Axtarış

The search found 105830 results in 0.132 seconds.

Search results

  1. Kim Çendən ŞOK HƏRƏKƏT - VİDEO/FOTO

    Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ilk dəfə səlahiyyətliləri ölkə ictimaiyyətinin önündə tənqid edib.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda BBC-nin Cənubi Koreya üzrə müxbiri yazıb.

    Şimali Koreya lideri təftiş etdiyi investisiyaların heç birindən məmnun qalmadığını bildirib. Dövlət başçısı Orangçon bölgəsində 17 il əvvəl inşası başlanan elektrik stansiyasında işlərin yalnız 70 faizinin görülməsindən qəzəblənib.

    Muxalifet4 - 18-07-2018

  2. ​Könül Kərimovaya 32 min “pul atdılar”

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb. O bildirb ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb. Məhkəmənin baxış iclası iyulun 20-nə təyin edilib. Qeyd edək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir.

    Muxalifet - 18-07-2018

  3. ​Özünü İcra Hakimiyyətinin qarşısında yandırmaq istədi

    Zərdab İcra Hakimiyyətin qarşısında intihara cəhd olub.
    Hurriyyet.org-un DİN-in saytına istinadən məlumatına görə, iyulun 17-də saat 10 radələrində Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Gəlmə kənd sakini Rasim Qəbilov həyətyanı sahəsinə suyun verilməməsinə etiraz əlaməti olaraq özünü yandırmağa cəhd göstərib.
    Cəhdin qarşısı ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşları tərəfindən alınıb.
    Onunla izahedici söhbət aparıldıqdan sonra buraxılıb.

    Muxalifet - 18-07-2018

  4. “Gənclərin dini məzhəblərə meyilliliyinə təhsil ocaqları da məsuliyyət daşıyır”- Vahid Əhmədov

    “Ölkədə baş verən son olaylar göstərdi ki, Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr mövcuddur, ölkəmizin, dövlətimizin bütövlüyü və müstəqil siyasətinə qarşı ciddi təhdidlər var”.
    Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib.

    Muxalifet - 18-07-2018

  5. ​Avtobusla minik maşını toqquşdu: 1 ölü, 8 yaralı

    Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub.
    APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb. Avtobusla minik maşının toqquşması nəticəsində bir nəfərin öldüyü bildirilir. Xəsarət alan 6 nəfər Quba Mərkəzi Rayon Xəstəxanasına,  2 nəfər isə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır. 

    Muxalifet - 18-07-2018

  6. ​İrəvan Ordumuzun sirlərini öyrənmək üçün HƏRƏKƏTƏ KEÇDİ - Qriqoryandan İNANILMAZ SÖZLƏR

    Ermənistanda hakimiyyət dəyişikliyindən sonra İrəvan Rusiyanın narazılığına səbəb olsa da NATO ilə daha sıx münasibətlər qurmaq istədiyini gizlətmir.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Ermənistan milli təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bunun səbəbini etiraf edib.
    Rusiyanın “Kommersant” nəşrinə danışan Qriqoryan bildirib ki, Ermənistan Azərbaycan Ordusunun necə işlədiyini anlamaq və rəqibin ordusu kimi güclənmək üçün NATO ilə sıx əməkdaşlığı dəstəkləyir.

    Muxalifet - 18-07-2018

  7. ​Bakıda əmisinin arvadını öldürən “zek” tutuldu

    Pirallahı rayonunda qətl hadisəsi baş verib.
    Muxalifet.az xəbər verir ki, hadisə iyulun 17-də, saat 8 radələrində Pirallahı qəsəbəsində qeydə alınıb.
    Qəsəbə sakini Mariya Qəhrəmanovanın meyitinin yaşadığı S.Bağırov küçəsi ev 14-də tapılıb.
    Bu barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

    Muxalifet - 18-07-2018

  8. Xəzər dənizinin ətrafındakı onlarla tikili sökülə bilər – RƏSMİ AÇIQLAMA

    ƏMDK Xəzər dənizində qeyri-qanuni tikinti və hasarlama işləri ilə əlaqədar DİN-ə müraciət edib

    Muxalifet4 - 18-07-2018

  9. Şamil Basayevin adamı Rusiyaya təhvil verildi –TERRORDA İTTİHAM OLUNUR

    2006-cı ildə Vladiqafqazda rezonans terror aktları seriyasına cəlb olunmuş Şamil Basayevin (Rusiya-Çeçen müharibəsinin iştirakçısı, Çeçenistanın əfsanəvi səhra komandiri -red.) dəstəsinin üzvü Aslan Yandiyev Slovakiyadan Rusiyaya ekstradisiya edilib.
    “RİA-Novosti” xəbər verir ki, bu haqda Federal Təhlükəsizlik Xidmətindən bildirilib.
    Rusiya vətəndaşı Aslan Yandiyev (1978 təvəllüdlü) beynəlxalq axtarışda idi. Onun ekstradisiyasının təşkilində Federal Təhlükəsizlik Xidmətindən başqa, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi iştirak edib.

    Muxalifet - 18-07-2018

  10. ​“Elmar Vəliyevin mühafizəçisinin səhhəti tam normallaşıb”

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mühafizəçisi Qasım Aşbazovun səhhəti tam normallaşıb.
    Muxalifet.az xəbər verir ki, bunu modern.az-a Gəncə Beynəlxalq Hospitalından bildiriblər.
    Qeyd olunub ki, Q.Aşbazov hazırda Gəncədəki evindədir:
    “Müayinə üçün Bakıdakı Dünya Göz Xəstəxanasına müraciət etmişdi. Hazırda Gəncədədir. Aldığı güllə yarasından gözünün altında şişkinlik qalıb, görməsində heç bir problem yoxdur. O da bir müddət sonra keçəcək”.

    Muxalifet - 18-07-2018

  11. ​Jurnalistlərə tikilən yeni bina BU TARİXDƏ TƏHVİL VERİLƏCƏK

    Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlər üçün tikilən üçüncü binanın istifadəyə veriləcəyi tarixi açıqlayıb.
    V.Səfərli bildirib ki,  bina 2020-ci ildə təhvil veriləcək.
    “Hazırda binada tikinti işləri sürətlə gedir. Binanın üçüncü mərtəbəsi tamamlanmaq üzrədir”, - deyə V.Səfərli qeyd edib.

    Muxalifet4 - 18-07-2018

  12. Tacikistan prezidenti Bakıya gəlir

    Tacikistan Prezidenti İmaməli Rəhman avqust ayında Bakıya səfər edəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə Tacikistan mətbuatı hökumətdə olan mənbəyə istinadla informasiya yayıb.
    Tacikistan lideri Bakıya Prezident İlham Əliyevin dəvəti ilə səfər edəcək. Səfər çərçivəsində ölkələrimiz arasında sənədlər paketinin və müqavilələrin imzalanması nəzərdə tutulur.
    Qeyd edək ki, Tacikistan Prezidenti İmaməli Rəhman avqustda həmçinin Özbəkistana və Türkmənistana da səfər edəcək.

    Muxalifet - 18-07-2018

  13. "Liverpul" klubu 18 yaşlı hücumçu ilə müqavilə bağladı

    İngiltərənin "Liverpul" klubu gənc futbolçusu Rian Bruster ilə rəsmi müqavilə imzalayıb. 
    Muxalifet.az klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı hücumçu 2018-2019 mövsümündən etibarən İngiltərə təmsilçisinin əsas komandasında çıxış edəcək. Sözləşmənin detalları isə hələ ki, bəlli deyil. 
    Qeyd edək ki, Rian Bruster 2014-cü ildə İngiltərənin "Çelsi" klubunun akademiyasından "Liverpul"a keçib. O, 2017-ci ildə keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatında 8 qol vuraraq turnirin ən yaxşı oyunçusu adına layiq görülüb. 

    Muxalifet - 18-07-2018

  14. ​Dəhşətli yanğında: Bir ailənin 5 üzvü yanaraq öldü

    Rusiyanın İrkutsk vilayətində yaşayış evi yanıb.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yerli nümayəndəsi məlumat yayıb.
    Xəbərə əsasən, bir mərtəbəli 2 otaqlı evin yanması nəticəsində 5 nəfər ölüb. Ölənlərin arasında bir nəfər uşağın da olduğu bildirilir. Ölənlərin hamısı bir ailənin üzvləridir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 18-07-2018

  15. ​BAKI MERİ POSTU NİYƏ AYLARDIR BOŞDUR? - “Prezidentin bu vəzifəni etbar edəcəyi məmur yoxdur”

    Məlum olduğu kimi, bu ilin aprel ayından Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı vəzifəsi boşdur. Çünki ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Hacıbala Abutalıbov baş nazirin müavini təyin olunduğundan, prezidentin digər sərəncamı ilə o, paytaxt meri vəzifəsindən azad olundu. Bu təyinata qədər Bakı şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini elə Hacıbala müəllimin “sağ əli” olmuş, birinci müavini Fidumə Hüseynova icra edirdi.

    Muxalifet4 - 16-07-2018

  16. “Gülən həmin gecə Türkiyəni ABŞ-a satmaq istəyirdi” – PUTİNİN ADAMINDAN ŞOK İDDİA

    Duqin: “Mən çevriliş cəhdi ilə bağlı Türkiyəyə xəbərdarlıq eləmişdim”
     
    Rus akademik Aleksandr Duqin, 15 iyul hadisələrinə bənzər, CIA-nın (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) dəstəklədiyi bir çevriliş cəhdinin Moskvada baş verəcəyi təqdirdə Putinin də Ərdoğan kimi davranacağını söyləyib. Hurriyyet.org xəbər verir ki, o deyib: “Putin də xalqı küçəyə çağırardı və Rusiya xalqı da eyni şəkildə Putinə sahib çıxardı”.

    Muxalifet4 - 18-07-2018

  17. ​Bakıda kişi özünü 9-cu mərtəbədən atdı - ŞOK SƏBƏB

    Bu gün səhər saatlarında Bakıda intihar hadisəsi qeydə alınıb. Muxalifet.az billdirir ki, hadisə şahidlərinin publika.az-a verdiyi məlumata görə, Xətai rayonu ərazisində Mehmandarov küçəsində yaşayan 50-56 yaşlı kişi özünü 9-cu mərtəbədən ataraq intihar edib. Məlumata görə, kişi mədə xorasından əziyyət çəkirmiş. O, hadisədən öncə həyat yoldaşından onun üçün pəhriz yeməyi hazırlamasını istəyib. Yoldaşı qaz gəlmədiyi üçün yemək hazırlaya bilməyəcəyini deyib. Bu səbəbdən onlar arasında mübahisə düşüb. Evdən çıxan kişi 9-cu mərtəbədə yaşayan bina sakinindən damın açarını istəyib.

    Muxalifet - 18-07-2018

  18. ​Media nümayəndələri üçün pulsuz göz müayinəsi aksiyası keçiriləcək

    Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi 22 iyul- Milli Mətbuat Günü ilə əlaqədar "Sağlam baxış, sağlam cəmiyyət" adı altında açıq qapı günü keçirir.
    Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, iyulun 20-də keçiriləcək açıq qapı günü çərçivəsində media nümayəndələri üçün aksiya təşkil olunacaq.
    Aksiya zamanı media nümayəndələri saat 10.00-dan 15.00-dək göz müayinəsindən keçə biləcəklər.

    Muxalifet4 - 18-07-2018

  19. ​Əsəd erməniləri Qarabağa göndərir – Ermənistanda ŞOK anlaşma

    Ermənistanın Baş naziri Nikol Paşinyan Suriyanın İrəvandakı səfiri Məhəmməd Hacı İbrahimlə görüşüb.
    Muxalifet.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Suriyada baş verən proseslər müzakirə edilib.
    Paşinyan diplomatdan Suriyada yaşayan ermənilərin vəziyyəti haqda məlumat alıb və Suriya hökumətinin Ermənistana gəlmək istəyən suriyalı ermənilərə dəstək ifadə edəcəyini diqqətə çatdırıb.
    Məhəmməd Hacı İbrahim bu istiqamətdə Suriya başçısı Bəşər Əsədin Ermənistan rəhbərliyinə dəstəyini ifadə edib.

    Muxalifet - 18-07-2018

  20. ​Sosial yardımı artıq daha rahat almaq mümkün olacaq... - YENİLİK

    ​Ünvanlı dövlət sosial yardımı üçün e-müraciət zamanı “Ərizə-bəyannamə”nin doldurulması proseduru ləğv ediləcək

    Muxalifet4 - 18-07-2018

Pages