Axtarış
The search found 105839 results in 0.142 seconds.
Search results
Пресс-секретарь Путина отдыхает в Нардаране
Пресс-секретарь президента РФ Владимира Путина - Дмитрий Песков вместе со своей супругой Татьяной Навкой приехал на отдых в Баку, сообщает Sputnik Азербайджан.
Согласно информации, Пескова и его супругу сопровождает российский и азербайджанский предприниматель, владелец группы компаний Crocus Group Арас Агаларов.
Дмитрий Песков заявил изданию, что почти четыре года не был в Баку, и за это время город сильно изменился.Muxalifet4 - 28-07-2018
Bizim neftimiz, təbii sərvətimiz yoxdur, ancaq... - Yıldırım
Ən böyük sərmayəmiz insan sərvətimizdir. Bizim neftimiz, təbii sərvətimiz yoxdur ancaq müqayisəli üstünlüyümüz var.Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım İzmirdə 9 Sentyabr Universitetində keçirilən tədbirdə bildirib."Gənc insan resursudur. Bu insan ehtiyatımızı gələcəyə ən yaxşı şəkildə hazırlamaq borcumuzdur. Gənclərimizə sonuna qədər güvənirik. Gənclərimiz bu günümüz, gələcəyimiz, işıqlı sabahımızdır", - Yıldırım qeyd edib.Muxalifet - 28-07-2018
Paşinyan Putinin “ürəyinə” yol axtarır – Kremlə “ata” biləcəkmi?
Erməni baş nazir həm Rusiya rəhbərliyinə qarşı güclü immunitet yaratmağa çalışır, həm də “məxməri inqilabın meyvələrini” heç kimlə bölüşmək istəmir; Paşinyan yenə Moskvanın “quyruğunu” tapdadı – cavab nə olacaq?..
Muxalifet - 28-07-2018
Onların həqiqi dostumuz olmasını istəyirik - ƏRDOGAN
Müəyyən ölkələrin istehsaledici, digərlərinin isə istehlakedici mövqedə olduğu beynəlxalq düzəni qəbul etməyəcəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan BRİKS zirvəsində çıxışı zamanı deyib.
“Biriləri qəbul etməsə belə, Afrikanın ehtiyacı yeni müstəmləkəçilər, işğalçılar deyildir. Afrikalı qardaşlarımız dinlərinə, mədəniyyətlərinə, tarixlərinə hörmət edən gerçək dostlardır. Türkiyə olaraq Afrikanın həqiqi dostu, qədər ortağı olmaq istəyirik. Hədəfimiz birlikdə bacarmaq, birlikdə qazanmaqdır”, - deyə dövlət başçısı bildirib.Muxalifet - 28-07-2018
ABŞ Rusiya şirkətini “qara siyahı”dan çıxarır
ABŞ prezidenti Donald Tramp administrasiyası Rusiyanın “Rusal” şirkətinin sanksiyalar siyahısından çıxarılması ideyasına baxır.
Muxalifet.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın maliyyə naziri Stiven Mnuçina istinadən CNN televiziya şirkəti bildirib.
Mnuçin qeyd edib ki, Tramp administrasiyası ötən ilin yayında Konqres tərəfindən qəbul edilmiş qanuna tabe olaraq “Rusal”ı sanksiyalar siyahısına daxil etməyə məcbur olmuşdu.Muxalifet - 28-07-2018
Flora Kərimovadan Röya haqqında ŞOKEDİCİ ETİRAF: “Bir qadın kimi..." - VİDEO
“Bir qadın kimi Röyanı başqa cür görmək istəyirəm. Röyanın səsi mənim və qızımın xoşuma gəlir. Səs diapozu kiçikdir. Həmişə demişəm ki, əgər üzərində işləsə və məşq etsə, bir müddət idarə edəcək. Lakin bu gün daha möhtəşəm səslər var”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova Həmid Həmidovun yutub kanalına verdiyi müsahibəsində deyib. Əfsanəvi sənətkar aparıcının “Röya ilə aranızda qalmaqal varmı?” sualına belə cavab verib:Muxalifet - 28-07-2018
Xaçmazda ağır yol qəzası baş verib - 2 nəfər ölüb, 3 nəfər yaralanıb
Xaçmaz rayonu Muxtadır qəsəbəsi ərazisində 2 avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.”Report”un yerli bürosunun verdiyi məlumata görə, ölən şəxslər Qusar rayon Kuzunqışlaq kənd sakinləri 1980-ci il təvəllüdlü Sərkərov Simran Rasim oğlu və 1988-ci il təvəllüdlü Balayev Vadim Nurbaba oğludur.
Yaralılar isə Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Əlirzayev Müşfiq Nizami oğlu, Qusar rayon Kuzunqışlaq kənd sakinləri 1987-ci il təvəllüdlü Mustafayev Qorxmaz Şövkət oğlu və Babayev Nəcəf Akif oğludur.Muxalifet - 28-07-2018
Cəbhədə gərginlik: Ermənistan Atəşkəsi 104 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 104 dəfə pozub.
Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 28-07-2018
Hirkan Milli parkında baş verən YANĞIN söndürüldü
Hirkan Milli parkının ərazisində yangın söndürülüb.
Muxalifet - 28-07-2018
"Qarabağ"-"Kukesi" oyununun hakimləri - Bilindi
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Kukesi” matçının hakimləri məlum olub.
Muxalifet.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Peter Kralovic olacaq. Ona yan xətdə Miroslav Benko və Erik Weiss yardım edəcək. Patrik Hrcka isə ehtiyat hakim olacaq.
Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Kukesi” matçı saat 21:00-da başlayacaq.Muxalifet - 28-07-2018
"Fransa və İspaniyanı qaz boru kəməri birləşdirəcək" - MAKRON
Fransa və İspaniya iki ölkəni birləşdirəcək qaz boru kəməri layihəsini hazırlayacaq.
Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.
“Biz müvafiq qurumlara yeni qaz boru kəmərləri, xüsusilə də Fransa və İspaniya arasında qaz boru kəmərlərinə dair işləməyə göstəriş verdik”, – Makron bildirib.
O, yeni qaz boru kəmərlərinin Fransa, İspaniya və Portuqaliyada olan kömür elektrik stansiyalarını əvəz edəcəyini əlavə edib.Muxalifet - 28-07-2018
Dünyadakı məşhur türk və müsəlman masonlar
Mason, masonluq nədir və hansı hədəfləri güdür? Mason mövzuları yenidən gündəmə gəlib. Əvvəlcə bu ayın əvvəlində yerli mediada masonların Bakıda toplantı keçirdiyi xəbəri yayıldı. Ardınca Türkiyədə həbs olunan Adnan Oktarın mason olması iddiaları ortaya çıxdı. Türkiyə mediası yazıb ki, cinayətkar qruplaşmanın lideri 1 milyon 50 min avro verərək, 33-cü dərəcədən mason olub. Oktarın tərəfdarlarından biri deyib ki, təriqət lideri 2012-ci ildə xaricdə daha böyük nüfuz əldə etmək üçün mason olmasının vacibliyini deyib.
Muxalifet - 28-07-2018
Azərbaycanda dəhşətli YANĞIN BAŞLADI - Sürətlə ətrafa yayılır
Ağsu rayonunda meşə yanğını başlayıb.
Muxalifet.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ilkin məlumatda rayonun Qırılar kənd sakinlərinin dağlıq ərazidəki quru ot və kol-kosu yandırdıqları bildirilir.
Nəzarətsiz qalan alov getdikcə daha böyük ərazini əhatə edib. Alov yaxınlıqdakı meşə sahəsinə keçib.
Hadisə yerinə FHN-in Ağsu, Şamaxı və İsmayıllı Dövlət Yanğından Mühafizə hissələrinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.Muxalifet - 28-07-2018
Kremlin həndəvərindən general Xaçaturova görə İrəvana XƏBƏRDARLIQ - "DEYƏSƏN YADDAN ÇIXARIBLAR..."
Ötən gün İrəvanda məhkəmə KTMT-nin Baş katibi, Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, general Yuri Xaçaturovun barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxıb və onu girov əvəzində sərbəst buraxıb. General Xaçaturov 2008-ci il martın 1-də nümayişçilərin güllələnməsi işində ittiham edilənlərdən biridir.
Muxalifet - 28-07-2018
"RUHANİNİ YOX, MƏNİ TƏHDİD ELƏ" - İRANLI GENERAL
Muxalifet.az xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandirini general Qasım Süleymani ABŞ prezidenti Donald Trampa müraciət edərək deyib: “Bir hərbçi olaraq, Trampın təhdidlərinə cavab vermək mənim vəzifəmdir. Əgər o, təhdid dili ilə danışmaq istəyirsə, prezident Həsən Ruhani ilə yox, mənimlə danışmalıdır”.
Muxalifet - 28-07-2018
Çavuşoğlu ABŞ dövlət katibinin üzünə söylədi: KİMSƏ TÜRKİYƏYƏ..
ABŞ prezidenti Donald Tramp və vitse prezident Mayk Pensin Twitter mesajları ilə Türkiyədə ev həbsinə qərar verilən ABŞ-lı keşiş-casus Endryu Brunsonun sərbəst buraxılmaması səbəbindən Türkiyəyə sanksiya tətbiq edəcəklərini açıqlaması iki ölkə arasındakı gərginliyi artırmış, Çavuşoğlu da Twitter üzərindən verdiyi cavabda “Heç kim Türkiyəyə göstəriş verə bilməz” deyib.
Muxalifet3 - 28-07-2018
Paşinyandan Türkiyə ilə bağlı ŞOK SÖZLƏR
Türkiyə ilə önşərt irəli sürmədən diplomatik əlaqələr qurmağa hazırıq.
Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu şok fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” kanalına müsahibəsində səsləndirib:
“Ermənistanla sərhədləri bağlayan Türkiyədir. Bizim tərəfdən sərhəd hər zaman açıqdır. Türkiyə sərhədləri açmaq qərarını verməlidir”.
Türkiyənin NTV telekanalının xəbərinə görə, Ermənistan baş naziri müsahibəsi zamanı “Ermənistan Türkiyəyə ön şərt irəli sürmədən diplomatik əlaqələr qurmağa hazırdır” ifadəsini işlədib.Muxalifet - 28-07-2018
"Milan" Qonsalo İquainin icarəsi üçün "Yuventus"la razılıq əldə edib
İtaliyanın “Milan” klubu Argentina millisinin futbolçusu Qonsalo İquaini icarəyə götürməklə bağlı A seriyasının qalibi “Yuventus”la razılıq əldə edib.
Muxalifet.az “Football Italia”ya istinadən xəbər verir ki, Milan təmsilçisi 31 yaşlı hücumçunun bir illik icarəsi üçün turinlilərə 15 milyon avro ödəyəcək. Üstəlik, “qırmızı-qaralar” növbəti mövsüm başa çatandan sonra İquaini almalıdırlar.
Keçidlə bağlı yeganə problem argentinalı forvardın illik maaşının 7,5 milyon avro qalmasını tələb etməsi ola bilər.Muxalifet - 28-07-2018
Azərbaycanda dəhşətli YANĞIN BAŞLADI - Sürətlə ətrafa yayılır (YENİLƏNDİ)
Fövqəladə Hallar Nazirliyi Ağsu rayonunda meşə ətrafı ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb.
Muxalifet - 28-07-2018
Almaniyada panika başladı! Məsud Özildən sonra..
Almaniyanın köklü qəzeti “Deutsche Welle”, Məsud Özil böhranının Almaniyanın AVRO 2024 ev sahibliyini təhlükəyə saldığını yazıb və "Federasiya ev sahibliyini və ləyaqətini itirə bilər" – deyib.
Muxalifet3 - 28-07-2018