Axtarış
The search found 105839 results in 0.077 seconds.
Search results
4 turist öldü, ölkədə həyəcan siqnalı verildi
Tacikistanda dünən bir avtomobilin 7 velosipedli turisti əzməsi nəticəsində 4 nəfər həyatını itirib. Tacikistan Daxili İşlər Nazirliyi terror da daxil bütün ehtimallar nəzərə alınmaqla, hadisənin araşdırıldığını açıqlayıb.
Muxalifet3 - 30-07-2018
İncə Kılıcdaroğlunu devirir: Sədr seçiləcəm, amma…
Növbəti seçkilərdə prezident seçilməsəm, CHP-də dərhal qurultay keçirəcəm.Muxalifet.az xəbər verir ki, bu sözləri CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə deyib.“Notariata gedərək rəsmi sənəd imzaladım. Sədr seçiləcəm, amma kürsüyə yapışıb qalmayacağam. Növbəti seçkilərdə prezident seçilə bilməsəm, CHP-ni qurultaya aparacam”, - İncə bildirib.Muxalifet - 30-07-2018
“MÜDAFİƏ NAZİRİ DƏYİŞDİ, PULUM KƏSİLDİ…” - Deputatın səs yazısı yayıldı + VİDEO
Sosial şəbəkələrdə Milli Məclisin deputatı Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb.
Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir. Və Elmira Axundova hər dəfə həmin məbləği tapana qədər “daha 2-3 ay gözləməyi” xahiş edir. Audioyazını hakimiyyətyönlü criminal.az saytı yayıb.Muxalifet - 30-07-2018
Türkiyə qırıcıları terrorçuları bombaladı - 10 ölü
Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Metina ərazisində daha 10 terrorçunu məhv edib.
Azərtac xəbər verir ki, Türkiyənin Şırnak vilayətində isə “Azad” ləqəbli 19 yaşlı terrorçu könüllü olaraq polisə təslim olub.
Təhlükəsizlik qüvvələri antiterror əməliyyatlarını davam etdirir.Muxalifet - 30-07-2018
İŞİD Suriyada 36 qadın və uşağı girov götürüb
İyulun 25-də Suriyanın cənubunda yerləşən Es-Suveyda şəhərində törədilən terror aktlarından sonra onlarla qadın və uşaq girov götürülüb.
APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya İnsan Hüquqları Komitəsüindın məlumat verilib. Bildirilib ki, İŞİD ümulikdə 20 qadın, 16 azyaşlını girov götürüb.
Qeyd edək ki, terror aktları nəticəsində 246 nəfər ölüb.Muxalifet - 30-07-2018
Erməni avtoriteti öz qızları doğradı
Moskvada cinayətkar aləmdə tanınan 57 yaşlı erməni etnik qrupunun nümyəndəsi Mixail Xaçaturyan qızları Angelina, Kristina və Mariya xaçaturyanlar tərəfindən doğranaraq, qətlə yetirilib.
Ermənistan KİV-i xəbər verir ki, bu məlumatı Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi yayıb.
Bildirilib ki, yaşayış binasının girişində boğazı və döş qəfəsində çoxsaylı deşilmiş-kəsilmiş yaralar olan kişi meyiti aşkarlanıb. Növbəti gün onun 17, 18 və 19 yaşlı qızları şübhəli şəxs qismində tutulublar.Muxalifet3 - 30-07-2018
Sosial evlər satışa çıxır: təmirli, mebelli və ucuz kreditlə…
Yaxın zamanda sosial mənzillər yenidən satışa çıxarılacaq.
Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb.Muxalifet - 30-07-2018
ABŞ-Türkiyə döyüşü Azərbaycana necə təsir edəcək? - Vaşinqton Bakının...
Türkiyənin Rusiya ilə S-400 hava hücumundan müdafiə sistemlərini almaqla bağlı müqavilə imzalamasından sonra okeanın o tayında oturanlar Ankaranı təzyiqlərlə hədələdi. Ötən həftə Türkiyəyə qarşı qəbul edilmiş iki qərar – F-35 təyyarələrinin satışının dayandırılması və beynəlxalq kredit şirkətlərindən kredit almasının qarşısının alınması – Vaşinqtonun Ankaraya hücumunun əsas elementi oldu və gözlənilənlərə görə, bu, hücumlar hələ başlanğıcdır.
Muxalifet - 30-07-2018
“Paşinyan Azərbaycanın dəyirmanına su tökür…” - Baş nazirə xəbərdarlıq
Ermənistanın hakim Respublika Partiyası keçmiş prezident Robert Köçəryanın həbs edilməsi ilə bağlı bəyanat yayıb.
Muxalifet.az xəbər verir ki, bəyanatda Köçəryanın həbsi pislənilib.
Keçmiş prezident Serj Sərkisyanın sədri olduğu partiya hesab edir ki, Robert Köçəryanın həbs edilməsi daxili ictimai-siyasi sabitliyi pozacaq:Muxalifet - 30-07-2018
Qubanın dağlıq ərazilərində yanğın başlayıb
Quba rayonun dağlıq ərazilərində yanğın başlayıb.
Quba Fövqəladə Hallar Komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, Çiçi və Zərqova kəndlərində qeydə alınan yanğının söndürülməsi üçün əraziyə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi ilə bərabər yerli sakinlər də cəlb olunub.
Hazırda yanğının söndürülməsi üçün işlər davam etdirilir.Muxalifet - 30-07-2018
Lavrov:"Rusiyaya qarşı ABŞ və digər ölkələrin hərbi planları barədə məlumatlıyıq"
“Biz Rusiyaya qarşı ABŞ və digər dövlətlər tərəfindən hazırlanan hərbi planlar barədə təminatlı şəkildə məlumatlıyıq”.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov “Mənalar ərazisi” Ümumrusiya Gənclər Təhsil Forumu iştirakçıları qarşısında çıxış edərkən bildirib.
“ABŞ və digər Qərb ölkələri tərəfindən Rusiya Federasiyasına qarşı hansı planların qurulduğu haqqında məlumat əldə etməyimiz təmin olunmuşdur”, – S.Lavrov deyib.Muxalifet - 30-07-2018
“Yaxın vaxtda Sərkisyan həbs edilə bilər” - Köçəryanın həbsinin gizlinləri…
Son dönəmlərdə Ermənistanda baş verən proseslərdə diqqətçəkən bir məqam var. Bu da həbs dalğasının keçmiş prezident Robert Köçəryandan başlamasıdır. Söhbət 2008-ci ilin prezident seçkiləri zamanı hakimiyyətin mənimsənilməsindən gedir. Həmin dövrdə isə prezident Köçəryan yox, Serj Sərkisyan idi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
Politoloq “Qarabağ klanı”nda təmsil olunan şəxslərə qarşı həyata keçirilən həbslərin bir neçə səbəbinin olduğunu bildirib:Muxalifet - 30-07-2018
7 min uşaq qətlə yetirildi – BMT-nin şok hesabatı
Birləşmiş Millətlər Təşkilatı (BMT) suriyalı uşaqlarla bağlı son hesabatını yayımlayıb.
Muxalifet.az xəbər verir ki, hesabatda Suriyada 7 ildir davam edən müharibədə 7 mindən çox uşağın həyatını itirdiyi öz əksini tapıb.
Hesabata görə, müharibənin şiddətləndiyi 2017-ci ildə 600 uşaq qətlə yetirilib.
Yerli mənbələr isə bu rəqəmin 20 min olduğunu bildirirlər.Muxalifet - 30-07-2018
Qarabağda dəhşətli MÜHARİBƏ BAŞLAYIR: Paşinyanın sonu, Koçaryanın... - Rusiya mediası SİRLƏRİ AÇDI
İstənilən ölkədə keçmiş prezidentin həbsi tarixi hadisədir, xüsusilə keçmiş sabiq dövlət başçısı korrupsiya ilə deyil, konstitusiya quruluşunun dəyişdirilməsinə cəhdlə ittiham olunursa. Ermənistanda keçmiş prezident Robert Koçaryanın 2008-ci il 1 mart hasdisələrinə görə məhkəmə qarşısına çıxarılması və onun haqqında konstitusiya quruluşlunun devrilməsi ittihamı ilə iki ay həbs qətimkanı seçilməsi görünməmiş hadisə olaraq dəyərləndirilir.
Muxalifet - 30-07-2018
Ramin Hacılının həbs müddəti artırıldı
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən həbs edilən Ramin Hacılının barəsində həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.Muxalifet.az xəbər verir ki, Nərimanov rayon məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının təqdimatı təmin edilib.Ramin Hacılının barəsində həbs-qətimkan tədbiri daha 2 ay 15 gün müddətinə uzadılıb.Muxalifet - 30-07-2018
İran XİN sözçüsü: “ABŞ o qədər ağılsız ola bilməz ki, bizə qarşı müharibəyə başlasın”
“Bu durumda danışıq aparmaq mümkünsüzdür. Amerika göstərib ki, etimad ediləsi deyil və heç bir iş üçün etibarlı tərəfdaş sayıla bilməz”.
Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında “İran ABŞ-la müzakirə aparmaqda qərarlıdır, ya yox?” sualına cavabında deyib.Muxalifet - 30-07-2018
Avropa İttifaqı Azərbaycanla sazişin imzalanmasını istəyir –Xüsusi nümayəndə prezident İlham Əliyevlə görüşdü
Azərbaycan prezidenti İlham Əliyev iyulun 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarı qəbul edib.
Strateq.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı bu yaxınlarda Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanmasını əməkdaşlığın gələcək inkişafı üçün önəmli adlandırıb. O qeyd edib ki, Azərbaycan eyni zamanda NATO-nun etibarlı tərəfdaşıdır.Muxalifet - 30-07-2018
Erməni qanuni oğru Dubayda həbs edildi
Məşhur erməni qanuni oğru Aram Vardanyan (Vstreçi Aper) Dubay hava limanında həbs edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb. Onun bu gün həbs edildiyi vurğulanıb.
Qeyd edək ki, bundan öncə Vardanyan Ermənistan tərəfindən axtarışa verilmişdi.Muxalifet - 30-07-2018
Yaxın Şərqdə “su müharibəsi” başlaya bilər - PROQNOZ
Yaxın Şərqdə Türkiyə, İraq və Suriyanın iştirakı ilə yeni “su müharibəsi” başlaya bilər.
Bu barədə Səudiyyə Ərəbistanında nəşr olunan “Asharq Al-Awsat” qəzeti məlumat yayıb.
Qəzetdə Suriyanın beynəlxalq sular üzrə eksperti Nabil Əl Samman “Su müharibəsi” adlı məqaləsində bu barədə bildirir.
Ekspertin qeydlərinə görə, hər üç ölkə regionun ən böyük su qaynağı olan Dəclə və Fərat çaylarına nəzarəti ələ keçirmək uğrunda mübarizə aparır.
Sammanın fikrincə, bu mübarizə regionda yaxın müddətdə “su müharibəsi”nə səbəb ola bilər.Muxalifet - 30-07-2018
Ərdoğandan Adnan Oktar haqda açıqlama
Türkiyə prezidenti Ərdoğan, ötən günlərdə keçirilən əməliyyatla nəzarətə alınan və sonra həbs olunaraq həbsxanaya göndərilən Adnan Oktarla bağlı açıqlama verib.
Adnan Oktarı adını çəkmədən "Əxlaqsız adam" kimi dəyərləndirən Ərdoğan, FETÖ ilə Adnan Oktar təşkilatı arasındakı oxşarlıqlara diqqət çəkib.
Prezident Ərdoğan Oktarın onun qonşusu olduğunu deyib: “İstanbulda Üsküdarda yaşadığım dövrdə qonşum olub, amma şəxsən tanımıram. Əxlaqsız bir adam idi. Ədəbi yerində deyil. Çox əxlaqsız bir tipdi. Əxlaqi cəhətdən zəiflikləri olan bir tipdir.Muxalifet3 - 30-07-2018