Axtarış

The search found 105830 results in 0.088 seconds.

Search results

  1. ​Nikol Trampla görüş üçün qaçdı və... – Lyapunovun sensasiyalı şərhi

    Rusiya Federasiyasının “dost” ölkəsi Ukraynanın həmin “müsbət” keyfiyyətlərinin eyni ilə cəmləndiyi əkiz bacısı – Ermənistan doğulur. Bu çox kədərlidir, çünki Ermənistan yaxın vaxtlara qədər Rusiyaya qarşı olduqca loyal münasibətdə idi. Ən azından digər müstəqil Qafqaz dövlətlərindən əhəmiyyətli dərəcədə daha çox Rusiyaya meyilli idi. İndi isə ikitərəfli qarşılıqlı fəaliyyətin gələcək perspektivləri barədə möhkəm düşünmək lazım gələcək. Bu fikirlər isə heç yaxşı şeylər vəd etmir.

    Muxalifet3 - 19-07-2018

  2. ​Bakıda soyqırımlarla bağlı beynəlxalq mərkəz işə başladı

    Dünya tarixçilərinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun nəzdində türk-müsəlman xalqlarına qarşı soyqırım problemi ilə əlaqədar beynəlxalq əlaqələndirmə mərkəzi fəaliyyətə başlayıb.
    İnstitutdan  verilən məlumata görə, bunu institut direktoru, akademik Yaqub Mahmudov Elmi Şuranın iclasında deyib. Yaqub Mahmudov bildirib ki, soyqırımla bağlı əlaqələndirmə mərkəzinin yaradılması barədə qərar “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımlar və deportasiyalar” mövzusunda Qusarda keçirilən V Beynəlxalq elmi konfransda qəbul olunub:

    Muxalifet3 - 19-07-2018

  3. ​Meksikada güclü zəlzələ

    Meksikanın Puebla ştatında 5,8 maqnituadlı zəlzələ baş verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
    Yeraltı təkanların episentri Puebla de Saraqosa şəhərindən 111 km cənub-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.
    Dağıntı və tələfat barədə məlumat yoxdur.
     

    Muxalifet3 - 19-07-2018

  4. Azərbaycanda işgəncə varmı? - AVROPA ŞURASININ HESABATINA REAKSİYALAR

    Rəsmilər Avropa Şurasının müvafiq komitəsinin hesabatına şübhə ilə baxırlar, ekspertlər isə Azərbaycanın razılığı ilə açıqlanan məxfi hesabatların açıqlanmasına "pərdəarxası niyyətlər" durduğunu düşünürlər.

    "Təqdim olunmuş sənədin içərisində mütləq həqiqət kimi nöqtə və vergülə inanmaq olmaz", Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir.

    Muxalifet4 - 19-07-2018

  5. ​Polislərə əmr: Heç bir təriqətə üzv olmayın!

    Türkiyənin Kayseri Polis Təlim-Tədris Mərkəzinin rəisi Mətin Tanrıver gənc polislər qarşısında çıxışında onlara hər hansı təriqətə, məzhəbə üzv olmamağı açıq-aşkar şəkildə əmr edib.
    Muxalifet.az xəbər verir ki, Tanrıver polislərin yalnız dövlətə sadiq ola biləcəklərini vurğulayıb.
    “Heç bir təşkilata, camaata, təriqətə, məzhəbə qulluq etməyəcəksiniz. Heç bir şeyxə və imama bağlı olmayacaqsınız. Bağlı olacağınız tək yer var, o da dövlətdir”, - deyə Tanrıver bildirib.
     

    Muxalifet3 - 19-07-2018

  6. ATƏT nümayəndəsi Azərbaycana gəlir

    ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir yaxın vaxtlarda Azərbaycana səfər edəcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Arlem Dezir jurnalistlərə açıqlamasında söyləyib.
    “Yaxın vaxtlarda Cənubi Qafqaz ölkələrinə səfərim çərçivəsində Azərbaycana gedəcəyəm. Məqsədim Cənubi Qafqaz ölkələrində, eləcə də Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə yerində tanış olmaqdır”, - Dezir bildirib.

    Muxalifet3 - 19-07-2018

  7. Paşinyan Avrokomissiyanın başçısını kabab yeməyə dəvət etdi - PRANKERLƏRİN YENİ ZARAFATI

    Rusiyalı məşhur prankerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Leksus) özlərini Ermənistanın baş naziri Nikol Paşinyan kimi təqdim edərək, Avropa Komissiyasının başçısı Jan-Klod Yunkerlə beynəlxalq vəziyyəti müzakirə ediblər, eyni zamanda onu Yerevana kabab yeməyə dəvət ediblər.

    Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bundan savayı, prankerlər Avropa diplomatiyasının rəhbəri Federika Mogerini ilə də söhbətləşiblər. Söhbətlərin məzmununa görə, onlar Paşinyanın baş nazir seçilməsindən az sonra baş tutub.

    Muxalifet4 - 19-07-2018

  8. ​Yunanıstan diplomatları qovdu, Lavrov səfəri ləğv etdi- SİYASİ BÖHRAN

    Yunanıstanın daxili işlərinə qarışdığı iddiası ilə 4 rus diplomat bu ölkədən qovulub.
    “Habertürk” xəbər verir ki, bu səbəblə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Yunanıstana edəcəyi səfəri ləğv edib.
    Həmçinin, Rusiya prezidenti Vladimir Putin bu addıma sərt cavab veriləcəyini bildirib.
    Rusiya XİN-in sözcüsü Mariya Zaxarova isə Yunanıstana bəzi qərb dövlətləri tərəfindən təzyiq edildiyini və “çirkli oyuna” çəkildiyini söyləyib.

    Muxalifet4 - 19-07-2018

  9. SENSASİON BƏYANAT - “Mətbuat azadlığına hörmət edilməsi Fransanın Azərbaycanla münasibətlərinin şərti olmalıdır”

     "Sərhədsiz reportyorlar" təşkılatı Azərbaycan prezidenti İlham Əliyevin Parisə iki günlük səfəri ilə əlaqədar bəyanatla cıxış edib.
    Təşkilat Avropa liderlərini Azərbaycanla münasibətlərin qurilmasında mətbuat azadlığına hörmət olunmasını nəzərə almağa cağırıb.

    Muxalifet4 - 19-07-2018

  10. ​Avropa ölkəsində qarışıqlıq: aviauçuşlar ləğv edildi

    Belçikada məlumat-mübadilə mərkəzində yaranmış texniki nasazlıq səbəbindən təyyarə reyslərinin bir qismi dayanıb, bir qismi isə ləğv edilib.
    Muxalifet.az xəbər verir ki, avia xidmətlərin təşkili ilə məşğul olan “Beqokontol” şirkəti yaranmış nasazlıq səbəbindən təyyarələrin eniş-qalxış edə bilmədiyini bildirilib.
    Problemin tez bir zamanda həll ediləcəyi vurğulanıb.
     

    Muxalifet3 - 19-07-2018

  11. Ölkənin qızıl-gümüş bazarı ucuzlaşmaqda davam edir

    Azərbaycanda qızıl və gümüş ucuzlaşmaqda davam edir.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, qızılın qiyməti iyulun 18-si ilə müqayisədə 4,1 manat azalaraq 1 troy unsiyası üçün 2082,0325 manat təşkil edib.
    Gümüş 0,1942 manat ucuzlaşaraq 1 unsiya üçün 26,3111 manata bərabər olub.
    Platinin qiyməti 4,9045 manat azalaraq 1384,0975, palladiumun qiyməti isə 11,152 manat azalaraq 1544,943 manat təşkil edib.
     

    Muxalifet3 - 19-07-2018

  12. “Azərbaycan mətbuatının vəziyyəti getdikcə daha da pisləşir” – MEHMAN ƏLİYEV

    “Azərbaycan mətbuatı ağır vəziyyətdədir və vəziyyət getdikcə daha da pisləşir”. Bu fikri iyulun 22-də qeyd edilən Milli Mətbuat Günü ərəfəsində Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib.
    Onun fikrincə, son bir ildə mənfi təmayüllər daha da güclənib. Mətbuat getdikcə öz təsirini daha çox itirir, reklam bazarı isə iki dəfə azalıb. Belə ki, ötən il ərzində bütün KİV-lərə düşən reklam həcmi 4 mln. manat təşkil edib. Bu məbləğin 3,5 milyon manatı telekanalların, qalan 500 min manat onlayn mətbuatın, çap KİV-lərinin və radionun payına düşüb.

    Muxalifet4 - 19-07-2018

  13. ​İrəvanın Bakı əleyhinə standart şüarları... - Millət vəkili

    Ermənstan müstəqillik əldə etdikdən sonra bütün fəaliyyətini beynəlxalq aləmdə Azərbaycan və Türkiyə ilə bağlı yalan məlumat yaymaq, işğal etdiyi Azərbaycan torpaqlarına hüquqi status əldə etmək üzərində qurub.
    Muxalifet.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, aparılmış bu qüsurlu siyasətin qonşu ölkədə 2016-cı ilin aprel hadisələrinə gətirib çıxardığı hamıya yaxşı məlumdur:

    Muxalifet3 - 19-07-2018

  14. ŞOK: ​İranda Azərbaycan bayrağını öpməkdə ittiham edilən fəal HƏBS OLUNDU

    Şərqi Azərbaycan vilayətinin məhkəməsi “bölücü etnosentrist (qövmgera) qrupların xeyrinə rejimə qarşı təbliğat fəaliyyəti” göstərmək ittihamı ilə mühakimə etdiyi türk fəal və həkim Seyyid Camal Musəvinejadı bir il həbsə məhkum edib.
    Güney Azərbaycan Televiziyası (Günaz TV) və HRA agentliyinin məlumatına istinadən Sarab şəhərinin İnqilab Məhkəməsinin çıxardığı hökm Şərqi Azərbaycan apellyasiya məhkəməsi tərəfindən də qüvvədə saxlanıb.

    Muxalifet4 - 20-07-2018

  15. ​ABŞ Rusiya, Türkiyə, Çin, Almaniyaya qarşı...

    Türkiyənin ABŞ-ın cəbhəsinə dönmək ehtimalı yoxdur. Venesuela da, başqa ölkələr də bunun fərqindədir.
    Muxlifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Vətən Partiyasının sədri Doğu Perinçək Venesuelanın qızıllarını Türkiyədə saxlamaq barədə qərarına münasibət bildirərkən deyib.

    Muxalifet - 20-07-2018

  16. ​​ABŞ-da turist qayığı çevrilib, 6 nəfər ölüb

    ABŞ-da, Missuri gölündə turist qayığı çevrilib.
    APA-nın “Fox” telekanalına istinadən verdiyi xəbərə görə, qəza zamanı qayığın göyərtəsində azı 30 nəfər olub.
    İlkin məlumata əsasən, hadisə nəticəsində 6 nəfər ölüb, xəsarət alanların xəstəxanaya çatdırıldığı bildirilir.
    İnsidentin digər təfərrüatları hələ ki, məlum deyil

    Muxalifet - 20-07-2018

  17. ​Putin NATO-ya cəhənnəm vəd etdi: Qəzəbin səbəbi – Təhlil

    Gürcüstan və Ukraynanın NATO-ya gələcəkdə gözlənilən üzvlüyü ilə əlaqədar Kremldən verilən aqressiv bəyanatların intensivliyi artıb.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, ittifaqın son zirvə toplantısında bir daha rəsmən Gürcüstanla Ukraynaya üzvlük perspektivinin verildiyi 2008-ci il tarixli Buxarest sammitinin qərarı qüvvədə olduğu bəyan edilib:

    Muxalifet - 20-07-2018

  18. Hələbin nəzarəti Türkiyəyə keçəcək – TÜRKİYƏ-RUSİYA ANLAŞMASI

    Türkiyə və Rusiyanın, Əsəd rejiminin Hələbdən çəkiləcəyi və nəzarətin Türkiyəyə keçəcəyi bir formul üzərində çalışdığı iddia edilib. Razılaşma əldə olunarsa, Suriyanın ikinci böyük şəhəri Hələb, yenidən inşa ediləcək, Türkiyə və Avropada yaşayan 3 milyondan artıq qaçqın də evlərinə qayıdacaq.
     

    Muxalifet3 - 20-07-2018

  19. Klip çəkirdilər, dəhşətli ölüm anını qeydə aldılar - VİDEO

    Ekvadorun Guayas rayonunda şəlalə kənarında klip çəkilişləri zamanı kameraya inanılmaz görüntü düşüb.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, onlarla metr yüksəklikdən suya tullanmaq istəyən bir adam planlaşdırdığı kimi atlaya bilməyib. Çəkiliş heyəti onu xilas etməyə çalışsa da, həyatını qurtarmaq mümkün olmayıb.
    Həmin görüntüləri təqdim edirik:

    Muxalifet - 20-07-2018

  20. ABŞ-dan gülünc PKK çağırışı: PUL TOPLAYIRLAR, MANE OLUN!

    ABŞ Xarici İşlər Nazirliyinin Terrorla Mübarizə Koordinatoru Nathan Sales, dünyanın bir çox yerində PKK üçün pul toplandığını və ABŞ-ın buna qarşı mübarizə apardığını söyləyərək, “müttəfiqlərimiz də bununla mübarizə etməlidir” - deyib.
     
    Nathan Sales, PKK-nın ABŞ tərəfindən terror siyahısına alınan ilk təşkilatlardan biri olduğuna diqqət çəkərək, “Müttəfiqlərimizə, sadəcə İŞİD və Əl-Kaidəyə qarşı deyil, eyni zamanda İran dəstəkli terror qruplarına və PKK-ya qarşı mübarizə etmələrini istəyirik” - deyib.

    Muxalifet3 - 20-07-2018

Pages