Axtarış
The search found 105835 results in 0.099 seconds.
Search results
Ermənistandakı korrupsiya Paşinyanı şoka saldı
Korrupsiya haqqında gündəlik məlumatlar məni şok edir.
APA-nın verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Erməni cəmiyyətində həmişə bəlli problemlərdən danışılır, amma elə də aşkar olmayan, lakin əhəmiyyəti heç də az olmayan məsələlərə çox az diqqət yetirilir. Mən təəccüb edirəm. Əvvəllər mən çalışırdım sərt tənqidlərə, qabartmalara yol verməyim, lakin bu gün ölkədəki korrupsiyanın miqyasından şokdayam. Bu ağlasığmaz dərəcədədir”, - deyə Nikol Paşinyan qeyd edib.Muxalifet - 21-07-2018
İsraili Nazir: "Həmas raket atəşlərinə davam etsə..."
İsrailin müdafiə naziri Aviqdor Liberman Həmas təşkilatını yəhudi yaşayış məntəqələrinə raket atmaqla günahlandırıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Sülh Prosesi Üzrə Xüsusi Koordinatoru Nickolay Mladenov ilə keçirdiyi telefon görüşündə Liberman mühasirə altındakı Qəzzada baş verən son proseslərə toxunub.Muxalifet - 21-07-2018
Bakının bəzi yerlərində işıqlar niyə sönüb? - RƏSMİ AÇIQLAMA
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısa fasilə yaranıb.
"Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı REAL-a bildirib ki, enerji sistemində heç bir problem olmayıb. Sadəcə olaraq, 8-ci kilometr xəttində açılma baş verib və dərhal problem aradan qaldırılıb. Yəhya Babanlının sözlərinə görə, elektrik xəttindəki açılmanın səbəbləri araşdırılır.Muxalifet - 21-07-2018
Adnan Oktarın Azərbaycandakı tərəfdarları kimlərdir? - Rəsmi açıqlama+ Video
Türkiyədə bir sıra cinayətlərdə ittiham edilərək həbs olunan Adnan Oktarın Azərbaycanda da tərəfdarları olub. Bu şəxslər onun Azərbaycanda bir sıra fəaliyyətlərinin həyata keçirilməsinə dəstək veriblər.
“Qafqazinfo”nun “Xezerxeber.az”a istinadən məlumatına görə, internetdə A.Oktarın tərəfdarlarının “Sizi sevirik”, “sayənizdə islamı öyrəndik”, “sayənizdə Darvinizmin yanlış olduğunu öyrəndik” və s. kimi çoxsaylı fikirləri və görüntüləri yer alır.Muxalifet - 21-07-2018
“Azərbaycanda İran bayrağı öpənlər cəzalandırılmır, amma...” – TARİXÇİ ALİM SƏRT DANIŞDI
İranın Sarab şəhərinin məhkəməsi mühakimə etdiyi türk fəal və həkim Seyyid Camal Musəvinejadın barəsində Azərbaycan Respublikasının bayrağını öpərək göstərən fotoşəkillərə əsaslanaraq hökm çıxarıb. Hökmdə məhkəmə müttəhimi biganə ölkənin bayrağına hörmət edib öpməsini göstərən şəkillərlə ittiham edib və müttəhimi bir il həbsə məhkum edib. Güney Azərbaycan Televiziyası (Günaz TV) və HRA agentliyinin məlumatına görə Sarab şəhər Məhkəməsinin çıxardığı hökm Şərqi Azərbaycan apellyasiya məhkəməsi tərəfindən də qüvvədə saxlanıb.
Muxalifet4 - 21-07-2018
ABŞ bəyan etdi: Donbasda referendum...
ABŞ Prezident Adminitrasiyası Donbasın Kiyevdən asılılığını ləğv edən referendum təklifini dəstəkləmir.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Qarret Markis deyib.
“Bu referendumun keçirilməsi legitim sayılmaz”, - deyə o bildirib.
Qeyd edək ki, “Blumberq” agentliyi Helsinkidə Putinin Trampı Donetsk və Luqansk Xalq Respublikalarında referendumun təşkili ilə bağlı müzakirələrə dəvət etdiyini iddia etmişdi.Muxalifet - 21-07-2018
Boğulan yeniyetmələri xilas edən iki nəfər xəsarət alıb
Araz çayında boğulan uşaqları xilas edən iki nəfər xəsarət alıb.
Muxalifet - 21-07-2018
Məşhur türk futbolçu Romada evləndi - Fotolar
Türkiyə millisinin keçmiş üzvü Nihat Kahveci 6 aydır birlikdə olduğu Fulya Severlə evlənib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, cütlüyün nikahı Romada baş tutub.
Bernardino sarayında keçirilən məclisə cütlüyün ailə üzvləri və yaxınları qatılıb.
Türkiyəyə qayıdan cütlük işləri ilə əlaqədar 1 həftə İstanbulda qaldıqdan sonra bal ayına çıxacaq.Muxalifet - 21-07-2018
Dünyanın ən nüfuzlu gəncləri - adlar açıqlandı
"Fortune" jurnalı yaşı 40-dan aşağı olan dünyanın 40 ən nüfuzlu gəncindən ibarət illik reytinqini dərc edib.
Muxalifet.az "İKTnyus"a istinadən xəbər verir ki, "40 under 40" reytinqində ilk pilləni 34 yaşlı iş adamları bölüşdürürlər:
"Facebook"un həmtəsisçisi və direktoru Mark Zukerberq, həmçinin "Facebook" şirkətinə məxsus "Instagram" sosial şəbəkəsinin direktoru Kevin Sistrom.Muxalifet - 21-07-2018
ABŞ-da dinozavrların yeni növü kəşf edildi
ABŞ paleontoloqları yeni dinozavr növünü aşkarlayıblar.
Muxalifet.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Yuta ştatının Tarixz Muzeyinin "Youtube" kanalında məlumat yayılıb.
Alimlər onu "Akainacephalus johnsoni" – akaynoçefal consoni adlandırıblar. O, ankilozavr dəstəsinə aiddir.
Paleontoloqların sözlərinə görə, dinozavrın bədəni möhkəm sümük zirehlə örtülüb. Tədqiqatçılar dinozavrın skeletinin böyük hissəsini tapa biliblər.Muxalifet - 21-07-2018
ABŞ-da katerin batış anı, 17 ölü - VİDEO
ABŞ-ın Missuri ştatında yerləşən Teybl-Rok gölündə gəzinti katerinin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəzaya səbəb göldə tüğyan edən güclü qasırğa olub.
Məlumata görə, 7 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Bundan əvvəl qayıqda uşaqlar da daxil olmaqla, ümumilikdə, 31 nəfərin olduğu bildirilib. Qasırğa zamanı küləyin sürəti saatda 100 km təşkil edib.Muxalifet - 21-07-2018
Türkləri təhqir edən nazirə istefa tələbi – Prezidentə müraciət
Güney Azərbaycandan olan milli-mədəni fəallar sosial şəbəkədə İranın təhsil naziri Məhəmməd Bəthayiyə qarşı kampaniyaya başlayıblar.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, “Tvitter Fırtınası” adlanan kampaniya çərçivəsində təhsil nazirinin Azərbaycan və digər qeyri-fars dillərinə qarşı irqçi çıxışlarına etiraz edilir.
Milli fəallar Prezident Həsən Ruhaniyə müraciət edərək, naziri öz vəzifəsindən uzaqlaşdırmağa çağırıblar. Onlar bu barədə Ruhaninin Tvitter-dəki hesabına məktub göndəriblər.Muxalifet - 21-07-2018
Bakıda gənc oğlan ürəyindən bıçaqlandı
Bakıda gənc oğlan ürəyindən qətlə yetirilib.
"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.
Ötən gün gecə saatlarında "3-cü mikrorayon dairəsi" kimi tanınan ərazidə 1990-cı il təvəllüdlü Rəşad Əliyev naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, R.Əliyev ürək nahiyəsindən bıçaq xəsarəti alıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin müvafiq şöbəsinə təhvil verilib.Muxalifet - 21-07-2018
Şamaxı sakini avtomobili dərəyə aşırıb
Şamaxı rayon sakini avtomobili aşıraraq xəsarət alıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Səfərov Vaqif Vüsal oğlu idarə etdiyi "VAZ 21112" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq dərəyə aşıb.
Hadisə zamanı sürücü ağır bədən xəsarətləri alıb. O, Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 21-07-2018
İnsanları diri-diri basdırırlar – Dünyanın ən dəhşətli həbsxanası
Bəhreyndəki həbsxanalardan Əli Xəlifə rejiminə müxalif olan insanlardan intiqam almaq üçün istifadə edilir. Muxalifet.az xəbər verir ki, bu barədə “El-Lolo” məlumat yayıb. Mənbə həbsxanaların məhbuslar üçün əsl işgəncə otaqları və ölüm düşərgəsi olduğunu yazır. İddia edilir ki, əksər həbsxanaların altında böyük məzarlıqlar var. “El-Lolo” eyni zamanda, burada siyasi məhbusların diri-diri basdırıldıqlarını da iddia edərək, Bəhreyn həbsxanlarındakı dəhşətli mənəzərələrə qorxulu don geyindirir.
Muxalifet - 21-07-2018
Sarkisyanın şəxsi cangüdəni 2 mln. dollar girov müqabilində azadlığa buraxılacaq
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın şəxsi cangüdəni general-mayor Vaçaqan Kazaryan 2 mln. dollar girov müqabilində azadlığa buraxılacaq.
APA-nın “Sputnik Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu ilin iyunun sonunda qeyri-qanuni varlanma və bəyannamələrdə yalan məlumatların təqdim edilməsi ittihamları ilə həbs edilən general Kazaryan məhkəmənin qərarı ilə girov müqabilində azadlığa buraxılacaq.Muxalifet - 21-07-2018
Dünya mediasında anti-Türkiyə ab-havası – Sitatlar
2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdilə əlaqədar elan edilmiş fövqəladə vəziyyətin ləğvi dünyanın nüfuzlu media qurumlarının diqqətindən yayınmadı.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, İngiltərədə nəşr olunan “The Guardian” qəzeti Türkiyədə “boğucu, qorxulu iqlim”in hökm sürdüyünü yazır: “Fövqəladə vəziyyətin ləğv edilməsinə baxmayaraq, Türkiyədə boğucu qorxulu iqlim hələ də davam edir. Ərdoğan müxalifləri izləməkdə israrlıdır”.Muxalifet - 21-07-2018
Azərbaycanlı deputatdan Adnan Oktar haqda sərt sözlər
“Son fəaliyyəti daha iyrənc idi, İslamı gözdən salmaqla məşğul idi...”
Artıq neçə gündür ki, Türkiyə mətbuatının əsas manşet xəbərləri özünü “Mehdi” kimi təqdim edən, “hoca” ləqəbli Adnan Oktarın həbsi, ortaya çıxan dəhşətli, iyrənc faktlarla bağlıdır. Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı həbs edilən “hoca” və onun cinayətkar şəbəkəsi ilə bağlı ortaya çıxan məlumatlar, şahidlərin açıqlamaları, etirafları gündəmi silkələməkdə davam edir.Muxalifet - 21-07-2018
Şəhid uşaqlarının istəyi: ATAMIZIN QANI YERDƏ QALMASIN, QƏNDİLƏ BAYRAQ TAXILSIN!
Adları Günəş və Zəlihadır. Türkiyə onları 2007-də tanıyıb. Şəhid atalarının dəfnində, dayılarının qucağındaydılar. Cırıq corablı və yalın ayaq görüntüləri bütün ölkəni ağlatmışdı. İndi biri litsey, digəri orta məktəbə gedən gənc qızların tək istəyi var: Qəndilin təmizlənib zirvəsinə Türk bayrağının sancılması. Şimali İraqa qarşı 7 oktyabr 2007 tarixində keçirilən quru hərəkatında Şırnakın Gabar dağında 12 yoldaşıyla birlikdə şəhid olan əsgər Kapral Qasım Aksoyun qızları Günəş 14, Zəliha isə artıq 12 yaşındadır.
Muxalifet3 - 21-07-2018
Müharibə astanasına gəlindi, BMT çağırış etdi: DƏRHAL HƏR KƏS GERİ ÇƏKİLSİN!
İsrail ordusunun Fələstinin Qəzzə zolağı boyunca həyata keçirdiyi bir sıra bombalı hücumdan sonra BMT-dən açıqlama gəlib. BMT-nin açıqlamasında, “Hər kəs geri çəkilsin, sabah yox, dərhal indi” deyə, qeyd edilib.
İsrail Ordusu Qəzza zolağı boyu bir sıra bombalı hücum həyata keçirib. İsrail, bu gün bəzi hərbi birləşmələrinə Qəzza tərəfdən atəş açıldığını irəli sürmüşdü. Bu açıqlamadan sonra baş verən hücumlarda, dörd Fələstinli şəhid olub.
BMT: MÜHARİBƏNİN ASTANASINA GƏLİNDİ
Muxalifet3 - 21-07-2018