Axtarış
The search found 105839 results in 0.131 seconds.
Search results
Çində dəhşətli yağışlar: 86 ölü
Çində Muson yağışları can almağa davam edir.
Muxalifet.az xəbər verir ki, seldə indiyə qədər 86 nəfər həyatını itirib, 13 nəfər itkin düşüb.
Şiddətli yağışlar nəticəsində 2,18 milyon hektar sahə suyun altında qalıb, 30 min evə zərər dəyib.
Daha çox maddi ziyan və can itkisinin qarşısını almaq üçün xüsusi komandalar təşkil edilib.
Muxalifet3 - 28-07-2018
Qubada meşəətrafı ərazilərdə yanğın söndürüldü, ancaq...
Quba rayonunun Qonaqkənd və İsnov kəndləri yaxınlığında meşəətrafı ərazilərdə baş verən yanğın söndürülüb.
Muxalifet.az xəbər verir ki, bu barədə azərtac -a Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Aydəmir Manafov məlumat verib.
A.Manafovun sözlərinə görə, meşəətrafı ərazidə baş verən yanğın İsnov kəndində yaşayış evlərinə qədər yaxınlaşsa da, Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının vaxtında müdaxiləsi ilə söndürülüb.Muxalifet3 - 28-07-2018
Türkiyədə əsgərliklə bağlı yeni layihə...
Türkiyənin Ədalət və İnkişaf Partiyası əsgərliklə bağlı yeni sistem üzərində çalışır.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı sputnik yayıb.
Məlumata görə, yeni sistemə əsasən, məcburi əsgərlik qısa və ya uzun müddət seçimi olmadan hər kəs üçün 9 ay olacaq. İlk 3 ayldan sonra təxris olmaq istəyən əsgərlər müəyyən məbləğ qarşılığında buna nail olacaqlar.
Muxalifet3 - 28-07-2018
İlham Əliyevdən Krala təbrik məktubu
Prezident İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
"Əlahəzrət, əziz qardaşım!
Milli bayramınız – Taxt-Tac Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.Muxalifet3 - 28-07-2018
Bakı daha bir yarışa ev sahibliyi edəcək
Bakı 2021-ci ildə batut üzərində tullanma və tamblinq üzrə dünya çempionatını qəbul edəcək. Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsi bu qərarı Ficidə keçirilən növbəti iclasında qəbul edib. Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov iclasda iştirak edib.
Muxalifet3 - 28-07-2018
Baxçalıdan Trampa sərt mövqe: Bransonu düşünənə qədər...
ABŞ Prezidenti Donald Tramp keşiş Endryu Bransonu düşünənə qədər qonaq qəbul etdiyi FETÖ-çuları nə zaman təhvil verəcəyini düşünməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Baxçalı ABŞ Prezidenti Donald Trapın təhdidlərinə cavab olaraq Tvitter hesabında qeyd edib. O bildirib ki, Türkiyə ABŞ-ın təhdidlərindən qorxmur:
“Türkiyənin təhdidlərdən qorxduğu harada görülüb, harada eşidilib? ABŞ keşişi bəhanə göstərərək, Türkiyəni təhdid edir. Bu ayıbdır, əxlaqi qaydalara zidd və strateji ortaqlığa kölgə salmaqdadır. Həddi və hüdudu aşmaqdır”.Muxalifet3 - 28-07-2018
Lavrovdan Mnatsakanyana: Xaçaturovu geri çağırın
Ermənistan öz vətəndaşını KTMT baş katibi postundan geri çağırmalıdır.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla telefon danışığında bildirib.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun əvəz edilməsinin zəruri olması barədə bəyanat yayıb.
Muxalifet3 - 28-07-2018
Gəncə olaylarına görə daha bir nəfər BELƏ MƏHV EDİLDİ - ANBAAN VİDEO
Gəncədə ictimai asayişi pozmağa cəhd göstərmiş daha bir nəfər zərərsizləşdirilib.
Muxalifet.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü qrupun fəal üzvlərindən daha biri Səmədov Fuad Tofiq oğlu zərərsizləşdirilib.
Belə ki, iyulun 28-də Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı F.Səmədovun Samux şəhərində gizləndiyi yer müəyyən edilib.Muxalifet3 - 28-07-2018
ABŞ-dan təşəbbüs: Çavuşoğlu Pompeo ilə danışdı
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı "Sabah" qəzeti yayıb. Həmkarların müzakirələri haqqında məlumat verilməsə də telefon danışığının ABŞ-ın tələbi ilə baş tutduğu bildirilib.
Qeyd edək ki, ötən gün də tərəflər arasında telefon danışığı baş tutsa da, görüşlə bağlı detallı məlumat verilməmişdi.
Muxalifet3 - 28-07-2018
Tankçılarımız bu 3 ölkəni qabaqladı: Yarış
İyulun 28-də “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsinə start verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yarışların ilk günündə Azərbaycan tankçıları qruplarında yer aldıqları Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə güclərini sınayıblar.
Tankçılarımız müsabiqənin şərtlərinə əsasən şərti hədəfləri sərrast atəşlə məhv edərək, marşrut üzrə müəyyən olunan məsafəni qısa müddətdə qət ediblər.Muxalifet3 - 28-07-2018
Fransada təyyarə qəzası: 2 nəfər öldü, digərlərindən xəbər yoxdur
Fransanın şimal-şərqində təyyarə qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb. Təyyarədə daha 2 nəfərin olduğu bildirilib, ancaq onlar barədə hər hansı məlumat verilməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Muxalifet3 - 28-07-2018
İstanbulda fələstinlilər ABŞ-a qarşı - Çağırış
Türkiyənin İstanbul şəhərində bir araya gələn fələstinli qruplar ABŞ-ın təhdidlərinə və İsrail işğalına qarşı milli birliyin tezliklə əldə edilməsi barədə çağırış edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.
Məlumata görə, aralarında HƏMAS və Nüsrə Cəbhəsinin də olduğu qrup ABŞ-ın "yüz ilin sazişi" olaraq adlandırdığı planı qəti şəkildə rədd edib. Onlar bu sazişlə ABŞ-ın fələstinlilərin haqqını heçə saydığını bildiriblər.Muxalifet3 - 28-07-2018
Millimizin keçmiş futbolçusu Almaniyada qolla başladı
Almaniya üçüncü Bundesliqasında 2018/2019 mövsümünə start verilib.
Muxalifet.az-ın məlumatına görə, Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovun yeni transfer olunduğu “Proyssen” ilk turda “Fortuna”nın qonağı olub.Matç Münster təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna start heyətində meydana daxil olan R.Dadaşov 43-cü dəqiqədə komandasının 2-ci qolunu vurub. O, 73 dəqiqədə Martin Kobilyanski ilə əvəzlənib.
Muxalifet3 - 28-07-2018
Bakı-Sumqayıt yolundakı məhdudiyyətlə bağlı açıqlama
Bakı-Sumqayıt yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti üçün tətbiq edilən məhdudiyyət sabah aradan qaldırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi işləri ilə əlaqədar iyulun 29-u səhər 05:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılıb. Sözügedən ərazidə görülən işlər axşam saatlarında başa çatdırılacaq.
Muxalifet3 - 28-07-2018
Rusiyadan sanksiyalarla bağlı vacib qərar: Risk azaldılır
Rusiyada parlamentinin Federasiya Şurası ofşor şirkətlər qrupu ilə bağlı qanun qəbul edib.
Muxalifet.az xəbər verir ki, parlament rusların nəzarətindəki ofşor şirkətləri üçün xarici dövlətlərin tətbiq edəcəkləri ehtimal olunan sanksiyalar və siyasi risklərin nəticələrini minimuma endirəcək qanun paketini təsdiq edib.
Şirkət qeydiyyatının yerləşdiyi ölkədən Rusiyanın xüsusi inzibati bölgələrinə nəqli, beynəlxalq şirkət statusunu alması üçün yetərli olacaq.
Muxalifet3 - 28-07-2018
Sumqayıtdakı partlayışla bağlı - Rəsmi məlumat
Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda 4 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı məlumat yayıb.
Muxalifet3 - 28-07-2018
Putinin mətbuat katibi İçəri Şəhərdə - Foto
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun Bakıda istirahəti davam edir.
Muxalifet.az xəbər verir ki, həyat yoldaşı Tatyana Navka ilə istirahət edən Peskov bu dəfə İçəri Şəhərlə tanış olub.
Muxalifet3 - 28-07-2018
Özbəkistan telekanalının yayımı mənəviyyatsızlığa görə dayandırıldı
Özbəkistanın İnformasiya texnologiyaları və kommunikasiya nazirliyi Səmərqəndin STV telekanalının yayımını dayandırıb.
Muxalifet.az xəbər verir ki, həmçinin Daşkəndin “Sevimli” telekanalına ciddi xəbərdarlıq edilib. Telekanal bir neçə dövlət qanununu pozmaqda ittiham edilir.
Sözügedən kanalların monitorinqi zamanı məlum olub ki, onlar zorakılıq və mənəviyyatsızlığı təbliğ edən, həmçinin milli mentalitetə zidd və gənclərin mənəvi tərbiyəsinə zərbə vuran film və klipləri yayımlayıblar.
Muxalifet3 - 28-07-2018
Moskva ordu oyunlarını Ermənistan və İrana salır
Beynəlxalq Ordu Oyunları çərçivəsində baş tutacaq 2 müsabiqə ilk dəfə İran və Ermənistanda keçiriləcək.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Mətbuat xidməti dənizdəki müsabiqələrin əsasən Xəzər və Şərqi Çin dənizi akvatoriyalarında baş tutacağını bildirib.
Qeyd edək ki, beynəlxalq ordu oyunları 28 iyuldan 11 avqusta qədər olan müddətdə baş tutacaq. Oyunlar eyni anda 24 poliqonda baş tutacaq. Müsabiqələr Azərbaycan, Ermənistan, Belarus, İran, Qazaxıstan, Çin və Rusiyada baş tutacaq.
Muxalifet3 - 28-07-2018
Azərbaycanlı fanatı Jan Khalibə görə səhnəyə tullandı - VİDEO
“Jara” Beynəlxalq Musiqi Festivalının üçüncü günündə maraqlı hadisə yaşanıb.
Muxalifet.az xəbər verir ki, əslən azərbaycanlı olan müğənni Jan Khalib (Bəxtiyar Məmmədov) səhnəyə çıxıb.
Sənətçi “Medina” adlı ifasını səsləndirərkən oğlan fanatlarından biri səhnəyə tullanıb və müğənnini qucaqlayıb.
O isə fanatının bu hərəkətinə müsbət qarşılıq verib.
Sözügedən görüntüləri təqdim edirik:
Muxalifet3 - 28-07-2018