Axtarış
The search found 105839 results in 0.063 seconds.
Search results
"Zirə" Türkiyə komandasına qalib gəldi
Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununa çıxıb.
Muxalifet.az-ın məlumatına görə, komanda yerli "Osmanlıspor"la qarşılaşıb. Matç "Zirə"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Osmanlıspor" - "Zirə" - 0:1
Qol: Salih Zafer, 21-avtoqol
Qeyd edək ki, "Zirə" Türkiyədəki bundan əvvəlki yoxlama görüşlərində Qətərin "Əl-Xaritiyah" (1:1) klubu və Türkiyə "Giresunspor"u (0:0) ilə bərabərə qalıb.
Muxalifet3 - 27-07-2018
Peskov Nardaranda dincəlir
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov həyat yoldaşı Tatyana Navkoy ilə birgə Bakıya gəlib.
Muxalifet.az xəbər verir ki, Peskov və xanımını azərbaycanlı iş adamı, "Krokus Qrup"un rəhbəri Araz Ağalarov müşayiət edir. Peskovun Nardaranda xanımı ilə birgə dincəlməyə gəldiyi bildirilir.Peskov qeyd edib ki, təxminən 4 il Bakıda olmayıb. Şəhər bu müddət ərzində çox dəyişib.
Qeyd edək ki, qonaqlar hazırda "Jara-2018" musiqi festivalında iştirak edirlər.
Muxalifet3 - 27-07-2018
Suriya ordusu böyük hücuma hazırlaşır: İdlib geri alınacaqmı?
Suriya ordusu İdlibi terrorçulardan təmizləmək üçün böyük bir əməliyyata hazırlaşır.
Muxalifet.az xəbər verir ki, ordu İdlib sərhədində hərbi təchizatını möhkəmləndirir.
Suriya ordusunun rəsmilərindən biri ətraf bölgələrdə mövqelərin gücləndirildiyini, lazımi bütün tədbirlərin görüldüyünü bəyan edib.
Muxalifet3 - 27-07-2018
Əsrin ən uzun "Qanlı Ay" tutulması başladı
Əsrin ən uzun Ay tutulması başlayıb.
Muxalifet.az xəbər verir ki, təxminən 1 saat öncə Ay tutulması başlayıb və gecə yarısına qədər davam edəcəyi gözlənilir.
Dünya XXI əsrin ən uzun və "Qanlı Ay" tutulmasına şahidlik etməyə başlayıb
Muxalifet3 - 27-07-2018
İsrail daha 2 fələstinlinin canına qıydı
Bu gün İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma yaşanıb. Muxalifet.az xəbər verir ki, Qəzza zolağında baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb. Qeyd edək ki, bu ilin martından fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə" başlayıb. Yürüş hər cümə keçirilir.
Muxalifet3 - 27-07-2018
Ermənistanda əsgər payları mağazada satılır - Foto
Ermənistanda mağazalarda “Əsgər payı” markalı konservləri almaq mümkündür.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Ermənistan KİV ölkənin yeyinti məhsullarının təhlükəsizliyi dövlət xidmətinə istinadla məlumat yayıb.
Əsgər paylarının azad satışı dövlət yoxlanışının nəticəsində aşkar olunub. Üzərində “Əsgər payı: satılmır” yazılan qablara “Qaynadılmış mal əti” etiketi yapışdırılıb.
Konservin istehsalçısı olan “H.A.N.S.-FOOD LLC” şirkəti bəyan edib ki, əsgər payları satışda anlaşılmazlıq səbəbindən peyda olub: guya şirkət əməkdaşları sifarişləri səhv salıb.
Muxalifet3 - 27-07-2018
Bakıda skeleti tapılan qadın tanınmış şəxs imiş
Bakı şəhərində mənzildən meyit tapılıb.
Muxalifet.az-ın məlumatına görə, paytaxtın Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 33/35, mənzil 9 ünvanında skeletləşmiş qadın meyiti aşkar edilib.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin həmin evin sahibi, 1933-cü il təvəllüdlü Kosyançuk Qalina İvanovna olması müəyyənləşdirilib.
Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Araşdırma nəticəsində bəlli olub ki, Kosyançuk əməkdar incəsənət xadimidir.Muxalifet3 - 27-07-2018
Türkiyəyə qarşı belə bir rəftar indiyədək olmayıb - CHP
Tramp "tvit" yolu ilə və ya kobudluq göstərərək hədə-qorxu ilə ABŞ xarici siyasətində bir sıra beynəlxalq məsələləri həll edə biləcəyini düşünür. Bəzən uğur da alınır. Amma bunu Türkiyəyə qarşı ilk dəfə həyata keçirir. Muxalifet.az xəbər verir ki, bunu CHP-nin İstanbuldan olan millət vəkili Ünal Çeviköz söyləyib. "Trampın Türkiyəyə qarşı bu siyasətini tətbiq etməsi Türkiyəni çox kiçik göstərdi. Təəssüf ki, bu çox kədərli bir vəziyyətdir. Türkiyə belə bir rəftara layiq bir ölkə deyil. Türkiyəyə qarşı belə bir rəftar indiyədək görülməyib", - Çeviköz vurğulayıb.
Muxalifet3 - 27-07-2018
Robert Koçaryan barəsində həbs qərarı çıxarıldı - VİDEO
İrəvan şəhər məhkəməsi sabiq prezident Robert Koçaryanbarəsində həbs qərarı çıxarıb.
Bu barədə “İnterfaks” xəbər verib. “Məhkəmə iki aylıq həbs qərarı verdi. Bundan əlavə heç nə deyə bilmərəm. Digər açıqlamalar sabah mətbuat konfransında veriləcək”, deyə R.Koçaryanın vəkili Aram Orbelyan dünən axşam bildirib.
Muxalifet4 - 28-07-2018
KTMT-nin baş katibi 5 milyona zaminə buraxıldı - YENİLƏNİB
Ölkənin konstitusiya quruluşunun devrilməsində təqsirli bilinən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov məhkəmənin qərarı ilə zaminə buraxılıb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili Miqran Poqosyan bildirib.
Zaminə buraxma məbləği 5 milyon dram (11 min ABŞ dolları) təşkil edib.
İttiham 1-2 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işinin ilkin istintaqı zamanı əldə olunmuş yetərli sübutlar əsasında irəli sürülüb
Muxalifet4 - 28-07-2018
Bakının mərkəzində gənc oğlan sərxoş vəziyyətdə öldü - FOTO
Nəsimi rayonunda Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin gecikməsinə görə bir nəfər ölüb.
Hadisə 28 May ilə Rəşid Behbudov küçəsinin kəsişməsində baş verib.Muxalifet4 - 28-07-2018
PAYTAXTDA DƏHŞƏT: Gənc qız özünü 5-ci mərtəbədən yerə atdı
Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.
Hadisə Nobel prospektində yerləşən binanın həyətində baş verib.
1997-ci il təvəllüdlü (şərti adı) Hüseynzadə A.Ə qızı özünü yaşadığı mənzilin eyvanından yerə atıb. Beşinci mərtəbədən özünü yerə atan qız xoşbəxtlikdən sağ qalıb. O, orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Muxalifet4 - 28-07-2018
Şəhərin mərkəzində polis belə bıçaqlandı – VİDEO
Rusiyanın paytaxtı Moskvada, Slovakiya səfirliyinin qarşısında polisə hücum anı müşahidə kamerasına düşüb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, əlində soyuq silah olan cinayətkarın bir neçə dəfə hüquq-mühafizə orqanının əməkdaşına zərbə endirdiyi görüntülərdə aydın olur.
Daha sonra o, hadisə yerindən qaçıb. Ağır zərbələr alan polis xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, sözügedən polis diplomatik nümayəndəliklərin və konsulluqların qorunmasına cavabdehlik daşıyan bölmənin komandiridir.
Muxalifet4 - 28-07-2018
“Nar” 2018-ci ilin ikinci rübünün nəticələrini açıqladı
“Azerfon” MMC (“Nar” ticarət nişanı) cari ilin ikinci rübünün nəticələrini açıqlayıb. Nəticələrə əsasən, bu dövr ərzində şirkət ilk rübdə qeydə alınan yüksək artım dinamikasını ikinci rübdə də davam etdirib.
Muxalifet4 - 28-07-2018
"Xalqa qarşı cinayət törədənlər heç zaman..." - AYDIN MİRZƏZADƏ
“Azərbaycanda Robert Köçəryan və Yuri Xaçatorovu tanımayan yoxdur”.
Bu sözləri deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, biri on il Ermənistanın prezidenti, ikincisi isə on il Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi olub:Muxalifet4 - 28-07-2018
Ərdoğan Putini restorana dəvət etməli olacaq...
Rusiya Türkiyəyə mal ətinin birinci partiyasını göndərib.
Rusiya KIV-ləri xəbər verir ki, bu haqda Tver vilayətinə səfəri zamanı ölkənin baş nazirinin müavini Aleksey Qordeyev bildirib.
“Türkiyə ət məhsulunun istehlakı üzrə xüsusi bazardır. Ümid edirik ki, bizim üçün Çin bazarı da açılacaq. Bunun üçün perspektivlər var”, - baş nazirin müavini deyib.Muxalifet4 - 28-07-2018
İstifadəçilərin sayı azaldı və... - “Tvitter” ŞOKDA
ABŞ-da alqı-satqı əməliyyatlarında “Tvitter” şirkətinin səhmlərinin qiyməti 21 faiz düşüb.
Publika.az xəbər verir ki, bu haqda “Bloomberg” agentliyi bildirib.
Qeyd edilir ki, səhmlərin qiymətinin azalması ikinci rübdə istifadəçilərin sayının 1 milyon azalması fonunda baş verib.
Qeyd edək ki, bir neçə gün əvvəl “Feysbuk” şirkətinin səhmlərinin dəyəri 20 faiz azalıb. Nəticədə, şirkətin rəhbəri Mark Sukerberqin sərvəti 16,8 milyard dollar azalıb.Muxalifet4 - 28-07-2018
Prezident Ukraynadakı referendumu ŞƏRH ETMƏDİ - “Bu, həssas və incə məsələdir”
Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas bölgəsində referendumun keçirilməsi ideyasını şərh etməkdən imtina edib.
TASS agentliyi xəbər verir ki, Putin referendum məsələsini “həssas” adlandırıb.
“Mən hələ ki şərh verməkdən çəkinəcəyəm. Bu, əlavə araşdırma tələb edən çox incə və həssas məsələdir”, - Rusiya lideri CAR-a səfərin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Muxalifet4 - 28-07-2018
Qocalar evində atışma olub – ÖLƏNLƏR VAR
ABŞ-ın Texas ştatının Robstaun şəhərində fəaliyyət göstərən qocalar evində atışma olub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər polisinin nümayəndəsi Erasmo Flores bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər – iki qadın və bir kişi öldürülüb. Daha sonra yaxınlıqdakı binada daha 2 nəfərin meyiti aşkarlanıb. Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil. Polis rəsmisi insidentin təfərrüatları barədə açıqlama verməyib.Muxalifet4 - 28-07-2018
"ABŞ kürdləri oyundan çıxarır" – RUSİYALI EKSPERT
Amerikalılar türklərlə əlaqələri düzəltmək üçün sadəcə Afrin və Menbiçi deyil, başqa şəhərləri də boşaltmaları üçün kürdlərə təzyiq göstərir.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Vladimir Fitin deyib.
Ekspert bildirib ki, amerikalıların bu addımı kürdlərin mənafeyinə ciddi zərbədir:
Muxalifet4 - 28-07-2018