Axtarış
The search found 105839 results in 0.116 seconds.
Search results
Aİ Türkiyəyə 400 milyon avro ayırdı - Qaçqınların təhsili üçün
Avropa İttifaqı Türkiyəyə 400 milyon avro pul ayırıb.
Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Aleksandr Vinterştayn Brüsseldə deyib.
Rəsmi nümayəndə qeyd edib ki, bu vəsait Türkiyədəki suriyalı qaçqınların təhsili üçün ayrılıb.
A.Vinterştayn deyib ki, bu, Türkiyəyə suriyalı qaçqınlar üçün ayrılacaq 3 milyard avro üzrə razılaşmanın ilk ödənişidir.Muxalifet - 25-07-2018
Azərbaycanda nə qədər insan İİV infeksiyasına yoluxub?
Azərbaycan İİV infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksəkriskli qruplara aid olan əhali təbəqəsi, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılıb.
Muxalifet3 - 25-07-2018
“Nar” yeni dizaynlı mağazasını təqdim etdi - FOTO
“Nar” Bakı şəhəri, Hüseynbala Əliyev 4 ünvanında, Memar Əcəmi metrosunun yaxınlığında yerləşən diler mağazasının açılışını etdi. Yeni konseptə uyğun olaraq açılan “Nar” mağazası Nəsimi rayonu və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır.
Muxalifet4 - 25-07-2018
Sərhədlərin toxunulmazlığı: Bakının növbəti uğuru
Siyasətdə konkret nəticələr əsas götürülür. Vədlər verilə bilər, ancaq vətəndaşlar onların yerinə yetirilmədiyini gördükdə, liderdən üz döndərə bilirlər. Nikol Paşinyan hazırda bu vəziyyətdədir. Azərbaycanın dövlət başçısı İlham Əliyev isə əksinə, bütün dünyada verdiyi vədləri yerinə yetirən və etibarlı tərəfdaş kimi fəaliyyət göstərən lider olaraq qəbul edilir. Prezidentin Brüsselə iyul ayının 10-12-si arası etdiyi səfərin nəticələri bunu bir daha təsdiq edir. İlham Əliyev Avropa İttifaqı üçün çox mühüm bir sənədin paraflanmasına nail olub.
Muxalifet3 - 25-07-2018
ŞƏRHSİZ: "Erməni xalqı Azərbaycanın düşməni deyil, Zara niyə ölkəmizə gəlməməlidir?"
Artıq bir neçə gündür ki, müəyyən dairələrin dəstəyi ilə sosial şəbəkələrdə Azərbaycanda ənənəvi şəkildə təşkil olunan “Jara” musiqi festivalının iştirakçısı, rusiyalı müğənni Zara ilə bağlı geniş kampaniya təşkil olunub və hazırda da davam etdirilir.
Muxalifet.az kult.az-ın dərc etdiyi yazını olduğu kimi təqdim edir:Muxalifet3 - 25-07-2018
Ərdoğandan yunan həmkarına: Hər cür yardıma hazırıq!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yunanıstanlı həmkarı Prokopis Pavlopulosla telefon danışığı yaradıb.
Muxalifet.az xəbər verir ki, Ərdoğab meşə yanğınlarında ölənlərlə bağlı həmkarına başsağlığı verib.
Ərdoğan yunan həmkarına hər cür yardıma hazır olduqlarını bildirib, qarşı tərəf isə yardıma ehtiyac yaranacağı təqdirdə, yardım istəyəcəklərini söyləyib.
Muxalifet3 - 25-07-2018
Makedoniya NATO ilə bağlı danışıqlara başladı: Son nöqtə...
Makedoniyanın NATO-ya üzvlüyü ilə bağlı rəsmi danışıqlar başlayıb.
Muxalifet.az xəbər verir ki, NATO-nun nümayəndə heyəti artıq Skopyedədir.
NATO-nun Siyasət və təhlükəsizlik şöbəsinin Avroatlantik və qlobal əməkdaşlıq üzrə direktoru Ceyms Makkeyin rəhbərlik etdiyi nümayəndə heyəti Skopyedə Makedoniyanın baş naziri Zoran Zaevlə görüşüb. Z. Zaev bildirib ki, ölkəsi ilə NATO arasındakı əlaqələrin hazırkı mərhələsi təhlükəsizlik və sabitliyin təminatına aparır, bu isə Makedoniyanın iqtisadi inkişafı üçün əlavə imkanlar açır.Muxalifet3 - 25-07-2018
İstanbulda güclü daşqın: İnsanlar köməksiz vəziyyətdə
Güclü yağış İstanbulun bütün səmtlərində sel və daşqına səbəb olub.
Muxalifet.az xəbər verir ki, bir çox bölgələrdə yeraltı keçidləri və metro stansiyalarını su basıb. Avtomobillər su altında qalıb. Bəzi yollarda insanlar köməksiz vəziyyətə düşüb.
Üç gündür yağan yağış qısa müddətdə ictimai nəqliyyata və şəhər təsərrüfatının idarə olunmasına ciddi əngəllər yaradıb. Metronun hərəkətində fasilələr meydana gəlib.
Muxalifet3 - 25-07-2018
Trampla Paşinyanın görüşü hazırlanır - FOTO
BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda ABŞ prezidenti Donald Trampla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi imkanları araşdırılır. Virtualaz.org “Ermənistan xəbərləri”nə istinadən bildirir ki, bu barədə iyulun 25-də jurnalistlərə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills deyib.
Muxalifet4 - 25-07-2018
Rəsmi Bakıdan Pakistandakı terakta - Reaksiya
Pakistanın Quetta ərazisində seçki məntəqəsində törədilmiş terror aktı bizi çox kədərləndirdi.
Muxalifet.az xəbər verir ki, bunu Tvitter hesabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
"Bu terror aktı çoxlu sayda günahsız insanın həlak olması və yaralanması ilə nəticələnib. Biz terrorizmin bütün forma və təzahürlərini qınayır, qardaş Pakistan xalqına və dövlətinə dərin hüznlə başsağlığı veririk", - qeyd edib.
Muxalifet3 - 25-07-2018
"Qarabağ" növbəti sınaq qarşısında - Yenilənir
Komandalar meydana aşağıdakı tərkibdə çıxacaq: “Kukesi”: Fraşeri, Şameti (k), Alla, Plaku, Qaqi, Kirbya, Rumbullaku, 23. Mussoli, Malikyi, Kordeyro, Dzariya Ehtiyat oyunçular: Maloku, Hoksa, Şkodra, Limay, Etemi, Harba, Spear “Qarabağ”: Vaqner, Qara Qarayev, Maksim Medvedev, Simon Slavçev, Miçel, Mahir Mədətov, Rəşad Sadıqov (k), Filip Ozobiç, Ansi Aqolli, Bədavi Hüseynov, Donald Gerrye Ehtiyat oyunçular: Şahruddin Maqomedaliyev, Rahil Məmmədov, Dani Kintana, İbrahimli, Abbas Hüseynov, Jezniçak, Coşqun Diniyev
Muxalifet3 - 25-07-2018
Pompeodan Türkiyənin keşiş barədə verdiyi qərara: Gözləyirik
ABŞ Dövlət katibi Mayk Pompeo Türkiyədə həbsdə olan keşiş Endryu Branson barəsində ev həbsi qərarı verilməsinə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, Pompeo qərarın yetərli olmadığını, keşişin əleyhinə etibarlı bir dəlilə rast gəlmədiklərini söyləyib.
Pompeo verilən qərarı məmnuniyyətlə qarşıladıqlarını desə də, daha ədalətli qərar gözlədiklərini qeyd edib
Muxalifet3 - 25-07-2018
2 vəkilə töhmət verildi, 1 vəkil kənarlaşdırıldı - Qərar
Bu gün Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Kollegiyadan verilən məlumata görə, iclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov son dövrlər Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verib, xüsusilə vəkilliyə qəbul prosesinin yekunlaşdırılması, yeni vəkillərin vəkil qurumlarına göndərilməsi, onların qurumların işinə yaxından cəlb edilməsi məsələləri müzakirə olunub, vəkil qurumları tərəfindən təqdim olunmuş növbətçilik cədvəlləri təsdiq edilib.Muxalifet3 - 25-07-2018
Azərbaycanın məmur qardaşları: kim kimlə qardaşdır? - SİYAHI
Ölkənin idarə olunmasında yaxından iştirak edən, hər biri müxtəlif sahəyə məsul dövlət məmurlarının həyatı ictimai diqqət çəkir. Əslində burada qəribə bir şey də yoxdur. Bir insan məşhurdusa, yüksək dövlət vəzifəsi daşıyırsa, ictimaiyyətin onun həyatına, ətrafındakı insanlara maraq göstərməsi təbiidir.
Muxalifet3 - 25-07-2018
4 ölkənin gəmiləri Bakıda "döyüş məşqi"nə başladı
“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak edəcək Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunda məşqlərə başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yarışlarda dənizçilər “Artilleriya atəşlərinin yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə müsabiqənin müxtəlif mərhələlərində güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.
Muxalifet3 - 25-07-2018
SON DƏQİQƏ: “Sentyabr-oktyabr aylarında Qarabağda VƏZİYYƏT GƏRGİNLƏŞƏ BİLƏR...” - AÇIQLAMA
“Təmas xəttində hazırkı qədər sakitlik hələ olmayıb”. Muxalifet.az Rusiya mediasına istinadla xəbər verir ki, bu sözləri özünü Azərbaycanın işğal altındakı qondarma separatçı-terrorçu rejimin “müdafiə naziri” hesab edən Levon Mnatsakanyan dünən Xankəndində keçirdiyi mətbuat konfransında söyləyib. O bildirib ki, iyulun 9-dan 15-dək olan müddətdə Azərbaycan ordusu tərəfindən cəmi 500 atəş qeyd edilib. Bununla belə, separatçı general Azərbaycan aviasiyasının təmas xətti yaxınlığındakı mütəmadi uçuşlarından və mühəndis-istehkam işlərinin genişlənməsindən narahatlığını ifadə edib.
Muxalifet3 - 25-07-2018
Türkiyəyə böyük jest: PYD siyahıda yoxdur
Suriya Müxalifətinin Müzakirə Heyəti Suriya probleminin həlli üçün siyahı hazırlayıb.
Muxalifet.az xəbər verir ki, Suriya Konstitusiyası Komitəsi üçün hazırlanan siyahıda diqqət çəkən məqam PYD-nin yer almamasıdır.
Siyahıda Suriya müxalifəti ilə eyni cəbhədə yer alan Suriya Kürd Milli Şurasından Hevas Egid və Zəhra Məhəmmədin də adı var, ancaq PYD və YPG-nin bağlı olduğu Demokratik Xalq Hərəkatından heç bir nümayəndə yer almayıb.
Muxalifet3 - 25-07-2018
Zaqatalada dağlıq ərazidə itən şəxs axtarılır
Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun axtarışları bu gün səhər saatlarında başlayıb və gün ərzində davam edib.
Muxalifet3 - 25-07-2018
Heç bir zəiflik göstərə bilmərik - Tramp
Ötən il beynəlxalq ticarətdə 817 milyard dollar itirmişik.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Həqiqətən də fəaliyyətsiz qalmağa davam edib fermerlərimizin, ölkəmizin qarət edilməsinə imkan verəcəyik? Ötən il digər ölkələrlə ticarətdə 817 milyard dollar itirmişik. Heç bir zəiflik göstərə bilmərik", - Tramp qeyd edib.
Muxalifet3 - 25-07-2018
İsrail hücuma başladı: HƏMAS bombardman edilir
İsrail hərbçiləri növbəti dəfə HƏMAS-ın mövqelərinə zərbə endirib.
Muxalifet.az xəbər verir ki, İsrail tərəfinin yaydığı məlumatda HƏMAS tərəfindən ordunun atəşə tutulduğu bildirilib.
Məlumata görə, daha sonra İsrail ordusu qarşı tərəfə cavab zərbələri endirib.
Muxalifet3 - 25-07-2018