Axtarış

The search found 105830 results in 0.077 seconds.

Search results

  1. ​Adnan Oktar və tərəfdarları hakim qarşısına çıxarılır – SON DƏQİQƏ

    Adnan Oktar və qrupuna qarşı həyata keçirilən əməliyyat zamanı saxlanılan 36 nəfər məhkəməyə göndərilib.
    Publika.az “Miliyyət” nəşrinə istinadən xəbər verir ki, onlardan 13-ü qadındır.
    Məhkəməyə göndərilənlər arasında qrupun rəhbəri Adnan Oktar və Oktar Babuna da var.

    Muxalifet - 18-07-2018

  2. ​Azərbaycan-İtaliya sənədləri imzalanıb

    Geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
    “Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu”nu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və Milan Politexnik Universitetinin dizayn üzrə departamentinin rəhbəri Silvia Piardi imzaladılar.

    Muxalifet - 18-07-2018

  3. ​ABŞ-a zərbə: Çin Avropa yatırımlarını 9 dəfə artırdı

    Çinin Avropaya yatırdığı investisiyaların həcmi ABŞ-a qoyduğu yatırımlardan 9 dəfə çox olub.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Avropaya yatırılan investisiyaların həcminin artmasına səbəb ABŞ-la Pekin arasında yaranan fikir ayrılığıdır. Belə ki, 2018-ci ilin ilk yarısında Çindən ABŞ-a yönələn investisiyaların həcmi 92% - 24 milyard dollardan 2,5 milyard dollara qədər aşağı düşüb. Avropaya yatırımların həcmi isə 20 milyard dollara çatıb.

    Muxalifet - 18-07-2018

  4. ​“Azərbaycanda media sənayesi formalaşıb” – Hikmət Hacıyev

    Azərbaycan mediasını media sənayesi adlandırmaq olar və bu sənaye yalnız Cənubi Qafqazda deyil, regiondan kənarda da strateji resursa çevrilib”.

    Muxalifet - 18-07-2018

  5. ​Kılıçdaroğluna cinayət işi açıldı - Ərdoğanı təhqir etdiyi üçün

    Sosial şəbəkədəki səhifəsindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı karikatura paylaşan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğluna qarşı cinayət işi açılıb.
    Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, CHP lideri Tvitter hesabında “Tayyipler aləmi” paylaşımı etdiyi üçün Ankara Respublika Baş prokurorluğu tərəfindən istintaq başladılıb.
    Cinayət işi çərçivəsində toxunulmazlığı ləğv olunarsa, Kılıçdaroğlu 1 il 2 aydan 4 il 8 aya qədər həbs cəzasına məhkum edilə bilər.

    Muxalifet - 18-07-2018

  6. ​“İSRAİLİN AGENTİSİNİZMİ” sualının cavabında Adnan Oktar susmaq hüququndan istifadə etdi

    Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, bir həftə bundan əvvəl aparılan əməliyyat nəticəsində həbs edilən Adnan Oktar ifadə verib. Vəkilinin yanında ifadə verən Oktar ona qarşı irəli sürülən heç bir ittihamı (31-dən artıq maddə üzrə) qəbul eləməyib.
     
    Həmçinin, Türkiyəyə qarşı həqarətləri ilə tanınan israilli millət vəkilləri ilə 20 dəfədən artıq görüşdürüldüyü yada salınaraq verilən “İsrailin agentisinizmi” sualının cavabında Oktar susmaq hüququndan istifadə edib.
     
    İsrailli deputat Yəhuda Qlik ilə əlaqəsi araşdırılır
     

    Muxalifet4 - 18-07-2018

  7. ​Sabahın hava PROQNOZU

    İyulun 19-na gözlənilən hava şəraiti açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
    Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

    Muxalifet - 18-07-2018

  8. ​Güney Azərbaycan müzakirə edildi - Milli fəalın evində görüş

    Güney Azərbaycandan olan milli fəallar yaxın günlərdə azadlığa çıxmış milli-mədəni fəal Abbas Lisani ilə görüşüblər.
    Bu barədə Teleqraf.com-a Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) idarə heyətinin üzvü Ağrı Qaradağlı məlumat verib.
    GAMOH rəsmisi bildirib ki, görüş Abbas Lisaninin evində baş tutub.
    Görüşə gedən 60-dan çox fəal A.Lisanini azadlığa buraxılması münasibəti ilə onu təbrik edib və Güney Azərbaycandakı son ictimai-siyasi prosesləri müzakirə ediblər.

    Muxalifet - 18-07-2018

  9. “Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir” - ​İtaliya prezidenti

    "Mənə və məni müşayiət edən nümayəndə heyətinə göstərilən diqqətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Eləcə də bu gün keçirdiyimiz təkbətək və geniş tərkibdə görüşlərə və orada deyilən sözlərə görə də Sizə bir daha təşəkkür edirəm. Bildiyiniz kimi, mən İtaliyanın Azərbaycana səfər edən ilk prezidentiyəm. Mən bundan çox böyük məmnunluq duyuram. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana gəlmişəm və dəvətə görə Sizə bir daha təşəkkürümü bildirirəm.

    Muxalifet - 18-07-2018

  10. Rus əsgərləri ilə ermənilər arasında dava - Kənd sakinləri hərbçiləri mühasirəyə aldı...

    Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus hərbi bazanın əsgərləri ilə ermənilər arasında dava düşüb.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, rus hərbiçilərinə məxsus karvan Gümrünün Panik kəndinə girib.

    İddialara görə, rus əsgərlər havaya güllə açmağa başlayıblar. Bundan sonra kənd sakinləri hərbi karvanı mühasirəyə alıb. Məlum olub ki, poliqona gedən əsgərlər sərxoşdurlar. Komandir bildirib ki, onlar təlimə gedirlər, lakin niyə kəndin ortasında güllə atdıqlarını izah etməyib.

    Muxalifet4 - 18-07-2018

  11. Kılıçdaroğlu Ərdoğana 359 min lirə təzminat ödəyəcək

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Man adaları” iddiaları ilə bağlı Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna qarşı məhkəmə prosesində qalib gəlib.
    Muxalifet.az xəbər verir ki, məhkəmə Kılıçdaroğlunun 359 min türk lirəsi məbləğində mənəvi təzminat ödəməsinə qərar verib.
    Xatırladaq ki, CHP sədri Kamal Kılıçdaroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ailə üzvlərinin Man adaları vasitəsilə pul köçürmələri həyata keçirdiyini iddia etmişdi.

    Muxalifet - 18-07-2018

  12. Tramp üçün yeni təyyarə hazırlanacaq – Foto

    Amerikanın “Boeing” korporasiyası Prezident Donald Tramp və xələfi üçün yeni təyyarələrin hazırlanması barədə sifariş alıb. Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb. Xəbərə əsasan, ABŞ Hərbi Hava Qüvvələri ilə bağlanmış müqavilənin icrasına 2019-cu ildən başlanılacaq. Yeni təyyarələr 2024-cü ildə təhvil veriləcək. Prezident administrasiyası ilə 1,5 il davam edən danışıqlardan sonra şirkət qiymətdə 1 milyard dollar endirim edib. Şirkətə yekun olaraq iki təyyarə üçün 3,6 milyard dollar ödəniləcək.

    Muxalifet - 18-07-2018

  13. ​Bu abituriyentlər imtahandan xaric olundu

    Dövlət İmtahan Mərkəzinin (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirdiyi I və IV ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb.
    DİM-dən Muxalifet.az-a verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün Mərkəzdə operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

    Muxalifet - 18-07-2018

  14. Gəncəmizdə açılan qəfil atəş... – ELMAR VƏLİYEV KİMDƏN VƏ NƏ ÜÇÜN QORUNURDU?

    İyulun 3-də qədim Gəncəmizdə qəfil açılan atəş səsləri şəhərin sükutunu pozdu. Belə ki, əslən Gəncədən olan, Rusiya vətəndaşı Yunis Səfərov Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisi Qasım Aşbazova atəş açaraq, hər ikisini ağır yaraladı. Bu olay hələ də ölkə mətbuatında gündəm olduğundan, təkrarçılğa yol vermədən, hadisənin pərdəarxası məqamlarına diqqət edək... Elmar Vəliyev kimdir və Y.Səfərov niyə Rusiyadan gəlib onu öldürmək istəyib? İcra başçısına qarşı bu qədər nifrətə, xalqın ona qəzəbinə və ona öldürməyə cəhd edəcək qədər cinayətə əl atmağa səbəb nə idi?

    Muxalifet4 - 18-07-2018

  15. ​Avropa Komissiyası kodeks layihəsi hazırlayıb- İnternetdə yalan informasiyaya qarşı mübarizə üzrə

    Avropa Komissiyası internetdə yalan informasiyaya qarşı mübarizə aparılması məqsədilə xüsusi ekspert qrupunun hazırladığı kodeks layihəsini dərc edib.

    Muxalifet - 18-07-2018

  16. “Dövlətə qarşı üsyanı tətikləyən davranışlar ortaya çıxa bilər ” – NATİQ MİRİ

    “Ölkədə ictimai-siyasi prosesləri gərginləşdirmək istəyən xüsusi şəbəkələr mövcuddur”

    Muxalifet4 - 18-07-2018

  17. ​Müğənnini otelə dəvət etdiyi deyilən direktor müavini DANIŞDI

    34 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin keçmiş direktor müavini Qulu Qasımov müğənni Səadət Kazımovanı otelə dəvət etməsi xəbərindən danışıb.
    Muxalifet.az-ın xəbərinə görə, Qulu Qasımov unikal.org-a açıqlamasında bildirib ki, müğənni Səadət Kazımova ilə facebook dostu olub:

    Muxalifet - 18-07-2018

  18. ​“Tramp Ruhani ilə görüşmək üçün 8 dəfə xahiş edib” - Mahmud Vaizi

    “Ötən il BMT Baş Assamableyasının sessiyasında iştirakı çərçivəsində İran prezidenti Həsən Ruhaninin Nyu-Yorka səfəri zamanı ABŞ prezidenti Donald Tramp onunla görüşmək üçün İslam Respublikasının nümayəndə heyətindən 8 dəfə xahiş edib”.
    “Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran prezident administrasiyasının başçısı Mahmud Vaizi iyulun 18-də jurnalislərə açıqlamasında bildirib.
    “İnterfax” bildirib ki, ABŞ prezidentindən görüşlə bağlı sorğunun verilməsi barədə məlumat yayılmayıb. İndiyədək Donald Trampla Həsən Ruhani arasında görüş olmayıb.

    Muxalifet - 18-07-2018

  19. ​Saratovda toyuq və dana oğurlayan iki azərbaycanlı həbs olundu

     Rusiyanın Saratov vilayətinin Engels şəhərində mal-qara oğurluğunda ittiham olunan iki azərbaycanlı məhkəmə önünə çıxarılıb.
    Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu ilin yanvarında 34 və 37 yaşlı şəxslər gecə saatlarında Novaya Ternovka kəndinə gəliblər. Avtomobili kəndin kənarında saxlayıb, yaxınlıqdakı tövlələri gəziblər. Həyətdəki hinlərin birindən beş ədəd toyuq, tövlədən isə inək və dana aparıblar.

    Muxalifet - 18-07-2018

  20. ​ABŞ türk dövlətinə də rüsum tətbiqinə hazırlaşır

    ABŞ hökuməti uran idxalının ölkənin təhlükəsizliyinə təhdid yaradıb-yaratmaması ilə bağlı araşdırma aparmaq niyyətindədir.
    Muxalifet.az axar.az-a istindən xəbər verir ki, bu barədə məlumatı “Blumberq” agentliyi yayıb. Agentlik araşdırmalardan sonra Vaşinqtonun bu istiqamətdə yeni rüsumlar tətbiq edəcəyini bildirib:
    “ABŞ ilk növbədə uranı Rusiya, Qazaxıstan və Kanadadan idxal edir. ABŞ-ın özünün şirkətləri isə daxili bazarın tələbatının 5%-ni qarşılayırlar”.

    Muxalifet - 18-07-2018

Pages