Axtarış
The search found 105830 results in 0.073 seconds.
Search results
Mənsimovun gəmilərində ETİRAZLAR BAŞLADI
Azov dənizində reyddə dayanan neftdaşıyan tankerin heyət üzvləri aylardır əmək haqları ala bilmədiklərinə görə aclıq elan edib.
Muxalifət.az virtualaz.org-a istinadən xəbər evrir ki, “Riroil 5” tankerinin 12 heyət üzvündən 7-iRusiya, 5-i Azərbaycan vətəndaşlarıdır. Heyət üzvlərindən 4-ü aclıq aksiyasına başlayıb.Muxalifet4 - 20-07-2018
3 nəfərin ölümündə təqsirləndirilən sürücü məhkəməyə gəlmədi - SƏBƏB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxıda ölümlə nəticələn yol-nəqiliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlqar İbrahimov və Gülnarə Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Muxalifət.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş İ.İbrahimovun məhkəməyə gəlmədiyi məlum olub.Muxalifet4 - 20-07-2018
“Tank biatlonu”nda iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşdü
“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan tankçıları Moskva şəhərinə yola düşüblər.
Muxalifət.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Rusiyanın Alabino hərbi poliqonunda üç mərhələdə keçiriləcək “Tank biatlonu” müsabiqəsində 31 ölkədən komanda iştirak edəcək.
Müsabiqə iyulun 28-dən avqustun 11-dək keçiriləcək.Muxalifet4 - 20-07-2018
“Bu qəsəbədə qatar o qədər uşağı vurub ki…” - Faciələrlə dolu "Şanxay"dan REPORTAJ
Bakının ətrafında yerləşən, “Şanxay” adlandırılan qəsəbəni sökürlər. Dəmiryolu xətti boyunca kortəbii şəkildə tikilən evlər yarım əsrdən sonra şəhərin ən yoxsul və təhlükəli rayonlarından birinə çevrilib.
“Birinci sinifə getdiyi gündən cəmi altı gün sonra o, qatarın altında qalmışdı “, – deyə yaşı təqribən 50 olan, bəstəboy, qaraşın qadın Gülqayıb əlil oğlu barədə danışır.
Dəmiryolları arasında qol-budaq atmış tut ağacının yaxınlığında uşaqlar topla oynayırlar.
Muxalifet4 - 20-07-2018
Liftdə azyaşlı qıza təcavüz etdi - Bakıda İYRƏNC OLAY - FOTOLAR
Bakıda orta yaşlı kişi yeni tikililərin birinin liftində azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.
Muxalifət.az yenicag.az-a istinadən xəbər verir ki, həmin an liftin kamerasına düşüb.
Bu barədə məlumat sosial şəbəkədə yayılıb.Muxalifet4 - 20-07-2018
Könül Kərimovaya və digərlərinə qarşı dələduzluq edən qadının əməlləri - TƏFƏRRÜAT
Oğlunu universitetə qəbul etdirmək istəyən müğənni dələduzluğun qurbanı olub.
Muxalifət.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə M.Məmmədova özünü qismən təqsirli bilib.Muxalifet4 - 20-07-2018
Rubl, lirə, rial ölür: manata necə təsir edəcək? - ŞƏRH
Azərbaycan manatının məzənnəsinə neftlə yanaşı, Azərbaycanın qeyri-neft ixracatında aparıcı paya malik olan ölkələrin valyutalarının məzənnəsinin necə dəyişməsi də təsir edir.
Muxalifət.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. O bildirib ki, manatın sabit qalması üçün əsas faktor neftdir:
Muxalifet4 - 20-07-2018
Gömrükçülər cinayətkar qrupun planını məhv etdi
Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin əməkdaşları hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısını alıblar.
DGK-dan Axar.az-a verilən məlumata görə, həmin cihazlar cinayətkar qrupun üzvü tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycandan Rusiyaya aparılarkən "Samur" gömrük postunda aşkar edilib.
Fakt əsasında Komitənin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılıb.Muxalifet - 20-07-2018
Yaponiyada yağan yağışlar 217 nəfəri öldürdü
Yaponiyanın hakimiyyət orqanlarının yaydığı məlumata görə, 10 gün bundan əvvəl ölkənin qərbində yağan aramsız yağışlar səbəbindən yaranan torpaq sürüşmələri və daşqınlar nəticəsində 217 nəfər həlak olub, 13 nəfər isə itkin düşüb.
Muxalifət.az xəbər verir ki, ən çox həlak olanlar Hirpşima, Okayama və Ehime prefekturalarında qeydə alınıb. Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi bildirir ki, iyulun 20-də səhər saatlarına olan məlumata görə, həmin prefekturalarda 24 min ev təsərrüfatı hələ də susuz qalıb.Muxalifet4 - 20-07-2018
Putindən işğal olunmuş ərazilərlə bağlı SENSASİYALI TƏKLİF
Rusiya prezidenti Vladimir Putin iyulun 16-da Helsinkidə amerikalı həmkarı Donald Trampla görüşündə Ukraynanın Donbas bölgəsində referendum keçirməyi təklif edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “Blomberg” agentliyi mənbələrə istinadən bildirib.Muxalifet - 20-07-2018
HDP-li millət vəkilləri Hakkaridə öldürülən terrorçunun cənazəsinə yollandılar
Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyədə HDP-nin Batmandan seçilmiş millət vəkilləri Feleknas Uca və Mehmet Rüştü Tiryaki, PKK terrorçusu “Simko Kerboran” kod adlı Devran Baysalın cənazə mərasimində iştirak ediblər. CHP-nin yardımı sayəsində 10 faiz həddini keçərək yenidən Məclisə vəsiqə qazanan HDP üzvləri Qəndilə xidmət eləməkdədirlər. Cənazə aparılarkən deputat Tiryaki tabutu çiyninə alanlara qoşulub.
Muxalifet - 20-07-2018
“Heç bir ABŞ prezidenti Rusiyaya qarşı mənim qədər sərt olmayıb” - Donald Tramp
“Heç bir ABŞ prezidenti mənim qədər Rusiyaya qarşı sərt olmayıb”.
Trend-in məlumatına görə, bu fikri ABŞ prezidenti Donald Tramp yerli telekanllardan birinə müsahibə verərkən səsləndirib. Amerikalı lider bildirib: “Mən Rusiyaya istənilən ABŞ prezidentindən daha sərt yanaşmışam. Rusiyaya qarşı sanksiyalar, diplomatların ölkədən göndərilməsini xatırlayın. Bu qədərini heç kəs etməmişdi”.
Daha sonra D.Tramp qeyd edib: “Prezident Putin və Rusiya ilə münasibətləri yaxsılaşdırmaq müsbət bir şey olacaq. Əgər alınmasa, mən onun ən zalım düşməni olacam”.Muxalifet - 20-07-2018
Rusiyada azərbaycanlıların olduğu avtobus qəzaya düşdü - Video
Bu gün Rusiyanın Stavropol şəhərində ağır qəza baş verib. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva-Bakı marşrutu üzrə hərəkət edən “Mercedes” markalı avtobus “Ford” və “VAZ 2110” markalı minik avtomobilləri ilə toqquşub.
Qəza zamanı 13 nəfər xəsarət alıb, onlar arasında azərbaycanlıların da olduğu qeyd edilib.
Yaralılar xəstəxanaya yerləşdirilib.Muxalifet - 20-07-2018
Bakıda mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO
Sosial şəbəkələrdə Bakıda dəbdəbəli mənzillərini Küveytdən olan ərəb turistlərə 3 günlüyə kirayə verən və qayıdıb gördükləri mənzərə qarşısında şoka düşən ər-arvadın görüntüləri yayılıb.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, kadrlarda ərəblərin mənzili sözün əsl mənasında darmadağın etdiyi, hər tərəfi zibillədikləri, qarpızı yeyib qabığını döşəməyə atdıqları görünür. Kadr arxasından evin sahibəsi deyir: “Tüpürüm bunların verdiyi pula...”Muxalifet - 20-07-2018
Eks-prezidentə 8 il iş kəsildi – 3.3 milyard cərimə
Cənubi Koreya məhkəməsi ölkənin keçmiş başçısı Pak Kın Heni dövlət vəsaitini israfçılıqla xərclədiyinə və partiya fəaliyyətinə müdaxilə etdiyinə görə 8 il müddətinə azadlıqdan məhrum edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Renxap” yazıb.Muxalifet - 20-07-2018
Türkiyə Zap, Avaşin və Xakurkda əməliyyatlara başladı
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında PKK terror təşkilatına qarşı hərbi əməliyyatları davam etdirir. Trend-in məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahının bu gün yaydığı xəbərdə qeyd olunub.
Məlumatda qeyd olunur ki, terrorçuların məhv edilməsi üzrə havadan əməliyyatlar Zap, Avaşin və Xakurk rayonlarında aparılır.
Əməliyyatlar çərçivəsində məhv edilən terrorçuların dəqiq sayı barədə hələ məlumat verilməyib.Muxalifet - 20-07-2018
Məşhurların “emoji”li şəkilləri... - Foto
Amerikalı sənətçi Yonq Cek internet simvollarından istifadə edərək tanınmış simaların gərçək portretlərini çəkməklə məşhurlaşıb.
Muxalifet.az Kult.az-a istinadən xəbər verir ki, Yonq Cek ən fərqli və maraqlı emojilərin köməyilə məşhurların qəribə portretlərini yaradıb.Muxalifet - 20-07-2018
“WhatsApp”, “Facebook” və “Telegram” ən təhlükəli əlavələr siyahısına daxil olub –Reytinq
Mobil cihazların qorunması üzrə qlobal lider olan “Appthority” şirkəti tez-tez “qara siyahı”ya düşən yüksək riskli əlavələrin illik reytinqini dərc edib.
“iOS” qurğuları üçün proqramlar siyahısında ilk mövqeləri “WhatsApp”, “Facebook Messenger” və “Waze” messencerləri tutub. “Android” əlavələri reytinqində “WhatsApp”, “Facebook Messenger” və “Telegram” servisi liderdir. İkinci rübdə “Waze” və “Telegram” reytinqə yeni daxil olub.Muxalifet - 20-07-2018
"MTN işi"ndə zərərçəkən iş adamı həbs edilib - O, 5 nəfəri biznes qurmaq adı ilə aldadıb
Bakıda dələduzluqla əlaqədar axtarışda olan və tutulan şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Əzimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.Muxalifet - 20-07-2018
“Böyük məsafə qət edə bilərik” – Mnatsakanyandan Qarabağ açıqlaması
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin köməkçisi Rosmari Di Karlo ilə görüşüb.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, İrəvanda baş tutan görüşdə Ermənistan – BMT əməkdaşlığı müzakirə edilib.
Görüşdə eyni zamanda, Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi müzakirə edilib.
Mnatsakanyan BMT rəsmisinə bir neçə gün əvvəl Belçikada (Brüssel) Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla baş tutan görüş barədə məlumat verib.Muxalifet - 20-07-2018