Axtarış
The search found 105839 results in 0.13 seconds.
Search results
DƏHŞƏT: 25 nəfər bir-birini qucaqlayıb yandı
Xəbər verdiyimiz kimi, Yunanıstanda başlayan meşə yanğınları artıq paytaxt Afinaya qədər çatıb. 77 şəxsin ölümünə səbəb olan meşə yanğınlarından qaçmaq üçün dənizə sığınanların bir qismi boğulub, xeyli insan isə itkin düşüb. Yanğın baş verən zaman Afinaya səyahət edən Giannis Labropoulos gördüklərini BBC-ə danışıb: "20 metr uzağı görmək mümkün deyildi. Bir anda istini yanımızda hiss etdik və yanğın olduğunu gördük. Yanğın çox sürətli yayılmağa başladı və mən gördüklərimə inana bilmirdim”. Ən böyük dəhşət isə Mati kəndində yaşanıb.
Muxalifet4 - 25-07-2018
PUTİNİN YENİ OYUNCAĞI Fransanı xəritədən silə bilər - FOTO
Rusiya “yenilməz” adlandırılan RS-28 Sarmat nüvə silahının testlərinə başlayıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, yeni nəsil raket dünyanın bütün nöqtələrini vura biləcək mənzilə, həmçinin Fransa böyüklüyündə ərazini xəritədən silə biləcək gücə sahibdir.
RS-28 Sarmat raketlərinin hər biri 750 kiloqram olmaqla 15-20 sursat daşıya bilir.
Raket ilk dəfə bu ilin mart ayında Rusiya prezidenti Vladimir Putin tərəfindən təqdim olunub.Muxalifet - 25-07-2018
İsveçli xokkeyçi 22 yaşında vəfat etdi
İsveçli xokkeyçi Yesper Nordin 22 yaşında dünyasını dəyişib.
Muxalifet.az xəbər verir ki, İsveçin "Harnesand" klubunda çıxış edən idmançının hansı səbəbdən öldüyü bəlli deyil. Həkimlər onun müəyyən edilməyən xəstəlikdən vəfat etdiyini bildiriblər.
Qeyd edək ki, Yesper Nordin İsveç çempionatının ilk yarısında 44 oyun keçirib.Muxalifet - 25-07-2018
Azərbaycanla İran sərhədinə BETON DİVAR çəkilir
Azərbaycan və İran arasında Astaraçay sərhədinin möhkəmləndirilməsi üzrə anlaşma sənədi imzalanıb. Report xəbər verir ki, bu barədə İRİB-ə məlumat yayıb. İran Astarasının sərhəd zastavasının rəisi polkovnik Nozər Muradi İran və Azərbaycan sərhədçilərinin birgə iclasından sonra deyib: “İki tərəf arasında imzalanmış anlaşmaya əsasən gələn həftədən etibarən Astaraçay sərhəd xətti boyunca 600 metr uzunluğunda beton divarın çəkilməsinə başlanılacaq”. Bildirilib ki, bir müddət əvvəl Astaraçay sərhəd xətti boyunca 1,8 km uzunluğunda beton divar çəkilib.
Muxalifet - 25-07-2018
Məmurlar haqqında ən çox yazan saytlar – ÖTƏN HƏFTƏ DAHA ÇOX HANSI MƏMURLAR HƏDƏFDƏ OLUB?
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlməkdədir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 25-07-2018
363 nəfər siqaretə görə cərimələndi - Azərbaycanda
Azərbaycanda qadağan olunmuş yerlərdə siqaret çəkdiyi üçün cərimələnən şəxslərin sayı açıqlanıb.
Muxalifet - 25-07-2018
Beynəlxalaq Bankın Gürcüstan nümayəndəliyi ləğv edildi
Azərbaycan Beynəlxalq Bankının Gürcüstan nümayəndəliyinin lisenziyası ləğv olunub.
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.
Məlumata əsasən, bank ləğv olunma prosesindədir və Roin Tsatsiaşvili banka ləğvedici təyin olunub.
Qeyd edək ki, ABB-nin Gürcüstan filialı 2007-ci ildən fəaliyyət göstərib. Bu ilin martında ABB Gürcüstan və Rusiya bazarlarını tərk etmək barədə qərar qəbul edib.Muxalifet - 25-07-2018
“İrandan qaz almasaq, mənim ölkəmi kim isidəcək?” - Ərdoğan
“Report” “Aksham”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara qoşulub-qoşulmayacağı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Muxalifet - 25-07-2018
Rusiyadan SENSASİYALI ERMƏNİSTAN QƏRARI: “5 günlük müharibə” xəbərdarlığı və Bakıya...
Rusiya Ermənistana verdiyi qazın qiymətini artırmaqla bağlı siyasi qərar qəbul edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiya hazırkı qaz müqaviləsi başa çatan kimi qiymətləri yüksəldəcək.Muxalifet - 25-07-2018
“Qarabağ”ın oyunu yayımlanmır – 10 min avroya görə
"Qarabağ"ın Çempionlar Liqasında "Kukesi" ilə Albaniyadakı bugünkü oyunu yayımlanmayacaq.
Muxalifet.az qol.az-a istinadən verdiyi xəbərə görə, bu ana olan məlumata əsasən, Albaniya tərəfi matçın yayımı üçün Azərbaycan kanallarından 10 min avroya qədər pul tələb edib. Amma kanallardan heç biri bu qədər pulu ödəmək gücündə olmadığını açıqlayıb.
Digər məlumata görə, "Qarabağ" klubunun özü də yayım üçün pul ödəmək niyyətində deyil. Klub hesab edir ki, komandanın oyununa və yüzminlərlə azarkeşin marağını nəzərə alaraq yerli kanallar özü matçın yayımı üçün pul ödəməlidir.Muxalifet - 25-07-2018
Elmar Vəliyevə qarşı sui-qəsd planını hazırlayan şəxs də öldürüldü - FOTOLAR
Yunis Səfərovla birlikdə Gəncə Şəhər İcra Başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan, Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahli müqavimət göstərdiyinə görə - “Aslanlar” tərəfindən məhv edilib.
Muxalifet.az-ın xəbərinə görə, müəyyən edilib ki, o, 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.Muxalifet - 25-07-2018
Biznesmen icra başçısının “yaşıl soyqırım” əməliyyatı – XƏTAİDƏ KİÇİK PARKLAR DA MƏHV EDİLİR...
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 25-07-2018
“NATO Azərbaycanı silahlandırır” - Staver Ermənistanı QORXUYA saldı
Azərbaycan ordusunun “MLRS RM-70” (Çex versiyası, yaxud rus: “BM-21 Grad”) və 152 mm-lik “ACS vz.77 Dana” adlı silahları var. Fikrimcə, bunlar Bakıda təkmilləşdirilməyib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan KİV-ə rusiyalı hərbi ekspert Aleksandr Staver deyib.
O, qeyd edib ki, bu silahlar Azərbaycana Çexiyadan təkmilləşdirilmiş formada gönədərilib:Muxalifet - 25-07-2018
Bakıda qızını öldürən ata danışdı: “Kəndə söz-söhbət yayıldı ki...”
Bakının Yasamal rayonunda qısqanclıq zəminində qızını öldürməkdə təqsirli bilinən 57 yaşlı İlqar Qurbanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanını təqdimatına baxılıb.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan qapalı prosesdə istintaq orqanını təqdimatı təmin edilib.
İlqar Qurbanovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Muxalifet - 25-07-2018
Bu yolda təmir var - Sürücülərin DİQQƏTİNƏ
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı- Dairəvi avtomobil yolunda bu gün saat 14:00-dan axşam saatlarınadək təmiri işləri aparılacaq.
Lent.az-ın məlumatına görə, təmir zamanı yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədləri bərpa ediləcək.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.Muxalifet - 25-07-2018
Ceyhun Bayramovdan narazılıq artır – “İSLAHAT APARA BİLMİR”
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 25-07-2018
"Keşlə"nin yeni baş məşqçisi müəyyənləşib
Bu gün “Keşlə” futbol klubunun Müşahidə Şurasının iclası keçirilib.
Klubdan Muxalifet.az-a verilən məlumata görə, toplantıda baş məşqçi vəzifəsinə Mladen Milinkoviçin təyin edilməsinə dair qərar qəbul olunub.
Serbiyalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, "Keşlə"nin baş məşqçisi postunda Yuri Maksimovu əvəzləyən Milinkoviçin 50 yaşı var. Onun son iş yeri Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Albaniyanın "Kukesi" komandası olub.Muxalifet - 25-07-2018
Fazil Məmmədov xəstəxanadan evə buraxıldı
Sabiq vergilər naziri Fazil Məmmədov müalicə aldığı Türkiyədəki "American Hastahanesi”ndən evə buraxılıb.
Muxalifet.az xəbər verir ki, modern.az-a daxil olan məlumata görə, müalicəsi uğurla başa çatdırılan sabiq nazirin səhhəti tam normallaşıb. Amma F.Məmmədov hələlik Azərbaycana dönməyib. Onun hazırda İstanbulda olduğu və istirahət etdiyi bildirilir.Muxalifet4 - 25-07-2018
İranın hərbi gəmiləri Bakıya gəldi- VİDEO
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2018” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri iyulun 25-də Bakıya gəliblər.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 25-07-2018
Türkiyəli general: “Əsəd yəqin ki, PYD/YPG terror təşkilatına muxtariyyət vəd edəcək” - MÜSAHİBƏ
Türkiyənin tanınmış hərbi strateqi, istefada olan general-leytenant, ”Yeniçağ” qəzetinin köşə yazarı Armağan Kuloğlunun APA-ya müsahibəsi
- Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri və Baş Qərargah rəisi Tel-Əvivdə İsrail baş naziri ilə görüşdülər. İsrail İranın Suriyadan tamamilə çıxmasını tələb edir. İran bölgədən tamamilə çəkiləcəkmi?Muxalifet - 25-07-2018