Axtarış
The search found 105839 results in 0.124 seconds.
Search results
Mehman Hüseynov buraxılacaq? – RƏSMİ AÇIQLAMA
Həbsdə olan bloqçu Mehman Hüseynovun anası ağır xəstədir və o, 10 günə yaxındır reanimasiyada müalicə alır.
Bu barədə BBC News Azərbaycancaya Mehman Hüseynovun atası Rafik Hüseynov məlumat verib. Onun sözlərinə görə, oğlunun anası ilə görüşməsi üçün müvafiq qurumlara ötən həftənin şənbə günü müraciət olunub. "Ürəyində olan problemə görə, kliniki ölüm keçirib. Ürəyi dayanmışdı və bu müddət ərzində komadadır".Muxalifet4 - 24-07-2018
Yunker Trampla görüş öncəsi liderləri aradı – BRÜSSELDƏN KRİTİK ZƏNG
Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Prezident Donald Trampla görüş üçün ABŞ-a səfər ərəfəsində Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron, Niderlandın Baş naziri Mark Rütte və Avstriyanın kansleri Sebastian Kurtsla danışıq aparıb.
Muxalifet.az xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat katibi Aleksandr Vinterştayn keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Avropa Komissiyası sədrinin ABŞ-da müzakirə edəcəyi məsələlər arasında ticarət ilk yerdə dayanacaq: “Əsas vurğu ticarət məsələsinin üzərində olacaq”.Muxalifet - 24-07-2018
Ərdoğandan Çiprasa DOSTLUQ zəngi: Yardıma hazırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Aleksis Çiprasa zəng edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Ərdoğan Yunanıstanda baş verən dəhşətli yanğının nəticələrinin aradan qaldırılması istiqamətində Türkiyənin yardıma etməyə hazır olduğunu bildirib.Muxalifet - 24-07-2018
Tehranın Suriyadakı HİYLƏGƏR strategiyası
Tramp əvvəl axır İranla Suriya məsələsində uzlaşmalı olacaq-“Die Welt”
Muxalifet - 24-07-2018
"Malibu"da səslənən erməni mahnısı və 10 sutka həbs - DJ BUNU BİLİRMİŞ...
Nabranda yerləşən “Malibu” istirahət mərkəzində erməni mahnısının səsləndirilməsi ilə bağlı xəbərlər yayılıb. Məlumatlarda deyilir ki, iyulun 21-də axşam saatlarında Xudat Şəhər Polis Bölməsinə istirahət mərkəzində erməni mahnısının səsləndirilməsi ilə bağlı vətəndaşlardan şikayət daxil olub. Bölmənin rəisi Fəxrəddin Hacıyev də daxil olmaqla polislər mərkəzə gəlib, mahnını yarımçıq saxlayıblar. Mərkəzdə DJ kimi çalışan Abdul Xaliq oğlu Nağıyev polisə müqavimət ittihamı ilə saxlanılıb, Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə ona 10 sutka həbs cəzası verilib.
Muxalifet - 24-07-2018
Sabah bu ərazidə işıq olmayacaq - XƏBƏRDARLIQ
Sabah Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisi təchizatında fasilələr yaranacaq.Azərişıq ASC-dən Axar.az-a verilən məlumata görə, Səhmdar Cəmiyyətə məxsus 110 kVt-luq 1-ci Xırdalan hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində iyulun 25-27-də elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.Muxalifet - 24-07-2018
Adnan Oktar 15 iyul gecəsi: "Tayyibi indi asarlar" - ŞOK İFADƏ
Türkiyənin "Hürriyyət"qəzetinin yazarlarından biri Əbdülqadir Selvi Adnan Oktarın polis sorğusundakı ifadəsinin detallarını açıqlayıb.
Türkiyə mediası xəbər verir ki, "cinayət təşkilatı qurmaq" , "cinsi təcavüz", "ölkədə sabitliyin pozulması" və digər istiqamətlərdə cinayət əməllərini törətməkdə ittiham edilərək həbs edilən "A9" kanalının sahibi Adnan Oktar ifadəsində 15 iyul hadisələri zamanı "Tayyibi indi asarlar" deyə fikir səsləndirdiyini bildirib.Muxalifet4 - 24-07-2018
Dollar neçəyə olacaq? - SABAHIN MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı dolların sabah üçün rəsmi məzənnəsini açıqlayıb.
Muxalifet.az Mərkəzi Banka istinadən xəbər verir ki, iyulun 25-i üçün dolların rəsmi kursu 1,7000 manat müəyyən edilib.
Qeyd edək ki, bu gün dolların rəsmi kursu 1,7000 manata bərabər olub.Muxalifet - 24-07-2018
Putin ABŞ-a getməkdən imtina etdi
Rusiya Prezidenti Vladimir Putin iyulun 26-da BRİKS sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçici Yuri Uşakov deyib. O, cari il ərzində Türkiyə tərəfi ilə müxtəlif formatlarda 16 dəfə telefon danışığının baş tutduğunu və bunun əsasən Suriya məsələsiylə bağlı olduğunu bildirib.
Uşakov həmçinin Putinin bu il BMT Baş Assambleyasının iclasına qatılmayacağını açıqlayıb.Muxalifet - 24-07-2018
Maşını oğurlanan şəxs: "Qurban olum, mən bu adamdan şikayətçi deyiləm"
Tanışına hədə-qorxu gələrək maşınını qaçırmaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü Əliyev Kənan Rasim oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. İttihama görə, Kənan Əliyev eyni məhəllədə yaşadığı və uzun müddətdir, tanıdığı Azər Yusubova bıçaqla hədə-qorxu gələrək onun maşınını ələ keçirib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında şahidlər ifadə verib.Muxalifet - 24-07-2018
“Qara Qitə”də ABŞ-Çin savaşı: Pekin HƏRƏKƏTƏ KEÇDİ
BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) 25-27 iyulda Cənubi Afrikada keçiriləcək sammiti ərəfəsində Çinin Afrika qitəsini investisiya ilə ələ alması yenidən gündəmə gəlib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Amerikalı siyasətçilər Pekinin “Qara qitə”ni “borc tələsi”nə salmaq və özündən asılı vəziyyətə düşürmək niyyətində olduğunu hesab edirlər.Muxalifet - 24-07-2018
Rusiya İrəvana qarşı MÖVQEYİNİ DƏYİŞİR – Putin Paşinyan hökumətini cəzalandırmaqda israrlıdır - VİDEO
Son vaxtlar Rusiya ilə Ermənistan arasında sərin küləklər əsməkdədir.
Muxalifet4 - 24-07-2018
"Qarabağ"dan növbəti transfer
“Qarabağ" klubu daha futbolçunu heyətinə qatıb.
Muxalifet.az UEFA-nın saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi sabiq futbolçusu İnnosent Emeqaranı sifariş verib. Azərbaycan çempionu Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya təmsilçisi "Kukesi" ilə oyunlarda 29 yaşlı isveçli hücumçunun xidmətindən yararlana biləcək.
Qeyd edək ki, Nigeriya əsilli Emeqara 2014/2015 mövsümündə də "Qarabağ"da çıxış edib. O, Ağdam təmsilçisinin heyətində 7 oyuna çıxıb və 4 qol vurub. Forvard son olaraq Kiprin "Ermis" komandasının formasını geyinib.Muxalifet - 24-07-2018
İRAN İDXALATDA TÜRK LİRƏSİNDƏN İSTİFADƏ ELƏMƏK QƏRARI VERDİ
Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, İranın millət vəkili İlyas Həzrəti, ABŞ sanksiyaları səbəbindən dərmanların və tibb ləvazimatlarının türk lirəsi və Çin yuanı vasitəsilə aparılacağını bildirib. Həzrəti bildirib ki, ABŞ bank sektorundakı sanksiyaları səbəbindən Səhiyyə Nazirliyi yuan və lirə vasitəsilə ticarət edəcək.
Muxalifet - 24-07-2018
Prezident LÖKBATAN-QIZILDAŞ yolunun tikintisinə 7,9 milyon manat ayırdı
Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ rayonunun Lökbatan–Qızıldaş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Muxalifet - 24-07-2018
"Lokomotiv" PSJ-nin 28 yaşlı yarımmüdafiəçisini heyətinə qatdı
Rusiyanın "Lokomotiv" klubu Fransanın PSJ komandasının futbolçusu Qjeqij Krixovyakı heyətinə qatıb.
Muxalifet.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Bildirilib ki, 28 yaşlı yarımmüdafiəçi bir il icarə əsasında Moskva təmsilçisinin heyətində çıxış edəcək. Polşalı oyunçu yeni klubunda 7 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Qjeqij Krixovyak Polşa milli komandasının da üzvüdür. O, komanda ilə birgə DÇ-2018-də iştirak edib.Muxalifet - 24-07-2018
Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş - Foto
Xarici işlər nazirlərinin təkbətək görüşü başa çatıb.
Teleqraf.com xəbər verir ki, hazırda xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətləri ikitərəfli danışıqlar aparır.
Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada iki qardaş ölkə arasındakı əməkdaşlığın qarşıdakı dövrdə daha da güclənəcəyi bildirilib.Muxalifet - 24-07-2018
“Nar” nömrəsini özünlə götür, xaricdə Wi-Fi axtarma
“Nar” yay mövsümündə səyahətə çıxan abunəçilər üçün sərfəli təklifini təqdim etdi. İndi “Nar” abunəçiləri rominqdə olarkən əla qiymətə təqdim olununan “Tətil” internet paketlərindən yararlana bilərlər. Bunun üçün sadəcə olaraq səfərə çıxdıqda “Tətil” paketlərindən birini sifariş etmək kifayətdir.
Muxalifet4 - 24-07-2018
AZAL prezidentinin xanımı bank sahibi oldu - Zərifə Həmzəyeva Bank Silk Way-də payını artırıb
“Zərifə Həmzəyeva Bank Silk Way-də payını artırıb.” Bu barədə “Turan” məlumat yayıb. Məlumatda bildirilir ki, “Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın “Bank Silk Way”dəki payı 69,7%-dən 84,5%-ə yüksəlib. Bankın yarım illik hesabatına əsasən “VIP Aviasiya Xidmətləri Şirkəti” MMC-nin payı 30%-dən 15,2%-dək azalıb. Elvira İsmayıl qızı Əhmədova səhmdarlar sırasına daxil olub (0,3%).
Muxalifet4 - 24-07-2018
“Azərbaycan bilsin ki, ilk Mingəçevir SES-i, daha sonra bütün ölkəni vuracağıq…” Erməni nazir HƏDƏLƏDİ
Ermənistan müdafiə naziri David Tonoyanın ardınca qondarma "dqr müdafiə naziri” də Azərbaycanı müharibə və "Mingəçevirin vurulması” ilə hədələyib.
Muxalifet.az xəbər verir ki, Levon Mnatsakanyan bu gün Xankəndində jurnalistlərin qarşısına çıxaraq təmas xəttində hökm sürən "təəcüblü sakitlikdən”, payızda vəziyyətin gərginləşə biləcəyindən və irimiqyaslı hərbi əməliyyatların başlayacağı təqdirdə "Azərbaycanın iqtisadiyyatını iflic etmək” planlarından bəhs edib.Muxalifet3 - 24-07-2018