Axtarış

The search found 105830 results in 0.076 seconds.

Search results

  1. ​Gəncə hadisələri: terrorçuların əsas hədəfi... – Millət vəkili

    Preziden İlham Əliyev 3 iyul və 10 iyul tarixlərində Gəncədə törədilmiş mütəşəkkil cinayət əməllərini məhz terror aktları kimi qiymətləndirib və bütün bunların hədəfində dövlətçiliyimizin dayandığını vurğulayıb.
    Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, heç şübhəsiz, cənab Prezidentin Gəncə iğtişaşlarına və onun nəticələrinə verdiyi obyektiv qiymət terror fenomeni ilə bağlı elmi mülahizə və müzakirələrin aktuallığını daha da artırıb:

    Muxalifet - 17-07-2018

  2. ​Bu dərmanlar məhv edilir - XƏRÇƏNG YARADIR

    Tailandın Qida məhsullarına və dərmanlara nəzarət idarəsi hipertoniya xəstəliyinin müalicəsində istifadə olunan 5 növ dərman vasitəsini ölkə apteklərindən və xəstəxanalarından yığışdırmağa qərar verib.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bu dərmanların yerli şirkətlər tərəfindən istehsal olunduğu, əsas inqrediyentinin Çindən gətirildiyi və tərkibində onkoloji xəstəliklərə səbəb olan maddələrin aşkar edildiyi bildirilir.

    Muxalifet - 17-07-2018

  3. ​Bakı-Qazax yolunda avtomobil kanala aşıb, xəsarət alanlar var

    Kürdəmirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:30 radələrində Bakı-Qazax yolunun 180 km-də,  Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Suraxanı rayon sakini, 1991-ci il təvəllüdlü  Səxavət Sakit oğlu Əliyevin idarə etdiyi "Daewoo" markalı avtomaşın Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb.

    Muxalifet - 17-07-2018

  4. ŞOK İDDİA: Təcili yardım hadisə yerindən qaçdı?

    Ceyhun Mustafayev adlı sosial şəbəkə istifadəçisi İmişli rayonunun Xəlfəli kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı maraqlı iddia irəli sürüb.
    Axar.az xəbər verir ki, hadisə şahidi olduğunu bildirən C.Mustafayev hadisə yerinə çağrılan təcili tibbi yardımın Saatlı rayonundan gəldiyini, sonra isə ərazisi olmadığını bildirərək dərhal geri qayıtdığını iddia edib.
    Onun sözlərinə görə, növbəti təcili yardım maşını isə 1 saat sonra İmişlidən gəlib.

    Muxalifet - 17-07-2018

  5. PKK ABŞ-ın verdiyi silahları satır

    ABŞ-ın, Demokratik Suriya Qüvvələrinə (DSG) silah yardımını artırdığı bir zamanda təşkilatın əsasını təşkil edən YPG terrorçuları sözügedən silahları qara bazarda satdıqları iddia edilib.
     
    Ərəbcə “Daily Sabah” qəzetinin yerli mənbələrə əsaslandırdığı xəbərinə görə, YPG-lilər öz xərclərini ödəmək üçün ABŞ istehsalı silahlarını qara bazarda satır.

    Muxalifet3 - 17-07-2018

  6. ​Dolların sabaha olan MƏZƏNNƏSİ

    Azərbaycan Mərkəzi Bankı dolların sabah üçün rəsmi məzənnəsini açıqlayıb.
    Muxalifet.az Mərkəzi Banka istinadən xəbər verir ki, iyulun 18-i üçün dolların rəsmi kursu 1,7000 manat müəyyən edilib.
    Qeyd edək ki, bu gün dolların rəsmi kursu 1,7000 manata bərabər olub.

    Muxalifet - 17-07-2018

  7. Siqaretin qiyməti bahalaşdı

    Azərbaycanda bəzi siqaret markalarının qiyməti bahalaşıb.
    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, bu gündən etibarən NZ və “Kent” markalı siqaretlərin qiyməti 10 qəpik bahalaşıb.
    Qeyd edək ki, bU günə kimi NZ 1 manat, “Kent” 2.50 manata satılırdısa, hazırda hər birinin qiymətində 10 qəpik bahalaşma müşahidə olunur.

    Muxalifet - 17-07-2018

  8. ​Salyanda yeniyetməni cərəyan vuraraq öldürüb

    Salyan rayonunda yeniyetməni cərəyan vuraraq öldürüb.
    "Report"un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Ə.Zeynalov küçəsində qeydə alınıb.
    Belə ki, şəhər sakini, 2002-ci il təvəllüdlü Səyyad Kərim oğlu Bəkirovu elektrik cərəyanı vuraraq öldürüb.
    Faktla bağlı araşdırmalara başlanılıb. 

    Muxalifet - 17-07-2018

  9. ​İran Suriyadan çıxmayacaq - Ruhaninin adamı

    İranın hərbi konsultantları Suriyanın cənub-qərbini tərk etməyəcəklər.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Beyruta səfəri zamanı İran prezidentinin xüsusi nümayəndəsi Hüseyn Caberi Ənsari deyib. Onun sözlərinə görə, konsultantlar Suriyada prezident Bəşər Əsədin istəyi əsasında qalırlar:
    “Bizim Suriyada qalmağımız Suriya xalqının ehtiyacından asılı olacaq. Qərar Tehran və Dəməşqin qarşılıqlı razılaşması əsasında qəbul ediləcək”.

    Muxalifet - 17-07-2018

  10. ​“Minsk qrupunun statusunda dəyişiklik üçün heç bir səbəb görümürəm” - Amerikalı diplomat

    “Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ABŞ və Rusiya prezidentləri arasında baş tutan danışıqların gündəmində olmasa da, Minsk qrupunun statusunda dəyişiklik aparmaq üçün heç bir səbəb görümürəm”.
    Muxalifet.az xəbər verir ki, bunu “Report”a ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gill ABŞ və Rusiya prezidentləri Donald Tramp ilə Vladimir Putin arasında iyulun 16-da Helsinkidə keçirilmiş görüşün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin aktivləşdirilməsinə təsir edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən deyib.

    Muxalifet - 17-07-2018

  11. ​Zidan "Yuventus"un idman direktoru olacaq

    "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan İtaliyanın "Yuventus" klubunun idman direktoru olacaq.
    Bu barədə "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir.
    Zidanın İtaliya klubuna oktyabr ayında qatılacağı gözlənilir.
    Xatırladaq ki, "Real"ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu da bu ay "Yuventus"a keçib.

    Muxalifet - 17-07-2018

  12. ​Polşa: Rusiya təhlükəsi davam edir, NATO ...

    Avropa Birliyi şərq istiqamətində mütləq şəkildə müdafiə imkanlarını artırmalıdır.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Polşanın Baş naziri Mateuş Moravetski deyib. Baş nazir fikrinə əsas kimi Rusiya təhlükəsini göstərib.
    “NATO-nun şərq qanadı mütləq gücləndirilməlidir. Çünki Rusiyanın təcavüzkar siyasəti başa çatmayıb. Bu siyasət xətti heç bir şəkildə zəifləməyib”, - Moravetski bildirib.

    Muxalifet - 17-07-2018

  13. ​ABŞ-A QARŞI DÜNYANIN ƏN BÖYÜK BLOKUNU QURDULAR

    Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqı ilə Yaponiya dövləti dünyanın ən böyük ticarət bloklarından birinin yaraılması üçün imzalarını atıblar. Razılaşma ABŞ prezidenti Donald Trampın başladığı “ticarət müharibəsi”nə cavab kimi qəbul edilir.
    Yaponiyanın baş naziri Şinzo Abe, Aİ Şurasının sədri Donald Tusk və Aİ Komissiyasının sədri Jan Klod Yunker Tokioda keçirilən Aİ-Yaponiya sammiti çərçivəsində İqtisadi Ortaqlıq Müqaviləsi və Strateji Ortaqlıq Müqaviləsini imzalayıblar.

    Muxalifet - 17-07-2018

  14. “Yanar dağ” yenidən qurulacaq - SƏRƏNCAM

    Prezident İlham Əliyev “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
    Muxalifet.az bildirir ki, sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasir standartlara uyğunlaşdırılması və sözügedən abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dövlət Turizm Agentliyinə 1,2 milyon (bir milyon iki yüz min) manat ayrılır.

    Muxalifet - 17-07-2018

  15. ​Lavanın partlayış anı turist kamerasında - Video

    Havay adalarında yerləşən Kilauea vulkanında lavanın partlayış anını turist kamerası lentə alıb.
    Muxalifet.az xəbər verir ki, kadrlardan göründüyü kimi turistlərlə dolu kater lavalara yaxınlaşır və bu zaman anidən partlayış baş verir.
    Partlayışdan sonra kadr itir və insanların qışqırığı eşidilir.
    Həmin görüntüləri təqdim edirik:

    Muxalifet - 17-07-2018

  16. ​Putinlə görüş NATO sammitindən daha yaxşı idi - Tramp

    Rusiya lideri Vladimir Putinlə görüş NATO sammitindən daha yaxşı baş tutdu
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
    Qeyd edək ki, dünən tərəflər arasında Helsinkidə tarixi görüş baş tutub.
     

    Muxalifet3 - 17-07-2018

  17. ŞOK: Türkiyənin yeni düşməni peyda oldu

    Avropa Birliyi (AB) Türkiyə ilə müzakirələri dərhal dayandırmalıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Avstriya kansleri Sebastian Kurts yunan mediasına açıqlamasında deyib.
    “Türkiyə son illərdə Avropa dəyərlərindən uzaqlaşır. Eyni zamanda biz AB ilə Türkiyə arasındakı qonşuluq təməlində fərqli əməkdaşlıq imkanlarını nəzərdən keçirməliyik”, - deyə Kurts bildirib.
     

    Muxalifet3 - 17-07-2018

  18. ​Qurban Qurbanov: Almeydanın “Qarabağ”dan ayrılacağını hiss etmişdim

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Suraxanı stadionunda mətbuat konfransı keçirib. 
    Muxalifet.az xəbər verir ki, baş məşqçi sabah Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” komandası ilə görüşdən danışarkən bəzi mətləblərə də toxunub:
    “Ola bilər ki, sabah hansısa dəyişiklik olsun. Amma heyətdə köklü dəyişiklik olmayacaq. Rəqib çətin komandadır.
    Hücumçu son vaxtlar ən çox axtarışında olduğumuz mövqedir. Balaş Cucak bizim transfer hədəfimizdə yoxdur. Ola bilər ki, əvvəl olub. Hücumçu axtarışlarımız davam edir.

    Muxalifet3 - 17-07-2018

  19. ​Neft Fondunun 2017-ci il büdcəsinin icrası təsdiqləndi

    Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.
    Muxalifet.az xəbər verir ki, Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası, gəlirlər 12 137 503,3 min manat, xərclər 11 015 537,9 min manat və ya Fondun 2017-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 112,2%, xərclər üzrə 72,3% səviyyəsində olmaqla təsdiq edilib.
     

    Muxalifet3 - 17-07-2018

  20. ​Bu, Rusiya üçün pisdir - Tramp

    NATO zəif idi, lakin indi güclüdür.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.
    O bildirib ki, alyansın güclü olması Rusiya üçün pisdir.
     

    Muxalifet3 - 17-07-2018

Pages