Axtarış

The search found 105844 results in 0.104 seconds.

Search results

  1. ​Adnan Oktarın qadınlara niyə “kedicik” dediyi bəlli oldu

    Mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham olunaraq həbs olunan Adnan Oktarın televiziya proqramlarında və sosial şəbəkə hesablarında təşkilatın daxilindəki qadınlara “kedicik” deməsinin səbəbi dəstənin qeyri-qanuni fəaliyyətlərini gizlətmək məqsədi daşıyır.
    Bu barədə Adnan Oktar işi ilə bağlı aparılan məhkəmə qərarında deyilib.

    Muxalifet - 31-07-2018

  2. İdmançılar Azərbaycan millisindən imtina etdi – “Söhbət təkcə maaşdan getmir…”

    “Biz artıq ölkəmizə, Ukraynaya dönmüşük. Bundan sonra Azərbaycan millisində çıxış etməyəcəyik”. Bu sözləri apasport.az saytına kamandan oxatma üzrə Azərbaycan yığmasının sabiq üzvü Olqa Senyuk deyib.

    Bakıda keçirilən I Avropa Oyunları ərəfəsində Azərbaycan yığmasına gətirilən 2 legioner ölkəmizdən imtina edib. Bunlar kamandan oxatma üzrə millimizin üzvləri – Olqa və həyat yoldaşı Taras Senyukdu.

    Muxalifet - 31-07-2018

  3. Olimpiya çempionu arvadı ilə çəkdirdiyi şəklə görə cəzalandırıldı - FOTO

    Altıqat Olimpiya çempionu, amerikalı üzgüçü Rayn Lokti Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən 14 aylıq cəzalandırılıb.

    Oxu.Az xəbər verir ki, buna səbəb idmançının sosial şəbəkədə yerləşdirdiyi şəkil olub.

    Məşqlərdən sonra həyat yoldaşı ilə bərpa prosedurları çərçivəsində sistem köçürülməsi zamanı çəkilmiş şəkil Amerika Antidopinq Agentliyinin (USADA) rəsmilərinin diqqətini çəkib.

    Muxalifet - 31-07-2018

  4. Peskovun xanımının Bakıdakı maraqlı şəkli: "Ərimin gözləri ilə” - FOTO

    Fiqurlu konkisürən Tatyana Navka Bakıdakı tətildə çəkdiyi fotosunu “Instagram” hesabına yerləşdirib.

    O, fotoya “Ərimin gözləri ilə” adını qoyub.

    Şəkillər izləyiciləri heyran edib.

    İstifadəçilər Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun həyat yoldaşı Tatyanaya diqqətini yüksək qiymətləndiriblər.

     

    Muxalifet - 31-07-2018

  5. ​AZAL Ukraynaya uçuşları dayandırdı - SƏBƏB

    "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Ukraynaya hava uçuşlarını oktyabrın sonuna qədər dayandırıb. Lent.az xəbər verir ki, bu barədə Azərtac-a açıqlamasında AZAL-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Yaşar Əmirov məlumat verib.
    Onun sözlərinə görə, Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti olan "Buta Airways”in isə sentyabrın ortalarından Ukraynaya reyslərinin sayının artırılacağı gözlənilir.
    Hazırda isə "Buta Airways” həftənin çərşənbə axşamı, çərşənbə və cümə günləri Bakı-Kiyev-Bakı reysini həyata keçirir.

    Muxalifet - 31-07-2018

  6. ​Bakıda 27 yaşlı arvadını öldürən şəxs: "Mən gecə yatanda..."

    Bakıda keçmiş arvadını öldürməkdə təqsirləndirilən Rahib Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sualları cavablandırıb. O bildirib ki, arvadı həmişə çantasında bıçaq gəzdirirmiş: "Bir dəfə evdə olanda mübahisə etdik. Bıçağı atanda sağ buduma dəydi. Sonra mən Binədə kirayə ev tutub getdim. Amma məni izləməyə başladı. Yolda rastlaşanda yenə mənə bıçaq çıxardı, sinəmə vuranda çəkildim. Bıçaq sinəmi yaraladı. Üstündən xeyli müddət keçmişdi.

    Muxalifet - 31-07-2018

  7. ​“Tarif Şurasının qərarı öz müsbət təsirini göstərəcək” – YAP RƏSMİSİ

    “Ölkəmizin əldə etdiyi uğurlar bu gün beynəlxalq reytinq agentliklərinin hesabatlarında öz əksini tapır. "Standard & Poor’s" reytinq agentliyinin hesabatında qeyd olunur ki, növbəti 3 ildə iqtisadiyyatımız 3 faiz artacaq. Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun MDB ölkələri arasında əməkhaqqı reytinqi ilə bağlı açıqladığı rəqəmlər də ölkəmizin bu sahədəki müsbət göstəricilərindən xəbər verir”.

    Muxalifet - 31-07-2018

  8. SENSASİON İDDİA: "Meşə yanğınını ABŞ lazer peyklər vasitəsi ilə təşkil etdi..."

    Yunanıstanın paytaxtı Afina yaxınlığında meydana gələn, 91 nəfərin həyatını itirdiyi, 25 nəfərin itkin düşdüyü meşə yanğını ilə bağlı sensasion iddialar ortaya atılıb.
    Muxalifet.az avropa.info-ya istinadən xəbər verir ki, Afinada yayımlanan “Eleftheri Ora” qəzeti “Çipras bütün Yunanıstanı yandırmağa hazır-“suçlular” isə yenə də Ərdoğanla Putin” başlıqlı xəbərində, hökumətə yaxın bəzi dairələrin “Türk casuslari rus texnologiyasını istifadə edərək 8 türk əsgərin saxlanıldığı Mati bölgəsini yandırıblar” yalanını ortaya atdıqlarını yazıb.

    Muxalifet - 31-07-2018

  9. ​“Benzin, qaz, su və işıq da bahalaşacaq” - EKSPERT

    “Bu qiymət artımı sonuncu olmayacaq, davamı gələcək. Növbə yanacağındır”.
    Muxalifet.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, növbəti mərhələdə qaz, su və işıq bahalaşacaq:
    "Bu qiymət artımı sonuncu olmayacaq, davamı gələcək. Növbə yanacağındır. İşığın qiymətinin artımını Mingəçevirdəki yanğın ertələdi, ancaq baş verəcək. Qaza da, suya da növbə çatacaq", - deyə Samir Əliyev bildirib.
    Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə nəqliyyat və metroda gediş haqqı 50 faiz bahalaşıb.

    Muxalifet - 31-07-2018

  10. ​"Qarabağ" - "Kukesi" matçı canlı yayımlanacaq

    "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Tofiq Bəhramov adına Respublika stadionunda Albaniyanın "Kukesi" klubunu qəbul edəcək.
    Muxalifet.az xəbər verir ki, avqustun 1-i, saat 21:00-da start götürəcək qarşılaşma "CBC Sport" telekanalı vasitəsiylə canlı yayımlanacaq. Bu barədə klubun Facebook səhifəsi məlumat yayıb.
    Qeyd edək ki, Albaniyada keçirilən ilk oyun 0:0 hesablı bərabərliklə başa çatıb.

    Muxalifet - 31-07-2018

  11. ​“Qiymət artımına heç cür xoş münasibət göstərmək mümkün deyil” – DEPUTAT

    “Tarif Şurasının qiymət artımı ilə bağlı bu qərarını tətil bitdikdən sonra Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarıb etirazımızı bildirə bilərik”.
    Muxalifet.az bildirir ki, bunu İnterpress.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas Tarif Şurasının ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə qiymətlərin artırılması barədə təsdiq etdiyi yeni tarifə münasibət bildirərkən deyib.

    Muxalifet - 31-07-2018

  12. Bakı metrosunda sürücü qatarı tuneldə saxladı, QAPILARI AÇDI, AMMA... - FOTO/VİDEO

    "Bakı Metropoliteni" QSC-də maşinist hüdud xəttinə çatmadan qatarı sərnişinlərin minib-düşməsi üçün saxlayıb.

    Muxalifet.az xəbər verir ki, məlumatı "Report”a təsdiqləyən qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, həmin maşinist barəsində araşdırma başlayıb.

    B.Məmmədovun sözlərinə görə, hazırda hadisə təhlil edilir və maşinist məsələni izah etmək üçün dəvət ediləcək:

    Muxalifet - 31-07-2018

  13. Şəhərlərarası avtobsular neçəyə aparacaq? - CƏDVƏL

    Tarif Şurasının nəqliyyat sektorunda qiymət artımı ilə bağlı qərarına əsasən şəhərlərarası müntəzəm avtobus marşrutlarının tarifləri dəyişib.

    Muxalifet.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şəhərlərarası marşrutlar üzrə yeni tarifləri açıqlayıb.

    Nəqliyyat Xidmətindən bildirilib ki, artıq vəsait tələb edilməməsi üçün sərnişinlər biletləri kassadan və ya onlayn əldə edə bilər.

    Muxalifet - 31-07-2018

  14. Fədayə Laçın ibtidai istintaqa “Qoca” ilə münasibətlərindən danışıb – İFADƏSİ AÇIQLANDI

    Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçının ibtidai istintaqa verdiyi ifadə məlum olub.
    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, istintaqa ifadəsində F. Laçın qatardan qaçan və sonradan zərərsizləşdirilən "Qoca” ləqəbli Etibar Məmmədovla münasibətlərindən danışıb.

    Muxalifet - 31-07-2018

  15. ​Gəncə hadisələrinə görə HƏBS EDİLƏNLƏRİN ADLARI

    Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar həbs edilmiş şəxslərdən bir neçəsinin adı məlum olub.
    "Report"un xəbərinə görə, bunlar Rauf Bayramov, Elşən Məmmədov, Urfan Məmmədov və Abbas Abbasovdur.
    Həmin şəxslərin barələrində ötən həftə həbs qətimkan tədbiri seçilib.

    Muxalifet - 31-07-2018

  16. ​İbrahim Tatlısəsin oğlu atasını hədələdi – “Aləmi dağıdaram!”

    Müğənni İdo Tatlısəs valideynlərinin yenidən evlənməsinə sərt reaksiya verdi.
    Kulis.azın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, anası Dərya Tunanın ad günü münasibəti ilə bir süfrə arxasına əyləşən valideynləri barədə verilən sualları cavablandıran İdo bunları deyib:
    “Ad gününü qeyd edib, yemək yeyiblər. Biri anam, o biri atamdır. Onların bir yerdə olması xoşuma gəlir. Ancaq təkrar evlənmələri artıq mümkün deyil. Hər şeyin yaşı və vaxtı var. Əgər onlar təkrar evlənərsə, aləmi dağıdaram!”
     
     

    Muxalifet - 31-07-2018

  17. ​Aslan İsmayılova hökm oxundu - 1 il 6 ay İSLAH İŞLƏRİ VƏ…

    Tanınmış iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli ilə vəkil Aslan İsmayılov arasında bir ildən çoxdur davam edən məhkəmə prosesi bu gün başa çatıb. Səbayel Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan məhkəmə iclası hakimin Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin işlə bağlı göndərdiyi sənədlərlə tərəfləri tanış etməsi ilə başlayıb.

    Muxalifet - 31-07-2018

  18. İŞİD-in gizləndiyi qala ələ keçirildi – VİDEO

    Azad Suriya ordusunun 4-cü zirehli tank diviziyasının tərkibinə daxil olan hərbçiləri və Rusiya Hərbi Hava qüvvələrinin dəstəyi ilə İŞİD-in Suriyanın cənubundakı son qalası darmadağın edilib.

    Yenicag.az bildirir ki, Suriyanın İsraillə sərhədə yaxın olan ərazisində “Rusvesna” agentiyinin hərbi müxbiri Oleq Bloxin “qaynar” nöqtədən reportaj hazırlayıb.
    Suriyanın cənub-qərbində İŞİD-in nəzarət etdiyi ərazilər daralır, belə ki, terror qruplaşması özünün Deraa əyalətində – Yarmuk çayı hövzəsindəki son qalasını itirib.

    Muxalifet - 31-07-2018

  19. 356 müəllim imtina etdi - Təhsil Nazirliyi bu müəllimlərlə bağlı açıqlama yaydı

    İyulun 30-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin biologiya və fiziki tərbiyə üzrə keçirilmiş test imtahanlarında 2 min 935 nəfər iştirak edib.
    Təhsil Nazirliyindən verilən məlumata görə, iyulun 30-da keçiriləcək biologiya və fiziki tərbiyə üzrə test imtahanlarında 3291 namizədin iştirakı gözlənilsə də, imtahanda iştirak edən namizədlərin sayı 2935 olub. Buradan da məlum olub ki, müsabiqənin test imtahanında müəllim olmaq üçün qeydiyyatdan keçən 356 namizəd imtahanda iştirak etməyib.

    Muxalifet - 31-07-2018

  20. “Ermənilər Mingəçevir su bəndini dağıda bilməz” - TOFİQ ZÜLFÜQAROV

    Ölkə rəhbərliyi və ordu öz düşmənindən zəif olduğunu bilərək Silahlı Qüvvələrin öz vəzifəsini icra etməyə qadir olmadığını başa düşəndə mülki obyektlərə zərbələrin endiriləcəyi ilə bağlı hədələri işə salırlar. Bütün dünyadakı terrorçular belə hərəkət edirlər, Ermənistan da bununla məşğul olur.

    Muxalifet - 31-07-2018

Pages