Axtarış
The search found 105839 results in 0.187 seconds.
Search results
Milli Mətbuatımızın banisi – HƏSƏN BƏY ZƏRDABİ
Zaman öz axarındadır. Bəşər boyu bu axar çoxlarını həyatından aparmışdır. Amma “gedənlərin” arasında elələri olub ki, sadəcə dünyasını dəyişblər, müqəddəs ruhları, xidmətləri isə həmişəyaşarlıq qazanıb. Belələrindən biri də adı cəkiləndə qürur hissi duyduğumuz, Milli Mətbuatımızın öndəri Həsən bəy Səlimbəy oğlu Məlikov Zərdabidir. O, 1837-ci il noyabr ayında Göyçay qəzasının Zərdabi kəndində dünyaya göz açmışdı. İlk təhsilini doğma kəndində və Şamaxıda almışdı.
Muxalifet4 - 22-07-2018
"Tramp dünya iqtisadiyyatına zərbə vuracaq"
"ABŞ-ın tətbiq etdiyi rüsum və tariflər dünya iqtisadiyyatına təsir göstərə bilər".
Bu sözləri Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard deyib.
“Ən pis ssenaridə rüsumlar qlobal ÜDM-in 0.5 faiz azalmasına səbəb ola bilər”, - Laqard bildirib.Muxalifet3 - 22-07-2018
Rəis Qarabağ əlilindən rüşvət istədi, ala bilmədikdə... – DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən PREZİDENTƏ ŞİKAYƏTLƏR
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində qeydiyyatda olan və yaşayan Əsədov Abı Əsəd oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:
“Cənab Ali Baş Komandan!Muxalifet4 - 22-07-2018
Mətbuatın problemləri müzakirə olundu: “Bu acınacaqlı durumun səbəbləri...” - VİDEO
Media Klubu Milli Mətbuat Gününün 143-cü ildönümü münasibətilə mediamızın köklü problemini müzakirə edib. Müzakirədə Media Klubunun üzvləri iştirak ediblər.
Muxalifet4 - 22-07-2018
Rusiyalı deputat Turan Agentliyini Mətbuat Günü münasibətilə təbrik etdi
RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev Turan İnformasiya Agentliyini Azərbaycanın Milli Mətbuat Günü münasibətilə təbrik edib.Muxalifet4 - 22-07-2018
ŞAMAXIDA KÜTLƏVİ DAHA - 4 nəfər xəsarət aldı
Şamaxı rayonunda 10 nəfərin iştirakı ilə kütləvi dava baş verib, yaralılar var.
Muxalifet4 - 22-07-2018
AZƏRBAYCANA QARŞI NÖVBƏTİ HƏMLƏ: “Məni əmin ediblər ki, TAP dayandırılacaq...”
İtaliyanın Melandunyo şəhərinin meri Marko Potti Azərbaycan qazının Avropaya nəqli üçün çəkilən TAP kəmərinin “dayandırılacağına” əmindir.
Muxalifet.az-ın məlumatına görə, virtualaz.org İtaliya KİV-lərinə istinadən xəbər verir ki, mer bu barədə hökumət koalisiyasının üzvü olan “5 Ulduz” (M5) partiyasından onu əmin etdiklərini bildirib.
Muxalifet4 - 22-07-2018
ABŞ-la Avropa arasında iqtisadi müharibə başladı - "Ağ Ev ilk addımı atmasa..."
Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer ABŞ və Avropa arasında iqtisadi müharibənin başladığını elan edib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“G20-də hər kəs ticarət savaşının dünya iqtisadiyyatının inkişafı üçün təhlükə yaradan bir reallıq olduğunu bilir. Mən ABŞ-dan sağlam şəkildə düşünməyə qayıtmasını, qaydalara və öz müttəfiqlərinə hörmətlə yanaşmasını xahiş edirəm”, - deyə nazir qeyd edib.
Muxalifet4 - 22-07-2018
Cəlilabadda yol qəzası: iki qardaş öldü
Cəlilabadda ağır yol qəzası baş verib.
“Report” bildirir ki, hadisə bu gün səhər saatlaraında Ələt-Astara magistralının Cəlilabad rayonundandan keçən hissəsində qeydə alınıb. “Mersedes” markalı minik maşınının pomidor yüklü motosikletə çırpılması nəticəsində Masallı rayon Köçərli kənd sakinləri - Tural və Yalçın Mirzəyev qardaşları ağır xəsarət alıblar. Onlar xəstəxanaya aparılarkən yolda dünyalarını dəyişiblər.
Faktla bağlı araşıdrma aparılır.Muxalifet4 - 22-07-2018
Ruhani Trampı "Odla oynamamağa" çağırdı – “Siz İranın təhlükəsizliyinə qarşı heç bir maneə törədə bilməzsiniz"
İran prezidenti Həsən Ruhani Amerikalı həmkarını "odla oynamamağı" məsləhət görür.
Bu barədə "Taşim" agentliyi xəbər verir.
"Odla oynamayın, çünki buna görə peşman olacaqsız. Siz İranın maraqları və təhlükəsizliyinə qarşı heç bir maneə törədə bilməzsiniz" - İran lideri vurğulayıb.
Həmçinin, Ruhani Amerikalı həmkarının diqqətinə onu da çatdırıb ki, İranla sülh ümumi dünya ilə sülhün açarıdır, İranla müharibə isə digər müharibələrin açarı olacaq:Muxalifet4 - 22-07-2018
KÜRDƏMİRDƏ DƏHŞƏT: Ögey atası 5 yaşlı uşağı döyüb öldürdü
Kürdəmir rayonunda 5 yaşlı uşaq döyülərək öldürülüb.
Hadisə rayonun Muradxan kəndində yerləşən fermalardan birində qeydə alınıb.Muxalifet4 - 22-07-2018
Məşhur futbolçu karyerasını bitirdi
Mekskalı məşhur futbolçu Rafael Markes karyerasını bitirməyə qərar verib.
39 yaşlı müdafiəçi bu barədə şəxsi "Twitter" səhifəsində yazıb.
Markes 22 illik karyerası ərzində yerli "Atlas" və "Leon"la yanaşı, Fransanın "Monako", İspaniyanın "Barselona", ABŞ-ın "Nyu-York Red Bullz" və İtaliyanın "Verona" kimi klublarında çıxış edib. O, "Barsa"nın heyətində 4 dəfə İspaniya çempionluğu, 3 dəfə ölkə Super Kuboku, 2 dəfə Çempionlar Liqası və hərəyə bir dəfə İspaniya Super Kuboku, UEFA Super Kuboku və klublararası dünya çempionluğu əldə edib.Muxalifet4 - 22-07-2018
Göyçayda toyda kütləvi zəhərlənmə - 14 NƏFƏR XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
Göyçay rayonunda təşkil edilən toy mərasimində qidalanmadan sonra qonaqlar arasında kütləvi şəkildə halı pisləşənlər olub.
APA-nın məlumatına görə, rayonun Şəhadət Qarabağlar kənd sakini Cəfərov Şirvan Cəfər oğlunun nəvəsi üçün Göyçay şəhərindəki restoranlardan birində təşkil edilən sünnət toyu mərasimində qonaqlara müxtəlif çeşiddə meyvə şirələri təqdim edilib.Muxalifet4 - 22-07-2018
Azərbaycanlı hakim Ermənistan komandasının oyununa təyinat aldı
Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Virtualaz.org-un məlumatına görə, A.Xudiyev Avropa Liqasının II təsnifat mərhələsinin iyulun 26-da Monteneqronun Nikşiç şəhərindəki "Qradski" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlanacaq ilk “Sutyeska" - "Alaşkert" görüşündə Alen Byeri, Yan Kobeli, Sertac Kurnazka və Urs Şnayderdən ibarət isveçrəli hakimlər briqadasının işinə qiymət verəcək.
Bolqarıstanlı İvan Lekov isə UEFA nümayəndəsi təyin edilib.Muxalifet4 - 22-07-2018
ABŞ və İsrailin “Fələstin” fırıldağı üzə çıxdı
Fələstinin işğalına qanuni don geyindirmək istəyən Təl-Əviv rəhbərliyinin bu zaman Qəzzaya yönəlik təzyiqləri səbəbi aydınlaşmağa başlayıb. Misirdə masaya oturdulan “Həmas” təşkilatına "İsraili tanı" təzyiqi edilirkən, bir yandan daTrampın kürəkəni və müşaviri Kuşnerin rüşvət təklif etdiyi ortaya çıxıb. İşğal etdiyi Fələstin ərazilərini "Yəhudi milli dövləti" kimi tanıyan və Ərəbləri yox sayan Sionist qanun qəbul edərək dünyaya meydan oxuyan İsrail, Qəzzada “Həmas”ın müqavimətini tam qırmaq üçün hərəkətə keçib.
Muxalifet3 - 22-07-2018
"Rusiya Qarabağdakı hərbi hərəkətləri sakitcə müşahidə edə bilər" - RUS POLİTOLOQ
Ermənistanın baş naziri Nikol Paşinyanın “Rusiya Qarabağda müharibəyə imkan verməyəcək” bəyanatı indiki erməni rəhbərliyinin ikiüzlü siyasətinin bir hissəsidir, başqa heç nə...
Muxalifet.az xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında Rusiya politoloqu Yevgeni Mixaylov deyib.
Muxalifet4 - 22-07-2018
Kosmosda dövlət quran azərbaycanlı milyarderdən ŞOK AÇIQLAMA - “2.5 TRİLYON AVRO XƏRCLƏNƏCƏK...”
Kosmosda Yerdən asılı olmayan “Asgardiya” adlı dövlət qurdğunu elan edən azərbaycanlı alim və milyarder, Rusiyanın S-300, S-400 raketlərini istehsal edən “Almaz-Antey” korporasiyasının rəhbəri olmuş İqor Aşurbəyli planlarını “Hürriyət” qəzetinə danışıb.
Muxalifet4 - 22-07-2018
Pakistanda iqtidara şok zərbə - Ömürlük həbs
Pakistanın iqtidar partiyası Pakistan Müsəlman liqası – Nəvazın qabaqcıl simalarından Hənif Abbası ömürlük həbs edilib.
Muxalifet.az xəbər verir ki, Abbasinin həbsinə səbəb kimi narkotik maddə istehsalında istifadə edilən 500 kiloqram efedrin maddəsini qeyri-qanuni yollarla satması göstərilib.
Eyni zamanda millət vəkilliyinə namizəd olan Abbasi həbs edilərək Adiala cəzaçəkmə müəssisəsinə göndərilib.
Muxalifet3 - 22-07-2018
MÜSƏLMAN DÜNYASI AYAQLANDI: Yəhudilər islamın müqəddəs məkanına HÜCUM ETDİ
İsrail polisinin müşayiəti ilə 700-dən çox fanatik yəhudi Qüdsün Əski Şəhər bölgəsində yerləşən Əqsa məscidinə basqın edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, məscidin ətrafına baryerlər qurulub. Fələstinlilər yalnız şəxsiyyətin təyin edilməsindən sonra məscidə buraxılıb. Yəhudilərin Süleyman məbədinin yıxılmasının ildönümünə həsr olunmuş matəm günü – “Tişa Beav”münasibətilə məscidə basqın etdiyi bildirilir.
Muxalifet3 - 22-07-2018
Ərdoğan Afrikaya gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasında keçiriləcək BRİKS dövlət və hökumət başçılarının iclasında iştirak edəcək.
Muxalifet.az xəbər verir ki, pezident CAR səfərinin ardından Zambiyaya gedəcək.
Məlumata görə, Ərdoğan CAR-ın Yohannesburq şəhərində 25-27 iyun, Zambiyada isə 28 iyun tarixlərində səfərdə olacaq.Muxalifet3 - 22-07-2018