Axtarış
The search found 105830 results in 0.102 seconds.
Search results
Prezident "Heydər Əliyev ordeni" verdi - 3 sərəncam
İlham Əliyev Enzo Moavero Milanesinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının İtaliya Respublikası ilə dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi “Dostluq” ordeni ilə təltif edilsin.
Muxalifet3 - 18-07-2018
Fələstinli uşaqları bombalamalıyıq - Bennet
Hərbi təyyarələrimiz İsrailə uçurtma uçuran fələstinli uşaqları bombalamalıdır.
Muxalifet.az xəbər verir ki, bunu İsrail Milli Təhsil naziri Nafta Bennett bildirib.
Bennet fələstinlilərə qarşı daha qəddar davranmağın tərəfdarı olduğunu söyləyib.
Muxalifet3 - 18-07-2018
Azərbaycan və Ukrayna əmtəə dövriyyəsini 1 milyard dollara çatdıra bilər
Azərbaycan və Ukrayna əmtəə dövriyyəsinin bir milyard dollara çatdırılması üçün lazımi potensiala malikdirlər.
Muxalifet.az-ın məlumatına görə, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev "İnformator" internet nəşrinə deyib.
A.Xudiyev bildirib ki, son bir ildə ölkələr arasında əmtəə dövriyyəsi 2,5 dəfə artıb.
İki ölkə arasında humanitar sahədə əməkdaşlığa toxunan diplomat xatırladıb ki, bu gün Kiyevdə Müslüm Maqomayev adına bağın yenidənqurmadan sonra açılışı olacaq. Açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edəcək.Muxalifet3 - 18-07-2018
Şimali Kipr sahillərində faciə: 102 nəfər xilas edildi, ancaq...
Türkiyənin hərbi gəmiləri Şimali Kipr sahillərində təxminən 30 kilometr aralıda batmaqda olan gəminin köməyinə cəlb olunub.
Muxalifet.az xəbər verir ki, gəmidə 150-yə yaxın qaçqın olub. Onlardan 102 nəfəri xilas edilib. Vəziyyəti ağır olanlar hərbi helikopterlərlə Şimali Kipin Girnə şəhərindəki xəstəxanaya daşınıb. Axtarış nəticəsində 19 cəsəd tapılıb. Təxminən 25 nəfərin axtarışı davam edir.
Muxalifet3 - 18-07-2018
Kılıçdaroğluna daha bir zərbə: İstefaya getdi
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun köməkçisi istefa verib.
Muxalifet.az xəbər verir ki, Kılıçdaroğlunun iqtisadiyyat üzrə köməkçisi Kərəm Oqtay vəzifəsindən istefa verdiyini bəyan edib.
Oqtay istefadan sonra belə bir açıqlama verib: "Bu gün Türkiyənin rejimi dəyişib. Cümhuriyyəti qorumaq, demokratiyanı gücləndirmək üçün CHP dəyişməli, yenidən xalqımıza ümid verməli və iqtidar yürüşünə başlamalıdır", - Oqtay söyləyib.
Muxalifet3 - 18-07-2018
Nejat İşlər döyüldü — Fanatının əri ona hücum edib
Türkiyənin məşhur aktyoru Nejat İşlərin döyüldüyü iddia edilir.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun fanatının şəkil çəkdirmək istəyinə yox deməsi olub.
Belə ki, hadisə Bodrumda baş verib. Əyləncə mərkəzlərindən birində qadın Nejat İşlərə yaxınlaşaraq onunla şəkil çəkdirmək istəyib. Lakin aktyor onun təklifini rədd edib. Bundan sonra isə qadının əri “sən mənim arvadımı necə incidə bilərsən” deyərək aktyora hücum edib. Kişinin içkili olduğu deyilir.
Muxalifet3 - 18-07-2018
Kraliçanın gəlininə ögey bacısından ittiham: “Atam ölsə, günahkar sənsən”
İngiltərə krallığının yeni gəlini Meqan Markl ögey bacısı tərəfindən atasına qarşı etinasızlıqda ittiham edilib.
Muxalifet.az xəbər verir ki, Marklın ögey bacısı Samanta Markl Tvitter səhifəsində Meqanı hədəfə götürüb.
Samanta tələb edib ki, Meqan atasına yaxşı baxmalıdır. Samanta Tvitterdə bu sözləri yazıb:
“Öz atana xərac ödəyəcəksən? Kifayətdir. Qadın kimi, insan kimi davran. Əgər atamız ölsə, günahkar sən olacaqsan, Meq”.
Muxalifet3 - 18-07-2018
Azərbaycanlı teleaparıcı Səməd Səmədovu hovuza atdı - VİDEO - FOTO
Teleaparıcı Murad Əzimzadə ATV-də yeni verilişlərlə efirə qayıdır.
O bu haqda Milli.Az-a açıqlama verib:
"Fikirləşdik ki, yayda hamı evdə, bağda oturub istirahət edir. Ona görə də insanların marağını cəlb etmək üçün "Bağ mövsümü" adlı yay layihəsi etməyə qərar verdik. Belə ki, hər həftə bir məşhurun bağ evinə gedirik, qonaqlar dəvət edirik. Həmin qonaqlar həm canlı ifalar edir, həm də iş görürlər. İlk verilişi xalq artisti Səməd Səmədovun bağ evində çəkdik. Orada çox maraqlı hadisələr baş verdi".Muxalifet3 - 18-07-2018
Şeyx İtaliya prezidenti ilə görüşdü - Foto
İyulun 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasında rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə görüşüb.
Muxalifet.az xəbər verir ki, görüşdə Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete və Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının nümayəndəsi Mifodiy Efendiyev də iştirak ediblər.Muxalifet3 - 18-07-2018
Valideynlər övladlarının xarici görünüşünü özləri seçəcəklər
Gələcəkdə valideynlər övladlarının xarici görünüşünü özləri seçə biləcəklər.
Muxalifet.az xəbər verir ki, bu barədə Britaniya alimləri bildiriblər.
Tələb olunan boyu, gözlərin və saçların rəngini genlərin redaktə edilməsi sayəsində tənzimləmək mümkün olacaq.
Britaniyalı alimlər qeyd ediblər ki, insan rüşeyminin genetikasına istənilən müdaxilə rəsmi dövlət dairələrinin nəzarəti ilə həyata keçirilməlidir.Muxalifet3 - 18-07-2018
Qarabağ Sloveniya çempionunu ÇL-dən kənarlaşdırdı
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Muxalifet.az xəbər verir ki, Qurban Qurbanovun komandası öz meydanında Sloveniya çempionu “Olimpiya”nı qəbul edib.
Səfərdə 1:0 hesablı qələbə qazanan Ağdam klubu qolsuz heç-heçə sayəsində mərhələ adlayıb.
“Qarabağ” ikinci təsnifat mərhələsində Albaniya çempionu “Kukesi” ilə üz-üzə gələcək.
Muxalifet3 - 18-07-2018
Ağ Evdən rus casusu ilə bağlı açıqlama
Mariya Butinin məsələsi diqqətimizdədir.
Muxalifet.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında deyilib.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Ədliyyə Nazirliyi Mariya Butin adlı rus casusunun yaxalanması barədə məlumat yaymışdı.
Muxalifet3 - 18-07-2018
Oktarla bağlı yeni xəbər: tanınmış aktyorun qardaşı qızı...
Bu yaxınlarda polis tərəfindən saxlanılan Adnan Oktarın işi ilə bağlı yeni xəbər yayılıb.
Muxalifet.az xəbər verir ki, Türkiyənin tanınmış aktyoru Şənər Şənin qardaşı qızı Aslı Sümə Oktarla bağlı aparılan əməliyyat zamanı saxlanılıb.
Muxalifet3 - 18-07-2018
AĞ EVDƏ PUTİN XOFU: “Rusiya yenidən ABŞ-da seçkilərə müdaxilə edə bilər”
Rusiya ABŞ Konqresinə keçiriləcək seçkilərə müdaxilə edə bilər.
Bunu Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib.
“Əlbəttə, təhlükə qalmaqdadır. Mümkün müdaxilənin qarşısını almaq üçün tədbirlər görülür. Əvvəlki administrasiyalardan fərqli olaraq, prezident Tramp müdaxilənin bir daha baş verməyəcəyinə əmin olmaq üçün qətiyyətli addımlar atır”, deyə S.Sanders qeyd edib.
Qeyd edək ki, 2018-ci ilin noyabrında ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək.Muxalifet4 - 19-07-2018
Alt geyimində özünü binada atan qadın barədə yeni faktlar
Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, "Şərur" MTK-ya məxsus binada intihar hadisəsi baş verib. Belə ki, 5-ci Yasamal, ev 1-də yaşayan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Ə.Əhmədov küçəsindəki 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb.
Muxalifet4 - 19-07-2018
“Birinci ledi Putinin gözlərində qəddarlıq, zülmkarlıq gördü...” - VİDEO
Rusiya lideri Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın görüşü zamanı qəribə olay yaşandığı iddiası irəli sürülüb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Ağ Ev rəhbərinin xanımı Melaniya Trampın Putinin əlini sıxarkən üzünün ifadəsinin dəyişdiyi bildirilib.
Tvitterin aktiv istifadəçilərinin iddiasına görə, birinci ledi Kreml rəhbərindən qorxub və sanki onun gözlərində qəddarlıq, zülmkarlıq görüb.
Muxalifet4 - 19-07-2018
Rusiyada yaşayış yerinə gələn pələng ƏHALİNİ ŞOKA SALDI – VİDEO
Rusiyanın Murmansk vilayətində magistral yolun kənarında pələng peyda olub.
Monçeqorski və Apatitsk rayonları ərazisində görünən yırtıcı əhalini şoka salıb.
Hətta nadir heyvan videolentə də alınıb.
Məlumata görə, Fövqəladə Hallar Xidməti hazırda sözügedən pələngin axtarışlarına başlayıb.Muxalifet4 - 19-07-2018
"Yuventus" Ronaldodan sonra 117 milyona qadın futbolçu transfer etdi - FOTO
İtaliyanın "Yuventus" klubu 117 milyin dollara "Real Madrid"dən transfer etdiyi Kriştiano Nonaldodan sonra daha futbolçu ilə müqavilə bağlayıb.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, "Yuventus"un qadın klubu isveçli futbolçu Petronella Ekrozu da sıralarına cəlb edib.
"Juventus"un forması ilə kameralar qarşısına keçen Ekroz maqazin dünyasında da məşhurdur.Muxalifet4 - 19-07-2018
Sumqayıtda "baş verməmiş hadisə" - ŞƏHƏRDƏN REPORTAJ
İlk baxışdan Sumqayıtda sakitçiliyin hökm sürməsini müşahidə etmək olar, əgər Gəncə ilə müqayisə etsək, burda polis daha az gözə dəyir.
BBC News Azərbaycancanın müxbiri naməlum şəxslər tərəfindən çağrıldığı, amma baş tutmadığı, 18 şəxsin tutulduğu iddia edilən 15 iyuldan iki gün sonra Sumqayıta gedib.
Şəhərdə gözə dəyən polislər hər hansı olan və ya gözlənən gərginliyin nəticəsi deyil, onlar elə hər zaman gözə dəyirlər, sakinlər deyirlər.
Çoxları bilmir ki, Sumqayıtda iki gün öncə nə baş verib, hətta həbslər barədə də eşidən yoxdur.
Muxalifet4 - 19-07-2018
“Amazon”da rekord qırıldı – 100 MİLYONDAN ÇOX MƏHSUL...
Məşhur onlayn alış-veriş saytı “Amazon”da hər il keçirilən ənənəvi “Prime day”də bu il rekord qırılıb.
“Qafqazinfo” xəbər verir ki, 16 iyul gecə saatlarında başlayan və 18 iyulda bitən 36 saatlıq güzəştli alış-veriş zamanı 100 milyondan çox məhsul satılıb.
İstifadəçiləri tərəfindən oyuncaq, gözəllik məhsulları, kompüter və aksesuarları, geyim və mətbəx əşyaları kateqoriyalarının hər birində 5 milyondan çox məhsul alınıb.
Muxalifet4 - 19-07-2018