Axtarış
The search found 105839 results in 0.174 seconds.
Search results
Bakının bu ərazilərində su olmayacaq
Xətai və Nizami rayonlarında gün ərzində içməli suyun verilişi dayandırılacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib. Məlumata görə, Babək prospektinin yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral kəmərin şəbəkəyə qoşulması və köhnə magistral xətlərin ləğvi ilə əlaqədr Xətai və Nizami rayonlarının bir hissəsinə (Qara və Ağ şəhər əraziləri, NZS, UPD, Keşlə qəsəbəsinin, Əhmədli kəndinin bir hissəsinə və Babək prospekti boyunca ərazilərə gün ərzində içməli suyun verilişində məhdudiyyətlər olacaq.Muxalifet - 24-07-2018
“Aprel müharibəsi”ndə Ermənistan rəhbərliyi orada GİZLƏNİBMİŞ... ŞOK FAKT ÜZƏ ÇIXDI
Ermənistanın müdafiə naziri David Tonoyanın “eadaily” saytına müsahibəsində 2016-cı ilin “aprel müharibəsi”ni xatırlatması erməni mediasının həmin dövrlə bağlı yeni faktı ortaya çıxarmasına səbəb olub.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Tonoyan “aprel müharibəsi” təkrarlanacağı halda, erməni hərbi birləşmələrinin cavab vermək gücündə olduğunu iddia edib.
Ermənistan mediası isə “aprel müharibəsi”nin başladığı ilk günlərdə ölkə rəhbərliyinin zirzəmilərdə gizləndiyini yazıb.Muxalifet - 24-07-2018
Ermənilər atəşkəsi 87 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.
Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.Muxalifet - 24-07-2018
Şəkidə qonşular arasında silahlı insident
Şəki şəhərində silahlı insident olub.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, Şəki şəhər sakini Şahin Əlibalayevin münaqişə zəminində qonşusu Azər İbrahimovun evinin giriş qapısına tüfəngdən atəş açıb.
Baş verən silahlı insidentlə bağlı Şəki şəhər-rayon polis şöbəsinə zərərçəkmiş müraciət edib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahin Əlibalayevin evindən müvafiq sənədləri olan “Vinçester” tipli tüfəng, 6 ədəd patron və 1 ədəd süngübıçaq aşkar edilərək götürülüb.Muxalifet - 24-07-2018
Düşmənin yeni Qarabağ oyunu: həm Rusiyaya güvənir, həm də...
Ermənistan rəhbərliyinin konfliktlə bağlı ikili siyasəti yeni situasiya yaradıb; israilli hərbi-siyasi ekspert: “Silahlarımız Azərbaycana Ermənistana qarşı müharibədə kömək edəcək...”
Xəbər verildiyi kimi, erməni baş nazir Ter-Petrosyanla görüşdə “Qarabağın statusuna qarşılıq olaraq ərazilərin qaytarılması” düsturu haqqında danışdıqlarını deyib və növbəti dəfə radikal mövqe sərgiləyərək, Azərbaycanın güzəştə getməli olduğunu iddia edib.Muxalifet - 24-07-2018
TRT Ərdoğanın səlahiyyətinə verildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni qərarı ilə Prezident Administrasiyası nəzdində Strategiya və Büdcə, Rabitə İdarələri yaradılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Rəsmi Qəzet” yazıb.
Ərdoğanın sərəncamı ilə Türkiyənin Radio-Televiziya Ali Qurumu (RTÜK) Mədəniyyət və Turizm Nazirliyinin, TRT isə Prezident Administrasiyası nəzdində Rabitə İdarəsinin tabeliyinə verilib.Muxalifet - 24-07-2018
Azərbaycanda pullu yolların istifadə proseduru müəyyənləşdi
Azərbaycanda ödənişli avtomagistralın başlanması və başa çatması haqqında nəqliyyat vasitələrinin gedişinə görə haqqın alındığı yol sahəsinin başlanması barədə məlumat verən yol nişanı quraşdırılacaq.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması”nda əksini tapıb.Muxalifet - 24-07-2018
“Britaniya böyük hərbi güc olaraq qalacaq” – Tereza Mey
“Britaniya Breksitdən sonra da böyük hərbi güc olaraq qalacaq”.
Bunu Britaniya Baş naziri Tereza Mey deyib.
Onun sözlərinə görə, Britaniya Breksitdən sonra da xarici təhdidlərə, o cümlədən Rusiya təhdidinə qarşı mübarizə aparacaq:
“Biz aparıcı hərbi güc olaraq qalmaqda davam edəcəyik. Biz indiyə qədər müşahidə etdiyimiz təhdidləri Breksitdən sonra da təhdid olaraq qəbul edəcəyik”.Muxalifet - 24-07-2018
Restoran və kafelərdə fantastik qiymətlər: nəzarət olmalıdırmı...
Ekspert: “Ancaq rəqabətli mühitin artırılması və müəyyən təşviq proqramının olması bu sahədə qiymətlərin tənzimlənməsində mühüm rol oynaya bilər”
Muxalifet - 24-07-2018
Xüsusi ƏMƏLİYYAT: Qarabağa 2 gizli silah emalatxanası aşkarlandı... - ŞOK FAKTLAR (FOTO)
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları silah qaçaqmalçılarına qarşı xüsusi əməliyyat keçirib. Nəticədə yüzlərlə silah-sursat ələ keçirilib. Məlumatlara görə, qaçaqmalçılar Ukraynanın Donetsk bölgəsinə və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz silah aparırlarmış. Bu bölgələrə daşınan silahlar iki gizli emalatxanada istehsal olunurmuş. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, FSB silah qaçaqmalçılarının Avropa İttifaqı ölkələrindən Rusiya ərazisinə silah daşıdıqları haqda məlumat yayıb.
Muxalifet - 24-07-2018
“Sivasspor” “Barselona”dan oyuncu transfer etdi
“Barselona”nın brazliyalı futbolçusu Douqlas Pereyra Dos Santos Türkiyənin “Sivasspor” klubuna keçir.
Muxalifet.az xəbər verir ki, 28 yaşlı oyunçu 1 illik icarə əsasında Türkiyədə çıxış edəcək.
Qeyd edək ki, Douqlas 2014-15 il sezonunda “San Paulo”dan “Barselona”ya 4 milyon avroya transfer olunub. Əsas heyətə düşə bilməyən müdafiəçi İspaniyanın “Sportinq Xixon” və Portuqaliyanın “Benifika” klublarında icarə əsasında çıxış edib.Muxalifet - 24-07-2018
Yunanıstanda bir günlük matəm elan edildi
Yunanıstanda meşə yanğını nəticəsində 50 nəfərin ölümü və 156 nəfərin xəsarət alması ilə əlaqədar ölkədə bir günlük matəm elan edilib.
Muxalifet.az “Haber7”yə istinadən xəbər verir ki, hadisə ilə bağlı xaricə səfərini təxirə salan Yunanıstan hökumətinin başçısı Aleksis Sipras uyğun sərəncam imzalayıb.
Bildirilib ki, yanğın arasında 26 nəfərin meyiti çıxarılıb. Yüzlərlə ev yanaraq külə dönüb.
Sənədə əsasən, yanğın çıxan bölgələrdə fövqəladə vəziyyət elan edilib.
Yunanıstan hökuməti Avropa Mülkii Müdafiə Qüvvələrindən yardım istəyib.Muxalifet - 24-07-2018
“MTN İŞİ” TAĞI ƏHMƏDOVU BİTİRİR – “Hər 4 jetondan birini əldə etməklə, aya 300 min manat pul mənimsəyib”
“O, metro üçün işlənmiş mikrosxemləri avtobusda xüsusi hazırlanmış gizli saxlanc yerində ölkəyə gətirirdi”
“Çovdarovun Tağı Əhmədovu ifasından sonra Eldar Mahmudov barəsində xüsusi qərardad çıxaranların peşman olması da istisna deyil”
Muxalifet4 - 24-07-2018
Adnan Oktar yanındakı “aslanlar”ı əsgərliyə getməyə qoymurmuş - Milyon dollarlıq saxtakarlıq faktları
Adnan Oktarın təşkil etdiyi cinayət qrupundan ayrılan etirafçının ifadələri yayılıb.
Muxalifet4 - 24-07-2018
Çavuşoğludan Kiprə sərt xəbərdarlıq: Biz də başlayarıq
Türkiyə Kiprlə bağlı əngəlləmə siyasətini davam etdirəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.Muxalifet - 24-07-2018
Azərbaycanda bu yollar ödənişli olacaq – BAŞ NAZİRDƏN QƏRAR
Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması”nı təsdiq edib.
Muxalifet4 - 24-07-2018
Kəmaləddin Heydərov köməkçisini işdən çıxardı – 3 AY SONRA…
Fövqəladə Hallar Nazirliyi katibliyinin rəisi, iqtisad elmlər doktoru Çəfər İbadov vəzifəsindən azad olunub.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, işdən müəmmalı şəkildə çıxarılan Cəfər İbadov üç aydan sonra FHN-ə qaytarılıb və sıravi FHN əməkdaşı kimi fəaliyyətini davam etdirir.
Muxalifet4 - 24-07-2018
Aygünün 22 yaşındakı görüntüləri - VİDEO
Xalq artisti Aygün Kazımovanın 25 əvvəlki kadrları üzə çıxıb.
Muxalifet.az xəbər verir ki, sənətçinin sözügedən görüntüləri sosial şəbəkədə yayılıb. Artistin 22 yaşında Azərbaycan Televiziyasında (AzTV) hərbiçilərəin qarşısında çıxışı marağa səbəb olub.Muxalifet - 24-07-2018
“Rusiya heç vaxt dostumuz olmayacaq” - ABŞ-ın BMT-dəki səfiri
ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli (Nikki Haley) Rusiyanın heç vaxt ABŞ-ın dostu olmayacağını bəyan edib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, N. Heyli bunu CBN-ə müsahibəsində deyib.
“Biz Rusiyaya inanmırıq, Putinə inanmırıq və heç vaxt da inanmayacağıq. Onlar heç vaxt bizim dostumuz olmayacaq. Bu, sadəcə faktdır”, – deyə səfir vurğulayıb.
Səfirin fikrincə, Donald Trampın Vladimir Putinlə görüşü baş verməli idi. O, Vaşinqtonun Moskvaya münasibətdə yeritdiyi siyasətdən razı olduğunu söyləyib.Muxalifet - 24-07-2018
İcra başçıları gəncləşdirilir – YENİ STRATEGİYA
Prezidentin seçkidən sonra başladığı təmizləmə prosesinin yeni dalğasının orta ranqlı məmurları əhatə edəcəyi gözlənilir; ekspert: “Proqramın mühüm hissəsi bölgələr və icra orqanları ilə bağlıdır”...
Muxalifet4 - 24-07-2018