Axtarış
The search found 105839 results in 0.064 seconds.
Search results
Pentaqondan Rusiya açıqlaması: Tramp qərar verməyincə..
Prezident Donald Tramp yeni qərar qəbul etməyənə qədər, ABŞ Suriyada Rusiya ilə əməkdaşlıq çərçivəsində əlavə addımlar atmağı düşünmür.
Muxalifet.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Ceyms Mettis deyib.
“Biz münaqişəsinin qarşısını almağa çalışırıq, addımlarımızı koordinasiya etmirik. Biz yer və məkan baxımından onlara mane oluruq. Lakin prezident, yaxud dövlət katibi yeni qərar verməyincə əlavə nə isə etməyəcəyik”, - deyə Mettis bildirib.
Muxalifet3 - 24-07-2018
ABŞ Rusiyaya qarşı mərkəz yaradır
Amerikalı senatorlar Lindsey Qraham və Bob Menendez Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsi təklif edəcək.
Muxalifet.az xəbər verir ki, yeni layihədə Rusiya təhdidinə qarşı Milli Mərkəzin qurulması da təklif olunur.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi müntəzəm olaraq Rusiya iqtisadiyyatı ilə bağlı müntəzəm məhdudlaşdırıcı sanksiyalar qəbul edir.
Muxalifet3 - 24-07-2018
Hansı hallarda yol ödənişli ola bilər? - Ekspert
Ödənişli yolun mütləq ödənişsiz alternativi olmalıdır. İki məntəqəni birləşdirən yeganə yol heç vaxt ödənişli ola bilməz.
Muxalifet.az xəbər verir ki, bu sözləri hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov Azərbaycanda salınması gözlənilən ödənişli avtomobil yolları ilə bağlı danışarkən deyib.
Hüquqşünas bildirib ki, hazırda ölkəmizdə ödənişli ola biləcək yol hələ ki, yoxdur. Çünki qanunda qoyulan 2 vacib şərt təmin edilməlidir:
“Birincisi əlbəttə ki, alternativ yolun olmasıdır. Alternativi olmayan heç bir yolun ödənişli forması ola bilməz.Muxalifet3 - 24-07-2018
Rus casuslar nədən gizlənməyi sevməz? - ABŞ-da ÜZƏ ÇIXAN GERÇƏKLƏR
İnternet öncəsi casuslar Qərbin siyasi dairələrindən məlumat əldə etməkdə çətinlik çəkirdilər. Hazırda isə Facebook və LinkedIn kimi sosial media platformaları onların təmaslarını artırır.
Qərb hökumətləri Rusiyanın Kəşfiyyat Xidmətini sosial media platformalarında yalan xəbərlər yaymaqla Qərbdə ictimai rəyi dəyişməyə çalışdığını deyir.Rusiya casusları trollara qarşı çıxaraq, şəbəkələrdən olduqca mükəmməl şəkildə istifadə edərək, Qərbin siyasi dairələrindən məlumat əldə edir.Muxalifet4 - 25-07-2018
"Rusiya noyabr seçkilərində demokratlara kömək etməyə çalışacaq" - TRAMPDAN ETİRAF
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü Twitter mesajında Rusiyanın noyabr ayında Konqres seçkilərində respublikaçı namizədlər deyil, “demokratlara kömək etmək üçün çalışacağını” yazıb.
“Mən çox narahatam ki, Rusiya qarşıdan gələn Seçkiyə təsir göstərmək üçün çox gərgin çalışacaq. Heç bir prezidentin Rusiya ilə mənim qədər sərt olmadığı faktına əsaslanaraq, onlar demokratlara kömək etməyə çalışacaq. Onlar tam yəqinliklər Trampı istəmirlər!”, ABŞ prezidenti Twitter mesajında bildirib.
Muxalifet4 - 25-07-2018
Sərnişin qatarlarının gediş haqqı niyə qaldırılır? – EKSPERT BİR SƏBƏB GÖRMÜR
Azərbaycan Dəmir Yolları iyul ayının 27-dən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqının, orta hesabla, 10 faiz qaldırılacağını bildirir.
ADY qiymət artımının səbəbini "plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi" ilə izah edib.
Bu barədə qurumun mətbuat xidmətindən verilən məlumatda deyilir.
İqtisadçı Toğrul Vəliyev qiymət artımının "elə bir iqtisadi əsası olmadığını" deyir.Muxalifet4 - 25-07-2018
Prezidentin qızı atasına görə biznesini dayandırır
ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp ayaqqabı və geyim brendini bağlayır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The wall Street Journal” məlumat yayıb.
İvanka bu addımı biznesinin atasının müşaviri kimi fəaliyyətinə mane olmaması üçün atdığını bildirib.
Xatırladaq ki, daha əvvəl İvanka Trampın brendi ətrafında Çin və ABŞ ticarət bazarlarında mübahisə başlamışdı. Belə ki, Çin İvankanın eyniadlı brendi əsasında məhsullar istehsal edirdi.
Muxalifet4 - 25-07-2018
Ərdoğan Məsut Özilə dəstək verdi - "GÖZLƏRİNDƏN ÖPÜRƏM"
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Almaniya millisindəki karyerasını başa vuran futbolçu Məsut Özilə dəstək olub.
1news.az-ın verdiyi xəbərə görə, dövlət başçısı dünən türk əsilli yarımmüdafiəçi ilə danışdığını söyləyib: “Dünən Məsutla danışdım. Onun açıqlaması tam milli davranışdır. Məsutun gözlərindən öpürəm. Almaniya milli komandasının uğurları üçün tər tökən gəncə qarşı belə irqçi yanaşma qəbuledilməzdir”.
Muxalifet4 - 25-07-2018
35 il qul olan qadın millət vəkilliyinə namizəddir
Mavritaniyada 35 il qul kimi işləyən Habi Mint Rabah iyul ayında keçiriləçək parlament seçkilərinə namizəd olub.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, 1981-ci ildən quldarlığın rəsmən ləğv edilməsinə baxmayaraq, 2008-ci ilədək qul kimi çalışan və 10 il əvvəl qardaşı Bilal Ould Rabah ilə apardıqları gərgin mübarizədən sonra azadlığına qovuşan 50 yaşlı qadın Quldarlığa Qarşı Hərəkatdan (İRA) namizədliyini irəli sürüb.
Muxalifet4 - 25-07-2018
Aprel döyüşləri ilə bağlı oyun hazırlandı: "Yüksəklik" - VİDEO
Aprel döyüşlərinə həsr olunan və Azərbaycan proqramçılarının yazdığı "Yüksəklik" virtual reallıq döyüş oyunu hazırlanıb.
Xəzər Xəbər-in məlumatına görə, oyun Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzinin rezidenti olan şirkətlərdən biri tərəfindən hazırlanıb. Oyunun yaradıcıları 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla əldə etdiyi Lələtəpə yüksəkliyindən ilhamlanıb. 2018-ci ildə Türkiyədə oyun sərgisində istifadəçilərə təqdim olunan oyun ziyarətçilərin böyük marağına səbəb olub.
Muxalifet4 - 25-07-2018
“Hücumda 15 türk hərbi qulluqçusu öldürülüb” – İDDİA
PKK terror təşkilatı Türkiyəylə sərhəd İraqın şimal bölgəsində 15 türk hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb.
Bu haqda PKK-nın bəyanatına istinadən “Youm7” nəşri bildirib.
“Bizim güclərimiz Ərbildən şimalda, Sidkan rayonunun Lilkan hündürlüyündə Türkiyə ordusunun mövqelərinə hücüm edib. Hücumda 15 türk hərbi qulluqçusu öldürülüb”, - nəşr PKK-nın bəyanatından sitat gətirib.Muxalifet4 - 25-07-2018
Azərbaycanlı əsirlərdən Peterburq bazarına məktub gedib? - KONSULLUQDAN AÇIQLAMA
Bu günlərdə sosial şəbəkələrdə bloqqerlərdən biri Sankt-Peterburqda yaşayan və “Sofiysk” meyvə-tərəvəz bazasında işləyən azərbaycanlının ona göndərdiyi səs yazısını yayıb. Həmin səs yazısında iddia edilirdi ki, bazarda alver edən azərbaycanlılardan biri Ermənistandan göndərilən ərik yeşiklərindən birində məktub tapıb. Həmin məktub iddiaya görə Ermənistanda uzun illərdir saxlanılan və ərik bağlarında qul kimi işlədilən azərbaycanlı əsirlər tərəfindən yazılıb. Və məktubu yazanlar Azərbaycandan kömək istəyiblər və onları xilas etmək üçün yalvarıblar.
Muxalifet4 - 25-07-2018
Sarımsağa 700 min manat yatırdı, zərərə düşdü - FOTO
Fermerin sözlərinə görə, yerli sort sarımsaq sentyabrda əkilib, mayda yığılır. Ancaq yeni sort iyun-iyul ayına qədər dözür:
Bu il sarımsaq əkininə yatırdığım 700 min manat vəsait hədər gedib.
Bunu ölkənin ən böyük sarımsaq istehsalçısı Ələddin Rzayev Oxu.Az-a açıqlamasında bildirib.
O qeyd edib ki, builki hava şəraiti də məhsulun xarab olmasına gətirib-çıxarıb:
Muxalifet4 - 25-07-2018
"Azərbaycanda yol göstərmək üçün turistdən pul istəyiblər" - AÇIQLAMA
“Bəzi insanlar var ki, turistlərə qarşı narazılığı ümumiləşdirib qabardırlar. Dövlət Turizm Agentliyi sosial şəbəkələr və KİV vasitəsi ilə maarifləndirmə işi aparmağı planlaşdırır. Təcrübə belədir ki, turizmi inkişaf etdirmək istəyən ölkələrdə hər bir vətəndaş bu sahənin faktiki iştirakçısı olur”.
Bunu APA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyib.Muxalifet4 - 25-07-2018
İvanka Trampdan sürpriz qərar!
ABŞpPrezidenti Donald Trampın qızı Ivanka Tramp, öz adını daşıyan geyim və ayaqqabı dizayn şirkətini bağlama qərarı aldığını bildirib.
Tramp, etdiyi yazılı açıqlamada, "Bu markanı ilk yaradanda heç kim əldə edəcəyimiz uğuru təxmin edə bilməzdi. Vaşinqtondakı 17 aydan sonra iş həyatına qayıdıb, qayıtmayacığımı bilmirəm, amma bir şey bəllidir ki, hazırda Vaşinqtondakı işimə köklənəcəyəm. Buna görə də indi bu qərarı vermək komandam və tərəfdaşlarım üçün yeganə ədalətli nəticədir" deyə, qeyd edib.Muxalifet3 - 25-07-2018
ABŞ Senatı Rusiyaya qarşı hərəkətə keçdi
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi, Rusiyaya qarşı sanksiyaları artıran və "Rusiya Təhlükəsinə Qarşı Milli Müqavimət Mərkəzi" ilə Xarici İşlər Nazirliyi nəzdində "Sanksiya Əlaqələndirici Təşkilatı" qurmağı nəzərdə tutan bir qanun layihəsi hazırlayır.
Cənubi Karolina senatoru Respublikaçı Lindsey Qrehem ilə Nyu Cersi senatoru Demokrat Bob Menendezin üzərində çalışdığı layihə yaxın günlərdə səsverməyə təqdim olunacaq.Muxalifet3 - 25-07-2018
Trampdan qalmaqal sözlər!
ABŞ prezidenti Donald Tramp, ABŞ-ın Təl-Əviv səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qalmaqal ifadələr işlədib. Tramp, Qüds məsələsində dövlət başçılarının ona yalvardığını deyib.
Tramp, Kanzasda Müharibə Veteranları Milli Konqresində çıxış edib.Muxalifet3 - 25-07-2018
Kəşfiyyat məlumatı gəldi, MİT, TSQ və ASO hərəkətə keçdi
Bu gün Suriyanın Azez bölgəsində, PYD lideri terrorçular tərəfindən Afrində partlayış törətmək üçün hazırlanan bir bombalı avtomobil MİT, TSQ və Azad Suriya Ordusuna aid təhlükəsizlik qüvvələri tərəfindən təşkil olunan birgə əməliyyatla zərərsizləşdirilib.
Türkiyə Kəşfiyyat qruplarının təqibində olan terrorçuların hazırladıqları bombalı avtomobil, Münbiç zonasından “Fərat Qalxanı” Hərəkatının keçirildiyi ərazilərdən gətirilməyə çalışılıb. Və buradan Afrinə göndərilməsi nəzərdə tutduğu bildirilib.Muxalifet3 - 25-07-2018
Zaqatala sakininin axtarışlarına HELİKOPTER cəlb edildi
24 iyul axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlu 21 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.
Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Q.İbrahimovun axtarışlarına nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub.Muxalifet - 25-07-2018
Rusiya Müdafiə nazirindən NATO ilə bağlı GÖZLƏNİLMƏZ AÇIQLAMA
Vladimir Putinlə Donald Trampın görüşü NATO ölkələri ilə aramızdakı hərbi əməkdaşlığı daha da dərinləşdirəcək.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.
Lakin bununla yanaşı, nazir alyansın Şərqi Avropada hərbi təlimləri artırdığını bildirərək, burada NATO əsgərlərinin sayının 2 mindən 15 minə qalxdığını vurğulayıb.
Qeyd edək ki, 16 iyulda D.Trampla V.Putin arasında Helsinkidə tarixi görüş baş tutmuşdu.Muxalifet - 25-07-2018