Axtarış

The search found 105839 results in 0.083 seconds.

Search results

  1. ​"Real Madrid" ukraynalı qapıçı transfer etdi

    İspaniyanın "Real Madrid" klubu Ukrayna təmsilçisi "Zarya"nın qapıçısı Andrey Lunini heyətinə qatıb. 
    Muxalifet.az klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, madridlilər 19 yaşlı qolkiperlə 6 illik müqavilə imzalayıb. Sözləşmənin detalları açıqlanmır. 
    İspaniya mətbuatında yer alan xəbərlərə görə, paytaxt klubu Lunin üçün luqansklılara 14 milyon avro ödəyib.
    Qeyd edək ki, Lunin 2 dəfə Ukrayna yığmasının formasını geyinib. O, daha əvvəl "Dnepr"də də çıxış edib.

    Muxalifet - 23-07-2018

  2. ​Ermənistan katolikosu Rusiyaya gedib

    Bütün ermənilərin katolikosu II Garegin Rusiyaya ikigünlük səfərə gedib.
    Bu barədə "Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir.
    Səfər zamanı erməni patriarxı xeyriyyəçilərlə görüşəcək və onların yardımı ilə həyata keçirilən proqramları müzakirə edəcək.

    Muxalifet - 23-07-2018

  3. ​Bu dərmanların ölkəyə idxalına qadağa qoyuldu

    Azərbaycan ərazisinə Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə etmiş şirkətlərin valsartan tərkibli dərman vasitələrinin idxalı qadağan edilib.

    Muxalifet - 23-07-2018

  4. ​47 kriminal qrup zərərsizləşdirilib – Rəsmi

    Bu ilin 6 ayı ərzində mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 441 (-95), o cümlədən ağır və xüsusilə ağır cinayət törətmiş 47 (-91) kriminal qrup zərərsizləşdirilib.
    Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən məlumat verilib.
    Məlumata görə, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 (-21) nəfər cinayət məsuliyyətinə cəlb edilib.

    Muxalifet - 23-07-2018

  5. ​“Azərbaycanın dərslikləri təhsil standartlarımıza uyğun deyil” - Gürcüstanın Ombudsmanı

    “Azərbaycan və Ermənistan tərəfinin Gürcüstana təqdim etdiyi dərsliklər ölkənin təhsil sisteminin standartlarına uyğun deyil”.
    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Ombudsmanının 2017-ci il üzrə insan haqları və azadlıqlarına dair hesabatında deyilir.

    Muxalifet - 23-07-2018

  6. ​Gürcüstanda cinayət başında öldürülən şəxs azərbaycanlı imiş

    Bu gün səhər saatlarında Gürcüstanın Poti şəhərində ödəmə terminalını qarət edərkən polis tərəfindən qətlə yetirilmiş şəxsin kimliyi müəyyən olunub. 
    APA-nın yerli bürosunun məlumatına görə, həmin şəxs 20 yaşlı Nazim Quzanovdur. 
    N. Quzanova atəş açmış polis əməkdaşı saxlanılıb.
    Gürcüstanın Baş prokurorluğu insidentlə bağlı istintaqa başlayıb. 
    N. Quzanov əvvəlki illərdə oğurluq, xuliqanlıq, polisə tabe olmamaq və marixuanadan istifadəyə görə dəfələrlə saxlanılıb. 

    Muxalifet - 23-07-2018

  7. Zaqatalada zəlzələ baş verdi, Dağıstanda böyük göl yarandı

    Dağıstan Respublikasının Rutul və Lak rayonlarının sərhəddində-Dyultiçay çayının mənbəyində baş vermis sürüşmə nəticəsində göl yaranıb.
    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, təbiət hadisəsi baş vermis əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib.

    Muxalifet - 23-07-2018

  8. ​Nabranda Erməni mahnısı səsləndirən DJ həbs edildi

    21 iyul axşam saatlarında Nabranda yerləşən “Malibu İstirahət Mərkəzin”də erməni mahnısı səsləndirilib.
    Yenicag.az əldə etdiyi məlumata əsasən, vətəndaşların şikayəti əsasında Xudat Şəhər Polis Bölməsi istirahət mərkəzinə gəlib.
    Xudat Şəhər Polis Bölməsinin rəisi Fəxrəddin Hacıyevin də şəxsən iştirakı ilə musiqi saxlanılıb. İstirahət mərkəzində Dj kimi fəaliyyət göstərən Nağıyev Abdul Xaliq oğlu polislərlə dalaşıb. Polisə müqavimət göstərən Dj saxlanılaraq Xudat şəhər Polis Bölməsinə aparılıb.

    Muxalifet - 23-07-2018

  9. ​Nigeriyada terrorçular məscidə bombalı hücum edib

    Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətində “Boko Haram” terrorçu qruplaşmasının məscidə bombalı hücumu nəticəsində 8 nəfər ölüb, 7 nəfər ağır yaralanıb.
    Muxalifet.az “Aksham”a istinadən xəbər verir ki, bunu Borno əyaləti Mülki Müdafiə Qüvvələrinin rəisi İbrahim Liman bildirib.
    Onun sözlərinə görə, hücum əyalətin Konduga rayonundakı məscidə olunub.
    Qeyd edək ki, “Boko Haram” 2000-ci illərin əvvəlindən fəaliyyət göstərir. 2009-cu ildən bəri bu terrorçu qruplaşmanın törətdiyi kütləvi qanlı hadisələr nəticəsində 20 minə yaxın insan ölüb. 

    Muxalifet - 23-07-2018

  10. NATO Türkiyənin S-400 və F-35 almasından niyə narahatdır? - SİRR AÇILDI

    Türkiyənin Rusiyadan S-400 Hava Hücumundan Müdafiə Sistemlərini alması üzvü olduğu NATO-da və ABŞ-da narazılıqla qarşılanır. ABŞ-NATO Ankaranı bu istəkdən vaz keçirmək üçün müxtəlif şantaj və şirnikləndirici addımlar atırlar. NATO-nun Avropa Müttəfiq Qüvvələrinin hərbi hava bölməsinin komandanı Tod Voltersin “S-400-lər NATO-nun radardan qaça bilən F-35 raketlərinin necə işlədiyini ortaya çıxara bilər” açıqlamasın son günlər daha çox müzakirə olunur. Qərb Türkiyənin həm F-35, həm də S-400-lərə sahib olmasından da narahatdır.

    Muxalifet - 23-07-2018

  11. ​“Eldar Əzizov 1-ci müavin deyil” - Bakı Meriyasından RƏSMİ AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, bu yaxınlarda Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətirilib.
    Xəbərin yayıldığı ilk günlərdə E.Əzizovun başçının I müavini postuna gətirildiyi bildirilirdi. Amma bu gün BŞİH-in rəsmi saytında E.Əzizov başçının müavini kimi təqdim olunub.

    Muxalifet - 23-07-2018

  12. ​19 yaşlı oğlan atasını və daha iki nəfəri bıçaqladı – Sumqayıtda

    Sumqayıtda atasını və daha iki nəfəri bıçaqlayan 1999-cu il təvəllüdlü Coşqun Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Muxalifet.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
    Çoşqun Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib.
    İttihama görə, bu ilin fevralın 25-də şəhər sakinləri Emin Ömər və İbrahim Cəfərov bıçaqlanıb.

    Muxalifet - 23-07-2018

  13. MERKEL ÜZRXAHLIQ ETDİ: “Özil Almaniya millisi üçün çox şey edib. Onu dəyərləndirir, qərarına hörmətlə yanaşıram”

    Almaniya millisini tərk edən Mesut Özil ilə bağlı Almaniyadan açıqlama verilib. Almaniya hökumətinin mətbuat nümayəndəsi, Angela Merkelin adından açıqlama verərək deyib: “Merkel Özilə böyük qiymət verir, o, gözəl futbolçudur. Milli komanda üçün çox şey edib. Merkel Məsut Özilin qərarına hörmətlə yanaşır”.

    Hurriyyet.org xəbər verir ki, Merkelin adından verilən açıqlamada daha sonra deyilir: “Almaniya mühacir vətəndaşlarını hər zaman bağrına basmağa davam edəcəkdir”.

    Muxalifet4 - 23-07-2018

  14. ​Putin Paşinyan arasında telefon danışığı olub...

    Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb. Tərəflər arasında əsas müzakirə mövzusu Avrasiya İttifaqı və ikitərəfli əməkdaşlıq məsələləri olub.
    Qeyd edək ki, Putinin bundan öncə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə də telefon danışığı baş tutmuşdu.

    Muxalifet - 23-07-2018

  15. ​DİM-dən abituriyentlərə köməklik: “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?”

    Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.
    DİM-dən Muxalifet.az-a verilən məlumata görə, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.

    Muxalifet - 23-07-2018

  16. Allahşükür Paşazadə: "Azərbaycanda dini və məzhəb ayrıseçkiliynə yol verilmir"

    Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Fransanın tanınmış yazıçısı Jerar Kardonu qəbul edib.
    QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Strasburq şəhərində fəaliyyət göstərən Beynəlxalq Reyn dərnəyinin prezidenti, Elzas Universitetində mühazirələr oxuyan, Fransanın bir çox ali dövlət mükafatlarına layiq görülmüş Jerar Kardonun humanitar məsələlər, dünyada qadın hüquqları, habelə münaqişələrə dair onlarla əsəri dünyanın müxtəlif dillərinə tərcümə olunub.

    Muxalifet - 23-07-2018

  17. ​Qazaxıstanın “Manqistau” raket-artilleriya gəmisi Bakıya gəldi

    Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi iyulun 23-də Bakıya gəlib.
    Bu barədə Muxalifet.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
    Bildirilib ki, həmin gəmi Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2018” beynəlxalq yarışlarında iştirak edəcək. 

    Muxalifet - 23-07-2018

  18. MN-dən Tonoyanın həyasızlığına sərt cavab

    Ermənistan ordusundakı son korrupsiya qalmaqalı fonunda müdafiə naziri David Tonoyanın guya 200 milyon dollarlıq kredit razılaşmasında nəzərdə tutulmuş silahların Rusiya tərəfindən Ermənistana tam tədarükünün başa çatdırılması barədə bəyanatı erməni əhalisinin süni şəkildə ruhlandırılması cəhdindən başqa bir şey deyil.
    Bu barədə Muxalifet.az-a  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Muxalifet - 23-07-2018

  19. “Nar” mətbuat nümayəndələrini təbrik etdi - FOTOLAR

    Milli Mətbuat Günü münasibətilə “Nar” mətbuat nümayəndələri üçün xüsusi tədbir təşkil etdi. 32 media orqanını təmsil edən 58 mətbuat nümayəndəsinin iştirakı ilə xüsusi əyləncəli bilik yarışması keçirildi. Yarışmada ümumi biliklərlə yanaşı, milli və dünya mətbuatının tarixi əhatə olunurdu.

    Muxalifet4 - 23-07-2018

  20. ​6 minə yaxın şəhidimiz olub - Ağdamın işğalı

    İyulun 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdamın Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
    Muxalifet.az xəbər verir ki, əvvəlcə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Muxalifet3 - 23-07-2018

Pages