Axtarış

The search found 105830 results in 0.125 seconds.

Search results

  1. Türkiyə SSRİ-nin silahlarını əldə etmək istəyir - Ekspert

    Türkiyə SSRİ-də modernləşdirilmiş hərbi texnikaları almaq niyyətindədir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Vladimir Yazıkov Türkiyə və Ukraynanın AN-188 təyyarəsinin ortaq istehsalı ilə bağlı danışıqlarına münasibət bildirərkən deyib.

    Muxalifet3 - 17-07-2018

  2. ​Prezident Trampla görüşdən sonra əməliyyat olundu

    Bu gün Finlandiya Prezidenti Sauli Niinistö əməliyyat olunub.
    Muxalifet.az xəbər verir ki, Niinistö "Yorvi" xəstəxanasında əməliyyat olunub.
    Qeyd edilir ki, öncədən planlaşdırılan cərrahiyyə əməliyyatı uğurla keçib və Sauli Niiniste artıq evə buraxılıb.
    Xatırladaq ki, Niinistö ötən gün Trampla Helsinkidə bir araya gəlmişdi.
     

    Muxalifet3 - 17-07-2018

  3. ​Suriyada Əsədlə razılaşma əldə edildi

    Suriyada müxalifətçilər ilə Bəşər Əsəd rejimi arasında aparılan danışıqlarda yeni razılaşma əldə edilib.
    Muxalifet.az xəbər verir ki, razılaşmaya əsasən, İdlibin Fua və Keferya mahallarından 6 min 900 nəfərin təxliyəsinə şərait yaradılacaq, eləcə də Əsəd rejiminin həbs etdiyi 1500 mülki və müxalif sərbəst buraxılacaq.
    Təxliyənin yaxın vaxtda başlanması gözlənilir.

    Muxalifet - 18-07-2018

  4. ​Səudiyyə şahzadəsi ilə MOSSAD-ın sirli əməkdaşlığı – SENSASİON İDDİA

    Səudiyyə Ərəbistanı taxtının vəliəhdi, şahzadə Məhəmməd bin Salman İsrail kəşfiyyatı (MOSSAD) tərəfindən qorunur.
    Muxalifet.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “MSNBC TV” telekanalı çıxış edib.
    İsraildəki diplomatik mənbələrə istinad etdiyini iddia edən TV qeyd edir ki, şahzadə Səudiyyə Ərəbistanında baş verə biləcək çevriliş təhlükəsinə qarşı MOSSAD tərəfindən mühafizə olunur.

    Muxalifet - 18-07-2018

  5. ​Azərbaycanda ilanların sayı artıb - Əhaliyə XƏBƏRDARLIQ

    Bu il havaların daha isti keçməsi ilə əlaqədar olaraq ölkə ərazisindəki ilanların sayı artıb.
    Muxalifet.az-ın Trend-ə istinadən xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.
    Havaların qızmar keçməsinin soyuqqanlı heyvan olan ilanlar üçün sərfəli olduğunu nəzərə çatdıran E.Yusifov əlavə edib ki, bu yay ilanların zərərsizləşdirilməsi ilə bağlı onlara edilən müraciətlərin sayı xeyli artıb.

    Muxalifet - 18-07-2018

  6. Rusiyadan ŞOK ixtira: Hərbçiləri, texnikanı görünməz edir...

    Hərbçiləri və hərbi texnikanı ətraf mühitin rənginə uyğunlaşdıran örtük yaratmışıq.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın “Rosteç” müdafiə sənayesi şirkətinin rəhbəri Sergey Çemezov deyib.
    O bildirib ki, görünməz örtük qarşıdakı günlərdə sərgilərdən birində nümayiş olunacaq:

    Muxalifet - 18-07-2018

  7. ​Tarixin ən məşhur və cazibədar QANUNİ OĞRUSU

    “Qızıl əl Sonka” ləqəbi ilə tanınan bu qadın cinayət aləminin ən məşhur qanuni oğrularından sayılır. Başqalarının hesabına varlanan Sonka bir çox xanımların ilham mənbəyi olub. Sonkanın davamçıları arasında Olqa fon Şteyn adlı qadın da vardı. Olqa bütün cinayətlərində Sonkanı təqlid edirdi. Olqa bir sıra düşünülmüş, hətta belə demək mümkünsə, savadlı oğurluqların müəllifidir.

    Muxalifet - 18-07-2018

  8. ​Suriyada hərbi təyyarə qəzaya uğradı

    Suriyanın Haseke bölgəsinin cənubunda hərbi təyyarə qəzaya uğrayıb.
    “Report” İran KİV-inə istinadən xəbər verir ki, təyyarənin hansı dövlətə məxsus olduğu məlum deyil.
    Bildirilib ki, hadisə ilə bağlı detallar məlum olmasa da, təyyarənin görüntüləri yayılıb. 

    Muxalifet - 18-07-2018

  9. ​Qayın yeznəni bıçaqladı

    Hacıqabul rayonunda bıçaqlanma hadisəsi olub.
    APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında Hacıqabul rayonunun Talış kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Yaşar Ağahüseyn oğlu sərxoş vəziyyətdə bacısının həyat yoldaşını, həmin kəndin sakini olan 1973-cü il təvəllüdlü Yusifov Zaur Rizvan oğlunu bıçaqlayıb.
    Bel nahiyəsindən bıçaq xəsarəti alaraq çoxlu qan itirən Z. Yusifov Şirvan şəhər xəstəxanasına yerləşdirilib, əməliyyat olunub.  Vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Muxalifet - 18-07-2018

  10. ​İtaliya prezidentinin rəsmi qarşılanma mərasimi

    İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyulun 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
    İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanı və qızı Laura Mattarellanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

    Muxalifet - 18-07-2018

  11. ​Türkiyə ordusu İraqda 8 terrorçunu zərərsizləşdirdi

    Türkiyə ordusu İraqda bir neçə terrorçunu zərərsizləşdirib.
    "Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyə Silahlı Qüvvələrinə istinadən xəbər verib.
    Xəbərdə bildirilir ki, Türkiyə hərbçiləri terrorçuların İraqın şimalındakı Hakurk və Metina bölgələrindəki obyektlərinə zərbələr endiriblər. Hava əməliyyatlarında 8 terrorçu zərərsizləşdirilib. Öldürülənlərdən 4-ü bu ilin 30 mayında 4 türk hərbçisinin şəhid olması ilə nəticələnən hücumda iştirak edib.

    Muxalifet - 18-07-2018

  12. Ermənilər atəşkəsi 98 dəfə pozublar

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub.
    Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet - 18-07-2018

  13. ​Hüseyn Abdullayevlə gizli əlbir olan məmurlar vəzifələrdən qovulur - yeni gəlişmələr

    Eks-deputat istintaqla əməkdaşlığa gedib; azadlığa çıxmaq üçün bütün gizli məlumatları, əlaqə xəritəsini paylaşır; Avropadakı əmlakını dövlətə qaytarmaq üçün bazarlıqlara başlayıb...

    Muxalifet - 18-07-2018

  14. ​Trampı rüsvay etdilər: Putinlə kollajlar… – Foto

    ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezident Vladimir Putin arasında Helsinkidə keçirilən görüşün əks-sədası dünyanın gündəmini zəbt edib.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri görüşə münasibətlərini montajla hazırlanmış fotolar vasitəsilə göstərməyə çalışıblar.
    Hazırlanan bir çox fotonun əsas başlığı Trampın Putinin oyuncağına çevrilməsi olub.

    Muxalifet - 18-07-2018

  15. RƏSUL QULİYEV:"Bu hadisələrin ruslarla heç bir əlaqəsi yoxdur" - MÜSAHİBƏ

    Putinlə Trampın Helsinkidəki görüşü bütün dünyanın diqqət mərkəzində idi. 4 saat çəkən görüşdən sonra liderlər keçirdikləri mətbuat konfransında nikbin açıqlamalar verdilər.Hətta Tramp açıq şəkildə bildirdi ki, iki dövlət arasında gedən yeni soyuq savaş artıq arxada qaldı. Bu, nə deməkdir? ABŞ ilə Rusiya arasındakı əzəli rəqabətə son qoyulacaqmı?
    Muxalifet.az eks-spiker Rəsul Quliyevin ovqat.com-a “atüstü” müsahibəsini təqdim edir:

    Muxalifet - 18-07-2018

  16. Mustafa Ceceli haqqında daha bir ŞOK İDDİA

    Məşhur prodüser Erol Köse bir neçə gündür ki, maqazin gündəmindən düşməyən Mustafa Cecelinin məşhur aktrisa ilə intim videosu olduğunu deyib.
    Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, eks-arvadının İntizar adlı qadın müğənni ilə intim videolarını yaymaqda ittiham olunan Mustafa Ceceli haqqında daha bir iddia ortaya atılıb. Prodüser Erol Kösenin sözlərinə görə, Mustafa Ceceli ilə aktrisa Tuvana Türkayın intim videosu var.

    Muxalifet - 18-07-2018

  17. ​Adnan Oktarın daha bir DƏHŞƏTLİ ƏMƏLİ ORTAYA ÇIXDI... - ŞOK ETİRAF

    Türkiyədə özünü din xadimi kimi təqdim edən və cinayətkar təşkilata başçılıq etdiyi üçün həbs edilən Adnan Oktar və adamları ilə bağlı hər gün yeni və dəhşətli məlumatlar ortaya çıxır.
    Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Adnan Oktar və təşkilatın üzvləri ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılan 193 şübhəlinin (108-i qadındır) ifadələri alınmağa başlanılıb.
    Adnan Oktar və bəzi digər şübhəlilərin bu gün məhkəməyə göndərilməsi gözlənilir.

    Muxalifet - 18-07-2018

  18. ​Obama Trampı tənqid etdi: Demokratiya yox edilir

    ABŞ-da hakimiyyətdə olanlar bütün demokratik institutları və normaları yox etmək istəyirlər.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın eks-prezidenti Barak Obama deyib. Onun sözlərinə görə, ölkənin hazırkı siyasi kursu qorxu, narazılıq siyasətinə bənzəyir.
    Qeyd edək ki, Obama bundan öncə də dəfələrlə Donald Trampı yürütdüyü xarici və daxili siyasi kursa görə tənqid edib. Maraqlı məqam odur ki, o heç vaxt tənqidlərində Trampın adını səsləndirməyib.

    Muxalifet - 18-07-2018

  19. ​Rus ordusu erməni kəndinə hərbi təlimə başladı: Böyük panika... – Video

    Dünən Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası hərbi təlim keçirib.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Aravot” qəzeti yayıb. Təlim Şirak vilayətinin Panik kəndində baş tutub.
    Maraqlıdır ki, təlimlə bağlı kənd sakinləri öncədən xəbərdar edilməyib. Təlim atəşi başladıqdan sonra kənd əhalisi təşvişə düşərək, müharibənin başladığını düşünüb.
    Qəzetə açıqlama verən kənd icra nümayəndəsi Vardan Makeyan baş verənlərin biabırçılıq olduğunu deyib:

    Muxalifet - 18-07-2018

  20. AZƏRBAYCANA QARŞI KƏŞFİYYAT-YOXLAMA HÜCUMU BAŞLAYIB? – Sülhəddin Əkbər son olayların mahiyyətini açdı

    Sülhəddin ƏKBƏR,
    Azad Demokratlar Partiyasının sədri

    Muxalifet4 - 18-07-2018

Pages