Axtarış
The search found 105830 results in 0.113 seconds.
Search results
Hamilə qadın güllələnərək öldürüldü – Sanatoriyada dəhşətli qətl
Naftalan şəhərində qəsdən adam öldürməkdə təqsirli bilinən 1956-cı il təvəllüdlü Əli Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, bu ilin martın 28-də 1987-ci il təvəllüdlü rayon sakini Günay İsayeva Naftalan şəhərindəki “Sehrli Naftalan” sanatoriyasında güllələnib.Muxalifet - 20-07-2018
Beş Xəzəryanı ölkə Xəzər dənizi ilə bağlı protokol imzalayıb
İyulun 19-20-də Moskva şəhərində “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın (Tehran Konvensiyası) Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Azərbaycan Respublikasını sessiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.Muxalifet - 20-07-2018
Paşinyan Moskvaya yalvardı: Bakının hücumu… - Şərh
Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün keçirdiyi mətbuat konfransında faktiki olaraq Rusiyaya yalvardığı görünür.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Nikol Paşinyanın narahatlıqları anlaşılandır:Muxalifet - 20-07-2018
Dolların qarşıdakı 3 gün üçün rəsmi məzənnəsi –Mərkəzi Bank
Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 23-nə USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Muxalifet.az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.Muxalifet - 20-07-2018
Qəbul imtahanının nəticələri AÇIQLANDI - 15 nəfər 700 bal topladı
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini bu gün elan edib. Muxalifet.az-ın xəbərinə görə, imtahan nəticələri DİM-in saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün sənəd vermiş 26332 abituriyentdən 873 nəfəri imtahanda iştirak etməyib.
Muxalifet - 20-07-2018
İtalyan nazirdən inanılmaz açıqlama: Krımın işğalı qanunidir
Rusiya Krımı qanuni yolla anneksiya edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Daxili İşlər naziri və Liqa Partiyasının rəhbəri Mateo Salvini danışıb.
“Referendum keçirilib və insanların 90 faizi Krımın Rusiyanın tərkibinə qayıtması üçün səs veriblər”, - nazir bildirib.
Nazir həmçinin Ukraynadakı inqilabın saxta olduğunu və ərəb inqilabında olduğu kimi, xaricdən maliyyələşdirildiyini qeyd edib.Muxalifet - 20-07-2018
“Nazirin xəbəri yoxdur ki…” – Etiraz
Güney Azərbaycanın Təbriz Şəhər Şurasının üzvü Qulam Hüseyn Məsudi Reyhan İranın Təhsil naziri Məhəmməd Bəthayini irqçilikdə ittiham edib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, o, İranın təhsil müəssisələrində qeyri-fars dillərin tədrisinə qoyulmuş qadağanın ölkə Konstitusiyasına zidd olduğunu bildirib.
“Görünür ki, nazirlər kabinetinin üzvü olan təhsil naziri ölkə konstitusiyası ilə tanış deyil. O həmçinin bilmir ki, ana dilinin məktəblərdə tədris olunması İranda yaşayan bütün xalqların əsas tələbidir. Konstitusiyanın 15-ci maddəsi də buna imkan yaradır.Muxalifet - 20-07-2018
"OPEC+ platforması əsasında yeni təşkilat fəaliyyətə başlaya bilər" - Rusiyanın energetika naziri
Gələn il yanvarın 1-dən OPEC+ platforması əsasında yeni təşkilat fəaliyyətə başlaya bilər.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
Onun sözlərinə görə, təşkilat neft hasilatının tənzimlənməsi, ehtiyac olduqda onun həcminin azaldılması funksiyalarına malik olacaq.
A.Novak əlavə edib ki, yeni təşkilatın mexanizmləri, mümkün adı və baş qərargahının yeri OPEC+ ölkələrinin energetika nazirlərinin növbəti görüşündə müzakirə olunacaq.Muxalifet - 20-07-2018
Adnan Oktarın İsrailə necə casusluq etdiyi bəlli oldu
Adnan Oktarın mütəşəkkil cinayətkar dəstəsinin İsrailin casusluq fəaliyyətini necə icra etdiyi bəlli olub.
Muxalifet.az xəbər verir ki, “Star” nəşri məsələ ilə əlaqədar rəsmi şəxsin mövqeyini öyrənib.Muxalifet - 20-07-2018
Merkel: “Bu, Almaniya tarixində qara bir ləkədir”
“Bu, Almaniya tarixində qara bir ləkədir. Biz bir çox şey etdik, ancaq mən etməyə davam edəcəyəm. Ona görə də bunu bağlanmayan bir məsələ hesab edirəm”.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu radikal sağçı Nasional Sosialist Yeraltı (NSU) terror təşkilatı üzərində keçirilən məhkəmə prosesini şərh edən Almaniyanın baş kansleri Angela Merkel bildirib.Muxalifet - 20-07-2018
"ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək” - Viliam Gill
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Viliam Gill, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycandakı missiyasının direktoru Caydev Sinkxin daxil olduğu geniş nümayəndə heyəti Energetika Nazirliyində görüş keçirib.
Enegetika Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, nazir Pərviz Şahbazovla nümayəndə heyəti arasında keçirilən görüşdə iki ölkə arasında, eləcədə USAİD ilə Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq, “Elektrik Enerjisi Bazarı” haqqında qanun layihəsinə dair müzakirələr aparılıb.Muxalifet - 20-07-2018
İranlı Almaniyada 14 nəfəri yaraladı
Almaniyanın Lübek şəhərində bıçaqla silahlanmış şəxs avtobusun sərnişinlərinə hücum edib.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, hücum nəticəsində 14 nəfər yaralanıb.
Onlardan ikisinin vəziyyəti ağırdır.
Polislər hücum edəni saxlayıblar. Məlum olub ki, o, İrandan gəlmədir.
Polis hazırda cinayətin motivlərini aydınlaşdırır.Muxalifet - 20-07-2018
Həmkəndlisinin maşınını aşırdı, sonra isə 3 nəfəri döydü - ŞAMAXIDA OLAY - FOTOLAR
Şamaxı rayonunda avtomobil qəzası törədilib, 5 nəfər xəsarət alıb.
Muxalifet.az-ın apa-ya istinadən xəbərinə görə, bu gün saat 17:00 radələrində rayonun Dağ Bağırlı kənd sakini Zeynalov Adil Surət oğlu qardaşı oğlu Zeynalov Röyal Sahib oğlu ilə birgə "VAZ 21011" markalı minik avtomobili ilə Göylər kəndində qarşıda hərəkət edən həmkəndlisi, Cəfərov Tural Həbib oğluna məxsus "VAZ 2107" markalı minik avtomobilini arxa tərəfdən vuraraq onu aşırıb.
Hadisə zamanı Tural Cəfərov və xalası oğlu Cəfərov Rəşadət Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Muxalifet - 20-07-2018
Rusiya növbəti oyunlara ev sahibliyi edə bilər - Putin
Rusiya yay olimpiya oyunlarına ev sahibliyi edə bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin deyib.
O, gələcəkdə ölkəsinin bununla bağlı namizədliyinin irəli sürüləcəyini istisna etməyib.
Muxalifet3 - 20-07-2018
Ukraynada ağır yol qəzası: azı 10 nəfər ölüb
Ukraynanın Jitomir vilayəti ərazisində, Kiyevdən 127 kilometr aralıda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 10 nəfər ölüb, 10 nəfər yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Jitomir vilayəti polisinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, ölənlərdən biri uşaqdır. İlkin ehtimala görə, yol qəzası surət həddinin aşılması səbəbindən baş verib.
Ölənlərin sayının artacağı ehtimal edilir, çünki yaralılardan 4-nün vəziyyəti ağırdır.Muxalifet3 - 20-07-2018
Naməlum şəxs avtobusda 14 nəfəri bıçaqladı
Almaniyanın Lyübek şəhərində naməlum kişi avtobusda sərnişinlərə bıçaqla hücum edib.
Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 14 nəfər yaralanıb.
Məlumata görə, bıçaqlı şəxsin hücum etdiyini görən sürücü sərnişinlərin çıxması üçün avtobusu saxlayıb.
Bunu görən cinayətkar da sürücüyə hücum çəkib.
Yaxınlıqdakı polislər dərhal həmin şəxsi yaxalayıb.
Hücumda ölənlərin olmadığı bildirilsə də, yaralılardan 2-nin vəziyyəti ağırdır.
Muxalifet3 - 20-07-2018
Daha bir bölgədə İŞİD məhv edilir
Deyr əz-Zor bölgəsində İŞİD-in məhvinə çox yaxınıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Demokratik Suriya Qüvvələrinin (DSQ) bölgədə həyata keçirdiyi “Cəzirə Fırtınası” əməliyyatının sözçüsü Liva Abdullah deyib.
“Bölgədə İŞİD-lə atışmalarımız davam edir. Xeyli sayda İŞİD-çini məhv etmişik. İndiyə kimi 31 kəndi İŞİD-dən alımışıq və almaqda davam edirik. 330 kv/km ərazini terrorçulardan təmizləmişik”, - deyə Abdullah bildirib.
Muxalifet3 - 20-07-2018
Bakıda ərəb turistlər ev sahibinə şok yaşatdı - Video
Bakıda evini küveytli turistlərə kirayə verən şəxs əsl şok yaşayıb.
Belə ki, ərəb qonaqlar tərk etdikləri evi əsl zibilxanaya çevirib.
Ev əşyalarının durumu, istifadə edilən məmulatların evdə hara gəldi atılması bunu deməyə əsas verir.
Muxalifet.az olayla bağlı videonu təqdim edir
Muxalifet3 - 20-07-2018
Rusiya və İsrail razılaşdı: Yaxın günlərdə...
İsrail Müdafiə naziri Aviqdor Libermanla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, nazirlər iki ölkənin hərbi qüvvələrinin Suriyadakı koordinasiyasını, həmçinin Qolan təpələrindəki vəziyyəti müzakirə ediblər.
Tərəflər yaxın günlərdə dialoqun davam etdirilməsi ilə bağlı razılığa da gəliblər.
Muxalifet3 - 20-07-2018
Gürcüstanda daha bir yüksək vəzifəli şəxs istefa verdi
Gürcüstanda Fövqəladə halların İdarə olunması üzrə Xidmətin rəhbəri Giorgi Mqebrişvili istefa verib.
Muxalifet.az-ın məlumatına görə, G. Mqebrişvili istefa xahişi ilə baş nazir Mamuka Baxtadzeyə müraciət edib. M. Baxtadze onun müraciətini təmin edib.
Qeyd edək ki, G. Mqebrişvili ötən ilin noyabrından Fövqəladə halların İdarə olunması üzrə Xidmətin rəhbəri idi. 2015-ci ilin avqust ayından 2017-ci ilin noyabrına qədər isə o, Gürcüstanın daxili işlər naziri olub.
Muxalifet3 - 20-07-2018