri dəfn edilib - FOTO
Azərbaycanın şəhid olan əsgəri dəfn edilib.
"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri Səməd Anar oğlu Alışov Qəbələ rayonunun Zirik kənd qəbirstanlığında torpağa tapşırılıb.
Şəhidin dəfnində ailə üzvləri , Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Allah rəhmət eləsin!Muxalifet - 21-07-2018