Axtarış
The search found 105839 results in 0.106 seconds.
Search results
Lənkəranda təlim: Əmək müqaviləsi…
Lənkəranda “Əmək müqaviləsi: gələcəyə təminat” adlı təlim keçirilib.
Muxalifet.az xəbər verir ki, təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.
Təlim Müvəkkil Hüquq Mərkəzinin sədr müavini, hüquqşünas Mobil Vəkiloğlu tərəfindən aparılıb.Muxalifet3 - 30-07-2018
Bu silahın gücü Xirosimaya atılan 160 atom bombasına bərabərdir - DÜNYANI MƏHVƏ APARAN SİLAH
Rusiyanın “Yuri Dolqoruki” sualtı gəmisindən atılan sonuncu raketlərin gücü Xirosimaya atılan 160 atom bombasının gücünə bərabərdir.
Altun.az xəbər verir ki, bu sözləri ABŞ Elm Adamları Federasiyasının Nüvə İnformasiya Layihəsinin direktoru Hans Kristensen Tvitter səhifəsində yazıb. O, həmçinin 4 ədəd "Bulava" raketinin fotosunu paylaşaraq, atışın 20 saniyədə baş verdiyini, bunun da 1 dəqiqə ərzində atılan 16 raketə bərabər olduğunu qeyd edib.Muxalifet3 - 30-07-2018
Amerikalı keşişlə bağlı yeni xəbər: Xaricə çıxmaq...
Amerikalı keşiş Endryu Bransonun vəkili İsmayıl Halavurt müvəkkilinin ev həbsi barədə qərara etiraz edib.
Muxalifet.az xəbər verir ki, Halavurt İzmir məhkəməsindən ev həbs ilə bağlı tətbiq edilən xaricə çıxmaq qadağasının ləğvini tələb edib.
Qeyd edək ki, FETÖ və PKK adına casusluq etdiyi ittihamı ilə saxlanılan Ednryu Branson barəsində bir neçə gün öncə 2 il müddətinə ev həbsi barədə qərar verilib.
Muxalifet3 - 30-07-2018
İngiltərə XİN rəhbərindən Çində dəhşətli səhv: Xanımını...
İngiltərə Xarici İşlər naziri Ceremi Hant Çin səfərində bu ölkə ilə nə qədər dərin əlaqələrinin olması barədə ağız dolusu danışıb.
Muxalifet.az xəbər verir ki, Hant Çin Xarici İşlər naziri Vanq Yi ilə görüşündə 19 yaşından bel çantası ilə Çinə səfərə çıxdığını bildirərkən həyat yoldaşının yapon olduğunu deyib. Ancaq bundan dərhal sonra səhvini düzəldən nazir xanımının çinli olduğunu söyləyib. Nazirin bu sözləri salonda böyük gülüşə səbəb olub.Muxalifet3 - 30-07-2018
Xəyyam Mirzəzadə vəfat etdi
Azərbaycan Respublikasının xalq artisti, əməkdar incəsənət xadimi, "Şöhrət" və "Şərəf" ordenli Xəyyam Mirzəzadə vəfat edib.
Muxalifet.az-ın məlumatına görə, X. Mirzəzadə uzun sürən xəstəlikdən əziyyət çəkirdi.
Muxalifet3 - 30-07-2018
Qubadakı yanğın söndürüldü, ancaq tədbirlər görülür - Rəsmi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba rayonunun Qasımqışlaq kəndinin yaxınlığında dağlıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub.
Muxalifet3 - 30-07-2018
Hərbi hissələrdə yeni tədris dövrü başladı
Azərbaycan Ordusunun birlik, birləşmə, həmçinin qoşun növləri və qisimlərinin hərbi hissələrində yeni tədris dövrü başlayıb.
Muxalifet.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bütün hərbi hissələrdə keçirilən yığıncaqlarda tədris dövrünün əsas məqsəd və vəzifələri, eləcə də onların icra qaydaları şəxsi heyətə çatdırılıb.Muxalifet3 - 30-07-2018
Dünyanın ən böyük təyyarəsi inşa edilir - Əfsanə ləğv olur
Rusiya Sovetlər Birliyi dövründə istehsal edilən əfsanəvi Antonov An-124 təyyarəsinin əvəzinə dünyanın ən böyük yük təyyarəsini hazırlayacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Rusiya baş nazirinin Yuri Borisov verib.2027-ci ilə qədər hazırlanması nəzərdə tutulan təyyarənin inşası planlaşdırılan dövlət silahlanma proqramı çərçivəsindəki həyata keçiriləcək.
Yeni təyyarə müasir standartlara uyğun və başqa bir ad altında hazırlanacaq.
Muxalifet3 - 30-07-2018
Nazirlər övladlarını işğal altındakı torpaqlara hərbi xidmətə göndərməklə SÜLHƏ ƏNGƏL TÖRƏDİRLƏR
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhə xəttində hazırkı vəziyyətin müzakirə olunduğu görüşdə general-polkovnik Z.Həsənov vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəqqinin əldə edilməsinə başlıca maneədir.Muxalifet3 - 30-07-2018
Ərdoğanın ABŞ-a qarşı çıxmasında əsas məqsəd nədir?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a qarşı çıxmasında əsas məqsəd Türkiyəni müstəqil ölkə halına gətirməkdir.
Muxalifet.az xəbər verir ki, bunu rusiyalı professor Vladimir Vasilyev bildirib.
Vasilyev ABŞ Konqresinin nadir hallarda verilən qərarı geri götürdüyünü, Türkiyəyə qısa müddət ərzində F-35 hərbi təyyarələrinin çatdırılmasını gözləmədiyini qeyd edib:Muxalifet3 - 30-07-2018
Nazirlik bələdiyyə sədrini cərimələdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Muxalifet3 - 30-07-2018
Türkiyə ordusundan ağır zərbə: 10 terrorçu məhv edildi
Türkiyənin hərbi qüvvələri ölkənin Tunceli vilayətinin Pülümür rayonunda 10 terrorçunu məhv edib. Əraziyə əlavə polis qüvvəsi cəlb olunub.
Muxalifet.az xəbər verir ki, yerli sakinlər bir qrup silahlının terror hazırlığı görməsi barədə polisi məlumatlandırıb. Keçirilən antiterror əməliyyatına havadan dəstək verilib.
Bölgədə antiterror əməliyyatı davam etdirilir.
Muxalifet3 - 30-07-2018
Hallidey: Onun üzündən Azərbaycana getdim
“Qəbələ”nin sabiq futbolçusu Endi Hallidey maraqlı açıqlama ilə diqqət çəkib.
Muxalifet.az xəbər verir ki, şotlandiyalı yarımmüdafiəçi yeni baş məşqçi Stiven Cerrardı tərifləyib.Muxalifet3 - 30-07-2018
Ərdoğana necə davranmaq lazımdırsa, elə də... - Almaniya
Almaniya Xarici İşlər naziri Hayko Maas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyaya səfəri ilə bağlı açıqlama verib.
Muxalifet.az xəbər verir ki, Maasa Ərdoğanın səfəri zamanı ona necə münasibət göstəriləcəyi soruşulub.
Maas isə öz növbəsində bildirib: "Əlbəttə ki, bir ölkənin dövlər rəhbərinə necə davranmaq lazımdırsa, elə də münasibət göstəriləcək. Almaniya prezidenti də belə edib".
Muxalifet3 - 30-07-2018
SON DƏQİQƏ: Metro və avtobuslarda gediş haqqı artırıldı - Rəsmi
İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Tarif Şurasından verilən məlumata görə, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib.Muxalifet3 - 30-07-2018
Mattarella İrəvanda Qarabağdan danışdı: Yardım edəcəyik
İtaliya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə yardım edəcək.
Muxalifet.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella deyib.
"Sülhü təmin etmək lazımdır. Sülh danışıqlarını bərpa etmək üçün əlimizdən gələni edəcəyik. Münaqişənin nizamlanması yalnız ATƏT-in Minsk Qrupu çərçivəsində və beynəlxalq hüquq normalarına əsasən siyasi yolla əldə edilə bilər", - Mattarella qeyd edib.
Qeyd edək ki, bir müddət öncə S.Mattarella Bakıya səfər etmişdi.
Muxalifet3 - 30-07-2018
Пашинян нарушает «традиции»
Кочаряна первым среди постсоветских экс-президентов отправили в тюрьму.
В пятницу суд в Ереване арестовал экс-президента Армении Роберта Кочаряна сроком на два месяца по делу о разгоне акций протеста 1 марта 2008 года, сказал журналистам его адвокат Арам Орбелян, сообщает Sputnik Армения. А если быть точным, господина Кочаряна обвиняют в узурпации власти.
В Армении арестовали не только экс-президента, но и действующего Генсека Организации Договора Коллективной Безопасности (ОДКБ).Muxalifet3 - 30-07-2018
ABŞ nəzarəti ələ ala bilmir, bu səbəbdən gözdən salır - Rusiya
ABŞ Soçidə keçiriləcək Suriya danışıqlarına öz təmsilçilərini göndərməməklə Astana formatının önəmini kiçiltməyə çalışır.
Muxalifet.az xəbər xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Zaxarova ABŞ-ın Suriyada nəzarəti ələ ala bilmədiyi üçün keçirilən danışıqları da gözdən salmağa çalışdığını vurğulayıb:
"Biz hər zaman Astana platformasının heç bir şəkildə Cenevrənin alternativi olmadığını bildirdik və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun olaraq, həqiqətən bu yolda irəliləyişə yardım etmək istədik".Muxalifet3 - 30-07-2018
Şəmkirdə ağır qəza: ölü və yaralılar var
Gəncə-Şəmkir avtomobil yolunda ağır yol qəzası baş verib.
Muxalifet.az-ın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayonu ərazisində hərəkətdə olan “VAZ 21011”lə başqa bir avtomobilin toqquşması nəticəsində 1 qadın ölüb, 2 kişi, 1 qadın və 1 yeniyetmə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 30-07-2018
Trampın “Yüz ilin işğalı” planı: Bu ölkə xəritədən silinəcək
ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdıqdan sonra Fələstinin işğalına hazırlaşır.
Muxalifet.az xəbər verir ki, Tramp Fələstin-İsrail münaqişəsinin həlli üçün “Yüz ilin anlaşması” adı ilə yeni plan hazırlayır.
Bu plan hələlik açıqlanmasa da, müəyyən detalları mediaya sızıb. İddiaya görə, “Yüz ilin anlaşması” planında Fələstin tərəfinə ağır şərtlər irəli sürüləcək, İsrailə isə dəstək veriləcək.
Planda “Qüdsün bütövlükdə İsrailin paytaxtı olması, Qərbi Şəriyada yəhudi düşərgələrinin boşaldılmaması” kimi maddələr yer alır.Muxalifet3 - 30-07-2018