Axtarış
The search found 105839 results in 0.152 seconds.
Search results
ABŞ-dan Türkiyəyə qarşı XAİN F-35 GEDİŞİ: Tramp imzalasa...
ABŞ-ın Nümayəndələr Palatası F-35 döyüş təyyarələrinin Türkiyəyə satışının ləğvi ilə bağlı qanun layihəsini qəbul edib.
Muxalifet.az xəbər verir ki, yeni qanun ABŞ prezidenti Donald Trampa Rusiyadan silah alan ölkələrə Amerika silahının satışın qadağan edilməsi səlahiyyəti də verir.
Qanun layihəsinin gələn həftənin sonunda Senatda müzakirə ediləcəyi gözlənilir. Senat layihəni qəbul edərsə, imzalanması üçün Trampa təqdim olunacaq. Tramp layihəni imzalayandan sonra qanun qüvvəyə minəcək.Muxalifet - 27-07-2018
Maradona sabiq futbolçu ilə ailə həyatı quracaq
Məşhur argentinalı futbolçu Dieqo Maradona ailə həyatı quracaq.
Muxalifet.az “Daily Mail”a istinadən xəbər verir ki, 57 yaşlı veteran hücumu 45 nəfərin iştirak etdiyi məclisdə sevgilisi Rosio Olivyeyə evlilik təklif edib və müsbət cavab alıb.
Qeyd edək ki, 28 yaşlı Oliva da sabiq futbolçudur. Hazırda Belarusun “Dinamo” (Brest) komandasının İdarə Heyətinin sədri olan Maradona 2014-cü ildə də ona evlilik təklif etsə də, sonradan onların münasibəti pozulmuşdu. Argentinalı sevgilisini ona məxsusu qiymətli əşyaları oğurlamaqda ittiham etmişdi.Muxalifet - 27-07-2018
“Pezdenti deyir ki, məmurlar xalqa xidmət etməlidir, amma onlar bizə zülm edirlər” – İKİNCİ QRUP ƏLİL ÇARƏSİZ VƏZİYYƏTDƏ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisi Nicat Hüseynovun şikayətinin araşdırılacağını və ona lazımi köməklik göstəriləcəyini bildirdi
Muxalifet4 - 27-07-2018
Cümə namazı dəhşəti: İSRAİL MƏSCİDƏ BOMBA ATDI
İsrail polisi cümə namazından sonra Əl-Əksa məscidinə hücum edib.
Muxalifet.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, polislər hücum zamanı bibər qazı və səs bombalarından istifadə edib.
Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.Muxalifet - 27-07-2018
ABŞ GERİ ADDIM ATDI! - Donald Trampın başladığı ticarət savaşı...
Muxalifet.az xəbər verir ki, ABŞ ilə Çin arasında baş verməkdə olan ticarət müharibəsində ABŞ geri addım atıb. ABŞ Senatı Çində istehsal edilən yüzlərlə məhsula tətbiq edilən gömrük vergisini azaldan və yaxud da sıfıra endirən qanun layihəsini səssizcə qəbul edib. ABŞ prezidenti Donald Tramp ABŞ-ın texnoloji sahədəki gəlirini təhdid elədiyini düşündüyü üçün Çində istehsal edilən məhsullara əlavə gömrük vergisi tətbiq eləmişdi.
Muxalifet - 27-07-2018
Xarici ekspertlər Mingəçevir İES-lə bağlı RƏY VERDİ - Partlayışın səbəbi və...
Azərbaycanın elektrik stansiyasında baş vermis qəzanın səbəblərinin müəyyən edilməsi və fəsadlarının aradan qaldırılması məqsədilə Almaniya və Rusiyanın ixtisaslaşmış şirkətlərindən dəvət olunmuş ekspert qrupu ilə birgə araşdırmalar aparılıb. “Azərbaycan” İES və Mingəçevir - Abşeron xəttində qəza halları zamanı sistemin etibarlılığı və dayanıqlığının təmin edilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər müəyyənləşdirilib. Həmin tədbirlərin həyata keçirilməsi ilə bağlı “Azərenerji” ASC-yə tapşırıqlar verilib.
Muxalifet4 - 27-07-2018
"Lotu Quli"nin adamları belə həbs olundu - UKRAYNADA - FOTO
Ukrayna Milli Polis əməkdaşları Odessada özünü "qanuni oğru" Nadir Salifovun adamları kimi təqdim edən etnik cinayətkar qrupu zərərsizləşdiriblər.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Sadiq Mirzəyevin başçılıq etdiyi etnik cinayətkar dəstə saxlanılıb.Muxalifet - 27-07-2018
“Nar” Şəkidə 4G şəbəkəsini qurdu
Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksək keyfiyyətli 4G şəbəkəsini bölgələrdə sürətlə artırmağa davam edir. 4G şəbəkəsinin istismara verildiyi növbəti region isə Şəki oldu. Ümumilikdə Şəkidə şəhərində 6 4G baza stansiyası abunəçilərin istifadəsinə təqdim olunub. Bundan əlavə 36 3G və 45 2G baza stansiyaları Şəki sakinlərin keyfiyyətli və yüksəksürətli mobil rabitə xidmətləri ilə təmin edir.
Muxalifet4 - 27-07-2018
Bakı-Sumqayıt yolu bağlanacaq - ALTERNATİV YOLLAR
Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi və üfiqi nişanlanma xətlərinin çəkilişi işlərinin tam olaraq 18-20 saat ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Muxalifet.az-a verilən məlumata görə, bu üzdən həmin hissədə iyul ayının 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.Muxalifet - 27-07-2018
“Samsunq”dan gözlənilməz qərar: BU SMARTFONLARIN İSTEHSALINI DAYANDIRIR
“Samsunq” şirkəti “Qalaksi J”, “Qalaksi C”, “Qalaksi On” seriyasından olan smartfonlarının istehsalını dayandırmağı planlaşdırır.
Muxalifet.az xəbər verir ki, bu qənaətcil cihazların funksiyasını “Qalaksi P” və “Qalaksi R” nəsli davam etdirəcək. “Samsunq”, sadəcə, rebrendinq edəcək.
Şirkət P seriyasından olan telefonları Çin bazarı, R seriyasını isə dünya bazarına istiqamətləndirmək niyyətindədir.
Qənaətcil telefonların istehsalı ilə kənar şirkətin məşğul olacağı gözlənilir.Muxalifet - 27-07-2018
GÖYÇAYDA GÜCLÜ YANĞIN - 5 rayondan yanğınsöndürənlər cəlb edildi
Göyçayda güclü yanğın baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün günorta saatlarında rayonun Bığır kəndi ərazisində başlayan yanğın qısa vaxtda geniş ərazini əhatə edib.Muxalifet - 27-07-2018
İki nəfər özünü avtobusunun qabağına atdı - Video
BakuBus MMC-yə məxsus avtobusun yoluna iki nəfərin çıxması nəticəsində təhlükəli vəziyyət yaranıb.MMC-dən Muxalifet.az-a verilən məlumata görə, hadisə iyulun 25-i saat 06:16-da 21 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus “28 May” metrostansiyasının qarşısından “Əhmədli” metrostansiyası istiqamətində hərəkət edərkən Nobel prospektində qeydə alınıb.Muxalifet - 27-07-2018
İrandan ABŞ-la bağlı GÖZLƏNİLMƏZ ADDIM
İranla ABŞ arasında bütün diplomatik yollar bağlandı.
Muxalifet.az xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəhbəri Haşmetullah Felahetpişe Həsən Ruhani ilə Tramp arasında söz duelini şərh edərkən deyib.
Felahetpişe bildirib ki, Tehranla Vaşinqton arasında diplomatik yol bağlandı: “Buna görə də rəsmilər bir-birilərinə açıqlamalar üzərindən cavab verir”.
Felahetpişe ABŞ-la İran arasında müharibənin başlaya biləcəyi ehtimalını istisna edib. (Publika.az)Muxalifet - 27-07-2018
Bəkir Bozdağ ABŞ prezidenti ilə vitse-prezidentinin cavabını verdi: “Türkiyəni başqa dövlətlərlə səhv salmayın”
“ABŞ iqtidarı aləmi kor, hamını axmaq saymaqdan vaz keçməlidir”
Muxalifet - 27-07-2018
Koçaryan və erməni generalların həbs tələbində SENSASİYALI QARABAĞ AMİLİ: Paşinyan bununla...
Ermənistanda keçmiş prezident Robert Koçaryana qarşı başlayan məhkəmə prosesinə bir sıra generallar da daxil edilib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, erməni general Yuri Xaçaturov da 2008-ci il 1 mart hadisələri ilə bağlı başlanan məhkəmə qarşısında çıxarılıb.
2008-ci ildə prezident olan Robert Koçaryan və həmin vaxt güc strukturlarında vəzifə daşıyan generallara qarşı dövlət çevrilişi ittihamı irəli sürülür. Hazırda məhkəmə işi davam etdirilir.Muxalifet - 27-07-2018
YPG Əsəd rejimi ilə danışıqlara başladı
YPG terror qruplaşmasının onurğasını təşkil edən Suriya Demokratik Qüvvələrinin siyasi qanadı hesab olunan Demokratik Suriya Məclisi üzvləri Dəməşqə gedərək Suriya hökuməti ilə danışıqlara başlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə DSM həmsədri Riyad Darar danışıb.
Onun sözlərinə görə, iki gün əvvəl Dəməşqə gedən DSM heyətinə digər həmsədr İlham Əhməd başçılıq edib. Görüş zamanı hərbi və siyasi məsələlər müzakirə edilib.Muxalifet - 27-07-2018
Piyadanı vurub öldürən avtobus sürücüsü məhkəmədə həbs edildi
İdarə etdiyi avtobusla ağır yol qəzası törətməkdə təqsirləndirilən Əflatun Cəfərovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Ə. Cəfərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.
Muxalifet - 27-07-2018
"Bəlkə Rəşad Sadıqovdan xahiş etdik ki, qayıtsın" - PFL prezidenti
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bəyan edib ki, 2018/19 mövsümündə çempionatda ədaləti qorumağa çalışacaqlar.
Muxalifet - 27-07-2018
Astarada maskalı şəxs evə basqın edib
Astara rayonunda maskalı şəxs qadının yaşadığı evə basqın edib.
“Report”un Cənub bürosun verdiyi xəbərə görə, rayonunun Şahağacı kənd sakini olan qadın DİN-in “102 xidməti-zəng mərkəzi”nə müraciət edərək iyunun 27-də gecə saatlarında naməlum maskalı şəxsin onun yaşadığı evə pəncərədən daxil olaraq əlindəki bıçaq və mişarla hədələyərək 2000 manat və 5000 rublu ələ keçirdiyini bildirib.
Astara Rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində rayon ərazisində quldurluq edən maskalı şəxs saxlanılıb.Muxalifet - 27-07-2018
“Paşinyan qarabağlılarla məsələni birdəfəlik həll etmək istəyir” - POLİTOLOQ
“Nikol Paşinyan parlament seçkilərinə hazırlaşır. Ona görə də rəqiblərini neytrallaşdırmaq haqqında düşünür. O Serj Sərkisyana elə bir zərbə endirdi ki, eks-prezidentin yenidən siyasətə qayıdışı mümkünsüzdür”.
Muxalifet.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.“Paşinyan üçün Köçəryan Sərkisyandan az təhlükəli fiqur deyil”
Muxalifet - 27-07-2018