Axtarış

The search found 105830 results in 0.066 seconds.

Search results

  1. Adnan Oktarın ən yaxın müridi Yəhudi çıxdı!

    Adnan Oktarın ən yaxın müridi, cinayətkar təşkilatın öndə olan şəxslərindən olan Oktar Babunanın Yəhudi olduğu ortaya çıxıb. Eyni zamanda Adnan Oktarın gerçək adının Adnan Arslanoğlu olduğu müəyyən olunub.
     
    Akit TV-nin canlı yayımında yazıçı Süleyman Yeşilyurt çıxış edib. İllər öncə "Yəhudi Dönmələri" adlı kitabı qələmə alan yazıçı Yeşilyurt, sözügedən kitabında Babuna ailəsinin iç üzünü təsvir etmişdir. Canlı yayımda kitabındakı məlumatlardan bəhs edən Yeşilyurt, eyni zamanda Adnan Oktar və ailəsi ilə, Oktar Babuna ailəsinə dair açıqlamalar verib.

    Muxalifet3 - 19-07-2018

  2. ​Putinlə görüş Trampın başına bəla oldu – Politoloq

    ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşünün Ağ Ev sahibinin başına bəla açacağı görüşdən əvvəldən məlum idi.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Tramp Şimali Koreya lideri ilə görüşdə qazandığı uğuru Putinlə görüşdə də təkrarlaya biləcəyini düşünürdü:

    Muxalifet - 19-07-2018

  3. ​“Azərişiğ”ın vəzifəli şəxsinə cinayət işi açıldı – Vəzifə saxtakarlığı

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsində “Azərişiq” ASC-nin vəzifəli şəxsi barəsində cinayət işi üzrə istintaq başlanıb.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, fakt üzrə Xəzər rayon Enerji Təchizatı İdarəsinin satış şöbəsinin nəzarətçi mühəndisi Əkbər Səxavət oğlu Sadiyevin barəsində cinayət işi açılıb.

    Muxalifet - 19-07-2018

  4. ​ABŞ-da hərbi bazada PARTLAYIŞ - XƏSARƏT ALANLAR VAR

    ABŞ-ın Pensilvaniya ştatında hərbi anbar ərazisində partlayış baş verib.
    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
    Telekanalın məlumatına görə, hərbi obyektin ərazisində 3600-dən çox əməkdaş çalışır.
    Hadisənin təfərrüatı, eləcə də xəsarət alanların vəziyyəti hələlik məlum deyil.

    Muxalifet - 19-07-2018

  5. İŞİD-ın kritik şəxsi İstanbulda yaxalandı

    2016-da İraqda öldürüldüyü bildirilən İŞİD-ın önəmli şəxslərindən olan Əbu Ömər Əl Şişani kod adlı Tarkan Batiraşvilinin xanımı S.D, saxta pasportla yaxalanıb. S.D-nin Şişanidən 2 oğlan uşağının olduğu müəyyənləşdirilib.
    Müxalifət.az

    Muxalifet3 - 19-07-2018

  6. ​Tiflisdə möhtəşəm konfrans: Xəzər-Qara dəniz...

    Sentyabrın 12-13-də Tiflisdə “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V Beynəlxalq Konfransı keçiriləcək.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, neft və nəqliyyat-logistika şirkətlərinin, neft emalı zavodlarının, terminalların nümayəndələrini, habelə müxtəlif ölkələrdən yanacaq istehlakçılarını bir araya gətirən ənənəvi məkana çevrilən konfrans iştirakçılara ən aktual məsələləri müzakirə etmək və Xəzər-Qara dəniz regionu bazarına dair unikal informasiya əldə etmək imkanı verir.

    Muxalifet - 19-07-2018

  7. “Tramp Ruhanidən 8 dəfə görüş tələb edib” - İRAN

    İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi, ABŞ prezidenti Donald Trampın prezidenti Həsən Ruhaniylə görüşmək üçün 8 dəfə müraciət etdiyini, ancaq rədd edildiyini söyləyib.
     
    Mahmud Vaizi, "Prezident Həsən Ruhani, sentyabrda Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində iştirak etdiyi zaman, Tramp, 8 dəfə Ruhani ilə görüş tələb edib” deyib.
    “Amma Ruhani bu tələbləri qəbul etmədi" deyə bildirən Vaizi, ABŞ-la münasibətlər məsələsində şəffaf siyasət və aydın mövqeyə malik olduqlarını bildirib.

    Muxalifet3 - 19-07-2018

  8. ​Kanalda batan 23 yaşlı gəncin cəsədi tapıldı

    Neftçala rayonunun Aşağı Surra kəndində kanalda batmış 1995-ci il təvəllüdlü Dadaşov Cavanşir Cümşüd oğlunun cəsədi tapılıb.
    Fövqəladə Hallar Nazirliyindən Muxalifet.az-a verilən C.Dadaşovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet - 19-07-2018

  9. ​Türkiyənin səfiri açıqladı: Hər hansı qanunsuzluq olsa...

    Anadolu Universiteti Türkiyənin ən köklü və qədim, eləcə də dünyada ən çox tələbəsi olan universitetlərindən biridir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan mətbuatının 143 illiyi münasibətilə keçirilən tədbirdə deyib.
    Onun sözlərinə görə, bu tədris müəssisəsi distant təhsil aparan nüfuzlu ali məktəbdir və diplomları dünyada tanınır:

    Muxalifet3 - 19-07-2018

  10. ​İtaliya prezidentinin səfəri başa çatdı

    İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 19-da başa çatıb.
    Muxalifet.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
    İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
     

    Muxalifet3 - 19-07-2018

  11. Kahin 800 il sonra dirildi. Danışdıqları hər kəsi ŞOK ETDİ

    İnsan həyatı ölümlə başa çatır. Amma ölüm və həyat arasında bir mərhələ varş Bu mərhələdə orqanizmdəki maddələr mübadiləsi tamamilə dayanır, bədən daşlaşır, amma ölmür. Muxalifet.az xəbər verir ki, buddizmdə bu vəziyyət samadxi adlanır. Bu, letargiya yuxusu deyil. Çünki insanın orqanları fəaliyətini dayandırır-nəfəsalma və ürək döyüntüsü dayanır, qan dövranı olmur. Sirli kahin Rodamir 2008-ci ilin yaz aylarında İranda senasion kəşf edildi. Tikinti zamanı qədim sərdabə üzə çıxdı. Sərdabədə 2 sarkofaq var idi. Onlardan birində böyük maqın bədəni tapıldı.

    Muxalifet3 - 19-07-2018

  12. ​Putin açıqladı: Bu, xalq diplomatiyasının dönüş nöqtəsi oldu

    2018-ci ildə keçirilən futbol üzrə dünya çempionatı xalq diplomatiyasının dönüş nöqtəsi oldu.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyində baş tutan toplantıda deyib.
    “Dünya çempionatı bir neçə gün öncə bitdi. Ölkəmizə yalnız dövlət və hökumət rəhbərləri deyil, eyni zamanda yüz minlərlə tərəfdar gəldi. Hər biri həqiqi Rusiyanı, dostyana, açıq, müasir Rusiyanı gördü. Bu, gözlə görüləcək uğurdur. Xalq diplomatiyasının dönüş nöqtəsidir”, - deyə Kreml rəhbəri bildirib.
     

    Muxalifet3 - 19-07-2018

  13. ​"Qarabağ" bu tarixdə böyük mübarizəyə başlayacaq

    Ağdamın “Qarabağ” futbol klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Kukesi” komandası ilə keçirəcəyi oyunların təqvimi açıqlanıb.
    Muxalifet.az xəbər verir ki, ilk görüş Albaniyada keçiriləcək. Qarşılaşma iyulun 25-də Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionunda oynanılacaq. Cavab matçı avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlayacaq.
     

    Muxalifet3 - 19-07-2018

  14. ​Amerikalılar texnikanı fikrin gücü ilə idarə edəcək

    ABŞ Müdafiə Nazirliyinin silahlı qüvvələrdə istifadə üçün yeni texnologiyalar hazırlayan Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) "N3" proqramı çərçivəsində neyron interfeysinin hazırlanması ilə məşğul olacaq qrup toplayır. Proqramın məqsədi hərbçilərə informasiyanın beyin dalğaları vasitəsilə göndərilməsinə və qəbuluna imkan verəcək sistemlərin yaradılmasından ibarətdir.

    Muxalifet3 - 19-07-2018

  15. ​Azərbaycanın təklifləri qəbul edildi - XİN

    İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Azərbaycan islamofobiya, ekstremizm və antisemitizm kimi qorxulu təzahürlərə qarşı mübarizədə əməkdaşlıqda maraqlıdır. Azərbaycan həmçinin bu sahədə öz təcrübəsini ATƏT çərçivəsində bölüşə bilər.
    Muxalifet.az xəbər verir ki, bu fikirlər iyulun 19-da Tbilisidə keçirilən ATƏT-in 15-ci "Cənubi Qafqaz regionunda media azadlığı" adlı beynəlxalq konfransda səslənib.

    Muxalifet3 - 19-07-2018

  16. Ronaldudan kral bəxşişi: 20 min avro

    İtaliyanın “Yuventus” klubunun forvardı Kriştianu Ronaldu Yunanıstanın məşhur “Kosta Navarino” otelinin işçilərinə 17850 funt (19600 avro) çay pulu verib.
    Muxalifet.az “The Sun”a istinadən xəbər verir ki, Ronaldu bu oteldə “Yuventus” rəsmiləri ilə kluba transferlə bağlı danışıqlar aparıb.
    Ronaldonun belə əliaçıqlığı otelin servisindən çox razı qalması ilə əlaqəlidir. 
    “Yuventus” rəsmiləri otel rəhbərliyinə müraciət edərək pulu bütün əməkdaşlar arasında bərabər paylamağı xahiş edib.

    Muxalifet3 - 19-07-2018

  17. ​ABŞ İranla bağlı hərəkətə keçir: Türkiyəyə səfər...

    ABŞ-ın Maliyyə nazirinin müavini Marşal Billinqsinin başçılıq etdiyi nümayəndə heyəti İrana qarşı sanksiyaların müzakirəsi üçün Türkiyəyə səfər edəcək.
    Muxalifet.az xəbər verir ki, səfərin əsas məqsədi rəsmi Vaşinqtonun İrana qarşı sanksiyalarla bağlı Ankaranın mövqeyini öyrənməkdir.
    Bildirilib ki, amerikalı nümayəndələr Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin bir sıra yüksək məramlı əməkdaşları ilə görüş keçirəcək.
     

    Muxalifet3 - 19-07-2018

  18. Prezidentdən əlillərlə bağlı gözlənilən QƏRAR

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

    Muxalifet.az fərmanın mətnini təqdim edir:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. beş ay müddətində:

    Muxalifet3 - 19-07-2018

  19. ​Gürcüstan prezidentindən Putinə cavab...

    Gürcüstan prezidenti Giorgi Marqvelaşvili rusiyalı həmkarı Vladimir Putinin Gürcüstanın NATO ilə münasibətlərinə dair son bəyanatına münasibət bildirib.
    Muxalifet.az-ın məlumatına görə, G. Marqvelaşvili Gürcüstanın NATO ilə əməkdaşlığının regionda təhlükəsizliyi xidmət etdiyini və Rusiyanın cənub sərhədlərində sabitliyə kömək etdiyini bildirib.
    Dövlət başçısı həmçinin qeyd edib ki, Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır: “Lakin etibar qonşu ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması ilə bərpa oluna bilməz”.

    Muxalifet3 - 19-07-2018

  20. ​Tramp Avropanı ittiham etdi: 5 milyardı mənimsəyib...

    Avropa Birliyi (AB) Quqlu cərimələyərək ABŞ-dan faydalanır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
    O bildirib ki, ittifaq 5 milyard dollarlıq cəriməni mənimsəyib.
    Qeyd edək ki, AB Quqlun sağlam rəqabət qaydalarını pozduğunu əsas gətirərək, beynəxalq şirkəti 5.04 milyard dollar həcmində cərimələmişdi.
     

    Muxalifet3 - 19-07-2018

Pages