Axtarış
The search found 105830 results in 0.131 seconds.
Search results
Kürdəmirdə oğurluq edən şəxs tutuldu
Kürdəmir rayonunda oğurluq edən şəxs tutulub.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, iyulun 11-də Kürdəmir şəhəri M.Qasımov küçəsindəki evlərdən birində yaşayan 1971-ci il təvəllüdlü Bağıyeva Simuzər Əli qızı Kürdəmir rayon Polis şöbəsinə (RPŞ) müraciət edərək iyulun 7-dən 11-dək Bakı şəhərində olmasını, yaşadığı ünvana qayıdarkən evindən dəyəri 193 manat olan HP markalı notebukunun və 20 manat dəyərində olan suvenir qılıncının naməlum şəxs(lər) tərəfindən oğurlanmasını bildirib.Muxalifet - 19-07-2018
Paşinyandan Rusiya hərbi bazasına sərt reaksiya...
Ermənistan hökumətinin bu günkü iclasında Rusiyanın 102-ci hərbi bazasının bir qrup hərbçisinin təlim adı altında iyulun 17-də Şirak vilayətinin Panik kəndinə daxil olaraq atəş açması müzakirə olunub.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan iclasda çıxış edərək bu insidentə görə Rusiya hərbi bazasında məsuliyyət daşıyanların hamısının cəzalandırılmasını tələb edib.Muxalifet - 19-07-2018
Misirdə yük maşını kafeyə çırpılıb, 12 nəfər ölüb
Misirin Əl-Minya vilayətində yük maşını yaşayış binasının birinci mərtəbəsində yerləşən kafeyə çırpılıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 12 nəfər ölüb. Digər 28 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb və onlar xəstəxanaya yerləşdiriliblər.
Yerli polisin məlumatına görə, sementlə yüklənmiş avtomobil iki mərtəbəli binanı yararsız hala salıb. Binanın birinci mərtəbəsində kafe və kiçik restoran olub.
İlkin məlumatlara görə, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.Muxalifet - 19-07-2018
Çavuşoğlu Bakıya gəlir
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.
APA-nın məlumatına görə, səfərin iyulun 24-də həyata keçirilməsi gözlənilir.
Səfər çərçivəsində M. Çavuşoğlunun ölkə rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.Muxalifet - 19-07-2018
“İran şiəlikdən azərbaycanlılara qarşı istifadə edir” – Türkoloq
“Biz hələ də içimizdə zahirən bizim kimi görünən, əslində isə İrana xidmət edən şəxsləri ayıra bilmirik. İranın farsdilli hakimiyyəti həmin şəxslər vasitəsilə azərbaycanlıları müxtəlif baxış bucaqlarına, ideologiyalara parçalamağa çalışır. Həmin irançı qüvvələrin əsas məqsədi milli hərəkat daxilində pərakəndəlik yaratmaqdır. Buna görə də Çöhrəqanlı və Lisani kimi şəxslərin lider kimi qabağa çıxmaq cəhdlərinin qarşısına da şübhə toxumu səpirlər. Bu da müəyyən mərhələdir, keçib gedəcək”.
Muxalifet - 19-07-2018
Türkiyə təsdiqlədi: PYD bu ərazidən geri çəkildi
Menbiçdə patrul nəzarəti həyata keçirdiyimiz bölgədə PYD-nin geri çəkildiyini təsdiqləyirik.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN sözçüsü Hami Aksoy danışıb.
“Menbiç yol xəritəsinin planlaşdırma-tətbiqetmə hissəsi davam edir. Menbiç yol xəritəsinin hədəfi PYD-YPG-ni sona çatdırmaqdır”, - Aksoy bildirib.Muxalifet - 19-07-2018
Dövlət Miqrasiya Xidmətində altı ayda nələr dəyişib? –Vüsal Hüseynov geniş təqdimatla çıxış etdi, təkliflərini açıqladı (FOTOLAR)
Bu gün Dövlət Miqrasiya Xidmətində (DMX) 2018-ci ilin birinci yarımilinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Strateq.az xəbər verir ki, media və vətəndaş cəmiyyəti institutları təmsilçilərinin iştirakı etdiyi tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun fəaliyyəti barədə danışıb.Muxalifet - 19-07-2018
Rus müxbir Qarabağda yolunu azdı: Azərbaycanın işğal edilmiş ərazisində MOBİL TOQQUŞMA
Bir müddət öncə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində mobil operatorun qondarma rejimin inhisarında olması işğal altındakı torpaqlara yerləşdirilən ermənilər tərəfindən narazılığa səbəb olmuşdu. Söhbət “Qarabağ-Telekom” mobil operatorundan gedir. Etirazlardan sonra qondarma rejim mobil bazarının şaxələndirilməsi haqqında qərar qəbul etdi.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Rusiyanın “CNews” informasiya-texnologiya saytının müxbiri Azərbaycanın işğal altındakı ərazilərinə baş çəkərək, mobil bazarla bağlı vəziyyəti öyrənib.Muxalifet - 19-07-2018
“Azərbaycanda çox sürətlə sənayeləşmə prosesi gedir” - Prezident
“Dünən keçirdiyimiz görüşlərdə apardığımız müzakirələr zamanı bir daha gördük ki, İtaliya ilə Azərbaycan çox yaxın dost və tərəfdaş ölkələrdir. Bizim tərəfdaşlığımızın təməlində birgə maraqlar, beynəlxalq məsələlərə ortaq münasibət dayanır. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl İtaliya və Azərbaycan öz strateji tərəfdaşlığını rəsmən təsdiq etdilər, müvafiq bəyannamə qəbul olunub”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-İtaliya biznes forumunda çıxışı zamanı deyib.Muxalifet - 19-07-2018
Putin NATO-nu TƏHDİD ETDİ
Rusiya ölkəni hədələyən təcavüzkar hərəkətlərə müvafiq reaksiya verəcək.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözləri prezident Vladimir Putin Rusiya diplomatları ilə görüşündə deyib.Muxalifet - 19-07-2018
Evə basqın edib ər-arvadın əl ayağını bağlayan dəstə hakim qarşısında - İŞ GERİ QAYTARILDI
Şamaxıda evə basqın edərək ər-arvada qarşı quldurluq edən dəstə üzvlərinin məhkəməsi başlayıb.
Muxalifet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Rəşad Zərbəliyev, 1995-ci il təvəllüdlü Kənan Səfərov, 1993-cü il təvəllüdlü Cabir Zərbəliyev, 1985-ci il təvəllüdlü Tural Əliyev, 1992-ci il təvəllüdlü Mehdi Əliyev və 1995-ci il təvəllüdlü İbrahim Mustafayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.Muxalifet - 19-07-2018
Bakıda çökən yolun altında ikimərtəbəli tikili tapılıb - FOTOLAR
"Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinin əsas hissəsində metro tikintisi ilə əlaqədar bağlanaraq alternativ salınmış müvəqqəti yolun çökmüş hissəsində qazıntı işləri davam etdirilir". Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözcüsü Anar Nəcəfli deyib.
Muxalifet - 19-07-2018
7 aylıq hamilə arvadını döyə-döyə öldürdü - DƏHŞƏT
Türkiyənin Qaziantep bölgəsində 7 aylıq hamilə qadın dini nikahda yaşadığı əri tərəfindən döyülərək öldürülüb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, iddiaya görə, Aysel Kurtla dini nikahda yaşadığı İ.Ç arasında dünən axşam saatlarında səbəbi bilinməyən bir münaqişə yaşanıb.
İ.Ç-nin mübahisə zamanı A.Kurtu döyməsini öyrənən yaxınları hadisəyə müdaxilə edib. Cütlüyü sakitləşdirdikdən sonra evdən çıxıblar. Səhər təkrar evə gələn yaxınları A.Kurtu yerdə huşsuz halda tapıblar.Muxalifet - 19-07-2018
Sabiq prezident Köçəryan istintaqa çağrılıb: “Gəlməsə qanuna müvafiq addımlar atacağıq”
Ermənistanın sabiq prezidenti Robert Köçəryan iyulun 26-da istintaqa ifadə vermək üçün çağrılıb.
Strateq.az erməni KİV-lərinə istinadən bildirir ki, bu barədə Ermənistan Xüsusi istintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan bildirib. Onun sözlərinə görə, Köçəryanın ifadəsinin səs və videoyazısı aparılacaq. S. Xaçatryan deyib ki, çağırışın qaydalarına əsasən sabiq prezident iyulun 26-da istintaqa gəlməlidir: “Əgər eks-prezident istintaqa gəlməsə o zaman qanunun tələb etdiyi müvafiq hərəkətləri tətbiq edəcəyik”.Muxalifet - 19-07-2018
Bakıda yeni marşrut xətlərinin fəaliyyətə başlayacağı tarix AÇIQLANDI
Bakıda yeni marşrut xətlərinin fəaliyyətə başlayacağı tarix məlum olub. Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, iyulun 21-dən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi-“Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi-“Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri fəaliyyətə başlayacaq. Müsabiqə yolu ilə 20 və 94 nömrəli müntəzəm marşrut xətlərinin əsasında yaradılan 7A və 7B xətləri üzrə sərnişindaşıma BakuBus MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçiriləcək.
Muxalifet - 19-07-2018
İyulun 20-nə MANATIN MƏZƏNNƏSİ
İyulun 20-nə manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, 20.07.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2018-ci il iyulun 19-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.Muxalifet - 19-07-2018
Qubada film kimi oğurluq
Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan, xüsusən soyğunçuluq cinayətlərinin qarşısının alınması və ötən dövrlərdən bağlı qalan bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.
Muxalifet - 19-07-2018
“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin etdi
“Nar” mobil rabitənin mövcud olmadığı Yardımlı rayonunun Arvana kəndində mobil şəbəkə qurdu. Dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşən ucqar kənddə mobil rabitənin olmaması yerli sakinlər üçün ciddi əngəllər yaradırdı. Arvana sakinlərinin rabitə problemini həll etmək üçün “Nar” operatoru kənddə tam gücüylə fəaliyyət göstərən mobil şəbəkə qurdu.
Muxalifet4 - 19-07-2018
Türkiyədən İsrailin yəhudi dövləti qanununa - Sərt reaksiya
Rəsmi Ankara İsrail dövlətinin yalnız yəhudilərə aid olması haqqında Konstitusiya qanununa sərt reaksiya verib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.
“Yəhudi milli dövləti qanunu beynəlxalq hüquq prinsiplərini ayaqlar altına almaqdadır, Fələstinlilərin haqlarını heçə saymaq deməkdir”, - XİN-dən bildirilib.
Xatırladaq ki, İsrail parlamenti dövlətin yalnız yəhudilərə aid olması haqqında Konstitusiya qanununu qəbul edib.Muxalifet - 19-07-2018
Atlantik okeanının dibi ilə internet kabeli çəkiləcək
“Google” şirkəti 2020-ci ilədək Transatlantik internet kabel xəttini istifadəyə verməyi planlaşdırır.
İnternet nəhəngi bununla “Microsoft” və Amazon” şirkətləri ilə mübarizədə rəqabətqabiliyyətliliyi artırmaq niyyətindədir.
Məlumata görə, layihə Qırmızı Xaç Cəmiyyətinin təsisçisi və ilk Nobel mükafatı laureatı Anri Düranın şərəfinə “Dunant” adlandırılıb. Adətən belə layihələr bir neçə şirkət tərəfindən dəstəklənir. Lakin “Dunant” telekommunikasiya sahəsini təmsil etməyən və bir şirkətə məxsus olan ilk kabel xətti olacaq.Muxalifet - 19-07-2018