Axtarış
The search found 105830 results in 0.103 seconds.
Search results
“Qarabağ” ciddi itki ilə üzləşdi
“Qarabağ” ciddi itki ilə üzləşib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Dani Kintana sıradan çıxıb.
Çempionlar Liqasının I təsnifat mərhələsində “Olimpiya” ilə cavab qarşılaşmasında zədələnən ispaniyalı futbolçu tibbi müayinədən keçib. Məlum olub ki, Daninin əzələsində dartılma olub. Həkimlər futbolçunun yalnız 1 həftədən sonra fərdi məşqlərə başlayacağını bildiriblər. Bu isə o deməkdi ki, Kintana II təsnifat mərhələsində “Kukesi” ilə ilk görüşü buraxacaq.
Qeyd edək ki, “Kukesi” – “Qarabağ” matçı iyulun 25-də keçiriləcək.Muxalifet - 20-07-2018
Paşinyan Qarabağda müharibə riski haqda danışdı
Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, regionda müharibənin yenidən başlaması təhlükəsi həmişə mövcuddur və buna hazır olmaq lazımdır. Lakin onun fikrincə Rusiya imkan verməz ki, Azərbaycan müharibəyə başlasın.
Muxalifet - 20-07-2018
“Məni beyzbol ağacıyla döydülər” - Aktyorla dalaşan iş adamı
Türkiyəli aktyor Nejat İşlerin döyülməsinin təfərrüatı məlum olub. “Qafqazinfo” xəbər verir ki, aktyorla dava edən iş adamı hadisə barədə açıqlama verib. O, həyat yoldaşının Nejatın pərəstişkarı olmadığını, mübahisənin başqa səbəbdən meydana gəldiyini bildirib.
34 yaşlı H. E toydan sonra xanımı ilə Bodruma getdiyini, həmin gecə əylənmək üçün Nejatın olduğu bara üz tutduqlarını söyləyib:Muxalifet - 20-07-2018
Təxribat törətmək istəyənlər heç nəyə nail ola bilmir – Əli Əhmədov
Yeni Azərbaycan Partiyası mətbuatın fəaliyyətinə böyük önəm verir.
Muxalifet.az axar.az- a istinadən xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.
"Dövlətin əldə etdiyi naliyyətlərdən biri də budur ki, dövlət səviyyəsində mətbuata böyük diqqət göstərilir. Azərbaycanda böyük mətbuat formalaşıb", - Ə.Əhmədov bildirib.
O bildirib ki, sosial media bu gün mətbuat qarşısında ciddi çağırışlar qoyur:Muxalifet - 20-07-2018
İraqın kürd prezidenti nümayişçiləri SAKİTLƏŞDİRMƏYƏ ÇALIŞDI
Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, İraqın Bəsrə şəhərində başlandıqdan sonra, ölkənin şiələrin sıx yaşadıqları Nəcəf, Kərbəla, Zukkar, Misan, Divaniyə, Nasiriyə və Bağdadın bəzi rayonlarına da yayılan, işsizlik, xidmət qıtlığı, su, elektrik problemlərinə qarşı etiraz nümayişləri davam edir. Bu gün cümə namazından sonra bir çox mərkəzdə böyük nümayişlər keçirilməsi gözlənirdi. Böhranla əlaqədar İraqın kürd prezidenti Fuad Masum hərəkətə keçib.
Muxalifet - 20-07-2018
Bu dəlil Gülənin sonunu gətirə bilər
Fəthullahçı Terror Təşkilatının (FETÖ) bir üzvünün telefonundan 15 iyul dövlət çevrilişi gecəsinə aid çox əhəmiyyətli yeni bir dəlil əldə edilib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin ədliyyə naziri Əbdülhəmid Gül bildirib.
Onun sözlərinə görə, bu dəlil FETÖ-nün çevriliş cəhdi ilə birbaşa əlaqəli olduğuna dair bütün tezisləri gücləndirir.
“Bu axşam ABŞ-ın ədliyyə naziri ilə telefon söhbətin olacaq. Prosesi birlikdə izləyəcəyik”, - türkiyəli nazir vurğulayıb.Muxalifet - 20-07-2018
Hava limanında ŞOK: QADIN LÜT SOYUNDU VƏ... – VİDEO
Türkiyənin Atatürk Hava limanında gözlənilməz hadisə baş verib. Muxalifet.az “Hürriyet”ə istinadla xəbər verir ki, turist qadın ayaqyolundan çılpaq şəkildə çıxıb. Xidmətçilər terminalda paltarsız gəzən qadının üzərini örtməyə çalışıblar. Daha sonra içkili olan qadın polis mərkəzinə aparılıb. Bir müddətdən sonra özünə gələn turist sərbəst buraxılıb.
Muxalifet4 - 20-07-2018
“Slovakiya İsrail üzərindən Azərbaycana silah satır” – Ermənistandan ŞOK iddia
Ermənistan parlamenti sədrinin müavini Mikael Melkumyan Slovakiyadan olan iş adamları ilə görüşüb. Ermənistan KİV-i xəbər verir ki, görüş İrəvanda baş tutub. İkitərəfli iqtisadi əlaqələrin müzakirə olunduğu məsələdə Mikael Melkumyan Slovakiyanın Azərbaycana silah satmasına da toxunub: “Slovakiya İsrailə tank və avtomatik “Dana” raket sistemləri ixrac edir. Hətta, bunun lisenziyalarını qarşı tərəfə verib. Həmin silahlar isə Azərbaycan üçün nəzərdə tutulub. Slovakiya öz silahlarını Azərbaycana İsrail üzərindən satır”.
Muxalifet - 20-07-2018
"Taliban" Əfqanıstanı qana boyadı
Əfqanıstanın şimalında Kunduz vilayətində "Taliban" radikal hərəkatı üzvlərinin silahlı hücumu olub.
Muxalifet.az xəbər verir ki, hücum nəticəsində azı 12 polis əməkdaşının həlak olduğu bildirilir.
Faktı polis nümayəndəsi İnamuddin Rəhmani təsdiq edib, lakin ölənlərin dəqiq sayını qeyd etməyib. Bununla belə, onun sözlərinə görə, qarşı tərəfə tutarlı cavab verilib, "Taliban" radikal hərəkatı böyük itikilərə məruz qalıb.
İ.Rəhmanı əlavə edib ki, hazırda təhlükəsizlik qüvvələri tərəfindən şəraitə tam nəzarət olunur.Muxalifet - 20-07-2018
Qorxunc virusu yenidən alovlana bilər - XƏBƏRDARLIQ
Qlobal İİV virusu yenidən alovlana bilər.
Publika.az xəbər verir ki, “Lancet” jurnalında yayımlanan yazıda mütəxəssislər bunun İİV-lə mübarizəyə vəsait ayrılması barədə qərarların təxirə salınması ilə əsaslandırıblar.
Bunun da QİÇS xəstəliyi ilə bağlı mübarizə tədbirlərinin effektsiz olduğu bildirilir.Muxalifet - 20-07-2018
Türkiyə ilə Hollandiya arasındakı gərginlik başa çatdı
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə holland həmkarı Stef Blok arasında telefon danışığı baş tutub.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Türkiyə XİN telefon söhbətinin ardından yazılı açıqlama verib.
“Türkiyə ilə Hollandiya arasındakı münasibətlərin normallaşdırılmasına qarşılıqlı şəkildə qərar verildi”, - açıqlamada deyilib.Muxalifet - 20-07-2018
"Çevriliş cəhdinə aid çox önəmli dəlillər əldə etmişik" - Türkiyənin ədliyyə naziri
“15 iyul çevriliş cəhdi gecəsinə aid çox önəmli dəlillər əldə etmişik”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül deyib.
“Bir FETÖ-çunun telefonundan əldə edilən məlumatdır. O gecə FETÖ-nun çevriliş cəhdi ilə birbaşa əlaqəli olduğuna dair bütün fərziyələrimizi, məlumatlarımızı gücləndirən yeni bir sübuta çatmışıq. Həmin sübutu aidiyyəti orqanlara təqdim etmişik. Bu mövzuda bir addım gözləyirik. Bu axşam da ABŞ-ın ədliyyə naziri ilə telefonda danışacağam. Bu prosesləri hamımız birlikdə izləyəcəyik”, – nazir bildirib./axar.az/Muxalifet - 20-07-2018
Səmra Rəhimli "Пиджак" klipini təqdim etdi - VİDEO
Müğənni Səmra Rəhimli "Пиджак" (Pencək) klipini təqdim edib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, cəlbedici geyimləri ilə daim diqqət mərkəzində olan sənətçi bu dəfə də ənənəsinə sadiq qalaraq erotik kadrları ilə gündəm yaradıb. Müğənni bildirib ki, musiqisi Sudakov Vladislav Borisə aid olan mahnı ona hədiyyə edilib: “Mən bir dəfə çox qeyri-adi hədiyyə aldım. Bu, "Пиджак" mahnısıdır. Bax, bu gün o, yeni həyatını yaşamağa başladı. Yeni işimi sizinlə bölüşdüyüm üçün çox xoşbəxtəm”.
Muxalifet - 20-07-2018
Paşinyan ABŞ-a gedəcək
Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrda ABŞ-a səfər edəcək.
Bunu "Amerikanın Səsi" radiostansiyasına müsahibəsində baş nazirin birinci müavini Ararat Mirzoyan bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Paşinyanın BMT Baş Assambleyasında çıxışı və həmçinin amerikalı tərəfdaşları ilə ikitərəfli görüşləri nəzərdə tutulub.Muxalifet - 20-07-2018
"BakuBus" avtobusların gecikmə səbəblərini AÇIQLADI
"BakuBus" istifadəsində olan marşrutlarda avtobusların gecikməsinə səbəb olan amillər media nümayəndələrinin diqqətinə çatdırılıb.
Muxalifet.az xəbər verir ki, "BakuBus" MMC-nin direktor müavini Azər Qasımov bildirib ki, şəhər mərkəzində qeyri-qanuni prakovkalar avtobusların hərəkətinə mane olur: "Bu prosesdə avtobus sürücüləri günahkar deyil. Şəhərin bəzi küçələrində pik saatlarda tıxaclar olur. Bu səbəbdən avtobusların hərəkətində gecikmələr baş verir. Bu baxımdan sərnişimlərin də bizi başa düşməsini istərdik".Muxalifet - 20-07-2018
“İranla bağlı ehtiyatı əldən verməməliyik” - POLİTOLOQ
“İranın Nikol Paşinyanı tələsik İrana dəvət etməsi Azərbaycanı narahat etməyə bilməz”
Muxalifet - 20-07-2018
"Neftçi"nin kapitanı 6 ay müddətinə sıradan çıxdı
Azərbaycan milli komandasının və "Neftçi" klubunun futbolçusu Ruslan Abışov 6 ay müddətinə sıradan çıxıb. "Report"un məlumatına görə, bu barədə 31 yaşlı müdafiəçinin qardaşı və meneceri Sərxan İbrahimoğlu bildirib.
"Ağ-qaralar"ın kapitanı Macarıstanın paytaxtı Budapeştdə "Uypeşt"ə 0:4 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünün 41-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə ayağından zədələnib. O, meydanı xərəkdə tərk etməli olub və yerini Tural Axundova verib.Muxalifet - 20-07-2018
İstirahət günlərinin HAVA PROQNOZU açıqlandı
İstirahət günlərinin hava proqnozu açıqlanıb.
Bu barədə Muxalifet.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumatda deyilir: "Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 26-31, dağlıq rayonlarda isə 18-23 dərəcə isti təşkil edəcək.Muxalifet - 20-07-2018
“Prezident Sini çox istəsəm də, 500-ə qədər qaldırmağa hazıram”
Muxalifet.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çindən idxal edilən 500 milyard dollar dəyərində məhsula gömrük vergisi tətbiq eləməyə hazır olduğunu bildirib. CNBC-yə müsahibə verən Tramp deyib: “500-ə çıxmağa hazıram”.
Mətbuatın yazdığına görə, bu rəqəmlə Tramp 2017-ci ildə ABŞ-ın Çindən 505 milyard dollarlıq məhsul idxal eləməsini nəzərdə tutur.Muxalifet - 20-07-2018
Antonio Konte "Çelsi" klubunu məhkəməyə verir
İngiltərənin "Çelsi" futbol komandasının sabiq baş məşqçisi Antonio Konte klubun onu istefaya göndərmək qərarından narazı qalıb.
"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis London təmsilçisini məhkəməyə vermək niyyətindədir.
İtaliyalı hüquqşünasların fikrincə, Konte növbəti mövsüm başlamazdan öncə iş tapa bilməyəcək. O, məhkəmənin qərarı ilə 2018-2019 mövsümünün sonunda "Çelsi"dən 9 milyon avro kompensasiya ala bilər.Muxalifet - 20-07-2018