Axtarış
The search found 105839 results in 0.135 seconds.
Search results
İyulun 25-dən temperatur yüksələcək
"İyul ayının 24-ü gündüzdən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində yağmursuz keçəcəyi gözlənilir".
Bunu Muxalifet.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, sabah əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsa da, iyul ayının 25-i gecə saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Muxalifet - 23-07-2018
Rusiyadan icazəsiz Xəzərin dibindən Bakıya qaz kəməri? - 2 DİPLOMATİK MƏNBƏ DEYİR Kİ...
Xəzəryanı ölkələrin başçıları avqustun 12-də Aktauda dənizin hüquqi statusuna dair konvensiyanı imzalamağa hazırlaşırlar. Rusiya hökumətinin saytında “təsadüfən” yerləşdirilən bu sənədin məzmunu haqda bundan əvvəl bəhs etmişdik. Sənəddə göstərilirdi ki, sahilyanı ölkələr Xəzərin dibi ilə neft-qaz kəmərləri çəkə bilərlər. Bunun üçün ancaq kəmərin keçdiyi sektorların aid olduğu ölkələrin razılaşması kifayət edəcək.
Muxalifet - 23-07-2018
Bakı sakinini amansızlıqla öldürən 5 NƏFƏR TUTULDU - HADİSƏNİN VİDEOSU
İyulun 19-da saat 1 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisindən Bakı şəhər sakini Fərid Qurbanovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, faktla bağlı cinayət işi başlanılıb.
Muxalifet - 23-07-2018
Gürcüstanda etiraz aksiyası - FƏHLƏLƏR AYAĞA QALXDI
Gürcüstanın Tkibuli şəhərinin mərkəzində etiraz aksiyası keçirilir.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, kömür mədənlərində işləyən fəhlələr mədənlərdə mövcud vəziyyətə etiraz edirlər.
Aksiya iştirakçıları “Gürcüstan kömürü” şirkətinin rəhbərliyinin dərhal işdən azad olunmasını, baş nazirlə görüş keçirilməsi və mədənlərdə təhlükəsizlik normalarının gücləndirilməsini tələb edirlər. Aksiyaya sıravi vətəndaşların da qoşulacağı gözlənilir.Muxalifet - 23-07-2018
Tyerri Anri baş məşqçi olur
Fransa millisinin sabiq üzvü Tyerri Anri baş məşqçi olmağa hazırlaşır.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hazırda Belçika millisinin baş məşqçi Roberto Martinesin köməkçisi olan veteran hücumçu “Aston Villa”nı çalışdıracaq.
İngiltərə klubu ötən mövsüm Premyer Liqanı tərk edib.
Qeyd edək ki, 41 yaşlı Anri 2012-ci ildə futbolçu karyerasını bitirib.dMuxalifet - 23-07-2018
Mayk Tayson Azərbaycana gələcək
Məşhur boksçu Mayk Tayson Azərbaycana iki günlük səfərə gələcək.
Muxalifet.az “Report”-a istinadən xəbər verir ki, bu barədə "Godzilla" promoşn qrupunun rəhbəri Emil Əmiraslanov bildirib.
Qeyd edək ki, Mayk Tayson WBF, WBC və İBF versiyaları üzrə dünya çempionudur.Muxalifet - 23-07-2018
Kürdəmirdə ögey oğlunu öldürən ata tutuldu
Daxili İşlər Nazirliyi ögey atanın 5 yaşlı uşağı öldürməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kürdəmir rayonunun Pirili kəndi ərazisindəki fermaların birində iyulun 16-da 5 yaşlı Murad Bayramovun atdan yıxılması, aldığı xəsarət nəticəsində iyulun 21-də öldüyü barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.Muxalifet - 23-07-2018
Adnan Oktarın Ərdoğan haqda ŞOK PLANI: sən demə, çevrilişə cəhd günü o "kediciklərinə"...
İstanbul Respublika Prokurorluğunda özünü din xadimi kimi təqdim edən bir müddət əvvəl saxlanılan Adnan Oktarın 15 iyul hadisələrində (FETÖ-nün Türkiyədə çevrilişə cəhd etdiyi gün - red.) necə davranması ilə bağlı bəzi detalları açıqlayıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, A.Oktar həmin gecə “Tayyibi asarlar indi” deyib.Muxalifet4 - 23-07-2018
Azərbaycanda qanunsuz narkotik dövriyyəsinə görə 35 əcnəbi həbs edilib
Bu ilin 6 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 35 nəfər xarici ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib.
Muxalifet.az APA-ya istinadən məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təqdim etdiyi 2018-ci ilin 6 ayı ərzində ölkədə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumatda əksini tapıb.Muxalifet - 23-07-2018
ŞOK: Rusiya Azərbaycana silah satışından əldə etdiyi milyardları Ermənistana ötürür - 200 MİLYON DOLLARLIQ TƏSLİMAT
Muxalifet.az xəbər verir ki, Ermənistanın müdafiə naziri David Tonoyan bazar günü jurnalistlərə verdiyi açıqlamada Ermənistanla Rusiya arasındakı kredit razılaşması əsasında 200 milyon dollarlıq silah tədarükünün bitdiyini bildirib. Düşmən ölkənin müdafiə naziri deyib: “Müasir silahlar verilib. Bu cür silahların heç Rusiya ordusunda da olmadığı istisna deyil”.
Tonoyan erməni-rus dostluq münasibətləri bir çox müqavilələrlə möhkəmləndiyini deyib, lakin zərurət olacağı təqdirdə, bəzi müddəaların dəyişdirilə biləcəyini istisna eləməyib.Muxalifet4 - 23-07-2018
Generalın ölkədən çıxışına qadağa qoyulub – 2,6 MİLYARD MANATLIQ YEYİNTİ...
Xəbər verdiyimiz kimi, Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmriylə Bakı Baş Gömrük idarəsini rəisi Vüsal Novruzovu işdən azad edilib. Sabiq rəisin işdən azad olunmasının səbəbi isə onun rəis işlədiyi dövrdə 2 milyard 600 miliyon manatın büdcəyə daxil olmaması göstərilib.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Vüsal Novruzov hazırda ölkədən kənara çıxa bilmir.Muxalifet4 - 23-07-2018
"Real"dan daha bir transfer bombası
Kriştiano Ronaldonu "Yuventus"a satan "Real" daha bir ulduz futbolçunu transfer edir.
Muxalifet.az xəbər verir ki, Madrid klubu "İnter"dən Mauro İkardini heyətinə qatır. İspaniya mediasının məlumatına görə, "Real" İtaliya klubuna futbolçunun müqaviləsindəki sərbəst qalma maddəsində göstərilən 110 milyon avro ödəməklə transferi reallaşdıracaq.Muxalifet - 23-07-2018
“Azərbaycanın Naxçıvan istiqamətində qoşun cəmləşdirməsi bizi çox narahat edir...” - Düşmən müharibəyə hazırlaşır
Azərbaycan qoşunlarının təkcə Qarabağda deyil, Ermənistanla dövlət sərhədi boyu, xüsusən Naxçıvan istiqamətində cəmləşməsi və fəallaşması haqda deyilənlər doğrudur. İrimiqyaslı hərbi əməliyyatların bərpa edilməsi ehtimalı Bakının danışıqlar prosesindəki “maksimalist tələbləri” nəzərə alınmaqla həmişə yüksək olub. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın müdafiə naziri David Tonoyan Rusiyada mənzillənən “EADaily” portalına müsahibəsində deyib.
Muxalifet - 23-07-2018
DƏHŞƏT: Daha bir abituriyent intihar etdi - FOTO
Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 33-cü polis bölməsindən baku.ws-ə bildirilib ki, Yeni Günəşlidə binaların birindən gənc qız yıxılıb.
Onun 9-cu mərtəbədən özünü atdığı bildirilir. O, hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin 2001-ci il təvəllüdlü Şəbnəm Xalədddin qızı Rzayeva olduğu bildirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırmalara başlanılıb.Muxalifet4 - 23-07-2018
Təkifini rədd edən xanımı belə cəzalandırdı: "BAQAJINDA BOMBA VAR"
Mumbai polisi beynəlxalq aeroportda bomba təhlükəsi barədə yalan informasiya verən şəxsi saxlayıb.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, polis bildirib ki, Kutubuddin Şaxivala adlı şəxs hüquq-mühafizə orqanlarına zəng edərək səhər saatlarında Yəmənə uçan xanım sərnişinin çemodanında bomba olması barədə xəbər verib. Daha sonra həmin xanımın baqajı yoxlanılıb və heç bir partlayıcı aşkar edilməyib.Muxalifet4 - 23-07-2018
Rusiyaya silah daşıyan qruplaşma ifşa olundu
Rusiya Federal Təhlükəsizlik Xidməti Daxili İşlər Nazirliyi və Dövlət Qvardiyası ilə birlikdə Moskva, Sankt-Peterburq və Yaroslavl sakinlərindən ibarət cinayətkar qruplaşmanı ifşa edib.
Muxalifet.az "İnterfaks"a istinadən xəbər verir ki, qruplaşma Avropa İttifaqı ölkələrindən Rusiyaya odlu silah gətirilməsi ilə məşğul olub.Muxalifet - 23-07-2018
“ABŞ PREZİDENTİ OLA BİLƏRƏM” - Özünü Allaha bənzədən İbrahimoviçdən qalmaqallı açıqlama
Zlatan İbrahimoviç on il əvvəl "LA Galaxy"yə qoşulduğu təqdirdə özünün ABŞ prezidenti ola biləcəyini iddia edib.
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, bu il mart ayında transferi reallaşdırılan ulduz oyunçu Amerikada futbola olan təsiri barədə danışarkən bu fikri səsləndirib.
Keçmişdə özünü həm aslan, həm də Allahla müqayisə edən 36 yaşlı futbolçu, ilk 15 oyununda 12 qola imza atdıqdan sonra uğurlu oyunlarının davam edəcəyi mesajını verib.Muxalifet4 - 23-07-2018
Nadir öləcəyi tarixi AÇIQLADI - Valideynləri də o yaşda VƏFAT EDİB - VİDEO
Mən artıq ömrümü sayıram.
Bunu Nadiq Qafarzadə öləcəyi tarixlə bağlı "Xəzər maqazin"ə etdiyi şok açıqlamada deyib.
47 yaşlı müğənninin həyatının sonuna 23 il qaldığını deyib.
Nadir bu barədə 8 yaşı olarkən həyətlərinə gələn qara paltarlı qadının dediyini xatırladıb. Müğənni anası və atası kimi 70 yaşında dünyasını dəyişəcəyini və artıq ömrünü saydığını sözlərinə əlavə edib.
Muxalifet4 - 23-07-2018
Bakıda professorun evinə basqın edənlərə HÖKM OXUNDU
Bakıda Uroloji Mərkəz klinikasının sahibi, professor Kamal Abdullayevin evinə basqın etməkdə təqsirli bilinən Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Muxalifet.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Anar Əmirov 12 il 6 ay, Natiq Musayev 12 il 6 ay, Bəhruz Hacızadə 11 il 6 ay, Elməddin Musayev 10 il və Firdovsi Əliyev 11 il müddətinə azadlıqdan məhrum ediliblər.Muxalifet - 23-07-2018
Netanyahu Sergey Lavrov və Baş Qərargah rəisi ilə görüşəcək
İsrailin baş naziri Benyamin Netanyahu bu gün Qüdsdə Rusiyanın xairic işlər naziri Sergey Lavorv və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gersimovla görüşəcək.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, məlumatı İsrail hökuməti başçısının dərfətxanası da təsdiqləyib.
“Görüş Qüdsdə baş nazirin ofisində keçiriləcək”, deyə məlumatda vurğulanıb.Muxalifet - 23-07-2018